Məhkəmə qərarları › İş №2-1(118)-1784/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1784/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1784/2022 19.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X14 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə qarşı “xx.xx.1984-cü il təvəllüdlü X3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən daimi qeydiyyatdan çıxarılması vəzifəsinin Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, xx.xx.1984-cü il təvəllüdlü X3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən daimi qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 19 mart 2022-ci il tarixli, 128-15391M saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. X10 zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X13 Elnur Qəzənfər oğlu ilə rəsmi nikahda olmuş, Abşeron rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)-1587/2019 saylı qətnaməsi ilə onlar arasında Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 11 sentyabr 2009-cu il tarixli 563 saylı rəsmi nikah qeydi pozulmuşdur. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. X11 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə daimi qeydiyyata düşmüşdür. X13 Elnurla nikahları pozulduğu üçün ailə üzvü hesab olunmur ona görə də mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalıdır. İddiaçı Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək X3 mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən daimi qeydiyyatdan çıxarmağını xahiş etmişdir. Abşeron rayon Polis İdarəsi tərəfindən X3 qeydiyyatdan çıxarmaqdan imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, ”xx.xx-2022-ci il tarixdə Abşeron rayon RPİ-nə daxil olmuş ərizədə şəxsi mənziliniz ünvan 1 ünvanında yaşayan vətəndaş X4 qeydiyyatdan çıxarılmasını xahiş etmisiniz. Bildiririk ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdirkdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxanla bilər. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməlisiniz”. Cavabda göstərilənləri qanunsuz və əsassız hesab edir. Belə ki, X3 mülkiyyətində olan mənzilə heç bir hüququ yoxdur. O, uzun müddətdir ki, mülkiyyətində olan mənzildən getmişdir. Onunla oğlu Elnur arasındakı nikah pozulduğu üçün o iddiaçının ailə üzvü hesab olunmur. AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. X3 mülkiyyətimdə olan məzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etməkvə ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilir ki, sərəncam hüququ -əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. "‘Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il taixli Təlimatın 49-cıı bəndində göstərilir ki, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yerində qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Normanın tələblərinə əsasən iddiaçı mülkiyyətində olan mənzili özgəninkiləşdirmək istəsəm orada qeydiyyatda olan X7 razılığını almaq məcburiyyətində qalmalıdır. Beləliklə, cavabdehlərin qeydiyyatdan çıxmaması nəticəsində iddiaçının mənzil üzərində olan sərbəst sərəncam vermə hüququnun həyata keçirilməsi mümkün olmayacaq. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 2.2.4-cü maddəsinə əsasən, İnzibati məhkəmə İcraatı qaydasında həmçinin inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öbdəliyin qoyulmasına dair İddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi İlə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 45.1-ci maddəsində deyilir ki, iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun qərarında göstərilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərifindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya hilər. Beləliklə, X10 iddiaçının ailə üzvü olmadığına, mənzil üzərində hüququ olmadığına və formal olaraq qeydiyyata alındığına, onun mənzilində daimi qeydiyyatda olması mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olduğuna görə qeydiyyatdan çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırlıq iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X20 iddia ərizəsini müdafiə etmiş, məhkəmənin suallarına cavabında bildirmişdir ki, boşanma barədə qətnamə var. Üçüncü şəxsin mənzilə istifadə hüququnun tanınması ilə bağlı məhkəmə qətnaməsi mövcud deyil. Belə bir qətnamə varsa üçüncü şəxs məhkəməyə təqdim edə bilər. İddiaçının nümayəndəsi və vəkili X20 hazırlıq iclaslarında iştirak etsə də iddiaçmı şifahi məhkəmə baxışında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırlıq iclasında üçüncü şəxs izahatında iddia tələbini qəbul etmədiyini, hazırda kirayədə yaşadığını, iki övladı olduğunu, həmin mənzilə istifadə hüququnun məhkəmə qətnaməsi ilə tanındığını, bununla bağlı Ali Məhkəmənin qətnaməsi olduğunu bildirmişdir. Lakin üçüncü şəxs onun istifadə hüququnun tanındığı məhkəmə aktını təqdim etməmiş, növbəti məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********49-05101-093064, qeydiyyat nömrəsi **********, qeydiyat tarixi xx.xx.2012-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Abşeron rayon Ceyranbatan qəsəbəsi, MTİİTS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 40 saylı arayışda qeyd edilir ki, X1 qəsəbəsi, Nizami küçəsi, ev 4, mənzil 50 ünvanında yaşamır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə X10 ilə X15 arasında bağlanmış Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış, 11 sentyabr 2009-cu il tarixli, 563 sayl nikah qeydinin ləğv edilməsi, 10 yanvar 2012-ci il tarixdə anadan olmuş X17 və 08 avqust 2018-ci il tarixdə anadan olmuş X12 anası X3 yanında qalmaları müəyyən edilmiş, 10 yanvar 2012-ci i tarixdə anadan olmuş X16 və 08 avqust 2018-ci il tarixdə anadan olmu X12 yetkinlik yaşlarına çatanadək saxlanması üçün X8 hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yü iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, X3 xeyrin verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin 20 fevral 2019-cu il tarixdə hesablanması, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, hüquqi yardım üçün ödənilmi 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsinin və dövlət rüsumu kimi ödənilmiş 2 manat məbləğində pul vəsaitinin 15 manat hissəsinin cavabdeh X9 tutulub iddiaçı X5 ödənilməsi qət edilmişdir. (hakim E.Kazımov) Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2524/2019 saylı, 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1587/2019 saylı 09 aprel 2019-cu il tarixli qətnaməsinin alimentin tutulması hissəsində dəyişdirilməsi, cavabdeh X6 20 fevral 2019-cu il tarixdən başlayaraq 10 yanvar 2012-ci il tarixdə anadan olmuş X16 və 08 avqust 2018-ci il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində aliment alınıb X5 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Üçüncü şəxs hazırlıq iclasında mənzilə istifadə hüququnun tanınması ilə bağlı məhkəmə qətnaməsinin olduğunu bildirsə də məhkəmə tərəfindən qətnamənin təqdim edilməsi üçün vaxt verilməsinə baxmayaraq belə bir qətnamə məhkəməyə təqdim edilməmiş, üçüncü şəxs şifahi məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1984cü il təvəllüdlü X3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar