Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1795/2023 01.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu İcra hakimiyyətinin iddiaçılarda olan sərəncamlardan bir il sonra X1 128 ha yaylaq sahəsinin istifadəsinə dair verdiyi və imzaladığı 21 sentyabr 2017-ci il tarixli, 165 saylı sərəncamın etibarsız hesab edilərək ləğv edilməsi, cavabdehin 26 oktyabr 2021-ci il tarixdə X1 verdiyi **********68 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv olunması, Quba rayonu İcra Hakimiyyəti başçısının 04 avqust 2016-cı il tarixli, 160 saylı sərəncamı ilə Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağında İddiaçı2 istifadəsinə verilmiş 60 ha yay otlaq sahəsinə, həmçinin Quba rayonu İcra Hakimiyyəti başçısının 05 avqust 2016-cı il tarixli, 162 saylı sərəncamı ilə İddiaçı1 istifadəsinə verilmiş 50 ha yay otlaq sahəsinə çıxarışın, eləcə də plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu İcra hakimiyyətinin iddiaçılarda olan sərəncamlardan bir il sonra X1 128 ha yaylaq sahəsinin istifadəsinə dair verdiyi və imzaladığı 21 sentyabr 2017-ci il tarixli, 165 saylı sərəncamın etibarsız hesab edilərək ləğv edilməsi, cavabdehin 26 oktyabr 2021-ci il tarixdə X1 verdiyi **********68 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv olunması, Quba rayonu İcra Hakimiyyəti başçısının 04 avqust 2016-cı il tarixli, 160 saylı sərəncamı ilə Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağında İddiaçı2 istifadəsinə verilmiş 60 ha yay otlaq sahəsinə, həmçinin Quba rayonu İcra Hakimiyyəti başçısının 05 avqust 2016-cı il tarixli, 162 saylı sərəncamı ilə İddiaçı1 istifadəsinə verilmiş 50 ha yay otlaq sahəsinə çıxarışın, eləcə də plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında ərizə təqdim edərək 2-1(118)- 1795/2023 saylı iddia ərizənin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçılar iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişlər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1795/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1795/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver