Məhkəmə qərarları › İş №2-1(118)-1772/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1772/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1772/2025 16.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarının “X8 0.37 ha torpaq sahəsi ayrılması” hissəsində ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X5 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair" JN-538F saylı 30214018 kodlu şəhadətnamənin ləğv edilməsi’’ tələbinə dair iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 201 (1 18)-273/2022 saylı qərarı ilə iddia təmin edilərək X5 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 538F, KOD 30214018 saylı şəhadətnamə ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli. 2-1 (105 )-80/2023 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 201 (İ 18)-273/2022 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-l( 105)-80/2023 saylı qərardadında məhkəmə kollegiyasının hüquqi mövqeyi olaraq göstərilir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli. 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı idd açının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi - marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün ilk növbədə Xaçmaz rayon AİK- nın 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarını mübahisələndinnəli, daha sonra qaldırdığı iddianın hüquqi taleyindən asılı olaraq, üçüncü şəxsin adına tərtib edilmiş JN-538F, KOD 30204018 qeydiyyat nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvinə dair məhkəmədə iddia qaldırmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli. 2- 1 (105)-80/2023 saylı qərardadından göründüyü kimi ilk növbədə Xaçmaz rayon AİKnın 17 dekabr 1997-ci il tarixli, 16 saylı mübahisələndirilməlidir. qərarı Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olaraq Cavabdehnə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə X9 0.37 ha həyətyanı torpaq sahəsinə dair qərarın ləğv olunması barədə müraciətimə icra hakimiyyətindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5- 49/2-1-310-39-187/2024 saylı cavab da göstərilir ki, müraciətdə qeyd edilən məsələ mübahisəli olduğunu nəzərə alaraq bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)- 237/2022 saylı qərarında və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1 (105)-80/2023 saylı qərardadında X6 adına Xaçmaz rayon AİK-nın 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə işlənmiş JN- 538F, KOD 30204018 qeydiyyat nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsassız olduğu ətraflı göstərilmişdir. İddiaçı bildirir ki, atası X10, 1995-ci ildə vəfat etmişdir. Qardaşı, X2 şəhərində yaşayır. Atasının sağlığında cavabdeh İsrafılov Şıxsəfa ilə münasibətləri çox pis olmuşdur. Hətta atası onu dəfələrlə evdən qovmuşdur. Atasının vəfatından sonra, qardaşı evə ayaq açmağa başladı. İddiaçının ərizəsinin əsas mahiyyəti cavabdehin atasının adından, ölümündən sonra kənd soveti nümayəndəsi ilə birlikdə atasının imzasını cızma-qara edərək, atasının 5 övladının heç birinin xəbəri olmadan, maraqları ilə aldığı, vəsiyyətnamə ilə əlaqədardır. Belə ki, güya atası 1988-ci ildə cavabdeh İsrafılov Şıxsəfaya kənddə yerləşən, özünə məxsus torpaq sahəsinə Kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən rəsmi vəsiyyətnamə vermişdir. Kənd İnzibati Ərazi Vahidliyi tərəfindən xx.xx.1988-ci il tarixində verilmiş vəsiyyətnamə saxtadır. Çünki, 1988-ci ildən atası ilə qardaşının münasibətləri olmamışdır. Həmin vəsiyyətnamənin verilməsində qardaşı ilə kənd icra nümayəndəliyinin birlikdə iş birliyi və qanuna zidd hərəkətləri olmuşdur. Hal-hazırda, cavabdeh Şıxsəfa notarial əməliyyatlar aparılmadan özünə müvafiq sənəd almış və Daşınmaz Əmlakın 5 saylı Xaçmaz rayon Regional Ərazi İdarəsindən mülkiyyətə dair sənəd almışdır. 5 bacı, 1 qardaşdırlar. Heç birinin imzası olmadan, cavabdeh mülkiyyətə dair, sənəd almışdır. Təbii ki, mərhum atasının ölümündən sonra, ilkin varis və vərəsələr onun övladlarıdır. İddiaçı, hal-hazırda həmin evdə yaşayır və qeydiyyatdadır. Cavabdeh Şıxsəfanın aldığı vəsiyyətnamənin və vəsiyyətnamədə olan imzanın doğruluğu və düzgünlüyü məhkəmə ekspertizası tərəfindən axtarılaraq, yoxlanılmalıdır. İsrafilov Şıxsəfa 2004-cü il aprel ayında özü kənddə qeydiyyatda olmadığı və yaşamadığı halda, kənd bələdiyyəsinin sabiq nümayəndəsi Nail hüquqi bir əsas olmadan, cavabdehi torpaq şəhadətnaməsinin verilməsinə görə qeydiyyata almışdır. Torpaq şəhadətnaməsinin verilməsində iddiaçıya qeydiyyatı və vərəsəlik hüququ, yaşayışı olduğu halda araşdırılma aparılmadan heç bir məlumat verilməmişdir. Cavabdeh bələdiyyə nümayəndəsinin etibarından sui istifadə edərək, onu aldatmış və bildirmişdir ki, mərhum atalarının evində yalnız o yaşayır. Təbii ki, bələdiyyə nümayəndəsi üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Çünki, ilkin növbədə bələdiyyə kitabında qeydiyyatda olanların və vərəsələrin kimliyini yoxlamalı idi. Hall-hazırda bu məsuliyyəti keçmiş kənd bələdiyyə işçisi Nail və cavabdeh İsrafilov Şıxsəfa daşıyır. Torpağa dair şəhadətnamənin araşdırılmadan, cavabdehə verilməsi müəyyən maraqlar əsasında olmuşdur. Həmin şəhadətnamənin hüquqi əsası olmamalıdır. Xaçmaz rayonu, Qımılqışlaq kəndində mərhum iddiaçının atası X3 miras qalmış, 1938-ci ildə inşa edilmiş yaşayış evi mövcuddur və həmin evdə o yaşayır. Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx.xx.2019-cu il tarixli, 448 saylı və xx.xx.2019-cu il tarixli, 485 nömrəli rəsmi arxiv arayışlarına əsasən Qımılqışlaq kənd X31 İcraiyyə Komitəsinin 1980- 1982-ci illərə aid qımılqışlaq kəndi üzrə 0.04 saylı təsərrüfatbaşına kitabda və 86-90-cı illərə aid Qımılqışlaq kənd üzrə 03 saylı təsərrüfatbaşına kitabında mərhum X11 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1938-ci ildə tikilən yaşayış evi və şəxsi istifadəsində 0.33 ha torpaq sahəsi qeyd olunmuşdur. Xaçmaz rayon Dövlət Arxivinin verdiyi 18 iyun 2019-cu il tarixli, 546 nömrəli arxiv arayışında göstərilir ki, Qımılqışlaq kənd zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 1963-1965- ci illərə aid Qımılqışlaq kəndi üzrə 3 saylı təsərrüfatbaşına kitabında mərhum X11 təsərrüfat başçısı olub, ailə üzvlərinin siyahısı X7 təsərrüfat başçısı olub, ailə üzvlərinin siyahısı X12, X19, X15, X17, X13, X16 və İddiaçı qeyd edilmişdir. X1 xx.xx.1995-ci ildə, anaları X12 xx.xx.1983-cü ildə vəfat etmişlər. 2021-ci ilin aprel ayında X16 ona qarşı torpaq üzərində olan yaşayış evindən çıxarılma tələbinə dair iddia qaldırdıqdan sonra işə məhkəmədə baxılarkən bilmişdir ki, göstərilən mülkün yerləşdiyi 0.37 ha torpaq sahəsinə cavabdeh Şıxsəfa İsrafilovun adına torpağın mülkiyyətə verilməsinə dair JN-538P saylı, 30214018 kodlu şəhadətnamə işlənmişdir. Şəhadətnamənin verilməsinə əsas kimi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı göstərilmişdir. Xaçmaz rayonu Bakı Sovxozunun Qımılqışlaq kəndində torpaq payı alan subyektlərin yekun siyahısında mərhum X4 və ailə üzvlərinin adları aşkar edilməmişdir. Başqa sözlə cavabdehin adına qanunsuz olaraq, yəni islahat komissiyasının qərarı olmadan şəhadətnamə işlənmişdir və bu səbəbdən də həmin şəhadətnamə ləğv edilməlidir. Cavabdeh 1990-cı illərin əvvələrindən Qımılqışlaq da yaşamır və Qımılqışlaq pasport qeydiyyatı yoxdur. O, uzun müddətdir ki, ailəsi ilə birlikdə Xaçmaz şəhərində yaşayır. Göstərilən mülkdə 20 ildən çoxdur ki, iddiaçı yaşayır və orada daimi pasport qeydiyyatındadır. Göründüyü kimi üçüncü şəxsin adına torpaq sahəsinə tam qanunsuz olaraq mülkiyyət sənədləri hazırlanmışdır. İddiaçı iddia ərizəsinə əlavəsində qeyd etmişdir ki, qardaşının kəndə heç vaxt qeydiyyatı olmayıb. Orta məktəbi bitirdikdən sonra əsgərliyə getmiş, sonra evlənmişdir. Qeydiyyyatı Xaçmaz olmuşdur. Atasının ölümündən sonra kəndə gəlmişdir. Sonra atasının guya sağlığında 1988-ci il üçün vəsiyyətnamə veribmiş. 1995-ci ildə rəhmətə gedib. Torpağa şəhadətnamə və çıxarış almışdır. Notariusda heç bir sənədi yoxdur. İndi də iddiaçını evdən çıxarmaq istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, rayonda torpaq islahatı başa çatdığı üçün yerli islahat komissiyalarının fəaliyyətinə 2001-ci ildə, rayon aqrar islahatı komissiyasının fəaliyyətinə isə 2005-ci ildə xitam verilmişdir. Qanunvericiliklə islahat komissiyalarının hüquqi varisi müəyyən edilmədiyi üçün Rayon İcra Hakimiyyəti cavabdeh ola bilməz. Rayon və yerli islahat komissiyalarının sənədləri Xaçmaz Rayon Dövlət Arxivinə təhvil verilmişdir. X16 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflər məhkəmə iclasına dəvət edilsə də iştirak etməmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı işin araşdırılmış hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32nin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iş olmuş, məhkəmə tərəfindən iddia tələbi təmin edilsə də Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-80/2023 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2-1(118)-273/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Qərardadda qeyd edilmişdir: “Kollegiya xüsusi olaraq qeyd edir ki, şəhadətnamənin tərtib edilməsinə əsas olmuş inzibati akt, yəni Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır. .. Kollegiya hesab edir ki, həyətyanı torpaq sahəsinin verilməsinə əsas olan aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı hüquqi cəhətdən etibarlı olduğundan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair iddia tələbi iddianın mümkünlük şərtinə cavab vermir. .. Kollegiya hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün ilk növbədə Xaçmaz rayon AİK-nın 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarını mübahisələndirməli, daha sonra qaldırdığı iddianın hüquqi taleyindən asılı olaraq, üçüncü şəxsin adına tərtib edilmiş JN538F KOD 30214018 qeydiyyat nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğvinə dair məhkəmədə iddia qaldırmalıdır.” Göründüyü kimi işin Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı hüquqi cəhətdən etibarlıdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Məhkəmə araşdırması zamanı Xaçmaz rayonu, Qımılqışlaq kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahlarından (əlyazma və elektron) Şıxsafa İsrafilovun adı qeyd edilmiş hissədən, eləcə də Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli Qərarından çıxarışların təsdiq olunmuş surəti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X32 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 25 oktyabr 2024 -cü il tarixli, 3-21-3-60/2-2513/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə İsrafilov Şıxsəfanın qanuni istifadəsində 0.40 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, aqrar islahat aparılan zaman torpaq sahəsinə mülkiyyət hüququnun yaranma əsası həmin vaxt torpaq sahəsinin qanuni istifadədə olmasıdır. Lakin iddiaçı aqrar islahat aparalın zaman torpaq sahəsinin onun qanuni istifadəsində olması ilə bağlı hər hansı bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Bundan əlavə məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-80/2023 saylı qərardadı xx.xx.2023cü il tarixdə qəbul edilmiş, iddiaçı həmin məhkəmə iclasında iştirak etmiş, beləliklə aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarını mübahisələndirməli olduğu ona məlum olmuşdur. Lakin iddiaçı 1 ildən artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı müddətin ötürülməsinin səbəblərini göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Göründüyü kimi aqrar islahatla bağlı qərarların mübahisələndirilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən müddətə şamil edilmişdir və eyni zamanda hazırda qüvvədə olan qanunvericiliyə əsasən müddətin bərpa edilməsinə yol verilmir. Beləliklə, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar