Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-179/2024 28.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Cavabdehin xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyin pozulasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155813 saylı qərarına əsasən keçirilmiş səyyar vergi yoxlamasının xx.xx.2022-ci il tarixli **********155869 saylı səyyar vergi yoxlaması Aktına və xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və a sığortaedənin vergi qanunvericiliyinin və va icbari tibbi sığorta və sosial qanunvericiliyin pozulasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən SPULT” MMC Məhdud Məsuliyyətli Cəmiyyətinə əsassız olaraq aşağıda göstərilən məbləğlərdə əlavə vergilər hesablanmışdır.Belə ki, 2018-ci ildə 2629,16 manat artıq hesablama, 2019-cu üdə 4855,85 manat az hesablama olmaqla, ümumilikdə Mənfəət vergisi üzrə 2226,69 manat əlavə vergi və həmin məbləğin 50 %-i həcmində, yəni 2427,9 manat maliyyə sanksivası. ƏDV üzrə 2018-ci ildə 5924,60 manat artıq hesablama, 2019-cu ildə 1086,96 manat az hesablama, 2020-ci ildə 430,49 manat artıq hesablama, 2021-ci ildə 34,81 manat artıq hesablama olmaqla, ümumilikdə ƏDV-nin 5302,95 manat artıq hesablanması müəyyən edilmişdir.Bundan əlavə, ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci ildə 6489.91 manat, 2019-cu ildə 408,34 manat, 2020-ci ildə 1381,11 manat, 2021-ci ildə 1426,05 manat az , ümumilikdə yoxlama dövrü üzrə 9705,41 manat əlavə ÖMV hesablanmış və qeyd olunan məbləğə uyğun olaraq 50% həcmində, yəni 4852.72 manat maliyyə sanksiya tətbiq edilmişdir.Bundan əlavə MMC tərəfindən təsisçi X4 cəmiyyətin kassasından 2018-ci ilin mart ayında 10500 manat, aprel ayında 120500 manat, may ayında 148000 manatolmaqla, cəmi 373500 manat vəsait nağd şəkildə ödənildiyi üçün Vergilər Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən 28350 maııat maliyyə sanksiyası tətbiq edilmişdir.Qeyd olunanları aşağıdakı səbəblərdən əsassız hesab edir.Belə ki, səyyar vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən 2018-ci il ərzində 887,287,00 manat məbləğində gəlir olduğu halda Mənfəət vergisi bəyannaməsində gəlir səhv ən 957,943.00 manat göstərilmişdir. Cəmiyyətin gəliri 70,656 manat çox göstərildiyi halda bu hal nəzərə alınmamış və yoxlama zamanı gəlir əsassız olmaq 934,102,55 manat göstərilmişdir.Bundan əlavə Cəmiyyət tərəfindən 2018-ci il ərzində ezamiyyələrlə bağlı rəsmi təsdiqedici sənədlər göstərilməsinə baxmayaraq 7.447,94 manat xərci nəzərə alınmamışdır.Bundan başqa Cəmiyyət tərəfindən 2018-ci il ərzində 6.154,08 manat yanacaq xərci yoxlama zamanı nəzərə alınmamış və MV məqsədləri üçün gəlirdən çıxılan xərc kimi qəbul edilməmişdir.2019-cu ildə də Cəmiyyət tərəfindən gəlirlər faktiki olaraq 293,111.00 manat olduğu halda SVY zamanı gəlirlər qanunsuz olaraq 307,156,! 5 manat götürülmüşdür.Eyni hallar 2020 və 2021-ci ildə də baş vermişdir......Hesab edir ki, qərar əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsini əsassız hesab edir. Belə ki, cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli **********155813 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2018-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etməklə növbədənkənar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır.Yoxlama zamanı iddiaçıya xx.xx.2022-ci il tarixli **********55863 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə” təqdim edilmişdir. Tələbnamədə göstərilən vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya vergi ödəyicisi tərəfindən təqdim edilmişdir. Səyyar vergi yoxlaması zamanı.... ...........Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2022-ci il tarixli **********155869 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2022-ci il tarixli, **********61751 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir.Qəbul edilmiş qərarlar qanunvericiliyə uyğun şəkildə tərtib edilmişdir.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi X3 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********61751 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surəti, cavabdehin etirazı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7347 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2 saylı Ərazi Vergilər Baş idarəsi xx.xx.2018-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etməklə İddiaçındə növbədənkənar vergi yoxlaması təyin edilmiş və nəticəsində xx.xx.2022-ci il tarixli, **********61751 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Səyyar vergi nəzarəti tədbirləri nəticəsində barəsində qəbul edilmiş qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********61751 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunvericiliyə uyğun şəkildə qəbul edildiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh təşkilatın təqdim etdiyi hüquqmüəyyənedici sənədlərdən görünür ki, Səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən müəssisədə mənfəət vergisi üzrə: Yoxlama zamanı, 2018-ci ildə malların təqdim edilməsindən gəlirləri 934102,55 manat (maya dəyərindən aşağı rəsmiləşdirilmə, topdan satış qiymətindən aşağı qiymətlə pərakəndə satışın rəsmiləşdirilməsi, 30 gün ərzində qiymətlər arasında 30%- dən yuxarı fərqin olması halları nəzərə almaqla), mənfi məzənnə fərqi 25895,46 manat, müsbət məzənnə fərqi 3517,47 manat olmaqla, cəmi gəlirləri 911724,56 manat müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012 ci il tarixli Q-01 nömrəli “X1” haqqında Qərarı, Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında xx.xx.2008-ci il tarixli 14 nömrəli Qərarı üzrə ezamiyyə xərclərinin düzgün rəsmiləş dirilmədiyi, həmçinin təsdiqedici sənədlərin olmaması səbəbindən ezamiyyə xərcləri, cəmiyyətin balansında və ya icarə əsasında nəqliyyat vasitəsinin olmamasını nəzərə alaraq yanacaq xərcləri mənfəət vergisinin xərclərindən azaldılmışdır. Həmçinin, iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər əsasında təqdim edilmiş mallar üzrə malın dəyəri 784635,4 manat müəyyən edildi.2018-ci ildə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 849127,64 manat olmuşdur ki, cəmiyyətin vergiyə cəlb edilən mənfəəti 62596,92 manat müəyyən edilmişdir. Mənfəət vergisinin dərəcəsinin 20% olduğunu nəzərə alsaq 12519,38 manat vergi hesablanmalıdır.Odur ki, vergi orqanı Vergi Məcəlləsinin 14.3.3-cü, 14.4-cü, 104.1 -ci, 108-ci, 109-cu, 142.2-ci maddələrinin tələblərinin nəzərə alaraq 2018-ci il üzrə hesablanmış 15148,54 manat mənfəət vergisi nəzərə alınmaqla verginin 2629,16 manat artıq hesablandığı müəyyən edilmişdir. İddiaçının 2019-cu ildə malların təqdim edilməsindən gəlirləri 307156,15 manat (maya dəyərindən aşağı rəsmiləşdirilmə, topdan satış qiymətindən aşağı qiymətlə pərakəndə satışın rəsmiləşdirilməsi halları nəzərə almaqla), mənfi məzənnə fərqi 6178,92 manat, müsbət məzənnə fərqi 5053,31 manat, iddia müddəti bitmiş və silinmiş kreditor borcdan gəlir 36512,78 manat olmaqla, cəmi gəlirləri 342543,32 manat müəyyən edilmişdir.Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasinin xx.xx.2012 ci il tarixli Q-01 nömrəli “X1” nın təsdiq edilməsi haqqında Qərarı, Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında xx.xx.2008-ci il tarixli 14 nömrəli Qərarı üzrə ezamiyyə xərclərinin düzgün rəsmiləşdirilmədiyi, həmçinin təsdiqedici sənədlərin olmaması səbəbindən ezamiyyə xərcləri mənfəət vergisinin xərclərindən azaldıldı. Həmçinin, yoxlamaya təqdim edilmiş sənədlər əsasında təqdim edilmiş mallar üzrə malın dəyəri 260821 manat müəyyən edilmiş, eyni zamanda, təsdiqini tapmayan rabitə xərcləri azaldılmışdır. Beləliklə, Vergi Məcəlləsinin 104.1 -ci, 108-ci, 109-cu, 142.2-ci maddələrinin tələblərinin nəzərə alaraq 2019-cu ildə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 300553,55 manat olmuşdur ki, cəmiyyətin vergiyə cəlb edilən mənfəəti 41989,77 manat müəyyən edilmiş, Mənfəət vergisinin dərəcəsinin 20% olduğunu nəzərə alsaq 8397,95 manat vergi hesablanmalıdır. 2019-cu il üzrə hesablanmış 3542,10 manat mənfəət vergisini nəzərə alsaq, mənfəət vergisinin 4855,85 manat az hesablandığı müəyyən edilmişdir. MMC-nin 2020-ci ildə malların təqdim edilməsindən gəlirləri 50982,31 manat (maya dəyərindən aşağı rəsmiləşdirilmə halı nəzərə almaqla), pandemiyadan zərərçəkmiş vergi ödəyicilərinə ödəniş 2959 manat, müsbət məzənnə fərqi 10,58 manat, iddia müddəti bitmiş və silinmiş kreditor borcdan gəlir 5000 manat olmaqla, cəmi gəlirləri 58951,89 manat müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlər əsasında təqdim edilmiş mallar üzrə malın dəyəri 48684,11 manat müəyyən edildi.Beləliklə, Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 109-cu, 142.2-ci maddələrinin tələblərinin nəzərə alaraq 2020-ci ildə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 80983,49 manat olmuşdur ki, cəmiyyətin 22031,59 manat zərəri müəyyən edilmişdir. İddiaçının 2021-ci ildə malların təqdim edilməsindən gəlirləri 13199,46 manat (maya dəyərindən aşağı rəsmiləşdirilmə halı nəzərə almaqla), pandemiyadan zərərçəkmiş vergi ödəyicilərinə ödəniş 739,75 manat, mənfi məzənnə fərqi 1384,95 manat, əvvəllər gəlirdən çıxılmış xərcin, zərərin və ya ümidsiz borcun ödənilməsindən gəlir 12000,00 manat, iddia müddəti bitmiş və silinmiş kreditor borcdan gəlir 10541,79 manat olmaqla, cəmi gəlirləri 35096,05 manat müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlər əsasında təqdim edilmiş mallar üzrə malın dəyəri 12162,47 manat müəyyən edilmişdir.Beləliklə, Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 109-cu, 142.2-ci maddələrinin tələblərinin nəzərə alaraq 2021-ci ildə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 38686.96 manat olmuşdur ki, cəmiyyətin 3590,91 manat zərəri müəyyən edilmişdir. Mənfəət vergisi üzrə 2018-ci ildə 2629.16 manat artıq hesablama, 2019-cu ildə 4855.8 manat az hesablama olmaqla, ümumilikdə mənfəət vergisinin 2226.69 manat az hesablanması müəyyən edilmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 4855.8 manat azaldılmasına görə 50% məbləğində, yəni 2427.9 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş illər üzrə malların hərəkəti, həmçinin topdan və pərakəndə satışın tərkibi barədə məlumatlar yoxlama zamanı araşdırılarkən göstərir ki, vergi ödəyicisi tərəfindən müxtəlif mallar maya dəyərindən aşağı qiymətlə rəsmiləşdirilərək, büdcəyə hesablanmalı vergilər azaldılmışdır.Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərin araşdırılması zamanı topdan satış qiymətləri ilə pərakəndə satış qiymətləri arasında uyğunsuzluqlar aşkar edilmişdir. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Əlavə dəyər vergisi üzrə 2018-ci ildə 5924,60 manat artıq hesablama, 2019-cu ildə 1086.96 manat az hesablama, 2020-ci ildə 430.49 manat artıq hesablama, 2021 -ci ildə 34,81 manat artıq hesablama olmaqla, ümumilikdə ƏDV-nin 5302.95 manat artıq hesablanması müəyyən edilmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 31649.54 manat azaldılmasına görə 50% məbləğində, yəni 15824.78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Türkiyə Respublikasında fəaliyyət göstərən W and E FORWARD LLC müəssisəsinə daşımaya görə 108165,22 manat ödənişlər üzrə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində 6% vergi tutulmamışdır.Nəticədə, 6489,91 manat verginin azaldıldığı müəyyən edilmişdir. İddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, təsisçi X5 tərəfindən cəmiyyətə 2019-cu il ərzində 74284,84 manat borc verilmiş, qaytarılma olmamışdır, 2020-ci il ərzində 143000 manat borc verilmiş, 10000 manat borcdan qaytarılmış, 2021-ci il ərzində 20700 manat borc verilmiş, 24000 manat borcdan qaytarılmışdır. 2019-cu il üzrə dövrün əvvəlinə qalıq olmamış, xx.xx.2022-ci il tarixə cəmiyyətin təsisçiyə borcu 203984,84 manat təşkil etmişdir. Lakin, cəmiyyət tərəfindən faiz gəlirləri ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Odur ki, Mərkəzi bankın kredit hərraclarında müvafiq dövrlər üzrə təsbit edilmiş faiz dərəcələrini nəzərə almaqla 2019-cu il üzrə 408,34 manat, 2020-ci ildə 1381,11 manat, 2021-ci ildə 1426,05 manat olmaqla cəmi 3215,51 manat vergilərin azaldıldığı aşkar edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci ildə 6489.91 manat az hesablama, 2019-cu ildə 408.34 manat az hesablama, 2020-ci ildə 1381.11 manat az hesablama, 2021-ci ildə 1426.05 manat az hesablama olmaqla, ümumilikdə ÖMV-nin 9705.41 manat az hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən Ödəmə mənbəyində tutulan vergi bəyannamələrində göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 9705.41 manat azaldılmasına görə 50% məbləğində, yəni 4852.72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən təsisçi X4 cəmiyyətin kassasından 2018-ci ilin mart ayında 105000 manat, aprel ayında 120500 manat, may ayında isə 148000 manat olmaqla, cəmi 373500 manat vəsait nağd şəkildə ödənilmişdir. Nəticədə, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən cəmiyyətə təqvim ili ərzində birinci belə hala görə 10%, yəni, 28350 manat ((373500-90000)*10%) maliyyə sanksiyası tətbiq edilmişdir.Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2022-ci il tarixli **********155869 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2022-ci il tarixli, **********61751 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmçinin, mövcud mübahisənin ədalətli həll edilməsinə nail olunması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7347 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, “Rəyin tədqiqi hissəsində göstərilən səbəbdən 19 iyul 2022-ci il tarixli, **********155869 saylı səyyar vergi yoxlaması aktında göstərilənlər əsaslı hesab edildikdə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4.855,85 manat məbləğində mənfəət vergisinin, 31.649,54 manat məbləğində ƏDV-nin, 6.489,91 manat məbləğində ÖMV-nin az hesablanması, 36.952,49 manat məbləğində ƏDV-nin və 2.629,16 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən olunur.Eyni zamanda qeyd edilir ki, təsisçi X5 tərəfindən cəmiyyətə 2019-2021-ci illərdə verilmiş borc məbləğlərinə görə hesablanmış 3.215,51 manat məbləğində ÖMV-nin isə düzgün hesablanmasını müəyyən etmək mümkün olmadı. Belə ki, təqdim edilmiş iş materiallarından müəssisənin təsisçisinin qanunvericiliyə uyğun olaraq (qanunvericilikdə göstərilmişdir - Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər) müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması müəyyən olunmur.Eyni zamanda bildirilir ki, hazırkı ekspertiza tədqiqatına sənədlər tam təqdim edilmədiyindən ekspert qarşısında qoyulan 2ci sualı cavablandırmaq mümkün olmadı.Rəyin tədqiqi hissəsində göstərilən səbəbdən səyyar vergi yoxlaması aktında göstərilənlər əsaslı hesab edildikdə yoxlamanın əhatə etdiyi dövr ərzində vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən İddiaçı MMC-yə hesablanmış maliyyə sanksiyasının məbləği 28.350,00 manat məbləğində müəyyən olunur”. Beləliklə, vergi orqanı tərəfindən aparılmış Səyyar vergi yoxlaması qanunvericiliyə uyğun şəkildə aparıldığından, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: -58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə; -58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyin pozulasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-179/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-179/2024
28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver