Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-179/2025 16.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış üzrə xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi və iddiaçının əvvəlki hüquqlarının (xx.xx.2018-ci il tarixdə adına aparılmış qeydiyyatın) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış üzrə xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi və iddiaçının əvvəlki hüquqlarının (xx.xx.2018-ci il tarixdə adına aparılmış qeydiyyatın) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2800/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-179/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “iddiaçının əvvəlki hüquqlarının (xx.xx.2018-ci il tarixdə adına aparılmış qeydiyyatın) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair hissəsində mümkün sayılmamışdır. İddia onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli çıxarışdan görünür ki, iddiaçının xüsusi mülkiyyətində ünvan 3i ərazisində 0,20 hektar torpaq sahəsi vardır. Həmin hüquqlar cavabdeh orqan tərəfindən xx.xx.2018-ci tarixdə dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlak iddiaçıya vərəsəlik qaydasında keçmişdir. Sonradan məlum olmuşdur ki, eyni reyestr nömrəli çıxarışa xx.xx.2022-ci il tarixdə X4 adı əsassız olaraq, razılığı olmadan əlavə edilərək göstərilmişdir ki, guya həmin torpaq sahəsində mövcud olan köhnə tikili tam formada Rayıl Şahqubatovun mülkiyyətindədir. Qeyd etmək istəyir ki, torpaq sahəsinin üzərində olan köhnə, istismara yararsız olan tikilinin X6 heç bir aidiyyəti yoxdur. Onun təqdim etdiyi sənədlərdə qeyd olunan əmlak tamam başqa yerdə yerləşir. Hesab edir ki, göstərilən hallar tam araşdırılmadan, yerində baxış keçirilmədən, texniki pasport verilmədən X4 adının iddiaya aid çıxarışa əlavə edilməsi və bununla əlaqədar müvafiq yeni qeydiyyatın aparılması Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən, cavabdeh orqandan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış üzrə xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və çıxarışın əsassız hesab edilərək ləğv edilməsini və əvvəlki hüquqlarının bərpa olunmasını xahiş etsə də, sonradan bildirmişlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Ərizədə qeyd olunan İkinci Nügədi kəndində yerləşən fərdi yaşayış evinə dair Rayıl Şahqubatovun adına verilmiş reyestrdən çıxarışınn ləğvi yalnız məhkəmənin qərarı ilə mümkündür. Cavabdeh orqan X2 verərəkən heç bir araşdırma və müayinə aparmamış, bununla əlaqədar texniki pasport hazırlanmamış, idarə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyət hüquqlarına qanunsuz müdaxilə etmişdir. Sənədlərə baxış keçirilərkən də müəyyən etmək olar ki, iddiaçısının ərizəsi və adına aparılmış qeydiyyat razılığı olmadan silinərək, Rayıl Şahqubatovun ərizəsi bir gün ərzində qəbul edilərək adına tələsik çıxarış hazırlanmış və iddiaçı ilə paylı mülkiyyətçi kimi göstərilmişdir. Çıxarışda hətta evin göstəriciləri də düzgün qeyd olunmamışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak üçüncü şəxs X9 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan səndələrə: ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” ; ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 23 fevral 2023-cü il tarixli imtina məktubu və məhkəmə sorğusu əsasında əldə edilən digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 23 fevral 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 3ində yerləşən 0.20 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Hal-hazırda iddiaçı xüsusi mülkiyyətində olan 0.20 ha torpaq sahəsi üzərində yerləşən ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə dair üçüncü şəxsin adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçı cavabdeh orqana da eyni müraciəti etmiş və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. İnzibati işin araşdırılması zamanı mübahisəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin araşdırılması məqsədilə sorğular ünvanlanmış, məhkəmə sorğusuna cavab olaraq fərdi yaşayış evinin üçüncü şəxsin adına qeydiyyata alınmasına dair müvafiq hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 noyabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisə predmeti olan, 0.20 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 162.0 kv.metr olan, iki mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evi reyestr kitabında 504 nömrə ilə qeyd edilmiş, 26 iyul 1990-cı il tarixli “Qeydiyyat vəsiqəsi”nə əsasən X7 məxsus olmuşdur. 22 iyul 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən sonuncu 14 iyun 1995-ci il tarixdə öldükdən sonra sözügedən əmlak vərəsəsi X1. Daha sonra X4 ünvan 3i ünvanında yerləşən 0.20 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 162.0 kv.metr olan, iki mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən sənədlərdən aydın olur ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha torpaq sahəsi Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı əsasında İddiaçı ayrılmışdır. Daha sonra sonuncunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” və A № 271726 saylı “Torpaq sahəsinin plan-ölçüsü” sənədi tərtib edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: Sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olduq, GPS aləti vasitəsi ilə mübahisəli torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür. Mübahisəli torpaq sahəsi bir tərəfdən yol digər tərəflərdən qonşu torpaq sahələri ilə həmsərhəd olub daxilində ikimərtəbəli fərdi yaşayış evi mövcuddur. Mübahisəli torpaq sahəsi faktiki olaraq dəmir tor və beton hasarla iki hissəyə bölünərək bir hissə İddiaçı tərəfindən digər hissə isə X9 tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi də iki hissəyə bölünmüş və sözügedən şəxslər tərəfindən istifadə olunur. Sözügedən mübahisəli torpaq sahəsi üzərində hər iki şəxs arasında kəskin mübahisə mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı faktiki olaraq 0.1074 ha torpaq sahəsindən istifadə edir və həmin istifadə olunan torpaq sahəsinin 0.1074 ha hissəsi **********36 reyestr nömrəli çıxarışla üst-üstə düşür. X4 faktiki istifadə etdiyi torpaq sahəsi 0.0909 ha təşkil edir və faktiki istifadəsində olan torpaq sahəsinin 0.09 ha hissəsi **********36 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Qeyd edək ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş **********3610301 reyestr nömrəli çıxarışda torpaq sahəsi tam olaraq İddiaçı mülkiyyəti kimi, fərdi yaşayış evi isə tam olaraq X4 mülkiyyətinə göstərilmişdir. Lakin fərdi yaşayış evinin ümumi sahəsi çıxarışda 162 kv.m göstərilsə də həmin yaşayış evinin ümumi sahəsinin 89.3 kv.m hissəsini X9 istifadə edir. Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş mütəxəssis rəyində də aşağıdakılar qeyd edilmişdir: ünvan 3ində yerləşən fərdi yaşayış evinə bütövlükdə (fərdi yaşayış evinin hər iki hissəsəsinə) yerində baxış keçirildi və ölçüləri müəyyən edildi. (X4 və İddiaçı istifadələrində olan fərdi yaşayış evinin ümumi sahəsi açıq eyvanlarla birlikdə 244.8 kv.m) yaşayış sahəsi isə 119.3 kv.m təşkil edir. X4 faktiki istifadəsində olan fərdi yaşayış evinin yaşayış sahəsi 89.3 kv.m, açıq eyvanlara birlikdə 149.2 kv.m təşkil edir. X4 adına tərtib edilmiş 03 fevral 2022-ci il tarixli texniki pasportun arxiv məlumatları təqdim edilsədə, lakin mübahisə olduğundan texniki pasport Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyatdan keçməmiş və vətəndaşa təqdim olunmamışdır. X5 mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair xx.xx.1990-cı il tarixində 504 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin yaşayış sahəsi 119.4 kv.m göstərilsə də faktiki olaraq fərdi yaşayış evinin yaşayış sahəsi 119.3 kv.m təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan X15 Filialının 21 sentyabr 2023-cü il tarixli məktubunda 1969-1971-ci illər üzrə İkinci Nügədi kəndi üzrə 9 saylı təsərrüfatbaşına kitabında X10 623 saylı təsərrüfatın başçısı olduğu; onun şəxsi mülkiyyətində 1956-cı ildə tikilmiş yaşayış evi olduğu; 1972-1973-cü illərdə isə 0.10 ha torpaq sahəsinin şəxsi istifadəsində olduğu qeyd edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evi 22 iyul 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən vərəsəlik qaydasında X6 tam şəkildə keçmişdir. Sözügedən yaşayış evinin İddiaçı ayrılmasına dair hər hansı sübut və ya dəlil araşdırma zamanı aşkarlanmamış, məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış üzrə xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış üzrə xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva