Məhkəmə qərarları › İş №2-1(118)-1789/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1789/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1789/2021 06.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı “Fərzəliyevlər” Tam ortaqlı X10 İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X11, X5 və X12 adlarına verilmiş **********07 reyestr nömrəli, RX seriyalı ******* saylı 22.09.2017-ci il tarixli, X20 adına verilmiş **********75 reyestr nömrəli Seriya MA ******* saylı 17.01.2012-ci il tarixli, X13 adına verilmiş RX seriyalı ******* saylı, 16.09.2014-cü il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların koordinatlarında düzəlişlərin edilməsi, X3, X21 və X8 torpaq sahələrinin koordinatları bərpa olunmaqla həmin çıxarışların koordinatlarının tərkibindən çıxarılması və müvafiq yeni “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması öhdəliyinin cavabdehin üzərrinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı “Fərzəliyevlər” Tam ortaqlı X10 İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh tərəfindən X11, X5 və X12 adlarına verilmiş **********07 reyestr nömrəli, RX seriyalı ******* saylı 22.09.2017-ci il tarixli, X20 adına verilmiş **********75 reyestr nömrəli Seriya MA ******* saylı 17.01.2012-ci il tarixli, X13 adına verilmiş RX seriyalı ******* saylı, 16.09.2014-cü il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların koordinatlarında düzəlişlərin edilməsi, X3, X21 və X8 torpaq sahələrinin koordinatları bərpa olunmaqla həmin çıxarışların koordinatlarının tərkibindən çıxarılması və müvafiq yeni “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması öhdəliyinin cavabdehin üzərrinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Aşağı Ləyər kəndində bir neçə vətəndaş, o cümlədən atası Koroğlu Fərzəliyev özlərinə məxsus pay torpaq sahələrinin birləşdirilməsi yolu ilə «Fərzəliyevlər» X41 (Fermer) Təsərrüfatını yaratmışlar. 2001-ci ildə müvafiq təsis müqaviləsi bağlanmış və 11 mart 2002-ci il tarixdə təsərrüfatın nizamnaməsi təsdiq edilmişdir, həmin təsərrüfat yaradıldığı vaxtdan onun idarəçisi o olmuşdur. Hazırda da həmin təsərrüfatın icraçı direktorudur. X6, X29 və X14 həmin təsərrüfatın üzvləridir və özlərinə məxsus pay torpaq sahələrini həmin təsərrüfata vermişlər. Belə ki, X3 və ailə üzvlərinin 4.43 ha, X21 1.11 ha, X8 1.11 ha torpaq sahələri olmuşdur. Həmin şəxslər həmin torpaq sahələrini müvafiq təsis müqaviləsinə əsasən «Fərzəliyevlər» X41 (Fermer) Təsərrüfatının balansına vermişlər. Həmin vaxtdan həmin torpaq sahələri həmin təsərrüfatın sahibliyində və istifadəsində olmuşdur. Bu yaxınlarda məlum olmuşdur ki, X3 və ailə üzvlərinin adına olan 4.43 ha torpaq sahəsinə dair verilmiş JN-423 KOD 30100018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 0.94 ha olan 423M hissəsinə dair X15 və ailə üzvlərinin, yəni X11, X7 və X12 adlarına **********07 reyestr nömrəli, Seriya RX ******* saylı 22.09.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 1.0 ha göstərilmişdir. Bununla da, Rabiyyat Ramazanovanın və ailə üzvlərinin adlarına olan 0.94 ha torpaq sahəsi naməlum səbəblərdən, heç bir hüquqi əsas olmadan həmin şəxslərin adlarına qeydiyyata alınan həmin torpaq sahəsinin tərkibinə daxil edilmişdir. Bundan başqa, X21 adına olan 1.11 hektar torpaq sahəsinə dair verilmiş JN-438 KOD 30100018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1.06 hektar olan 438M hissəsinə və Minasər Ağamuradovanın adına olan 1.11 ha torpaq sahəsinə dair verilmiş JN-434 KOD 30100018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1.11 ha olan 434M hissəsinə dair **********75 reyestr nömrəli çıxarışlar verilmişdir. Həmin çıxarışlar X16 adına verilmişdir. Həmin çıxarışla həmin şəxsin adına 1.85 hektar torpaq sahəsi qeydiyyata alınmışdır. Dilşad Şabanova ilə Minasər Ağamuradovanın qanuni mülkiyyətlərində olan torpaq sahələri heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinin tərkibinə daxil edilmişdir. Bu barədə onlar vəkil vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verdikdən sonra xəbər tutmuşlar. Belə ki, həmin idarə tərəfindən sorğuya verilmiş cavab məktubunda bu barədə qeyd edilmişdir. X24 isə həmin torpaq sahəsini 19 avqust 2014-cü il tarixli 4Ə-458 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Həmin müqavilə əsasında Firudin Şıxovun adına Seriya RX ******* saylı 16.09.2014-cü il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X2, X29 və X14 mülkiyyətlərində olan həmin torpaq sahələrini heç bir şəxsə satmamışlar, ümumiyyətlə torpaq sahələrinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışlar. Minasər Asğamuradova 21 mart 2001-ci il tarixdə vəfat etmişdir. Bütün bunlar isə təsdiq edir ki, yuxarıda göstərilən çıxarışların hər biri qanunsuzdur və hazırda «Fərzəliyevlər» X41 (Fermer) Təsərrüfatının mənafeyini pozur. X25 özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən satdıqdan sonra həmin müqavilə əsasında həm onun, həm də müqavilə üzrə alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən qeydiyyat orqanı olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən torpaq sahələrinin koordinatları dəyişdirilmiş və yuxarıda qeyd edildiyi kimi X3, X21 və X8 torpaq sahələri X28 Babayevanın, daha sonra isə Firudun Şıxovun adlarına verilmiş çıxarışların koordinatları daxilinə salınmışdır. Həmin çıxarışlar üzrə koordinatların ləğv edilməsi, X3, X21 və X8 torpaq sahələrinin koordinatları bərpa olunmaqla həmin çıxarışların koordinatlarının tərkibindən çıxarılması və koordinatların bərpa olunması barədə Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə verilmiş, lakin həmin idarə tərəfindən çıxarışların ləğv olunmasının yalnız məhkəmə qərarı ilə mümkün olduğu bildirilərək bu barədə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X11, X7 və X12 adlarına verilmiş **********07 reyestr nömrəli, Seriya RX ******* saylı 22.09.2017-ci il tarixli, X16 adına verilmiş **********75 reyestr nömrəli Seriya MA ******* saylı 17.01.2012-ci il tarixli və X13 adına verilmiş **********75 reyestr nömrəli Seriya RX ******* saylı 16.09.2014cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməli, X3, X21 və X8 torpaq sahələrinin koordinatları bərpa olunmaqla həmin çıxarışların koordinatları tərkibindən çıxarılmalı və müvafiq yeni çıxarışların tərtib olunması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İddiaçı məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçı iddiasına məhkəməyə təqdim olunmuş iddia ərizəsinə uyğun olaraq baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının izahatı, habelə iş materialları ilə müəyyən olunur ki, iddiaçı “Fərzəliyevlər” tam ortaqlıq kəndli fermer təsərrüfatının təsisçiləri X4, X23 və X9 məxsus və kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş torpaq sahələrinin başqa şəxslərə verildiyini iddia edir və həmin şəxslərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardakı koordinatlara düzəliş edilməsini məhkəmədən xahiş edir. İş materialları ilə müəyyən olunur ki, JN-434 KOD 30100018 saylı dövlət aktı ilə1,11 ha torpaq sahəsi X8 adına, JN-438 KOD 30100018 saylı dövlət aktı ilə 1,11 ha torpaq sahəsi X21 adına, JN-423 KOD 30100018 saylı dövlət aktı ilə 4,43 ha torpaq sahəsi X3, Ramazanova Anjela qədir qızının, X22, X18 adına qeydiyyata alınmışdır. Beləliklə iddiaçı özünə məxsus olmayan, başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə bağlı hüquqların müdafiəsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin torpaq sahələri üzərində onun hər hansı bir hüququnu təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Sözügedən torpaq sahələri kəndli fermer təsərrüfatının istifadəsində olmuş olsa belə mülkiyyət hüququ ilə yuxarıda adları qeyd olunan şəxslərə məxsusdur. İddiaçı öz adından deyil adı qeyd olunan tam ortaqlıq adından iddia qaldırmış olsaydı belə, işə inzibati məhkəmə icraatında baxılmasının mümkün sayılması üçün həmin hüquqi şəxsin də sözügedən torpaq sahəsi üzərində hüquqlarının mövcud olması və həmin hüquqlara müdaxilənin olması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Lakin hazırki işdə sözügedən torpaq sahələrinə dair əmlak hüquqlarının “Fərzəliyevlər” X41 fermer təsərrüfatına keçməsini təsdiq edən sənədlər də məhkəməyə təqdim olunmamışdır. Bununla da həmin torpaq sahələri ilə bağlı iddiaçının, habelə “Fərzəliyevlər” X41 fermer təsərrüfatının subyektiv hüququnun pozulması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar