Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-177/2022 08.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Abşeron rayon Saray Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclas protokolunun 31/02 saylı qərarı ilə Saray Bələdiyyəsinin ehtiyat torpaq fondundan kənd təsərrüfatı məqsədi ilə ayrılması nəzərdə tutulmuş sahəsi 600 kvadrat metr olan torpaq sahəsi üzərində Saray Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclas protokolunun 31/02 saylı qərarı ilə Saray Bələdiyyəsinin ehtiyat torpaq fondundan kənd təsərrüfatı məqsədi ilə ayrılması nəzərdə tutulmuş sahəsi 600 kvadrat metr olan torpaq sahəsi üzərində Saray Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqanın 24 may 2021-ci il tarixli, **********33 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclas protokolunun 31/02 saylı qərarı ilə Saray Bələdiyyəsinin ehtiyat torpaq fondundan kənd təsərrüfatı məqsədi ilə 600 kvadrat metr torpaq sahəsinin açıq müsabiqə yolu ilə satılması ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması və bu məqsədlə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün Cavabdehnə müraciət olunması qərara alınmışdır.Bu məqsədlə Saray Bələdiyyəsinin müvafiq müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 4 saylı Abşeron Layihə-Tədqiqat idarəsi tərəfindən 08 yanvar 2018-d il tarixdə sözügedən torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə(baxış) aktı və torpaq sahəsinin planı hazırlanaraq bələdiyyəyə təqdim olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən 19 yanvar 2018-ci il tarixli.1311 saylı rəy verilərək torpaq sahəsinin Saray Bələdiyyəsinin torpaqlarına aid edilməklə kənd təsərrüfatına şərti yararsız torpaq olduğu,kənd təsərrüfatı təyinatı ilə xüsusi mülkiyyətə satılmasının mümkün olduğu bildirilmişdir. Həmçinin .Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən də 29 aprel 2021 -cı il tarixli, 108 saylı rəy verilərək torpaq sahəsinin kind təsərrüfatı məqsədi ilə satılmasına etiraz edilmədiyi bildirilmişdir.Bundan sonra Saray Bələdiyyəsi tərəfindən 29 aprel 2021-ci il tarixli, ********** saylı məktubla Cavabdehnə müraciət edilmiş və qeyd olunan torpaq sahəsi üzərində Saray Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. Lakin torpaq sahəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada sənədləşdirilməsinin davam etdirilməsi üçün qeyd olunan dövlət qeydiyyatının aparılmasının və bunu təsdiq edən müvafiq vreyestr çıxarışının bələdiyyəyə verilməsi üçün tərəfimizdən Cavabdehnə müraciət olunsa da,sonuncu 24 nfay 2021-ci il tarixli, **********33 saylı məktubla cavab verərək Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclas protokolunun 31/02 saylı qərarı ilə 600 kvadrat metr torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə ayrıldığı,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən verilmiş 19 yanvar 2018-ci il tarixli,1311 saylı rəyində torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrıldığı,daha sonra fərdi yaşayış evinin tikintisi üçün xüsusi mülkiyyətə verilə bilmədiyinin qeyd edildiyini.müayinə aktının qanunamüvafiq qaydada təsdiqlənmədiyinin müəyyən edildiyini bildirmiş və bu səbəbdən həmin torpaq sahəsi üzərində Saray Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir.Hesab edirik ki,cavabdehin bələdiyyənin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtinası qanunaziddir və hər hansı hüquqi əsasa söykənməmişdir. İlk növbədə qeyd edilməlidir ki.cavabdehin iddia etdiyindən fərqli olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən verilmiş 19 yanvar 2018-ci il tarixli,1311 saylı rəydə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı şərti yararsız torpaq sahəsi olduğu qeyd edilmiş,torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə xüsusi mülkiyyətə verilə bilmədiyi göstərilməklə yanaşı,həmin torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə xüsusi mülkiyyətə satıla bildiyi vurğulanmışdır Nəzərə alınsa ki, Abşeron rayonu Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclas protokolunun 31/02 saylı qərarı ilə Saray Bələdiyyəsinin ehtiyat torpaq fondundan mübahisələndirilən 600 kvadrat metr torpaq sahəsinin məhz kənd təsərrüfatı məqsədi ilə açıq müsabiqə yolu ilə satılması nəzərdə tutulmuşdur,sözügedən rəydə torpağın fərdi yaşayış evinin tikintisi məqsədi ilə xüsusi mülkiyyətə verilə bilməməsinin göstərilməsini bələdiyyyənin mülkiyyət hüququnu dövlət qeydiyyatından imtinası üçün cavabdehin əsas tutmasının hər hansı hüquqi anlamı yoxdur. Həmçinin, cavabehin bu imtina zamanı istinad etdiyi digər amilin,yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin 4 saylı Abşeron Layihə-Tədqiqat İdarəsi tərəfindən 08 yanvar 2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin müayinə(baxış) aktının qanunvericiliyə uyğun təsdiqlənməməsi bəhanəsinin də hər hansı əsası yoxdur.Belə ki,sözügedən sənəd müvafiq rəyin verilməsi zamanı bələdiyyə tərəfindən deyil,müvafiq icra hakimiyyəti orqanı tərəfindən həm sənəd üzərində.həm də elektron qaydada hazırlanaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinə göndərilmiş və məhz həmin sənəd əsasında sözügedən qurum tərəfindən müvafiq rəy verilmişdir.Belə ki,Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 08 iyun 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında”Tə!imatın 3-cü bəndində birbaşa göstərilmişdir ki, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələri tərəfindən verHir verilir; 4.Ərazi şöbələri tərəfindən rəyin verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirilir;6. Ərazi şöbələrinə daxil olan müraciət 1 (gün) müddətində elektron qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli idarəsinə göndərilir;7, "xxxx" MMC-nin yerli idarəsi 3 (üç) gün müddətində ərazi şöbəsinin nümayəndəsi, yerli icra hakimiyyəti orqanının nümayəndəsi, bələdiyyənin nümayəndəsi, bələdiyyə tərəfindən iştirakı təmin edildikdə bələdiyyə torpağını mülkiyyətə, istifadəyə, icarəyə götprmək niyyətində olan hüquqi şəxsin nümayəndəsi, fiziki şəxsin özü və ya nümayəndəsinin iştirakı ilə torpaq sahəsinə baxış keçirir;8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010- cu il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri’nə müvafiq olaraq torpaq sahəsinin sərhədlərini yerdə konkret olaraq müəyyən edir və yerquruluşu planını və xəritəsini hazırlayır. Nümayəndələrin, eləcə də yeri müəyyən edilmiş torpaq sahəsi ilə qonşu olan digər istifadəçilərin iştirakı ilə yerin seçilməsi aktı tərtib edilir, həmçinin naturada torpaq sahəsində tikili və qurğuların mövcudluğu müəyyən ediiir,9. “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi' MMC-nin yedi idarəsi mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planını, xəritəsini, qanunvericiliklə nəzərdə tutulmuş hallarda hazırlanmış digər sənədləri, həmin torpaq sahəsində tikili və qurğuların mövcudluğu barədə və digər məlumatları ərazi şöbələrinə təqdim edir; 10. Ərazi şöbələri tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə elektron qaydada sorğu verilməklə 1 (bir) gün) müddətində torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı hüququn olub-olmaması və ya üzərində hüquq qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməməsi yoxlanılır;11. Ərazi şöbələri tərəfindən 3 (üç) gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin mümkünlüyü barədə rəy yerquruluşu planı, xəritə və digər sənədlərlə birlikdə müraciət etmiş bələdiyyəyə və ya onun nümayəndəsinə təqdim edilir (göndərilir). Sənədlər təqdim edilərkən (göndərilərkən) "Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMCnin yerli idarəsinə müvafiq xidmət haqqının ödənilməsinə nəzarət olunur; 12. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin mümkünlüyü barədə rəy bu Təlimata əlavə olunmuş formada verilir və sənədlər əlavə olunur. Göründüyü kimi,cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində Saray Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası ilə bağlı istinad etdiyi hallar tamamilə əsassızdır..Həmçinin,cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə uyğun gəlmir,belə ki,həmin maddədə göstərilmiş imtina əsasları bu halda mövcud deyildir. Sözügedən torpaq sahəsi "Torpaq islahatı haqqında' Azərbaycan Respublikası Qanununun müddəalarına görə Saray Bələdiyyəsinin mülkiyyətinə verilmiş,müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Saray Bələdiyyəsinin torpaq üzrəində hüququnu dövlət qeydiyyatına almaqdan imtinasın ədalətsiz və qanunazidd sayaraq pozulmuş hüququmuzun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyətr hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlan üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə "Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etiban ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Sporring və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır.Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlpra məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1-ci Protokolunun^-ci maddəsinin pozulması faktını qeyd etmişdir. ‘Torpaq islahatı haqqında' Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi,bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə,istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin onä mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Beləliklə, qeyd olunanlardan görünür ki,cavabdehin hərəkətləri qanunazidd və əsassızdır.Yuxarıda göstərilmiş maddi hüquq normalarından aydın olur ki,torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Bələdiyyənin müraciəti əsasında Abşeron rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına,ərazinin planlaşdınlması və tikintisi layihələrinə uyğunluğunu, həmçinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişlər. Buna baxmayaraq cavabdeh bələdiyyə mülkiyyətində olduğu təsdiq olunan torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədi verməkdən imtina etməklə həm qanunvericilik normalarının,həm də torpağın mülkiyyətçisi kimi Saray Bələdiyyəsinin yuxarıda göstərilən mülkiyyət hüququnun pozulmasına yol'vermişdir. Bu səbəbdən hesab edirik ki,cavabdehin torpaq sahəsi üzərində Saray Bələdiyyəsinin mülkiyyət hüququnu təsdiq edən sənədləri verməkdən imtina etməsi qanunsuz və hüquqazidd olmaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının,yaxud da qeydiyyatın dayandırılmasının əsaslarına da zidd hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uygun hərəkət etməyə borcludur. Azərbaycan Respulikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 4 saylı Abşeron Ərazi İdarəsinə 29 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 31/02 saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə ayrıldığı, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi Şöbəsinin 19 yanvar 2018-ci il tarixli 1311 nömrəli rəyində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrıldığı, daha sonra fərdi yaşayış evinin tikintisi üçün xüsusi mülkiyyətə verilə bilmədiyi qeyd edilmişdir. Bundan başqa müayinə baxış aktının qanunamüvafiq qaydada təsdiqlənmədiyi müəyyən edilmişdir. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Müvafiq icra hakimiyyəti (ƏMDX) orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı (ƏMDX) yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və Ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, Aparılan araşdırma zamanı müraciət üzrə əlavə ödilmiş Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 31/02 saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə ayrıldığı, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi Şöbəsinin 19 yanvar 2018-ci il tarixli 1311 nömrəli rəyində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrıldığı, daha sonra fərdi yaşayış evinin tikintisi üçün xüsusi mülkiyyətə verilə bilmədiyi qeyd edilmişdir. Bundan başqa müayinə baxış aktının qanunamüvafiq qaydada təsdiqlənmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrası ilə bağlı **********33 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1 (118)-176/2022 nömrəli iddiaya dair Sərəncamına əsasən sözügedən imtina bildirişi əsasında 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən yazılı etiraz məhkəməyə ünvanlanmışdır. **********33 saylı imtina bildirişində və **********70 saylı yazılı etirazda texniki səhv nəticəsində Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 31/02 saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə ayrılması qeyd olunduğu aşkar edilmişdir. Belə ki, Saray bələdiyyəsinin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı 4 saylı Abşeron Ərazi idarəsinə xx.xx.2017-ci il tarixli, ********** nömrəli və xx.xx.2021-ci il tarixli, ********** nömrəli müraciətləri olmuşdur. Hər iki müraciətə Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 31/02 saylı yaşayış məntəqələrinə aid olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsində ev tikmək məqsədilə torpaq sahəsinin satılması ilə bağlı həmin əmlak üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması barədə Qərarı və digər sənədlər əlavə edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclas protokolunun 31/02 saylı qərarı ilə Saray Bələdiyyəsinin ehtiyat torpaq fondundan kənd təsərrüfatı məqsədi ilə ayrılması nəzərdə tutulmuş sahəsi 600 kvadrat metr olan torpaq sahəsi üzərində Saray Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsini istəyir. Cavabdeh orqan isə qeyd edir ki, Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 31/02 saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə ayrıldığı, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi Şöbəsinin 19 yanvar 2018-ci il tarixli 1311 nömrəli rəyində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrıldığı, daha sonra fərdi yaşayış evinin tikintisi üçün xüsusi mülkiyyətə verilə bilmədiyi qeyd edilmişdir. Bundan başqa müayinə baxış aktının qanunamüvafiq qaydada təsdiqlənmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Saray bələdiyyəsinin ehtiyat fondundan kənd təsərrüfatı məqsədilə 0.06 torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinin uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin kənd təsərrüfatı məqsədli müsabiqə yolu ilə satılmasıyla bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır. (Abşeron rayon Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclas protokolunun 31/02 nömrəli qərarından çıxarış) Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, Abşeron rayon Saray Bələdiyyəsi 03 iyun 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd etmişdir ki, Abşeron rayonunun Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclasının 31/02 saylı qərarı ilə Saray qəsəbəsi ərazisində yerləşən bələdiyyənin ehtiyat torpaq fonduna daxil olan 600 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması və bu məqsədlə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün Cavabdehnə müraciət olunması qərara alınmışdır. Adı çəkilən qərar qəbul edilənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş sənədlərdə torpağın fərdi ev tikintisi üçün ayrılmasının mümkün olduğu qeyd edildiyindən, bələdiyyə qərarında da torpağın fərdi ev tikintisi üçün ayrılmasının nəzərdə tutulduğu göstərilmişdir. X3 tərəfindən torpaq üzərində hüququn dövlət qeydiyyatı ilə bağlı edilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş cavabda məlum olmuşdur ki,sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və fərdi ev tikintisi üçün nəzərdə tutula bilməz. Bundan sonra Abşeron rayonunun Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclasının 31/02 saylı qərarı dəyişdirilərək həmin qərardan “fərdi ev tikintisi üçün” sözləri çıxarılmışdır. Eyni zamanda üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyatının aparılması nəzərdə tutulmuş torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 4 saylı Abşeron Layihə-Tədqiqat İdarəsi tərəfindən 08 yanvar 2018-ci il tarixli torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və torpaq sahəsinin planı hazırlanmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsi tərəfindən də 19 yanvar 2018ci il tarixli 1311 saylı rəy verilərək torpaq sahəsinin kənd təsərrüfatına şərti yararsız torpaq sahəsi olduğu və kənd təsərrüfatı məqsədi ilə xüsusi mülkiyyətə satılmasının mümkün olduğu bildirilmişdir. Həmçinin, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən də 29 aprel 2021-ci il tarixli, 108 saylı rəy verilərək torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə satılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclasının yenilənmiş 31/02 saylı qərarı və yuxarıda qeyd edilən digər sənədlər əlavə edilməklə 29 aprel 2021-ci il tarixdə tərəfimizdən yenidən Cavabdehnə müraciət olunaraq Saray qəsəbəsi ərazisində yerləşən bələdiyyənin ehtiyat torpaq fonduna daxil olan 600 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması xahiş edilmişdir. Lakin Cavabdeh bu dəfə də çeşidli bəhanələr gətirərək torpaq üzərində hüququn dövlət qeydiyyatından imtina etmişdir. Hal-hazırda da tərəflərindən torpaq üzərində hüququn dövlət qeydiyyatı ilə bağlı 29 aprel 2021-ci il tarixdə müraciət edilərkən guya Saray Bələdiyyəsinin torpağın fərdi ev tikintisi üçün ayrılması nəzərdə tutulan 04 dekabr 2017-ci il tarixli iclasının 31/02 saylı qərarının təqdim edildiyinə dair cavabdehin bildirdikləri həqiqəti əks etdirmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, sözügedən bələdiyyə qərarında yol verilmiş yanlışlıq sonradan bələdiyyənin özü tərəfindən aradan qaldırılaraq “fərdi ev tikintisi üçün” sözləri qərarın mətnindən çıxarılmış və tərəfimizdən 29 aprel 2021-ci il tarixdə cavabdehə müraciət olunarkən adı çəkilən bələdiyyə qərarının məhz son variantı təqdim olunmuşdur. Bunu cavabdehin 29 aprel 2021-ci il tarixdə etdiyimiz müraciətə verdiyi imtina məktubu və iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etiraz təsdiq edir. Belə ki,həmin sənədlərdə təqdim edilmiş Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclasının 31/02 saylı qərarında torpağın məhz kənd təsərrüfatı təyinatı ilə ayrılmasının nəzərdə tutulduğunu cavabdehin özü etiraf etmişdir.Həmçinin hal-hazırki mübahisə torpaq sahəsi üzərində Saray Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsindən cavabdehin imtina etməsi nəticəsində yaranmışdır ki, bələdiyyənin sözügedən qərarı da məhz torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması proseduruna başlanılması ilə əlaqədar qəbul edilmişdir. Yəni bələdiyyə qərarının mahiyyəti torpaq üzərində hüququn dövlət qeydiyyatını özündə ehtiva etmişdir ki,torpağın təyinatı ilə bağlı ilkin bələdiyyə qərarında yanlışlığa yol verilməsi bələdiyyənin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina üçün əsas sayıla bilməz. Sadalananlarla əladədar olaraq Saray qəsəbəsi ərazisində yerləşən bələdiyyənin ehtiyat torpaq fonduna daxil olan 600 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması ilə bağlı 29 aprel 2021-ci il tarixdə Cavabdehnə ünvanlanmış yazılı müraciətə Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclasının rəsmiləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsinin “kənd təsərrüfatı təyinatı ilə" sözləri yazılmış 31/02 saylı qərarı və digər sənədlər əlavə edilmişdir ki, həmin sənədlər daha öncə iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim olunmuşdur. Beləliklə işin araşdırılan hallarına əsasən məhkəmə qeyd edir ki, iddiaçının niyyəti fərdi yaşayış evi tikmək məqsədi olmadan kənd təsərrüfatına şərti yararsız olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarətdir. Məhkəmə cavabdehin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması dəlilinə münasibətdə qeyd edir ki, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Göründüyü kimi bələdiyyələrin kənd təsərrüfatına azyararlı və yararsız torpaqlarının özəlləşdirilə biləcəyi qeyd edilmişdir. Hazırda mübahisə predmetini təşkil edən torpaq sahəsi kənd təsərrütına şərti yararsız torpaq sahəsi olduğundan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinasında və iddiaya etirazında qeyd etdiyi çatışmamazlıqlar iddianın rədd edilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu Saray Bələdiyyəsinin 04 dekabr 2017-ci il tarixli iclas protokolunun 31/02 saylı qərarı ilə Saray Bələdiyyəsinin ehtiyat torpaq fondundan kənd təsərrüfatı məqsədi ilə ayrılması nəzərdə tutulmuş sahəsi 600 kvadrat metr olan torpaq sahəsi üzərində Saray Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə üzərinə qoyulması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-177/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-177/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver