Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1797/2023 25.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı mərhum X2 verilməli olan 6600 manat sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mərhum X6 oöluna verilməli olan 6600 manat sğorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı cavabdehin əsl cavabdeh Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini xahiş etmişdir. Məhkənənin xx.xx.2023-cü il tarxli qərardadı ilə Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və cavabdeh qismində Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X3 1 Qarabağ müharibəsi veteranı və ll qrup Qarabağ əlili olmuşdur. Belə ki, N.N.İsgəndərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Sumqayıt şəhər Hərbi Komissralığından səfərbərliyə cəlb olunaraq 1992-ci ilin avqust ayında hərbi təlimlərdə iştirak etmişdir. Mərhum həyat yoldaşı Ağdərə rayonu uğrunda gedən hərbi əməliyyatlar zamanı N saylı hərbi hissənin tərkibində snayper çavuş kimi döyüşlərdə xidməti vəzifəsini yerinə yetirən zaman xx.xx.1992-ci il tarixdə yaralanmış və Kəlbəcər rayon xəstəxanasına yerləşdirilərək orada tibbi-cərrahi yardım almışdır. N.İsgəndərov xx.xx.1992-ci il tarixdə Gəncə şəhəri 230 saylı Hərbi Xəstəxanaya, daha sonra isə Bakı şəhər Mərkəzi Hərbi Hospitala köçürülmüş və oradan müakicəsi davam etdirilmişdir. O, Ordu sıralarından təxris olunduqdan sonra ona ll qrup əlillik dərəcəsi təyin edilmişdir. O, xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Hərbi xidmət zamanə sağlamlığını itirdiyinə görə qanunla əlil hərbi qulluqçu kimi sağlığında verilməli olan sığorta ödənişini ala bilməmişdir. Məlum olduğu kimi birdəfəlik ödəmələrin verilməsinə başlanılmış və əri vəfat etdiyinə görə həmin sığorta pulu onun vərəsələrinə verilməlidir. Bununla bağlı iddiaçı müvafiq instansiyalara müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hazırda cavabdeh orqan mərhumun vəfat etməsinin səbəbliəlaqəsini müəyyən edən tibbi şəhadətnamənin olmaması səbəbindən imtina cavabı verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddiabı qəbul etmədi və izah etdi ki, mərhum X1 xəsarət almasını təsdiq edən tibbi şəhadətnamə üzrə məlumatlar nazirliyə təqdim edilmədiyindən xidmət etdiyi qurumun hərbi-həkim komssiyasına müraciət edilməsi məqsədəuyğundur. İddiaçı tərəfindən xəsarətin səbəbli əlaqəsini təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən hazırda Dövlət Sosial Müdafiə Fonduna qarşı qaldırılmış iddia mümkün sayılmamalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə mübahisəyə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasl Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 29-İQ nömrəli Qanunu 1997-ci il 2 avqust tarixdə qüvvəyə minənədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstutisuya qruluşunun müdafiəsi “ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövrndə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Həmin Fərmanın 7-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstutisuya quruluşunun müdafiəsi “ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövrndə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarının siyahısı onların xidmət etdikəri aidiyyəti dövlət qurumları tərəfindən Nazirliyə təqdim edilir. İstinad olunan Fərmanın məznunundan göründüyü kimi şəxsin (vərəsəsinin) həmin ödəməni alması üçün onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstutisuya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməsinin və ya həqiqi hərbi xidmət dövrndə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilməsinin müəyyən edilməsi zəruridir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 369 saylı məltubundan görünür ki, mərhum N.İsgəndərovun aldığı travma, yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi üçün vacib olan hərbi xidmət keçmə haqqında arayışı, SHXÇDX Sumqayıt şəhər idarəsinin rəisinin 2128 nömnrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən verə bilmədikləri üçün təyin edilmsi mümkün deyildir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 2128 saylı məktubundan görünür ki, mərhum 1964-cü il təvəllüdlü X1 adı Milli Ordu sıralarında səfərbər olunanların əlifba kitabında keçmir.Onun 2013-cü ildə vəfat etməsi ilə əlaqədar qeydiyyat uçot kartoçkası məhv edilmişdir. Məhv etmə aktında onun Azərbaycan Ordusunda xidmət keçməsi barədə məlumat yoxdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə edilən sorğuya cavabda N nömrəli hərbi hissə komadnirinini nizami hissə üzrə əmrləri arxivə daxil olmadığından onun xidməti barədə aradşırmanın aparılmasının mümkün olmadığı bildirilmişdir. Lakin 1992-ci ildə vətəndaş tərəfindən keçmiş Sumqayıt şəhər hərbi komissarlığına təqdim edilmiş Müdafiə Nazirliyi Mərkəzi Hərbi poliklinikasının arayışına əsasən onun N nömrəli hərbi hissədə xidmət keçərkən yaralanması barədə məlumat təqdim edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı istədiyi hüquqi nəticəni əldə etmək üçün düzgün iddianı qaldırmamışdır. Belə ki, iddiaçının mərhum ərinin hərbi xidmət dövründə yaralanması və əlilliyinin bununla bağlı olmasını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən Dövlət Sosial Müdafiə Fondu həmin birdəgəlik ödəməni verməkdən imtina etmişdir. İddiaçı özü də həmin tibbi şəhadətnaməni təqdim etmədiyini və bunun mümkün olmadığını izah etsə də, iddia tələbini Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəltmişdir. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardım edilərək izah olunmuşdur ki, iddiaçı ilk növbədə mərhum ərinin əliliiyinin səbəbli əlaqəsinin müəyyən edilməsi məqsədi ilə onun istinad olunan dövrdə hərbi xidmətdə olması və döyüş əməliyyatları zamanı yaralanmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə özünün yaşayış yeri üzrə ümumi məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı mərhum X2 verilməli olan 6600 manat sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı mərhum X2 verilməli olan 6600 manat sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1797/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1797/2023
25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver