Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1805/2023 03.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdehnə qarşı “Qax rayonu Almalı kənd İN-i tərəfindən xx.xx.1961-ci il tarixində tərtib edilmiş 111 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilərək ata bəndinə X2 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək Qax rayonu Almalı kənd İN-i tərəfindən xx.xx.1961-ci il tarixində tərtib edilmiş 111 nömrəli doğum haqqında akt qeydində ata bəndində ata haqqında məlumatın əlavə edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 05/Q-269/62 saylı ərizədən imtina olunmuş və imtina məktubunda qeyd edilmişdir ki, “Qax rayonu Almalı kənd İN-i tərəfindən xx.xx.1961-ci il tarixində tərtib edilmiş 111 nömrəli doğum haqqında akt qeydində ata bəndində ata haqqında məlumatın əlavə edilməsinə dair Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. Sənədlər tərəfimizdən araşdırılarkən müəyyən edilmişdir ki, ata haqqında məlumatın əlavə edilməsi ilə bağlı hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 Noli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyn edən müddəalar"ına əsasən Qax rayonu Almalı kənd İN-i tərəfindən xx.xx.1961-ci ildə trtib edilmiş 111 nömrəli doğum haqqında akt qeydində ata bəndində ata haqqında məlumatın əlavə edilməsindən Cavabdeh tərəfindən imtina edilmişdir.” İddiaçı cavabdehin imtinası ilə razı olmadığına görə hazır ki iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsin müraciət etmişdir. Doğum haqqında şəhadətnamədə göründüyü kimi onun şəxsi məlumatlarında ata adı Balabey kimi qeyd olunmasına baxmayaraq, doğum haqqında şəhadətnaməmin ata qrafasında ata adı qeyd olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş atasının ölüm haqqında şəhadətnaməsində göründüyü kimi X2 xx.xx.2010-cu il tarixində ölmüşdür. İddia ərizəsinə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətində də görünür ki, anası X4, X2 ilə rəsmi nikahda olmuşdur. Ona görə də doğum haqqında şəhadətnamədə ata qrafasında X2 yazılması öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması ilə bağlı hazır ki iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsin müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, məhkəmə suallarına cavabında bildirmişdir ki, doğum haqqında şəhadətnaməsini itirmişdir. Şəxsiyyət vəsiqəsi alarkən doğum haqqında şəhadətnaməsi mövcud idi. Sonra təkrar döğum haqqında şəhadətnamə almışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Qax rayonu Almalı kənd İN-i tərəfindən xx.xx.1961-ci il tarixində tərtib edilmiş 111 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilərək ata bəndinə X2 yazılmasını istəyir. Məhkəmə qeyd edir ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. İddiaçının doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnaməsində ata qrafası boş qeyd edilmişdirdir. İnzibati orqan qeyd edir ki, hər hansı təsdiqedici sənəd təqdim edilmədiyi halda Qax rayonu Almalı kənd İN-i tərəfindən xx.xx.1961-ci ildə trtib edilmiş 111 nömrəli doğum haqqında akt qeydində ata bəndində ata haqqında məlumatın əlavə edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 Noli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarına uyğun deyil. Məhkəmə hesasb edir ki, Qax rayonu Almalı kənd İN-i tərəfindən xx.xx.1961-ci ildə trtib edilmiş 111 nömrəli doğum haqqında akt qeydində ata bəndində ata haqqında məlumatın əlavə edilməsi cavabdehin səlahiyyətləri çərçivəsində olmadığından iddia mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqları inzibati məhkəmə icraatı qaydasında yox, mülki məhkəmə icraatı qaydasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi qanunvericilikdə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında iddialara mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələri ilə müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Bunun nəticəsinə uygun olaraq təkrar inzibati orqaana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1805/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1805/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver