Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1794/2022 27.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər X7 şöbəsinə qarşı inzibati xəta protokolunun avtomobilinə aid edilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər X7 şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, inzibati xəta protokolunun avtomobilinə aid edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilini rəngləmək məqsədi ilə 19.09.2021-ci il tarixdə X4 vermişdir. Həmin şəxs onun icazəsi olmadan avtomobili idarə edərkən X7 əməkdaşı tərəfidən saxlanılmışdır. A.Rzayev psixotrop maddə qəbul etdiyini etiraf etmiş və avtomobil cərmiə meydançasına aparılmışdır. Bununla bağlı iddiaçı 102 xidmətinə zəng edərək maşınının A.Rzayev tərəfindən oğurlanması barədə məlumat vermişdir. Sumqayıt şəhər 5 saylı Polis Bölməsi tərəfindən verilən arayışa əsasən o, avtomobilini 13.10.2021-ci il tarixdə cərimə meydançasından çıxarmış, lakin təxminən 4 ay sonra o, yenidən X7 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və avtomobilin üzərində həbs olduğu bildirilmişdir. Məlum olmuşdur ki, inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və A.Rzayev barəsində protokol onun avtomobilinə aid edilmişdir. Bununla bağlı o, həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbinin bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmetini inzibati tənbeh vermə haqqında qərarın iddiaçının avtomobilinə aid edildiyi üçün ləğv edilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi üçün Sumqayıt şəhəri DYPŞ-nin TP N 468229-li 25.10.2021-ci il tarixli inzibati tənbbeh vermə haqqında qərarı ilə X1 Benz 220 minik markalı 90NZ 236 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən mobil telefonu əldə saxlamaqla ondan istifadə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmaması və psixotrop maddələrdən istəfadə nəticəsində sərxoş vəziyyətdə idartə etməklə Azərbaycan Respoublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mübahisənin mahiyyəti inzibati xətadan yarandığından hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər X7 şöbəsinə qarşı inzibati xəta protokolunun avtomobilinə aid edilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə cavabdeh orqanın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər X7 şöbəsinə qarşı inzibati xəta protokolunun avtomobilinə aid edilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1794/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1794/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver