Məhkəmə qərarları › İş №2-1(118)-178/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-178/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-178/2021 02.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin 2 saylı Regional Ərazi filalına qarşı təhsil müddətinin və sovzoxda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DSMF-nin Xaçmaz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil müddətinin və sovzoxda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının 1970-1973-cü illərdə Quba rayonu 3 nömrəli orta-texniki peşə məktəbində əyani təhsil aldığı və Xaçmaz rayonu Dövlət Arxivi tərəfindən verilmiş 130 nömrəli xx.xx.2019-cu il tarixli arayışa əsasən 04 ay rayonun keçmiş “Çkalov” adına sovxozda işlədiyi müddətlərin sığorta stajı kimi nəzərə alınaraq pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən birinci instansiya məhkəməsinin qərarl ləğv edilrək iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. Cavabdeh DSMF-nin Xaçmaz rayon şöbəsi prosessual hüquq varisi DSMF-nin 2 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Ş.Ağayeva iddiaçıya pensiya təyinetmə orqanının xx.xx.2020-ci il tarixli qərarı ilə yaşa görə əmək pensiya təyin olunduğunu və artıq iddiaçının 259,78 manat məbləğində pensiya aldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisə həll olunduğundan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DSMF-nin 2 saylı Regional Ərazi filalına qarşı təhsil müddətinin və sovzoxda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar