Məhkəmə qərarları › İş №2-1(118)-1794/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1794/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1794/2023 22.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı, X10, X11, X6 və X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 nömrəli qərarı ilə verilmiş Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 2.61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.47 ha hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsinin KOD 30116018 JN:200 saylı 25 iyun 2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.47 ha hissəsinə dair onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla adlarına müvafiq çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 nömrəli qərarı ilə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsinin KOD 30116018 JN:200 saylı 25 iyun 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 261 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.47 ha hissəsinə dair onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10, X11, X6 və X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icratına cəlb edilmişlər. Daha sonra X10, X11, X6 və X4 ərizəsinə əsasən üçüncü şəxs qismində prosessual iştirkaın xitam verilərək birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 nömrəli qərarı ilə Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 2.61 hektar kənd təsərrütatı təyinatlı torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Onların hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfınfdən verilmiş kod 30116018 JN:200 saylı 25 iyun 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi mülk nömrəsi 200L, 200, 200A, 200B olmaqla 4 hissədən ibarət olmuşdur. İddiaçı və ailə üzvləri həmin torpaq sahəsinin 200L olan 0.1396 ha hissəsini başqa şəxsə satmışlar və həmin şəxsin adına müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Dövlət Aktı üzrə qalan 2.47 ha torpaq sahəsi isə onların mülkiyyətində qalmışdır. Həmin torpaq sahəsi hazıradək onların istifadəsindədir. O, həmin torpaq sahəsinə görə vergi ödəyicisi kimi Qusar rayonu Köhnə Xudat bələdiyyəsində qeydə alınmaqla torpaq vergilərini vaxtlı-vaxtında ödəyir. Hazırda bələdiyyəyə ödənilməmiş torpaq və əmlak borcu yoxdur. O, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin ona əsassız olaraq imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və digər iddiaçılar məhkəmə iclasının vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, sənədlərin araşdırılması zamanı təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların mövucd olmas müəyyən edilmişdir. Belə ki, ərizəyə əlavə olunmuş JN-0200 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktfnda torpaq sahəsinin ölçüsü 2.61 ha kimi göstərilsə də, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında 2.47 ha ölçüdə öz əksini tapmışdır. İş materiallarında olan : - KOD 30116018 JN:200 saylı 25 iyun 2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayon AİK-nın 12 may 2000-ci il tarixli 12/8 saylı qərarı ilə X10 və ailə üzvlərinə 2.61 ha torpaq sahəsi ayrılmışdır. - Qusar rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş cavab xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu keçmiş Karl Marks adına sovxozu üzrə 1996-2001-cı illərin AİK-nın sənədlərinə baxış keçirilmişdir ki, AİK-nın xx.xx.2000-ci il tarixli 12/8 saylı qərarın mövcudluğu aşkar edilməmişdir. Baxış zamanı Qusar rayon “Karl Marks”adına sovxozu torpaq sahələrin püşkatma yolu ilə subyektlər arasında bölüşdürülməsinin ardıcıllıq siyahısı vardır ki, həmin sayahıda İddiaçı adı-soyadı aşkar edilməmişdir. Məsələni müəyyənləşdirmək üçün Qusar rayon Köhnə Xudat kənd İnzibati Ərazi vahidi üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitablara baxış keçirilərkən məlum olmuşdur ki, Qusar RlHB-nın Köhnə Xudat İƏV-üzrə nümayəndəliyin 2 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 156 olan təsərrüfatın ailə başçısı kimi X13, təsərrüfat üzvlərinin siyahısında isə X2 “arvadı” kimi göstərilmişdir. Təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində kənd təsərrüfatı təyinatlı 2.61 və ya 2.47 ha torpaq sahəsi haqqında qeydlər yoxdur. Karl Marks adına sovxozu üzrə 1996-2001-cı illərin AİK-nın sənədlərindən “Karl Marks”adına sovxozu torpaq sahələrin püşkatma yolu ilə subyektlər arasında bölüşdürülməsinin ardıcıllıq siyahısından tərtib edilmiş arxiv çıxarışı və Qusar RİHB-nın Köhnə Xudat İƏV-üzrə nümayəndəliyin Təsərrüfatbaşına kitabından arxiv surətləri məhkəməyə göndərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazisinin məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2023-ci il tarixli cavab məktubundan görünür ki, JN-200 KOD 30116018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" nı 200L/0,1396 ha hissəsinə dövlət reyestrindən X7 adına (29.3635 ha) xx.xx.2008-ci il tarixli, 28/08003597 qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarış işlənmişdir. X14 həmin torpq sahəsini Bakı şəhəri 46 saylı notariat kontorunun xx.xx.2020ci il tarixli, 4Ə-48 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş, xx.xx.2020-ci iıl tarixli, ********** qediyyat nömrəli çıxarışla X1 mülkiyyət hüququ tanınmışdır. Həmin sənədlərin və JN-200 KOD 30116018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" nın təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçı S.Bağlyevanın izahatını izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, aqrar islahatları zamanı iddiaçılara Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 saylı qərarı ilə 2.61 ha torpaq sahəsi arılmışdır.Dövltəı Aktında torpaq sahəsi dörd planşetlə vurulmuşdur – 200L 1396.72 kv m, 200- 5642.92 kv m, 200A – 12917.00 kv m və 200B -6100 kv m. İddiaçılar həmin torpaq sahələrindən 1396.72 kv m hissəsinin başqa şəxsə satdıqlarını, biundan sonra istifadələrində 2.47 ha torpaq sahəsinin qaldığını bildirmişlər. Məhkəmə qeyd edir ki, istinad olunan dövlət aktı cavabdeh onzibati orqana təhvil verilmişdir və elektron baza məlumatlarında qeydə alınmış.dır. İmtinanın dəlilini iddiaçıların təqdim etdiyi dövlət aktında torpaq sahəsinin 2.61 ha, naturada isə 2.47 ha olması təşkil eidr. İddiaçı bu halı həmin hissəni (0.1396 ha) başqa şəxsə satnması ilə izah edir ki, bu xüsusiyyət də cavabdeh idarənin həmin torpaq sahəsinə dair başqa şəxsə çıxarış verilməsi barədə verdiyi məlumatla öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Qusar rayon Dövltə Arxivindən alınmış arxiv çıxarışı ilə X5 adının 5 nəfər ailə üzvü ilə birlikdə Qusar rayon “Karl Marks” Comment [VA 1]: Dına sov adına spvxoz üzrə torpaq sahələrinin püşkatma yolu ilə subyektlər arasında bölüşdürülməsi siyahısında vardır. Məhkəmə torpaq sahəsinin 0.1396 ha hissəsinin başqa şəxsin, yəni X7 adına qeydə alınması üçün əsas olmuş sənədləri tələb etmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlər toplusundan görünür ki, iddiaçı və ailə üzvlərinin adına “Torpağın mülkiyyətə verilməsinə dair“ JN-200 kod 30116018 nömrəli dövlət aktı həmin sənədlərə daxil edilmişdir. Daha sonra Y.Həmidovun adına 30.22 ha torpaq sahəsinə dair JN-0664 kod 30116018 nömrəli Dövlət aktı verilmişdir. Dövlət aktının verilməsinə əsas kimi Qusar rayon Məhkəməsinin 24 fevral 2006-cı il tarixli 32-59A nömrəli qətnamə göstərilmişdir. Təqdim edilmiş sənədlərdən aydın olur ki, iddiaçılara məxsus olmuş torpaq sahəsinin 0.1396 ha hissəsi həmin qətnamə sasında Y.Həmidovun adına qeydə alınmışdır. Daha sonra onun tərəfindən başqa şəxsə özgəninkiləşdirilmişdir. Hazırda iddiaçılar həmin 0.1396 ha hissə çıxılmaqla yerdə qalan 2.47 ha torpaq sahəsinə dair hüquqlarının qeydə alınmasını tələb edirlər ki, buna subyektiv hüquqları imkan verir və bu tələbinin təmin olunmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsas mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 nömrəli qərarı ilə ayrılmış Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 2,61 ha torpaq sahəsinin 2.47 ha hissəsi üzərində İddiaçı, X10, X11, X6 və X4 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 nömrəli qərarı ilə ayrılmış Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 2,61 ha torpaq sahəsinin 2.47 ha hissəsi üzərində İddiaçı, X10, X11, X6 və X4 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar