Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1778/2021 10.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı (Yardımlı rayon Polis Şöbəsində baş inspektor işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 5, mənzil 21-də yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X3 (ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Xırdalan bələdiyyəsinin 02 may 2011-ci il tarixli 02 saylı iclasının qərarı ilə iddiaçının mərhum atası X2 icarəsinə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı binanın qarşısında yerləşən üzərində qaraj tikilmiş sahəsi 33 kv m olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 2 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 02 may 2011-ci il tarixli 02 saylı iclasının qərarı ilə iddiaçının mərhum atası X2 icarəsinə verilmiş uzun illər avtomobil qarajı kimi onun istifadəsində olmuş Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı binanın qarşısında yerləşən üzərində qaraj tikilmiş sahəsi 33 kv m olan torpaq sahəsi üzərində mərhum X2 icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək uzun illər avtomobil qarajı kimi istifadə olunmuş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı binanın qarşısında yerləşən üzərində qaraj tikilmiş sahəsi 33 kv m olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xirdalan bələdiyyəsinin 02 may 2011-ci il tarixli 02 saylı iclasının qərarı ilə mərhum X2 icarəsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsi əsas götürülərək uzun illər avtomobil qarajı kimi onun istifadəsində olmuş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı binanın qarşısında yerləşən üzərində qaraj tikilmiş sahəsi 33 kv m olan torpaq sahəsi ayrılmışdır. X5 ilə Abşeron rayonu Xırdalan Bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair 02 may 2011-ci il tarixli 02A saylı torpaq icarə müqaviləsi bağlanılmış və icarənin müddəti 50 il olmaqla 02 may 2061-ci il tarixədək müəyyən edilmişdir. X5 vəfat etdikdən sonra oğlu vərəsəsi kimi Abşeron rayonu 1 saylı notariat kontoruna müraciət edərək sözügedən torpaq sahəsi üzərində atasının icarə hüququnun oğluna verilməsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Abşeron rayonu 1 savlı notariat kontorunun notariusu tərəfindən də açılmış vərəsəlik işi ilə bağlı torpaq sahəsinə dair müvafiq məlumat verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi kürəsinə müraciət olunsa da, cavabdehin mərhum atam X2 torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılmadığını bəhanə etməsi səbəbindən, oğlu vərəsəlik şəhadətnaməsini ala bilməmişdir. Daha sonra cavabdeh tərəfindən torpağın ayrılmasına dair bələdiyyə qərarının düzgün verilmədiyi, həmçinin Xırdalan Bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyatdan keçirilmiş torpaq sahələrinin inventarlaşmasının keçirilməli olduğunu bildirərək torpaq üzərində hüququn dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdehin torpaq üzərində qaraj olduğu və həmin qarajın 2000-cı ildən əvvəl inşa edildiyi halda sözügedən torpaq sahəsinin geri alınması mümkün torpaq sahəsi olmasını şübhə altına alması əsassızdır. Bu kateqoriyadan olan torpaq sahələrinin faktiki istifadəçilərin adlarına sənədləşdirilməsi bələdiyyə torpaqlarına dair müvafiq qanunvericilik aktlarında da öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavadehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçının müraciətinə mübahisəli torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək mərhum atasının istifadəsində olmasını və nəticə etibarı ilə həmin Qanunun 16.3-cü maddəsinin təsiti altına düşməsini təsdiq edən sənəd əlavə edilmədiyindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan : - Abşeron rayon Xırdalan bələdiyyəsinin 02 may 201-ci il tarixli 02 saylı qərarından çıxarışdan görünür ki, avtomobil qarajı kimi istifadə olunmuş və bələdiyyənin mülkiyyətində olan 33 kv m torpaq sahəsinin X1 geri alınmasının qeyri-mümkünlüyü nəzərə alınaraq həmin torpaq sahəsinin uzun müddətə (50 illik) icarəyə verilməsi qərara alınmışdır. - Abşeron rayon Xırdalan bələdiyyəsi ilə X5 arasında bağlanmış 02 may 2011-ci il tarixli 02 A saylı icarə müqaviləsindən görünür ki, həmin mqüqavilə Abşeron rayon Xırdalan bələdiyyəsinin 02 may 2011-ci il tarixli qərarı əsasında 33 kv m torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi barədədir. -DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 26.04.2011-ci il tarixli 385 saylı rəydən görünür ki,X4 33 kv m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarə qaydasında 99 il müddətinə icarəyə verilməsinə etiraz etmir. -Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 27 aprel 2011-ci il tarixli 107 saylı rəyindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi Xırdalan bələdiyyəsinin müraciətinə əsasən vətəndaşların, o cümlərədn X2 istifadəsində olan 33 kv m torpaq sahəsinin uzun müddətə icarəyə verilməsinə etiraz etmir. - Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 716677 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki,X5 21.10.2014-cü il tarixdə vəfat etmişdir. -ünvan 4 ünvanlanmış 21.01.2015-ci il tarixli 76 saylı məktubundan görünür ki, açılmış vərəsəlik işi ilə əlaqədar mərhum X1 miras qalmış daşınmaz əmlak barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və müvafiq məlumatın verilməsi xahiş edilmişdir. - Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfinfən verilmiş plan və ölçü sənədindən görünür ki, həmin Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 02 may 2011-ci il tarixli 02 saylı iclasının qərarı ilə Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı binanın qarşısında yerləşən üzərində qaraj tikilmiş və icarəyə verilmiş sahəsi 33 kv m olan torpaq sahəsinə dair X2 adına tərtib edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq sahəsi ayrılarkən qüvvədə olan “Bələdiyyə toraqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək tərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Məhkəmə qeyd edir ki, bələdiyyə həmin normanı əsas götürərək torpaq sahəsinin Q.Zeynalovun istifadəsindən alınmasını qeyri-mümkün hesab edərək icarəyə verilməsinə dair qərar qəbul etmiş və icarə müqaviləsi bağlamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinin iddiaçının mərhum atası Q.Zeynalova icarəyə veirlməsi barədə qərar və icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə isə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06 saylı 15.10.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktalırn Dövlət Reyestrində 02.11.2012-ci il tarixdə qeydiyyata alınaraq, 03.11.2012-ci il tarixdən qüvvəyə minmiş «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmsına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Reyestrə müraciət edərək, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan öldükdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət yüzrə vərəsələrinin müraciəti əsasında ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə görə isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və/və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri reyestrə təqdim edənədək öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Yuxarıda qeyd olunan normaların məzmununudan göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə həmin əmlak üzərində hüquqların dövlət qeydiyatı haqqnda çıxarışın vərəsələk sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi müəyyən edilsə də, sözügedən Təlimatda vərəsələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilməsi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasına görə normativ hüquqi akt – qanunla və ya fərmanla dövlət orqanının səlahiyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativ hüquqi akt hesab olunmalıdır. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində mülkiyyət hüququ barədə çıxarışın verilməsi ilə bağlı məsələdə yuxarıda qeyd olunan «Təlimat»ın müddəaları ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları arasında ziddiyət mövcuddur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təqkil etdikdə qanun tətbiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı binanın qarşısında yerləşən üzərində qaraj tikilmiş sahəsi 33 kv m olan torpaq sahəsi üzərində icarə hüququnun iddiaçının mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Xırdalan bələdiyyəsinin 02 may 2011-ci il tarixli 02 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı binanın qarşısında yerləşən üzərində qaraj tikilmiş sahəsi 33 kv m olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1778/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1778/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver