Məhkəmə qərarları › İş №2-1(118)-177/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-177/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-177/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidməti tərəfindən ona məxsus ********** saylı VÖEN-ə 7306,49 manat məbləğində hesablanmış borcun silinməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı borcun silinməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ********** saylı VÖEN İddiaçı adınadır. Dövlət Vergi Xidməti tərəfindən ona məxsus ********** saylı VÖEN-ə 7306,49 (yeddi min üç yüz altı manat qırx doqquz qəpik) manat məbləğində borc hesablanmışdır. İddiaçı 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə zamanı baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Barotravmanın və keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri Kəllədaxili travmaları nəticələri, Postravmatik ensefalopatiya, Postkommotsion sindrom ifadəli sefalgik insonmik, emosional afiektiv və kouqitiv pozulmalar Dəmir defısitli anemiya, Essensial hipertenziya, Arterial hipertenziya İİ mərhələ eşitmənin dəqiqləşdirilmiş konduktiv tipli itirilməsi, Sol tərəfli koxlear nevrit adlı travma almışdır. Bu səbəbdən ona üçüncü qrup əlillik təyin olunmuşdur. O, müharibə iştirakçısı olmaqla yanaşı, üçüncü qrup əlildir və məhdud əmək qabiliyyətlidir. Eyni zamanda ona məxsus ********** saylı VÖEN-ə hesablanmış borcun bir hissəsi İİ Qarabağ müharibəsində iştirak etdiyi zaman hesablanmışdır. Ona hesablanan borcu ödəmək iqtidarında deyil. Bu səbəbdən hesab edir ki, ona hesablanan borc silinməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayənəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçı tərəf iştirak etməmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2020-ci ilin 2-ci rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********346400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 125.00 manat və işsizlik(siğorta edən) üzrə 5.00 manat olmaqla cəmisi 130.00 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********634000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2020-ci ilin 3-cü rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-cı il tarixli **********657800 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 187.50 manat və işsizlik(siğorta edən) üzrə 7.50 manat olmaqla cəmisi 195 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********859500 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2021-ci ilin 3-cü rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********826400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 168.75 manat və işsizlik(siğorta edən) üzrə 30.00 manat olmaqla cəmisi 198.75 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021 -ci il tarixli **********565900 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək 143,75 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin vergi ödəyicisi tərəfindən 2020-ci ilin 1-ci rübü üzrə cəmi xərclərin 15002.08 manat məbləğində müəyyən edilməsinə baxmayaraq təqdim edilmiş bəyannaməyə əsasən vergi tutulan dövriyyə ilə (930.00 manat) çəkilmiş xərclər arasında 14072.08 manat uyğunsuzluq yaranmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləği 600.00 manat təşkil etməsinə baxmayaraq qeyd edilən bəyannamənin müvafiq hissəsində göstəricilər qeyd edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********373100 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən qeyd edilən kənarlaşmalar kameral vergi yoxlaması ilə aradan qaldırılmaqla 365,44 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021- ci il tarixli **********171200 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialar hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Sadalanan maddələrin tələblərindən aydın olur ki, öhdəliyinin icrası haqqında iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətlərinə aid olmalı; iddianın məqsədi inzibati oqran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi ilə bağlı olmalı; iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. X3 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin bildirirlər ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(118)- 1110/22 nömrəli qərardadı ilə eyni məzmunlu iddia ərizəsi mümkün sayılmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Dövlət Vergi Xidməti tərəfindən ona məxsus ********** saylı VÖEN-ə 7306,49 manat məbləğində hesablanmış borcun silinməsini istəyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 71.3. Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. 71.4. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Lakin vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2020-ci ilin 2ci rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********346400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 125.00 manat və işsizlik(siğorta edən) üzrə 5.00 manat olmaqla cəmisi 130.00 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********634000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2020-ci ilin 3-cü rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-cı il tarixli **********657800 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 187.50 manat və işsizlik(siğorta edən) üzrə 7.50 manat olmaqla cəmisi 195 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********859500 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2021-ci ilin 3-cü rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********826400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 168.75 manat və işsizlik(siğorta edən) üzrə 30.00 manat olmaqla cəmisi 198.75 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021 -ci il tarixli **********565900 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək 143,75 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin vergi ödəyicisi tərəfindən 2020-ci ilin 1-ci rübü üzrə cəmi xərclərin 15002.08 manat məbləğində müəyyən edilməsinə baxmayaraq təqdim edilmiş bəyannaməyə əsasən vergi tutulan dövriyyə ilə (930.00 manat) çəkilmiş xərclər arasında 14072.08 manat uyğunsuzluq yaranmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləği 600.00 manat təşkil etməsinə baxmayaraq qeyd edilən bəyannamənin müvafiq hissəsində göstəricilər qeyd edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********373100 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən qeyd edilən kənarlaşmalar kameral vergi yoxlaması ilə aradan qaldırılmaqla 365,44 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********171200 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Göründüyü kimi mübahisələndirilən borcun yaranma əsalarını cavabdeh inzibati orqan qeyd etmişdir. Lakin idddiaçı həmin borcun silinməsini xahiş etsə də, iddia ərizəsində qeyd etdiyi hallar vergi borcunun silinməsi üçün hüquqi əsas təşkil etmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar