Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1798/2025 09.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X7 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1963-cü ildə Neftçala rayonuda anadan olmuş, xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasında Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin Sumqayıt 49 saylı orta texniki peşə məktəbinin təmirşi çilingər ixtisasnı bitirmiş, xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasında keşmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983xx.xx.1984-cü il tarixləri Azərbaycan Boruyayma Zavodunun Boruyayma sexində təmirçi çilingər (əmək stajı 11 ay 22 gün) peşəsində, xx.xx.1985- xx.xx.1986-cı il tarixləri arasında Sumqayıt “Domnatəmir” (“Sentrdomnaremont”) xüsusi Tikinti-X1 sexində avadanlıqların təmiri üzrə quraşdırıçı çilingər peşəsində , xx.xx.1986- xx.xx.1987-citarixləri arasında Sumqayıt “Domnatəmir” (“Sentrdomnatimont”) xüsusi tiknti-X1 sexində 2-ci dərəcəli elektrik və 2-ci dərəcəli qaz qaynaqçısı peşəsində xx.xx.1987-xx.xx.1993-cü tarixləri arasında Sumqayıt “Domnatəmir” Tikinti İdarəsində polad kontruksiya avadanlıqların təmiri üzrə quraşdırıcı çilingər peşəsində, xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasında həmin müəssisədə 3-cü dərəcəli elektrik qaynaqçısı və 3-cü dərəcəli qaz qaynaqçısı peşəsində işləmişdir. İşlədiyi müəssisə podratçı təşkilat olduğundan həmin işləri Azərbaycan Boruyayma Zavodımunda zərərli sexlərində icra etmişdir. Bundan başqa o, xx.xx.1997-ci il tarixdən ********* nömrəli şəhadətnamə (VÖEN) əsasında fiziki şəxs kimi əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2006-cı il tarixli şəhadətnamə ilə (VÖEN) ilə vergi ödəyicisi kimi uçotdadır və hal-hazırda fəaliyyətini davam etdirir. Fiziki şəxs kimi vaxtaşırı olaraq sığorta haqqları ödəmişdir.Fiziki şəxs kimi fəaliyyəti dövründə əmək stajını təsdiq edən sənədlər, sosial sığorta haqları üzrə ödənişlər barədə məlumatların əldə olunması ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuşdur. Həmin idarənin təqdim etdiyi xx.xx.2024-cü il tarixli **********012300 nömrəli məktubuda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1997-ci il tarixdən 290006670, xx.xx.2006-cı il tarixdən ********** nömrəli Şəhadətnamə (VÖEN) ilə vergi ödəyicisi kimi uçotdadır və hazırda da fəliyyəti aktivdir.xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr sosial sığorta haqqları üzrə ödənişlər barədə məlumat təqdim olunmuşdur. xx.xx.1997-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində sosial sığorta haqları üzrə ödənişləri barədə məlumatların verilməsi üçün aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyyə olunmuşdur.Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı Regional filialına müraciət olunmuşdur. Həmin müracitə DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2024-cü ildə 3-17-1-2-134268/2024 nömrəli məktubu ilə verilmiş cavabında 2008, 2009, 2011-2017-ildə ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə məlumat verilmişdir. Lakin xx.xx.1997-ci il tarixdən 2008-ci ilə kimi olan dövr barədə isə məlumat verilməmişdir. Həmin dövrə aid məlumatlar sübut əhəmiyyəti kəsb etdiyindən məhkəmə tərəfindən götürülməsinə zərurət vardır.Texniki Peşə təhsili və hərbi xidmət müddətləri daxil olmaqla 39 ildən artıq ümumi əmək stajı vardır, onun 18 ildən çox hissəsi zərərli işlərdə işlədiyi müddət də hesablandıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır.Cavabdeh əsassız olaraq ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir.Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajınız 12 il 6 aydan az (1 il 7 ay 12 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986- xx.xx.1986-cı il və xx.xx.1993-xx.xx.1993-cü tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, 26 sentyabr 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Domnatəmir” xüsusi tikinti X1 sexində avadanlıqların təmiri üzrə quraşdırıcı çilingər, xx.xx.1986- xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində polad konstruksiya avadanlıqların təmiri üzrə quraşdırıcı, xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə qaynaqçı və qaz qaynaqçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajınına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı Mərkəzidomna təmir trestinin ("xxxx" ASC) xx.xx.1994-cü il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 07 mart 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Buna görə də, iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 9 ay 10 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 2015- 2024-cü illər üzrə 7 il 10 ay)) təşkil edir.Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24339,58 manat təşkil edir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-153228/2024 nömrəli məktubu, cavabdehin etiraz ərizəsi, iddiaçıya aid Əmək kitabçasının surəti, H3 ******* nömrəli hərbi biletin surəti, Attestatın təsdiqlənmiş surəti, Azərboru ASC-nin xx.xx.2023-cü il tarixli arxiv arayışı, Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu, DSMF və Azərboru ASCnin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli Akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun sosial sığorta stajının tamam olması və pensiya yaşına çatdığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti cavabdehin xx.xx.2024-cü il tarixli 3-17- 1/2-A-153228/2024 nömrəli məktubu ilə müsbət həll edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının azı 25 il ümumi sığorta stajının mövcud olması; 2.İddiaçının azı 12 il 6 aydan çox güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr xx.xx.2006-cı ilədək və eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən 12 il 6 aydan az xüsusi iş stajı vardır. Belə ki, iddiaçıya əmək kitabçasında xx.xx.1983-xx.xx.2003-cü ilədək "xxxx" ASC işləməsi ilə bağlı qeydlər vardır. Cavabdeh inzibati orqan inzibati icraata apararaq sözügedən müəssisənin nəzdində olmuş Mərkəzidomna təmir trestində 1994-cü ildən sonrakı illərə münasbətdə iddaçının işləməsi ilə bağlı məlumatlar aşkar etməmişdir. İcraat materiallarına əlavə edilmiş arxiv məlumatlarından görünür ki, ASC-nin nəzdində olmuş həmin müəssisənin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin, müvafiq müəssisədə həmin ərəfədə işləmiş digər şəxs X3 barəsində DSMF və Azərboru ASC-nin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli Aktından da görünür ki, Mərkəzidomna təmir tresti Azərbaycan Boruyayma Zavodunun ərazisində yerləşməklə müəssisənin fəaliyyət sahəsinə uyğun olaraq domna sobalarının təmiri üzrə həmin zavodda xidmət göstərmişdir.Mərkəzidomna təmir tresti Rusiya Federasiyasının Sumqayıt filialı kimi fəaliyyət göstərmişdir. Xidmət göstərdiyi domna sobalarına təlabat olmadığından müəssisənin xx.xx.1994-cü ildən fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının Mərkəzidomna təmir trestində 1994-cü ildən sonra işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisədə işlədiyi illəri iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının güzəştli iş stajı 12,5 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2-1(118)-1798/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1798/2025
09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver