Məhkəmə qərarları › İş №2-1(118)-1797/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1797/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1797/2021 05.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəri, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5nə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh2 adına verilmiş JN-179A Kod 30121028 saylı 29 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, onun əsasında verilmiş alqı-satqı müqavilələri, şəhadətnamə, çıxarışların ləğv edilməsi və JN-179A Kod 30121028 saylı 23 yanvar 2001-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçıya məxsus 0.11 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 5saylı ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dair iddiaya Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh2 adma verilmiş JN 179A KOD 30121028 saylı, 29 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, həmin Şəhadətnamə əsasında Cavabdeh2 və Cavabdeh1 arasında Qusar rayon Notariat Kontorunda təsdiqlənmiş 04 oktyabr 2005-ci il tarixli, 4ə-3-444 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adma verilmiş, JN:477A KOD 31121028 sayh, noyabr 2005-ci il tarixli Şəhadətnamənin, həmin Şəhadətnamə əsasında cavabdeh DƏDRX-nin 5 sayh Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş **********81 reyestr nömrəli, 29 iyul 2015-ci il tarixli daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, həmin Çıxarışa əsasən Cavabdeh1 və Cavabdeh3 arasında Cavabdeh5ndə təsdiqlənmiş 09 avqust 2017-ci il tarixli, 4ə-1313 reyestr nömrəli alqıdı- müqaviləsinin, həmin alqı-satqı müqaviləsinə əsasən cavabdeh DƏDRX-nin 5 sayh Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş **********81 reyestr nömrəli, 26 avqust 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:179A KOD 30121028 23 yanvar 2001-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ona məxsus 0,11 ha həyətyanı torpaq sahəsinə onun adına daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək “JN-179A Kod 30121028 satlı torpağın mülkiyyətə verilməsinə dair şəəhadətnamənin verilməsinə əsas olmuş 17 mart 1998-ci il tarixli Qusar rayon AİK-nın 5/2 saylı qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya həmin normaya uyğun olaraq hüquqi yardım edilmiş və tələbi aydınlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının ərizənin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-179A Kod 30121028 satlı torpağın mülkiyyətə verilməsinə dair şəəhadətnamənin verilməsinə əsas olmuş 17 mart 1998-ci il tarixli Qusar rayon AİK-nın 5/2 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar