Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1801/2022 06.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtina məktubunun əsassız hesab edilməsi, onun soyadının arvadının soyadına dəyişdirilərək “Əzizov” kimi qeydə alınması, yeni doğum haqqında şəhadətnamənin verilməsi və şəhadətnamədə soyadının dəyişdirilərək “Əzizov” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı cavabdehin imtina məktubunun əsassız hesab edilməsi, onun soyadının arvadının soyadına dəyişdirilərək “Əzizov” kimi qeydə alınması, yeni doğum haqqında şəhadətnamənin verilməsi və şəhadətnamədə soyadının dəyişdirilərək “Əzizov” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1969-cu il tarixində Laçın rayonunun Vəlibəyli kəndində anadan olmuşdur və mövcud vəziyyətlə əlaqədar olaraq köçkün kimi Sumqayıt şəhərində, sürücülük yataqxanasında məskunlaşmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9315/2015 nömrəli, 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə soyadı Əzizov kimi qeyd edilmişdir. X1 Respublikasında anadan olmuşlar və onların doğum haqqında şəhadətnamələrində soyadları Əzizov kimi qeyd edilmişdir. Eyni zamanda onun və arvadının soyadı Əzizov kimi qeyd edilmişdir. Soyadının Əşrəfli kimi olması ailə üzvlərinin sənədlərinin rəsmiləşdirilməsində maneələr yaradır. Bu baxımdan o 28 mart 2022-ci il tarixində ərizə ilə soyadının arvadının mövcud soyadına dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmişdir. AR ƏN Cavabdeh 31 mart 2022ci il tarixli, 05/Q-46/62 nömrəli məktubla ərizəsinin təmin olunmaması və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeydiyyat orqanının məktubu qanunsuzdur, onun hüquqlarını pozur, bu baxımdan o məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də o, nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin, AZ-İİİ 625661 saylı doğum haqqında şəhadətnamənin, AZ İİ 050358 saylı nikah haqqında şəhadətnamənin, AA seriyalı, 228338 saylı məcburi köçkün vəsiqəsinin surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının adı “Vəkil” , soyadı “Əşrəfli”, ata adı “Lətif” kimi qeyd edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-9315/2015 saylı, 18 sentyabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1969-cu il tarixdə anadan olmuş Əzizov Vəkil Lətif oğlunun soyadının dəyişdirilərək “Əşrəfli” kimi qeydə alınması qət edilmişdir və qətnamə 19 oktyabr 2015-ci ildə qanuni qüvvəsini almışdır. - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1969-cu ildə doğulmuş Əzizov əkil Lətif oğlu soyadının dəyişdirilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-9315/2015 saylı, 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə xx.xx.1969-cu il tarixdə anadan olmuş Əzizov Vəkil Lətif oğlunun soyadının dəyişdirilərək “Əşrəfli” kimi qeydə alınması qət edilmişdir və qətnamə 19 oktyabr 2015-ci ildə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş AZ-İİİ 625661 saylı doğum haqqında şəhadətnamənin surətində də görünür ki, iddiaçının adı “Vəkil” , soyadı “Əşrəfli”, ata adı “Lətif” kimi qeyd edilmişdir. İddiaçı soyadının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçının soyadının dəyişdirilməsinin ailə üzvlərinin sənədlərinin rəsmiləşdirilməsində maneələr yaratmasına dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, soyadın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə çətinliklər yaratmasına dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç bir sübuta söykənməyən arqumentləridir. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsindən imtinaya dair cavabdeh inzibati orqanın hərəkətləri qanunidir, iddiaçının tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtina məktubunun əsassız hesab edilməsi, onun soyadının arvadının soyadına dəyişdirilərək “Əzizov” kimi qeydə alınması, yeni doğum haqqında şəhadətnamənin verilməsi və şəhadətnamədə soyadının dəyişdirilərək “Əzizov” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtina məktubunun əsassız hesab edilməsi, onun soyadının arvadının soyadına dəyişdirilərək “Əzizov” kimi qeydə alınması, yeni doğum haqqında şəhadətnamənin verilməsi və şəhadətnamədə soyadının dəyişdirilərək “Əzizov” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1801/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1801/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver