Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1770/2021 06.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi, X1 oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə İddiaçı qızının Cavabdehnə qarşı “şəxsiyyətinin müəyyən edilməsi və cavabdehin üzərinə şəxsiyyət vəsiqəsi olmasa da doğum haqqında şəhadətnamənin düzəlişlər edilərək verilməsi, şəhadətnamənin uşaq bəndində ata adının “Əlişəfi”, cinsinin qadın yazılması vəzifəsinin qoyulması” na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdehnə qarşı iddia qaldıraraq şəxsiyyətinin müəyyən edilməsi və cavabdehin üzərinə şəxsiyyət vəsiqəsi olmasa da doğum haqqında şəhadətnamənin düzəlişlər edilərək verilməsi, şəhadətnamənin uşaq bəndində ata adının “Əlişəfi”, cinsinin qadın yazılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 10.09.1990-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Hal-hazırda Abşeron rayonu Hökməli qəsəbəsində yaşayır. Onun azyaşlı övladları var. Bu vaxta qədər şəxsiyyət vəsiqəsi olmamışdır. Şəxsiyyət vəsiqəsi olmadığı üçün nə nikaha daxil ola bilmiş, nə də övladlarına doğum haqqında şəhadətnamə ala bilmişdir. Şəxsiyyət vəsiqəsi almaq üçün Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Ona sistemdəki məlumatla doğum haqqında şəhadətnaməmdə olan məlumatların bir-birinə uyğunsuz olması haqqında məlumat verilmişdir. Bildirmişdirlər ki, ziddiyyətin aradan qaldırılması üçün Cavabdehnə müraciət etməlidir. O, Cavabdehnə bununla bağlı müraciət etmişdir. Onun doğum haqqında akt qeydinə baxan zaman bildirmişdirlər ki, doğum aktında atasının adı “Əlisətdar” yazılıb. “Əlisətdar” onun babasının adıdır. Lakin doğum şəhadətnaməsində atasının adı “Əlişəfi” qeyd edilib. Həmçinin cinsi “kişi” yazılıb. Həmin səhvlərin düzəldilməsi üçün Cavabdehnə müraciət etmişdir. Onlar iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı və düzəlişin edilməsinin mümkün olmadığını bildirmiş və imtina etmişdirlər. İddiaçı hesab edir ki, cavabdeh ona doğum haqqında şəhadətnamə verməli və sənəddəki səhvləri düzəltməlidir. Bunun üçün isə məhkəmənin məcburetmə qətnaməsi olmalıdır. Qanunvericilik bu halda məhkəməyə müraciət edilməsini və imtina edən təşkilatın məcbur edilməsinə dair qətnamə çıxarılmasını nəzərdə tutur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanun”un 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarkar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasında hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. İddiaçının doğum haqqında akt qeydində məlumatların düzgün qeyd edilməməsi onun üçün ərizəsində qeyd etdikləri problemləri yaratmışdır. Ona görədə iddiaçı doğum haqqında akt qeydindəki məlumatların düzəldilməsini, buna uyğun olaraq, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etmək istəyir. İddiaçıya hüquqi müdafiə vasitələri izah edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən və işə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının doğum haqqında akt qeydində məlumatların düzgün qeyd edilməməsi onun üçün ərizəsində qeyd etdikləri problemləri yaratmışdır. Ona görədə iddiaçı doğum haqqında akt qeydindəki məlumatların düzəldilməsini istəyir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, doğum haqqında akt qeydində düzəlişlər edilərək, buna uyğun doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almaq niyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.1 və 9.8-ci bəndlərinə əsasən qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Həmçinin 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim etdikdə təkrar şəhadətnamələr verilə bilər. Belə ki, iddiaçı ilkin olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci fəslində müəyyən olunmuş hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Həmin fəsil vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi ilə bağlı halları tənzimləyir. Maddə 339. Ərizənin verilməsi 339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 340. Ərizənin məzmunu Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Maddə 341. Ərizə üzrə məhkəmənin qətnaməsi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün saylmamalı, iddiaçıya izah edilməlidir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci fəslinə uyğun olaraq, Abşeron rayon Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1770/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1770/2021
06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver