Məhkəmə qərarları › İş №2-1(118)-1781/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1781/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1781/2021 24.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına qarşı “01 may 1991-20 iyul 1992-ci illər dövründə Quba rayonunun “X.Səfərəliyev adına kolxoz”da işlədiyi dövr və və 01 yanvar 2006 - 31 mart 2006-cı il dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının 24.04.2017-ci il tarixdən təyin edilməsi və 24.04.2017-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmasına” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq, “01 may 1991-20 iyul 1992-ci illər dövründə Quba rayonunun “X.Səfərəliyev adına kolxoz”da işlədiyi dövr və və 01 yanvar 2006 - 31 mart 2006-cı il dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının 24.04.2017-ci il tarixdən təyin edilməsi və 24.04.2017-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyası təmin edilməsinə dair ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialına yazılı ərizə ilə müraciət etmişdir. Cavabdeh, bu günə qədər cavab verməmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus 10 noyabr 1975-ci il tarixli, ИТ-1 seriyalı, № ******* nömrəli “Əmək kitabçası”-ndan, ona məxsus 25 noyabr 1975-ci il tarixli, H3 seriyalı, № ******* nömrəli “Hərbi bilet”-dən və Azərbaycan Respubliikası Dövlət Arxivinin Quba filialının 25 oktyabr 2019-cu il tarixli, № 1599 nömrəli “Arxiv arayışı”-dan göründüyü kimi ümumilikdə iddiaçının 25 il, 10 ay, 03 gün sığorta stajı var. Belə ki, Hazırki ərizəyə əlavə edilmiş iddiaçıya məxsus 10 noyabr 1975-ci il tarixli, ИТ- İ seriyalı, № ******* nömrəli “Əmək kitabçası”-ndan göründüyü kimi iddiaçı “Şirvanqaz” Neft-qaz çıxarma İdarəsinin 31.10.1975 il tarixli, 214/K nömrəli əmri ilə 03.11.1975-ci il tarixdən həmin idarəyə 2-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmuşdur. Həmin idarənin 27.11.1975 il tarixli, 232/K nömrəli əmrlə 27.11.1975-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmağı ilə əlaqədar işdən azad edilmişdir. 27.11.1975 -ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidməti Sovet Sosialist Respublikalar X9 Federativ Sosialist Respublikasının Xabarovsk əyalətinin Elbans şəhər tipli yaşayış məntəqəsinin Teysin şəhərində (stansiya) xidmət etmişdir. 10.11.1977-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin dövrdə qüvvədə olan Əmək Məcəlləsi və Pensiya haqqında Qanunların tələbinə əsasən hərbi xidmətdən təxris olunan şəxslərə, xidmətdən təxris olunduğu vaxtdan sonra əvvəlki işlədiyi müəssisəyə bərpa olunmaq üçün 03 (üç) ay müddət verilirdi. Həmin 03 (üç) ay müddəti əmək stajına daxil edilirdi. Hazırki ərizəyə əlavə edilmiş iddiaçıya məxsus 25 noyabr 1975-ci il tarixli, H3 seriyalı, № ******* nömrəli “Hərbi bilet”-dən göründüyü kimi iddiaçı 10.11.1977-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və 07 dekabr 1977-ci il tarixdə işlədiyim yer üzrə Azərbaycan SSR-nın Əli-Bayramlı “Hərbi Komissarlıq”-na qeydiyyata alınmışdır. 19.12.1977 il tarixli, 237/K nömrəli əmrlə 21.12.1977-ci il tarixindən təkrarən “Şirvanqaz” Neft-qaz çıxarma İdarəsinə 2-ci dərəcəli elektrik vəzifəsinə təyin olunmuşdur. 21.05.1978-ci il tarixli, 91/K nömrəli əmrlə, öz xahişi ilə 29.05.1978-ci il tarixdən işdən azad edilmişdir. Həmin faktlardan göründüyü kimi 27.11.1975 -ci il tarixdən 29.05.1978-ci il tarixə qədərki dövr iddiaçının sığorta stajına daxildir. Əli Bayramlı şəhər, Tikinti-təmir İdarəsinin 28.02.1979-cu il tarixli, 14-K nömrəli əmri ilə 01.03.1979-cu il tarixdən həmin idarəyə əmtəə mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Həmin idarənin 16.04.1979-ci il tarixli, 25/K nömrəli əmrlə, 16.04.1979-cu il tarixdən 4-cü dərəcəli betonçu vəzifəsinə təyin edilmişdir. 15.04.1980-ci il tarixli, 28/K nömrəli əmrlə, öz xahişi ilə 31.03.1980-cu il tarixdən işdən azad edilmişdir. Dimitrov adına, Quba qoyunçuluq sovxozunun 01 aprel 1980-cı il tarixli, 53 nömrəli əmri ilə 01.04.1980-cı il tarixdən həmin sovxoza mühasib vəzifəsinə təyin edilmişdir. Həmin sovxozun 15 yanvar 1985-ci il tarixli, 09 $ 1 nömrəli əmri ilə 15.01.1985-cı il tarixdən mühasib vəzifəsindən çıxarılaraq Baş iqtisadçı vəzifəsinə təyin edilmişdir. Həmin sovxozun 05 sentyabr 1987-ci il tarixli, 314 nömrəli əmri ilə 05.09.1987-ci il tarixdən iqtisadçı vəzifəsindən azad edilərək 03 nömrəli qoyunçuluq şöbəsinə mühasib vəzifəsinə keçirilmişdir. Həmin sovxozun 28 sentyabr 1987-ci il tarixli, 333 nömrəli əmri ilə 28.09.1987-ci il tarixdən işdən azad edilmişdir. Həmin sovxozun 01 noyabr 1989-ci il tarixli, 336 nömrəli əmri ilə 01.11.1989- cu il tarixdən sovxozun hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Həmin sovxozun ləğv edilməsi ilə əlaqədar olara 31 may 1991-ci il tarixli, 70 nömrəli əmri ilə 31.05.1991-cu il tarixdən sovxozun hüquq məsləhətçisi vəzifəsindən azad edilmişdir. Quba gigiyena - epidmiologiya mərkəzinin 01 mart 1994-cü il tarixli, 14 lömrəli əmri ilə 01.03.1994-cü il tarixdən mərkəzə baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin mərkəzin 10 iyul 1999-cü il tarixli, 30 nömrəli əmri ilə 10.07.1999-cü il rixdən mərkəzdən azad edilmişdir. Quba “Ərazi Hidrometeorolojiya İdarəsi”-nin (Quba ƏHMİ) 03 avqust 1999-cü tarixli, 11/KS2 nömrəli əmri ilə 03.08.1999-cu il tarixdən idarəyə baş mühasib vəzifəsinə təyin edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolojiya Xidmətinin »a X1 {əvvəlki - Ərazi Hidro Hidrometeorolojiya İdarəsi) 10 fevral 2006-cə il tarixli, 68/U nömrəli əmri ilə 10.02.2006-cı ixdən tutduğu vəzifəsindən azad edilmişdir. Lakin, həmin müəssisənin 21 may 2020-ci il tarixli, № 20/270 nömrəli arayışından göründüyü kimi işlədiyi, 2006-cı ilin yanvar ayında 54 manat, fevral ayında 60,12 man. və mart ayında isə 46,62 manat məbləğində əmək haqqları almışdır. Hazırki ərizəyə əlavə edilmiş X6 Arxivinin Quba filialının 25 oktyabr 2019-cu il tarixli, № 1599 nömrəli “Arxiv arayışı”-da göründüyü kimi iddiaçı, may 1991 - iyul 1992-ci illər dövründə Quba rayonunu “X.Səfərəliyev adına kolxoz”-da mühasib işləmiş və buna müvafiq olaraq həmin dövrün ayları üzrə əmək haqları almışdır. 2006-cı ildən yasa gorə əmək pensiyasını müəyyən edən Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında 7 fevral 2006-cı il tarixi Qanununda göstərilir: Maddə 7. Yasa gorə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yasına çatmı; kişilərin və 57 yasına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunur qüvvəyə mindiyi günədək yasa gorə əmək pensiyası təyin edilmiş səxslər istisne olmaqla) yasa gorə əmək pensiyası huququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 02 may 2017-ci il tarixli Qanununa əsasən: 1.12. 7-ci maddənin birinci hissəsində “62” rəqəmləri “63” rəqəmləri ilə, “57” rəqəmləri “60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilsin; 1.13. 7-ci maddədə “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin: “Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir. 3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanlarm qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.2006-cı il yanvarın 1-dək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində göstərilir: İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Şəxsiyyət vəsiqəsinin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi xx xxxxx 1955-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasinin Əmək pensiyaları haqqında 07 fevral 2006-cı il tarixli Qanununun 7-ci maddəsindən göründüyü kimi mənə pensiya 24.04.2017-ci il tarixdən təyin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məkhəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi X3 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı 01 iyul 2019-cu İİ tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun 2 saylı regional ərazi filialına müraciət etmiş, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 23040 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarm (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarm ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşmadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Bildirirlər ki, iddiaçının 1991-ci ilin may ayından 1992-ci ilin iyul ayınadək “X.Səfərəliyev adına” kolxozda mühasib işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Bununla bağlı İddiaçı kolxozda əmək fəaliyyətinə dair arxiv arayışı təqdim etmişdir. X2 İnformasiya Sisteminin Sığorta Alt Sistemindən əldə edilmiş məlumata əsasən, iddiaçının Quba Ərazi hidro-metr idarəsində (X4 müəssisəsi) 01 yanvar 2006-cı il tarixdən sonra işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir. X4 müəssisəsinin 2006-cı il üzrə məcburi dövlət sosial sığorta ödənişlərinə dair illik hesabatlarında sığortaolunanların siyahısında iddiaçının adı aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmdən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İş materiallarından və tərəflərin izahatından görsənir ki, hazırkı mübahisənin yaranmasının əsasını iddiaçınin işlədiyi və arxiv arayışları ilə müəyyən olunan dövrlərin cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X10 25.10.2019-cu il tarixli, 1599 saylı arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının 1991-1992-ci illərdə Quba rayon X.Səfərəliyev adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya yaşa görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin 21.05.2020-ci il tarixli, 20/270 saylı Arayışında iddiaçının 2006-cı ilin yanvar-mart aylarında X5 Müəssisəsində baş mühasib vəzifəsində işləməsi öz təsdiqini tapmışdır. Arayışda iddiaçının işlədiyi dövrdə əmək haqqının hesablanmış məbləği də qeyd edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/Y-202 saylı, 15.10.2021-ci il tarixli Arayışında qeyd edilir ki, İddiaçı 2002-2006-ci illərdə X4 Müəssisəsində aşağıda göstərilən kimi işləmişdir: 21.01.2002-ci il tarixində aylıq əmək haqqı ştat cədvəlinə əsasən 116100 manat ödənilməklə 3 aylıq əmək müqaviləsi ilə Quba RHM-nə baş mühasib vəzifəsinə qəbul edilib (Əmr №214/k, 21.01.2002); 02.01,2004-cü il tarixindən 06.02.2004-cü il tarixinə qədər 2002-2003-cü illərin hesabına əmək məzuniyyəti verilmişdir (Əmr№ 128/k, 25.12.2003); Milli HM Departamentinin direktorunun (Ş.Şirəliyevin) 08.02.2006-cı tarixli, 19/k №li əmrinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə tutduğu vəzifədən azad edilib (Əmr №2, 10.02.2006) İddiaçı əmək haqqı aşağıdakı kimi göstərilmişdir: .....2006-ci il yanvar ayı 41.00 manat, fevral ayı 60.62 manat, mart ayı 46.62 manat. İş materiallarından göründüyü kimi iddiaçı həqiqətən 2006-cı ilin yanvar-mart aylarında X4 Müəssisəsində işləmişdir. Həmin dövrlərin cavabdeh tərəfindən nəzərə alınmamasını məhkəmə iddiaçının konstitusion hüquqlarının pozulması hesab edir. İş materiallarından görsənir ki, arxiv arayışında qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 25 il sosial sığorta stajı toplanır. Eyni zamanda iddiaçı pensiya yaşına çatdığına görə məhkəmə hesab edir ki, ona pensiya təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 01 may 1991-20 iyul 1992ci illər dövründə Quba rayonunun “X.Səfərəliyev adına kolxoz”-da işlədiyi dövr və və 01 yanvar 2006- 31 mart 2006 -cı il dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının 24.04.2017-ci il tarixdən təyin edilməsi və 24.04.2017-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 01 may 1991-20 iyul 1992-ci illər dövründə Quba rayonunun “X.Səfərəliyev adına kolxoz”da işlədiyi dövr və və 01 yanvar 2006- 31 mart 2006 -cı il dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının 24.04.2017-ci il tarixdən təyin edilməsi və 24.04.2017-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar