Məhkəmə qərarları › İş №2-1(118)-1789/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1789/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1789/2023 06.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş əlilliyin dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə xx.xx.2021-ci il tarixli qərarın dəyişdirilməsi və iddiaçıya birinc qrup əlillik pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş əlilliyin dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2-ci Qarabağ müharibəsi iştirakçısı 2-ci qrup əlildir. 1999-cu ildə həqiqi hərbi xidmətə çağrılmış, ondan sonra 2-ci Qarabağ müharibəsinin başlaması və ağır yaralanana qədər vətənə xidməti davam etmişdir. 21 il ərzində 2004-cü ildə 10 illik medal, 2008-ci ildə 90 illik medal, 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik, 2018-ci ildə 100 ilik, 2009-cu ildə Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal, 2014-cü ildə Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal, 2019-cu ildə Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal, Şücaətə görə, Cəsur döyüşçü, Cəbrayılın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə, Vətən uğrunda medallara layiq görülmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin XTQD-də xidmət keçmişdir. Müharibə dövründə Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vətən torpaqlarının düşməndən azad olunması uğrunda gedən şiddətli döyüşlər zamanı ağır yaralanmışdır. Başından ağır əməliyyatlar keçirmişdir. Bu günə kimi müalicə qəbul edir. Döyüş zamanı aldığı xəsarətlərə görə mənə 2-ci qrup əlillik təyin olunmuşdur. Bununla əlaqədar xx.xx.2022-ci ildən xidmət etdiyi vəzifəsindən təxris edilmişdir. Aldığı xəsarətlədən dolayı onda yaddaş pozğunluğu yaranmışdır. Beləki yanında kimsə olmadan heç bir yerə gedə bilmir. Bütün bu hallara baxmayaraq ona 2-ci qrup əllilik dərəcəsi verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Partlayış travması (xx.xx.2020) Keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla, koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Partlayış travması (xx.xx.2020) açıq kəllə-beyin travması, alın nahiyyəsindən baş beyin, sağ alın payının ağır dərəcədə əzilməsi, beyindaxili yad cisimlərinə(metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression kraniotomiya cərrahi əməliyyatından sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatının nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 sm*2 sümük defekti; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Partlayış travması (xx.xx.2020) Keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla , koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu Partlayış travması (xx.xx.2020)açıq kəllə-beyin travması , alın nahiyyəsinən baş beyin, sağ alın payının ağır dərəcədə əzilməsi, beyindaxili yad cisimlərinə(metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression kraniotomiya cərrahi əməliyyatından sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatının nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 sm*2 sümük defekti Barotravma(xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol quraqda 4(dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə Astiqmatizm, OD- qarışıq astiqmatizm VİZUS OD - 0.2k/ilə-0.5 (onda beş), VİZUS OS -1.0 Dəmir defısitli anemiya, . Kombinə olunmuş babasil. Hemmaroidektomiya əməliyyatından sonrakı vəziyyət (xx.xx.2013) Sağ alın nahiyyəsində yaranın təftişi . İrinli fistulun ləğvi cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2021); Meyar: 2.2 İkinci dərəcə əlillik =>(2.2.9) qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-çi'il tarixdə əyani müayinədə olmuş və “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdtrtlır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il təvəllüdlüdür. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0002 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən TSEK-in “baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üvzi mənşəli şəxsiyyət və davranış pozğunluqları, partlayış trevması (xx.xx.2020), keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla, koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcəsə pozulması ilə; mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu; partlayış travması (xx.xx.2020) açıq kəllə-beyin travması; alın nahiyyəsindən baş beyin; sağ alın payının ağır dərəcədə əzilməsi; beyindaxili yad cisimlərinə (metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression cərrahi əməliyyatdan sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatın nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 sm*2 sümük defekti” diaqnozları ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 6868 saylı, 27 may 2022-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı “keçirilmiş açıq kəllə-beyin travması, baş-beynin sağ alın payının ağır dərəcədə tənzimlənməsindən sonra tez-tez baş verən epileptik tutmalar və koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə; partlayış (xx.xx.2020)travması açıq-kəllə beyin travması, alın nahiyyəsinin baş-ebyin sağ alın payının ağır dərəcədə əzilməsi, beyindaxili yad cisimlərinə (metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression kraniotomiya cərrahi əməliyyatdan spnrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış allıqreft kranioplastika, cərrahi əməliyyatının nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 kv.sm sümük defekti; mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıtlı nitiqinin sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədə eşitməsi ilə” ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozları qoyulmuşdur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının № 3-17-4/3-3-1964/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxx 1981-ci il təvəllüdlüdür. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0002 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixdən TSEK-in “baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üvzi mənşəli şəxsiyyət və davranış pozğunluqları, partlayış trevması (xx.xx.2020), keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla, koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcəsə pozulması ilə; mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu; partlayış travması (xx.xx.2020) açıq kəllə-beyin travması; alın nahiyyəsindən baş beyin; sağ alın payının ağır dərəcədə əzilməsi; beyindaxili yad cisimlərinə (metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression cərrahi əməliyyatdan sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatın nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 sm*2 sümük defekti” diaqnozları ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı həmin qərarla razılaşmamış və cavabdehə müraciət edərək ona 07 dekabr 2021-ci il tarixdən birici qrup əlilliyin təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqanın № 3-17-4/3-3-1964/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılmışdır. İddiaçı ona təyin edilmiş ikinci dərəcə müddətsiz əlillik ilə razılaşmadığından eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci maddəsinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0- İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9); 2.1.2. talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom (D56-D56.9); 2.1.3. üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi (İ27.0- İ27.9, İ28.0-İ28.8); 2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9); 2.1.5. xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi (K72.0-K72.9); 2.1.6. ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir) (Y83.0); 2.1.7. inkurabel onkoloji xəstəliklər (C00-C97); 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0-S06.9); 2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9); 2.1.10. iki ətrafın güdülü (S48.0-S48.9, S58, S68, S78, S88, S98); 2.1.11. birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü (S68, M16.0-M16.9); 2.1.12. hər iki bud-çanaq oynaqlarının ankilozu (M24.6); 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79); 2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9); 2.1.15. şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9); 2.1.16. İİV-infeksiyasının İV(QİÇS) mərhələsi, terminal vəziyyət (B20-B24). Məhkəmə cavabdeh orqan tərəfindən iddiaçıya ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsinə münasibətdə bildirir ki, Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, Forma №88 saylı göndərişində qeyd edilmişdir ki, iddiaçıya “əsas diaqnoz: T90.1 başıç açıq yaralanmasının nəticələri, keçirilmiş ağır kəllə beyin travması, baş-beynin ağır dərəcəli əzilməsindən sonrakı vəziyyət əlavə köməyə ehtiyac var”; “ağırlaşma : F06.6 üzvi mənşəli emosional labil (Astenik) pozuntu, kəlləbeyin travması nəticəsində emosional nəticəsində emosional labil pozuntu; F06.7 Yüngül koqnitiv pozuntu; G40 Epilepsiya, sağ alın-təpə nahiyyəsinin kranioektomiyası, hematomanın çıxarılmasından sonrakı; S06.2 Baş beynin diffuz travması, baş beynin diffuz travması; T90.9 Başın dəqiqləşdirilməmiş travmalarının nəticələri, başın dəqiqləşdirilməmiş travmasının nəticələri; Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədənsonrakı vəziyyətlər – sağ alın-təpə nahiyyəsinin kranioektomiyası, hematomanın çıxarılmasından sonrakı vəziyyət” diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci maddəsində tibbi göstəriş olan xüsusi hallarda birinci dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin maddənin 2.1.8-ci bəndinə əsasən ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0-S06.9) göstərişləri olan hallarda ikinci qrup əlillik müddətsiz olaraq təyin edilir. Göründüyü kimi, iddiaçıya Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, Forma №88 saylı göndərişlə təyin edilmiş və ağırlaşma kimi qeyd edilmiş “S06.2 Baş beynin diffuz travması, baş beynin diffuz travması” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8-ci bəndində birinci dərəcə əlilliyin təyin edilmə halı kimi birbaşa nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən tərtib olunmuş Forma 88 saylı göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, kodu XBT 10-a uyğun olaraq – S06.2 diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8-ci maddəsində birinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya birinci qrup əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əlilliyini təsdiq edən tibb müsəssisəsi tərəfindən verilmiş Forma 88 arayışına və orada qeyd edilmiş XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8-ci maddəsinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (XBT 10-a uyğun olaraq S06.2) mövcuddur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona xx.xx.2021-ci il tarixdən birinci qrup əlilliyin təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi “xx.xx.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş əlilliyin dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi”ndən ibarət olsa da, əslində onun tələbi cavabdeh inzibati orqanın "xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1964/2023 saylı qərarının ləğv edilməsi və ona ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli qərarın dəyişdirilərək, birinci qrup əlilliyin təyin edilməsi ilə bağlıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 1964/2023 saylı qərarı ləğv edilməli, İddiaçı ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin xx.xx.2021-ci il tarixli, xxxxxxx00002 saylı qərarı dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1964/2023 saylı qərarı ləğv edilsin. İddiaçı ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, xxxxxxx00002 saylı qərar dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar