Məhkəmə qərarları › İş №2-1(118)-1792/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1792/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1792/2025 29.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarətdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmdən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz edərək, prosessual müddətin ötürülməsi səbəbindən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Hazırkı iddia tələbinin hüquqi təbiətindən görünür ki, iddia mübahisələndirmə haqqında iddiadır. Sözügedən iddiaya Sumqayıt İnzibati Məhkəməsində baxılmış və prosessual müddətin ötürülməsi səbəbindən iddia mümkün sayılmamışdır. Məhkəmə iş materillarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, müvafiq tələbə başqa məhkəmədə baxıldığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2477/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərardadının surətindən görünür ki, iddiaçı eyni predmet ilə bağlı məhkəmdə iddia qaldırmış və iş üzrə yekun məhkəmə aktı xx.xx.2024-cü ildə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qəbul edilmişdir. Belə olan halda iddiaçının hazırkı iddia tələbinə indiki halda baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, mahiyyəti üzrə çıxarılmış məhkəmə qərarının hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən eyni tələblə çıxış etmək imkanını vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Beləliklə yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar