Məhkəmə qərarları › İş №2-1(118)-179/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-179/2020

24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-179/2020 24.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı «Arıçılıq» X2 İstehsalı və Satışı Kooperativinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Arıçılıq» X2 İstehsalı və Satışı Kooperativinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 Xaçmaz RQİ və TBŞ qarşı “1984-cü il buraxılışlı KamAZ-4310 markalı, çənli 95-35 AQM qeydiyyat nişanlı avtomaşının “Arıçılıq” Kooperativinin adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 1984-cü il buraxılışlı KamAZ-4310 markalı, avtomaşının “Arıçılıq” Kooperativinin adına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 Xaçmaz RQİ və TBŞ müraciət etmiş, lakin cavabdehin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kooperativin sədri X3 1991-ci ildə "Arıçılıq" X2 istehsalı və satışı kooperativini təsis etmişdir. Kooperativin fəaliyyəti ilə əlaqədar "AZNEFT" istehsalat birliyinin X6 idarəsinin balansında olan 1984-cü il buraxılışlı KamAZ- 43İ0 markalı, çənli 95-35 AQM nömrəli istismara yararsız avtomaşını kooperativin adına satın alınmışdır. Hazırda da həmin avtomaşın kooperativin sərəcamındadır. Cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 Xaçmaz RQİ və TBŞ-nə rəsmi qaydada müraciət edərək həmin avtomaşının "Arıçılıq" X2 istehsalı və satışı kooperativinin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin cavabdeh avtomaşını "Arıçılıq" X2 istehsalı və satışı kooperativinin adına rəsmiləşdirməmiş, kooperativin fəaliyyətinin dayandırılması ilə əlaqədar qeydiyyat hərəkətlərinin aparılmasının qeyri-mümkün olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi KAMAZ-4310 markalı, çənli 95-35 AQM qeydiyyat nişanlı, 1984-cü il buraxılışlı, mühərrik №647112 şassi №6201, nəqliyyat vasitəsi hal hazırda “AZNEFT” istehsalat birliyinin X6 idarəsinin qeydiyyatındadır. “AZNEFT” istehsalat birliyinin X6 idarəsi və “Arıçılıq” X2 istehsalı və satışı kooperativi arasında bağlanmış alqı-satqı müqaviləsi müəyyən olunmuş müddətdə rəsmiləşdirilməmişdir. Bu səbəbdən iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Əlavə olaraq xahiş edilmişdir ki, iş qrafikinin çoxluğu və əməkdaşların məzuniyyətdə olması ilə əlaqədar məhkəmə baxışına nümayəndələrinin iştirakı olmadan baxılsın. Məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. SSRİ Neft və Qaz Sənayesi Nazirliyi S.A.Vəzirov adına Lenin və İ dərəcəli X8 X5 X6 İdarəsinin xx xxxxxxxx 1991-ci il tarixli, 189 saylı əmrində 1984-cü il buraxılışlı KAMAZ- 43İ0 markalı 95-35AQM nömrəli xüsusi təyinatlı avtomaşının "Arıçılıq" X2 istehsalı və satışı kooperativinə satıldığı qeyd olunur. AA seriyalı, 034696 saylı nəqliyyat vasitəsinin texniki müayinə aktında KAMAZ-43İ0 markalı nəqliyyat vasitəsinin texniki vəziyyəti texniki saz olaraq qiymətləndirilmişdir. Məhkəməyə yuxarıda adları qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 1-ci bəndinəəsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Həmin Qanunun 27-ci maddəsinin 6-cı bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; Həmin Qanunun 27-ci maddəsinin 13.1-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, AzərbaycanRespublikası qanunvericiliyinə müvafiqolaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Kooperativin fəaliyyətinin dayandırılması qeydiyyat hərəkətlərinin aparılmasına mane ola bilməz. Məhkəmə araşdırması zamanı müəyən edildi ki, SSRİ Neft və Qaz Sənayesi Nazirliyi S.A.Vəzirov adına Lenin və İ dərəcəli X8 X5 X6 İdarəsinin xx xxxxxxxx 1991-ci il tarixli, 189 saylı əmri əsasında 1984-cü il buraxılışlı KAMAZ-43İ0 markalı 95-35AQM nömrəli xüsusi təyinatlı avtomaşının "Arıçılıq" X2 istehsalı və satışı kooperativinə satılmış və avtomobil iddiaçının istifadəsində olmuşdur.Həmçinin, AA seriyalı, 034696 saylı nəqliyyat vasitəsinin texniki müayinə aktında KAMAZ-43İ0 markalı nəqliyyat vasitəsinin texniki vəziyyəti texniki saz olaraq qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 1984-cü il buraxılışlı KamAZ-4310 markalı, qeydiyyat şəhadətnaməsi BO 994776 avtomaşının “Arıçılıq” Kooperativinin adına rəsmiləşdirilməsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 Xaçmaz RQİ və TBŞ üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar