Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1773/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair onun adına ilkin qeydiyyatın və mülkiyyət hüququna çıxarışın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayonu, Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair onun adına ilkin qeydiyyatın və mülkiyyət hüququna çıxarışın bərpa edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21- 3-34/2-Q-0206-8/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçıya məxsus Quba rayonu, 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracdan satılması qət edilmişdir. Evi "xxxx" MMC-nin təşkil etdiyi hərracda məlumatı və iştirakı olmadan xx.xx.2018ci il tarixdə "xxxx" BOKT-a satılmış, hərracın nəticələrinə dair yekun protokola əsasən həmin ev onun mülkiyyəti kimi qeydə alınmış və çıxarış verilmişdir. İddiaçı həmin hərracdan məlumat alan kimi həmin hərracın yekun protokolunu əldə etmiş və hərracın etibarsızlığı barədə məhkəmədə iddia qaldırmışdır. Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1305\2021 saylı qətnaməsinə əsasən həmin hərrac etibarsız hesab edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının evinə dair "xxxx" MMC-nin adına verilmiş çıxarış və mülkiyyət hüququna dair qeyd ləğv edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi və AR ALİ Məhkəməsinin qərarı ilə qüvvədə saxlanmışdır. Qətnamə icraya yönəlmiş və Reyestr Xidməti tərəfindən icra edilmişdir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, iddiaçının evə dair mülkiyyət hüququ barədə qeydinin və çıxarışının ləğv edilməsinə səbəb olmuş hərracın nəticələrinə dair yekun protokolu və bunun əsasında verilmiş çıxarış ləğv edildiyi halda, cavabdeh ilkin qeydi bərpa etməli idi. Amma bunu etməmişdir. Belə olan təqdirdə məhkəmə qaydasında belə bir öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsin məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı, məhkəmə qətnaməsi əsasında dövlət reyestrindən çıxarışın bərpa edilməsi ilə bağlı Daşınmaz Əmlakın Cpvlət Kadastrı və Reyestri publik rüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə 01,09.2023-cü il tarixli, 3-21-3-34/2-0-020(5-8/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “İddiaçı olduğunuz Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, e- 2(067)- 35172022 nömrəli icra vərəqəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdərəsində icra olunmuş, ‘PSG Finans” BOKT MMCnin adına verilmiş RXseriyalı *** **** saylı çıxarış ləğv edilmişdir. Qeyd edirik ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(067)- 351/2022 nömrəli icra vərəqəsinə əsasən daşınmaz əmlaka dair ləğv edilmiş çıxarışın bərpası əks olunmamışdır” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6B-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, '‘Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın nəticələri haqqında yekun Y-303 saylı protokol və müqavilə əsasında Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 127500 manata PSG Finans” BOKT-a satılmış, həmin fərdi yaşayış evinə "xxxx" BOKT-nın mülkiyyət hüququ qeydə alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1305/2021 saylı qətnaməsi ilə “Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələri haqqında Y-303 saylı xx.xx.2018-ci il tarixli protokolu və hərracın yekunlarına dair əmlakın alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(067)-351/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair qeydin bunun əsasında verilmiş çıxarışın ləğv edilməsinə” dair iddia tələbinin təmin edilməsi, Quba rayonu Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair "xxxx" BOKT MMC-nin adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Döviət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın və mülkiyyət hüququna dair qeydin ləğv edilməsi qət edilmişdir. İş üzrə verilmiş şikayətlər təmin edilməmiş, qətnamə qanuni qvvəsini almış və qətnamə icra edilmişdir. İddiaçı Quba rayonu, Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair onun adına ilkin qeydiyyatın və mülkiyyət hüququna çıxarışın bərpa edilməsini istəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli “R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(067)-351/2022 nömrəli qətnaməsi preyudisial əhəmiyyət daşıyır. Belə ki, sözügedən qətnamə ilə "xxxx" BOKT MMC-nin adına verilmiş RXseriyalı *** **** saylı çıxarış ləğv edilmişdir. Bu halda "xxxx" BOKT MMC-nin adına verilmiş RX seriyalı *** **** saylı çıxarış ləğv olunduğuna görə Quba rayonu, Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair iddiaçının adına ilkin qeydiyyat da bərpa edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Quba rayonu, Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair İddiaçı adına dövlət reystrində olan ilkin qeydiyyatın bərpa edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1773/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1773/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver