Məhkəmə qərarları › İş №2-1(118)-1770/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1770/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1770/2023 14.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X17 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Üçüncü şəxslər xx.xx.1978ci il təvəllüdlü X4 (övladları xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X9 ilə birlikdə), xx.xx.1988-ci il təvəllüdlü Fəttayeva Hicran Bəylər qızının, xx.xx.1977-ci il təvəllüdlü X2, xx.xx.1986-cı il təvəllüdlü X10, xx.xx.1952-ci il təvəllüdlü X11, xx.xx.1980-ci il təvəllüdlü X12, xx.xx.1947-ci il təvəllüdlü X3, xx.xx.1981-ci il təvəllüdlü X13 (övladları xx.xx.2014-cü il təvəllüdlü X20 və xx.xx.2016-cı il təvəllüdlü X22 ilə birlikdə) iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin, 84 saylı mənzilindən qeydiyyatdan çıxarılması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “üçüncü şəxslər X4( övladları xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X9 ilə birlikdə), Fəttayeva Hicran Bəylər qızının, X2, xx.xx.2014-cü il təvəllüdlü X5, X14, xx.xx.2016-cı il təvəllüdlü X15, X11, X12 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək üçüncü şəxslər xx.xx.1978-ci il təvəllüdlü X4 (övladları xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X9 ilə birlikdə), xx.xx.1988-ci il təvəllüdlü Fəttayeva Hicran Bəylər qızının, xx.xx.1977-ci il təvəllüdlü X2, xx.xx.1986-cı il təvəllüdlü X10, xx.xx.1952-ci il təvəllüdlü X11, xx.xx.1980-ci il təvəllüdlü X12, xx.xx.1947-ci il təvəllüdlü X3, xx.xx.1981-ci il təvəllüdlü X16 (övladları xx.xx.2014-cü il təvəllüdlü X20 və xx.xx.2016-cı il təvəllüdlü X22 ilə birlikdə) iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin, 84 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını məhkəmədən xahiş etmişdir. X19, X23, X21, Fəttayeva Hicran Bəylər qızı, X6, X24, X25, X26 zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılır ki, Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin, 84 saylı mənzilini xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X7 almışdır. Həmin mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər həmin mənzildə qeydiyyatdadır. Üçüncü şəxslərin qeydiyyatda olmalarına baxmayaraq mənzilin alqı-satqı müqaviləsindən sonra həmin mənzildə yaşamırlar. Üçüncü şəxslərin günahı üzündən mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X19 iştirak etmiş, izahatında bildirmişdir ki, iddia tələbi ilə razıdır, digər şəxslər ailə üzvləridir. Evi satmışdır. Özünün şəxsi evi vardır. Qeydiyyata düşə bilmir. Digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AN-İ ******* saylı, 22 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4, Yeni qaydalarla Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi, 22, M6, m2 ünvanda yerləşən mənzil X25 tərəfindən İddiaçı satılmışdır. Reyestr nömrəsi **********06-05101-093110, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4, Yeni qaydalarla Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi, 22, M6, m2 ünvanda yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı mənzil kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 342 saylı forma 2 arayışında üçüncü şəxslərin mənzilə hüququ olmayan şəxslər kimi 15 mart 2021-ci il tarixdən həmin ünvanda yaşamadıqları qeyd edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X19 izahatında bildirmişdir ki, iddia tələbi ilə razıdır, digər şəxslər ailə üzvləridir. Evi satmışdır. Özünün şəxsi evi vardır. Qeydiyyata düşə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Eyni zamanda məhkəmə hesab edir ki, X1, X8, X20 və X22 azyaşlı olduğuna görə qanuna müvafiq olaraq validenlərindən birinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X21, xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2020-ci il təvəllüdlü X9, xx.xx.1988-ci il təvəllüdlü Fəttayeva Hicran Bəylər qızı, xx.xx.1977-ci il təvəllüdlü X6, xx.xx.1986-cı il təvəllüdlü X24, xx.xx.1952-ci il təvəllüdlü X25, xx.xx.1980-ci il təvəllüdlü X26, xx.xx.1947-ci il təvəllüdlü X19, xx.xx.1981-ci il təvəllüdlü X23, xx.xx.2014cü il təvəllüdlü X20 və xx.xx.2016-cı il təvəllüdlü X22 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 4 ünvanından (Yeni qaydalarla ünvan 5ıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar