Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1770/2024 06.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın ona aid hissədə nəticəsinin və xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınını ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın ona aid hissədə nəticəsinin və xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınını ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhər 13 saylı orta məktəbinin direktorunun xx.xx.2003-cü il tarixli 37 saylı əmrinə əsasən həmin məktəbə müəllim kimi işə qəbul edilmişdir. Məktəb direktorunun xx.xx.2023-cü il tarixli əmrinə əsasəb aralarında bağlanmış müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh öz əmrində əmrin əsası kimi xx.xx.2023-cü il tarixdə keçirilmiş sertifikatlaşdırmanın nəticəsini və nazirliyin xx.xx.2023-cü il tarixli 3-29/3-537F/2023 saylı əmrini göstərmişdir. O, keçirilmiş sertifikatlaşdırmanı və onun əsasında barəsində verilmiş əmri qanunsuz hesab edir. Belə ki, imthana zamanı onun istifadəsinə verilmiş kompüter nasaz olması, donması və nəticədə 30-40 dəqiqə vaxt itirmişdir ki, bu hal onun cavablarının qeyri-məğbul olmasına səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər və eyni zamanda işə bərpa barədə iddia tələbini hazırda Sumqayıt şəhər Məhkəməsinin icraatında olduğunu izah etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, hazırki mübahisə əmək münasibətlərindən doğan mübahisə olduğundan ümumi məhkəmədə baxılmalıdır, hazırki iddia isə mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərk hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı dövlət qulluqçusu deyil və o, işəgötürənlə əmək müqaviləsi bağlamaqla əmək münasibətlərində olmuşdur. Təhsil müəssisələrindəəmək fəaliyyəti ilə məşğul olan müllimlərlə əmək müqavilısinin bağlanılması və ya ləğv edilməsi nazirliyin funksiyasına aid deyildir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi işəgötürən tərəfindən həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, sertifikatlaşdırmannın nəticələrinin ləğ edilməısi ilə ayrıca iddia qaldırılmasına zərurət yoxdur, iddiaçının sertifikatlaşdırmadan keçməməsi əmrin verilməsi üçün əsas olmuşdur. Bu halda ümumilikdə, əmr mübahisələndirilməlidir ki, bu da ümumi məhkəmənin baxış predmetidir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mübahisənin mahiyyəti mülki (əmək) münahsibətlərindən yarandığından hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati-iqtisadi məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın ona aid hissədə nəticəsinin və xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınını ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın ona aid hissədə nəticəsinin və xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınını ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1770/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1770/2024
06.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver