Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1774/2021 27.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan,) iddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti, Cəlilabad rayonunun Alar kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə qarşı mərhum həyat yoldaşı X4 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı qızı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “şəhidlik statusunun verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsin 16 iyul 2021-ci il tarixli qərardadları ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam veilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi ilə əvəz edilmişdir. Eyni zamanda inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 ilə rəsmi nikahda olmuşdur. Onların birgə nikahdan bir azyaşlı övladları vardır. 27 sentyabr 2020-ci il tarixdə başlamış və 44 gün davam etmiş Vətən Müharibəsi zamanı Bakı şəhərində yerləşən N saylı hərbi hissənin rabitə manqasının komandiri-telefonçu, iddiaçının həyat yoldaşı X6 30 noyabr 2020-ci il tarixdə hərbi hissənin komandanlığının tapşırığına əsasən döyüş təminatının icrası ilə bağlı hərbi texnikanın daşınmasına köməklik göstərməsi məqsədilə Yalama məntəqəsinə göndərilmişdir. Həmin ərazidə müharibə zamanı xidməti tapşırığının yerinə yetirilməsi ilə əlaqədar dəmir yol vaqonlarında hərbi texnikanın daşınma əməliyyatını həyata keçirərkən 30 noyabr 2020-ci il tarixdə baş vermiş qəza nəticəsində xəsarət almış və hərbi hospitala yerləşdirilmişdir. Belə ki, D,Rəcəbov iki avtomobilin arasında qalb sıxılaraq xəsarət almışdır. Həmin hospitalda, hərbi texnikanın daşınma əməliyyatını həyata keçirərkən aldığı xəsarət nəticəsində 11 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüs tapşırığının və va dövüs təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə şəhidlik statusu verilməlidir. Lakin qeyd edilən normativ hüquqi aktın tələbinə baxmayaraq, iddiaçının həyat yoldaşı döyüs təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olsa da, ona şəhidlik statusu verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi Dadaşov Cavid Zeydulla oğlu iddianı qəbul etmədi və izah etdi ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1 -ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, rabitə manqasının komandiri-telefonçu X6 döyüş şəraitində olmayan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı avtomobil qəzası nəticəsində xəsarət almış və hospitalda “Politravma, travmatik şok. Döş qəfəsinin və bel nahiyəsinin küt travması, ağciyərin əzilməsi, travmatik pnevmatoraks” nəticəsində 11.12.2020-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən mərhum X3 “şəhid” hesab edilməsi yuxarıda göstərilən qanunvericiliyə ziddir. İş materiallarında olan: -Sumqayıt Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.02.2016cıil tarixli nikahın haqqında şəhadətnamədən görünür ki, X8 və X9 18.02.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. - AZ-İİ № 133568 seriyalı ölüm haqqlnda şəhdatənamədən görünür ki, X6 16.12.2020-ci ildə vəfat etmişdir. Ölüm səbəbi qrafasında “dəqiqləşdirilməmiş yol xarakterli olmayan bədbəxt hadisə nəticəsində zərərçəkmiş piyada” göstərilmişdir. - N saylı hərbi hissənin 26.06.2021-ci il tarixli 2/2492 nömrəli məktubdan görünür ki, 21.11.2002-ci il tarixdən 11.12.2020-ci il tarixədək N nömrəli hərbi hissə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində daimi dislokasiya məntəqəsində yerləşmişdir. - N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, 30 noyabr 2020-ci il tarixdən getmiş hesab edilmişlər :... 19.müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmət hərbi qulluqçusu əshər X6 rabitə manqasınınn komandirinin-telefonçu ezamiyyətə X16 Stansiyasına (Xudat şəhəri) 2 gün müddətinə. -N nömrəli hərbi hissənin 24.06.2021-ci il tarixli 468 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluçusu X12 oglu, N nömrəli hərbi hissə komandirinin N nömrəli 30.11.2020- ci il tarixli əmrinə əsasən 2 (iki) gün müddətinə Xudat şəhəri dəmir yolu stansiyasına yüklərin boşaldılması işlərinin həyata keçirilməsi üçün ezam olunmuşdur. URAL 432007 markalı avtomobillərdən ibarət yükləri qatar platformasından boşaldan zaman öz ehtiyatsızlığı ucbatından bədbəxt hadisə zamanı qatarın yük platformasında iki nəqliyyat vasitəsinin arasında qalaraq ağır bədən xəsarəti almış və 11.12.2020-ci il tarixdə Silahlı Qüvvəilərin Baş Klinik Hospitalında ölmüşdür. Əlavə olaraq qeyd edilir ki N nömrəli hərbi hissənin sabiq hərbi qulluçusu X3 vəfatı döyüş tapşırığı və döyüş təminatı tapşırıqlarının yerinə yetirməklə əlaqədar deyil, xidməti vəzifələrinin icrası ilə bağlı baş vermişdir. -N nömrəli hərbi hissənin N nömrəli N yanvar 2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X6, rabitə manqasının komandiri-telefonçu, 11 dekabr 2020-ci il tarixdə “dəqiqləşdirilməmiş yol xarakterli olmayan bədbəxt hadisə nəticəsində zərər çəkmiş piyada” nəticəsində vəfat etdiyinə göte, Azərbaycan Respublikası Müdafiə nazirinin 01 yanvar 2021-ci il tarixli 02 nömrəli əmrinə əsasən 11 dekabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin siyahısından çıxarılmış hesab edilmişdir; Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 09.02.2021ci il tarixli 1/R-2537 saylı məktubundna görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilər güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində oian hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlil orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Həmin Qərarın 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icrə hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.Yuxarıda göstərilən qanunvericilikdə hərbi xidmət dövrü müxtəlif səbəblərdən vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların şəhid hesab edilməsi nəzərdə tutulmamışdır. -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 03.03.2021-ci il tarixli məktubundan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. N saylı hərbi hissənin 11.12.2020-ci il tarixli 1 nömrəli bildirişi eləcə də N saylı hərbi hissə komandirinin 11.12.2020-ci il tarixli 338 nömrəli əmrindən çıxarışında qeyd olunur ki, rabitə manqasının komandiri-telefonçu X6 döyüş şəraitində olmayan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı avtomobil qəzası nəticəsində xəsarət almış və hospitalda "Politravma, travmatik şok. Döş qəfəsinin və bel nahiyəsinin küt travması, ağciyərin əzilməsi, travmatik pnevmatoraks" nəticəsində 11.12.2020-ci il tarixdə vəfat etmişdir.Bu səbəbdən mərhum həyat yoldaşınız X3 "şəhid" hesab edilməsi yuxarıda göstərilən qanunvericiliyə ziddir. -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin 10.11.2021-ci il tarixli məktubundan görünür ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.N saylı hərbi hissənin 11.12.2020-ci il tarixli 1 nömrəli bildirişi eləcə də N saylı hərbi hissə komandirinin 11.12.2020-ci il tarixli 338 nömrəli əmrindən çıxarışında qeyd olunur ki, rabitə manqasının komandiri-telefonçu X6 döyüş şəraitində olmayan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı avtomobil qəzası nəticəsində xəsarət almış və hospitalda "Politravma, travmatik şok. Döş qəfəsinin və bel nahiyəsinin küt travması, ağciyərin əzilməsi, travmatik pnevmatoraks" nəticəsində 11.12.2020-ci il tarixdə vəfat etmişdir.Bu səbəbdən mərhum həyat yoldaşınız X3 "şəhid" hesab edilməsi yuxarıda göstərilən qanunvericiliyə ziddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir (maddə 8). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11.12.1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1 Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə verilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30.12.2008-ci il tarixli Qərarına görə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxsləri n həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin möbcudluğunu şərtləndirir. Məhkəmə qeyd edir ki, mərhum D.Rəcəbovun xidməti tapşırığın yerinə yetirilməsi zamanı baş vermiş hadisə nəticəsində xəsarət alması və sonradan həmin xəsarətlər nəticəsində vəfat etməsi mübahisələndirilmir. Məhkəmə hesab edir ki, cavabdehin mərhumun sırf döyüş əməliyyatları aparan hərbi hssənin tərkibində həlak olmamasına istinad etməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında əks olunan mövqeyi ilə ziddiyyət təşkil edir. Belə ki, həmin Qərarda qeyd edilmişdir ki, “Qaydaların 1.2.6-cı bəndinə sonradan əlavə olunmuş «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəasında atəşkəs dövrünə aid məhz iki halın xüsusi olaraq göstərilməsi, qanun normasına nisbətən daha məhdud xarakterli təəssürat yaratmaqla, qeyd olunan Qanun əsasında şəhid adının verilməsini istisna etməsə də, hər hansı başqa şəraitdə həlak olmuş şəxslərə şəhid adının verilməsini mümkünsüz edən kimi görünür” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, “ 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X1 şəhid statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1 şəhid statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1774/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1774/2021
27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver