Məhkəmə qərarları › İş №2-1(118)-1796/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1796/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1796/2023 19.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011F saylı 30221048 kodlu şəhadətnamənin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı protokolu ilə Xaçmaz rayonu Ş.Qurbanov adına sovxozun Aslanoba kəndi üzrə pay alma hüququ olan subyektlərin və kəndli (fermer) təsərrüfat üzvlərinin siyahısında xx.xx.1999-cu il təvəllüdlü cavabdeh X16 adı göstərilmədiyindən ailə başçısı - iddiaçının atası X21 olmaqla 5 nəfərin adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011F saylı, 30221048 kodlu Şəhadətnamənin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X24 və X21, xx.xx.2023-cü il tarixli qərardadı ilə X1, X22 və X23 üçüncü şəxs qismində inzibati işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubu ilə Xaçmaz rayonu, Aslanoba kəndində yerləşən atam X17 məxsus yaşayış evinin yerləşdiyi 0,26 ha həyətyanı torpaq sahəsinin mülkiyyət sənədindən X16 adının çıxarılması və iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli müraciətinin icrasının cavabdeh tərəfindən mümkün olmaması bildirilmişdir. Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı protokolu ilə Xaçmaz rayon sovxozun Aslanoba kəndi üzrə pay almaq hüququ olan subyetktlərin və kəndli (fermer) təsərrüfat üzvlərinin siyahısında 78-ci X13 adına (1937) qaytanlanmış kitab üzrə 0,12 ha faktiki 0.41 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Ailə üzvləri kimi X3, X22, X23 və İddiaçı adları qeyd olunmuşdur. Arxiv arayışından göründüyü kimi siyahıda 82-ci sırada iddiaçının adıdır. İddiaçının ailə başçısı mərhum atası X21 olmaqla 5 nəfərin adına qeyd olunan həyətyanı torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN 011 F saylı 30221048 kodlu şəhadətnamə İşlənmişdir. Şəhadətnamədə iddiaçının adının əvəzinə siyahıda 81-ci sırada göstərilən X14 oğlu 01 fevral 1999-cu il təvəllüdlü X16 adı qeyd olunmuşdur. Şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli çıxarışda da 5-ci sırada X18 adı göstərilmişdir. Halbuki, “Torpağa mülkiyyət hüququna dair" JN 027 saylı 30221048 kodlu Dövlət Aktında düzgün olaraq torpaq payı almış ailə üzvlərinin adlarının arasında 5-ci sırada iddiaçının adı göstərilmişdir. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu 02 avqust 1996-cı il tarixdə qüvvəyə minmişdir. Həmin qanunun 12-ci maddəsində göstərilir ki, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər pay almaq hüququ olan subyektlərdir.“Torpağın mülkiyyətə verilməsinə dair” JN 011 F saylı 30221048 kodlu şəhadətnamədə adı göstərilən X24 01 fevral 1999-cu ildə “Torpaq islahatı haqqında” Qanun qəbul edildikdən 3 il sonra doğulduğundan onun pay almaq hüququ olmamışdır. X16 adı şəhadətnaməyə səhvən salınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi R.Binyətov iddianı qəbul etmədi və izah etdi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu Aslanoba kəndində yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində qeydiyyata alınmış **********40-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışda hüquq sahibi X16 adının çıxarılması və iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına verilmiş göstərişin icrası yalnız məhkəmə qərarı ilə mümkün olduğundan iddiaçının icrasından imtina edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : -JN 011F kod 30221048 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə X21, X2, X22, X23 və X19 ayrılmış 0.26 ha torpaq sahəsinə dair verilmişdir. -xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********40-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Xaçmaz rayonu Aslanoba kəndində yerləşən ev X13, 0.2561 ha torpaq sahəsi isə X21, X1, X22,X15 və X16 ümumi birgə mülkiyyətindədir. -Xaçmaz rayon Dövlət Arxivinin 763 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı protokolu ilə Xaçmaz rayonunun Ş.Qurbanov adına sovxozun Aslan-oba kəndi üzrə pay almaq hüququ olan subyektlərin və kəndli (fermer) təsərrüfat üzvlərinin siyahısında 78-ci Əliyev Zöhrab iləsən oğlunun adına (1937) qaytanlanmış kitab üzrə 0,12 ha, faktiki 0,41 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Ailə üzvləri kimi X4 (79), X22 (80), X23 (81) və İddiaçı (82) qeyd olunmuşdur. -Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı protokolundan “Ş.Qurbanov” adma sovxoza aid hissənin və Aslanoba kəndi üzrə pay torpaq almaq hüququ olan subyektləırin siyahısından İddiaçı (siyahıda 82-ci) və ailə üzvlərinin adları qeyd olunmuş hissənin təsdiqlənmiş arxiv çıxarışından görünür ki, həmin siyahıda X20 ailə üzvlərinin sırasında X16 adı qeyd olunmamışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X13 adına olan Xaçmaz rayon Aslanoba kəndində yerləşən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********40-10301 reyestr nömrəli çıxarışın və onun verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011F saylı 30221048 kodlu şəhadətnamə əlavə edilmşdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X13 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərazi ilə Ərazi İdarəsinə müraciəti əsasında Xaçmaz rayonu, Aslanoba kəndində yerləşən fərdi yaşayış evinə 29.09,2022-ci il tarixli, **********40-10301 reyestr nömrəli çıxarış işlənmişdir.Əlavə olaraq JN-011F KOD 30221048 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin verilməsi üçün əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki,mərkəzin arxivində mövcud olan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Xaçmaz rayonu Aslanoba kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X21, X4, X22, X23, İddiaçı və X16 adları qeyd olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin və s.altında olan torpaqlar əvəzsiz onların mülkiyyətinə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon X7 xx.xx.1998-ci il tarixli 14 saylı protokolu ilə Xaçmaz rayonu Ş.Qurbanov adına sovxozun Aslan-oba kəndi üzrə pay almaq hüququ olan subyektlərin siyahısında X13 5 nəfər ailə üzvü, o cümlədən X14 adı qeyd edilmişdir. Bundan başqa iddiaçının adı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş və hazırda “Kadastr və X11 Mərkəzi” MMC-də saxlanlan siyahıda qeyd edilmişdir. Bununla da onun həmin torpaq sahəsi üzərində gözləinlən mülkiyyət hüququ vardır. Buna baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-011F saylı 30221048 kodlu şəhadətnamədə və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli **********40-10301 reyestr nömrəli çıxarışda iddiaçının adə məlum olmayan səbəblərdən göstərilməmiş və əksinə ilkin siyahılarda adı olmayan X16 adı qeyd edilmişdir. Belə olan məhkəmə hesab edir ki, ləğv edilmiş DTXK Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş sözügedən Torpağın mülkiyyətə verilməinə dair şəhadətnamə və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsinə dair iddia əsaslı hesab edilərək təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011F saylı 30221048 kodlu şəhadətnamə və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli **********40-10301 reyestr nömrəli çıxarış etibarsız hesab edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar