Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1810/2022 17.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (ƏMDX-də ocaqçı işləyən, Abşeron rayon Fatmayı kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanunsuz sayılması, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanunsuz sayılması, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdə başlamış və hazıradək fasiləsiz olaraq işləyir. Onun əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında göstərilmişdi. O, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Belə ki, ona xüsusi stajının 12 il 6 aydan az olması və pensiya kapitalının kifayət qədər olmaması bildirilmişdir. Halbuki, onun əmək kitabçasında Azərbaycan Respublikası Kənd Tikinti Nazirliyində 10 mart 1992-ci ildə "Azərtikinti" İstehsalat Birliyində binanın xidməti şöbəsində 6-cı dərəcəli ocaqçı vəzifəsinə işə qəbul edilməyi qeyd edilmişdir. 17 aprel 1992-ci il tarixdə isə həmin şöbəyə 6-cı dərəcəli qaynaqçı vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə köçürmə yolu ilə çilingər-santexnik təyin edilmiş, xx.xx.1997-ci il tarixdə isə öz xahişinə əsasən işdən azad olunmuşdur. Qeyd olunanlar əmək kitabçasında qeyd olunsa da, cavabdeh arxiv arayışı tələb etdiyindən, arxiv arayışı almışdır. Həmin arayışda isə qeyd edilmişdir ki, "Azərtikinti" İstehsalat Birliyinin 1993-cü ilə dair əmək kitabçalarında İddiaçı birliyin təsərrüfat hesablı "İnzibati binanın istismarı idarəsi"nə köçürülməsi səbəbindən işdən azad olmasına dair heç bir məlumat aşkarlanmamış, lakin birliyin 1993cü ilin aprel ayından etibarən ödəniş hesablama cədvəllərində binanın xidməti şöbəsinin işçilərinin işdən azad olmalarına dair qeydlər aparılmışdır. Arxiv arayışında eyni zamanda, aylıq əmək haqqına dair məlumatlar da qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izah etmişdir ki, əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı müxtəlif peşələrdə, o cümlədən elektrik qaynaqçısı (xx.xx.1980-xx.xx.1980; xx.xx.1983xx.xx.1997), qaynaqçı (xx.xx.1987-xx.xx.1992; xx.xx.1992-xx.xx.1993; xx.xx.2001xx.xx.2004), çilingər-santexnik (xx.xx.1993-xx.xx.1997; xx.xx.1998-xx.xx.2001; ocaqçı (xx.xx.2014-xx.xx.2015),xx.xx.1980-xx.xx.1995-ci illərdə “Ağcabədi Avtotəmir" ATSC-nin “Texnoloji avadanlıq sexi"ndə qaynaqçı köməkçisi və qaynaqçı peşələrində çalışmışdır. İddiaçı, öz ərizəsində Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahının konkret bəndinə istinad etməmişdir. Lakin ehtimal etmək olar ki, o, "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" adlanan 29-cu Bölməsi və (və ya) "Ümumi peşələr" adlanan 35-ci bölməsinə istinad edir. Lakin bu barədə hər hansı əsaslandırma aparmamışdır. Bundan başqa iddiaçı güzəştli iş stajı barədə arayış da təqdim etməmişdir. Halbuki, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”a 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Pensiya kapitalının yetərsizliyi hissəsində Filialın imtinası ƏPQ-nin 9.1-ci və 9.8-ci maddələrinə əsaslanmaqla qanunidir. Belə ki, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 46.800 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi. 22.089.51 manat təşkil edir. İş materiallarında olan : - - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1961-ci il təvəllüddür. - -İddiaçının adına açılmış ИТ-İ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1979-xx.xx.1980-ci illərdə Bakı şəhər 54 nömrəli texniki peşə məktəbində təhsil almış; xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək “Azsantexmontaj” trestində 3-cü dərəcəli elektrik qaynaqçısı işləmiş, xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1983-xx.xx.1987-ci illərdə “Azsantexmontaj” trestində 5-ci dərəcəli elekrik qaynaqçısı, xx.xx.1987-xx.xx.1992-ci illərdə Mənzil Kommunal Kontorunda 5-ci dərəcəli qaynaqçı, xx.xx.1992-xx.xx.1993-cü illərdə “Azərkəndtikinti” İstehsalat Bilriyində qaynaqçı, xx.xx.1993-xx.xx.1997-ci illərdə “Azərkəndtikinti” İB–də çilingər–santexnik, xx.xx.1997xx.xx.1997-ci illərdə Dövlət Əmlak Komitəsində santexnik, xx.xx.1997-xx.xx.1998-ci illərdə “Azərsənayetikinti” DQİ MKİ–də qazanxanda qaynaqçı, xx.xx.1998-xx.xx.2004-cü illərdə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyində çilingər-santexnik, xx.xx.2014xx.xx.2015-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində ocaqçı vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən hazırki tarixədək Əmlak Məsələləri Dövlət Xidmətində ocaqçı vəzifəsində işləyir. - - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “Azsantexmontaj” trestinin Bakı montaj İdarəsinin arxiv sənədləri filiala təhvil verilməmişdir. ”Azsantexmontaj” trestinin 1979-1987-ci illərə dair arxiv sənədlərində İddiaçı barəsində məlumat yoxdur. - Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Kənd Tikinti Nazirliyi” arxiv fondunda mühafizə edilən 1992-ci ilə dair şəxsi heyət üzrə əmr kitablarında İddiaçı (əmr № 56/k, 10 mart 1992-ci il) "Azərkəndtikinti” istehsalat birliyinin binanın xidməti şöbəsinə 6-cı dərəcəli ocaqçı vəzifəsinə işə qəbul edildiyi; (əmr № 91/k, 17 aprel 1992-ci il) həmin şöbəyə 6-cı dərəcəli qaynaqçı vəzifəsinə keçirildiyi qeyd olunur.Həmçinin, "Azərkəndtikinti” istehsalat birliyinin 1993-cü ilə dair əmr kitablarında İddiaçı birliyin təsərrüfat hesablı "İnzibati binanın istismarı idarəsi"nə köçürülməsi səbəbindən işdən azad olunmasına dair heç bir məlumat aşkarlanmamış, lakin birliyin 1993-cü ilin aprel ayından etibarən ödəniş hesablama cədvəllərində binanın xidməti şöbəsinin işçilərinin işdən azad olunduqlarına dair qeydlər aparılmışdır. Eyni zamanda "Azərkəndtikinti” istehsalat birliyinin təsərrüfat hesablı “İnzibati binanın istismarı idarəsı”nin sənədləri arxivə dövlət mühafizəsinə veriİməmişdir. - - Azərbaycan Respublikası Milli Arxivi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli arxiv arayışına əlavə edilmiş əmək haqqı cədvəllindən görünür ki, İddiaçı 1992-ci ilin martdekabr ayları,1993-cü ilin yanvar-mart ayları “Azərkəndtikinti” İB-də işləmiş və əmək haqqı almışdır. - - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli arayışdan görünür ki, “Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı birliyinin arxiv sənədləri filiala təhvil verilməmişdir. - - Azərbaycan Respublikası Dövlət X2 İdarəsi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli arxiv arayışından görünür ki, Füzuli rayonu Horadiz kəndi “Rusiya” adına kolxozun əmək günlərinin qeyd kitablarında İddiaçı 1977-ci ilin əmək haqqı 65 iş günü 18 yazılması qeyd edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı flialında saxlanılan "Azsantexmontaj” trestinin natamam arxiv sənədlərində vət. İddiaçı 1979-cu ildə işə qəbul olunması, 1987-ci ildə işdən azad olunması və 1979-1987-ci illərə dair əmək haqqı cədvəllərində ona əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. - Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, İddiaçı sənədlərində qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 11 ay 4 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya taminatına imkan vermir. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 46.800 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi 22.089.51 manat təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yetərsiz olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində hansı yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu göstərməsə də, iddia ərizəsinin təsviri hissəsindən 57 yaşdan pensiya almağa iddialı olduğu qeyd edilmişdir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnını təyin edilməsi üçün onun 01 yanvar 2006cı il tarixədək ən azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi iş stajına malik olması tələb olunur. Məhkəmə qeyd edir ki, İddiaçı təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 24 il 5 ay 19 gün, yəni 25 ildən az ümumi staja malik olması müəyyən edildi. Bundan başqa iddiaçı 17 il güzəştli iş stajına malik olmasını iddia etsə də, cavabdeh tərəfindən düzgün olaraq həmin müddətin cəmi 4 il 11 ay 4 günü güzəştli iş stajı kimi qəbul edilmişdir. Belə ki, iddiaçı xx.xx.1980-xx.xx.1980 və xx.xx.1983-xx.xx.1987-ci illərdə elektrik qaynaqçısı, qalan müddətdə isə qaynaqşı və ocaqçı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə əmək güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı”sının 23200000-19903 bəndində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşə nəzərdə tutulmuşdur. Məhkəmə bir daha qeyd edir ki, iddiaçının işlədiyi peşələrdən yalnız elektrik qaynaqçısı güzəştli şərtlərlə əmək pesniyası hüququ verən peşələrə aiddir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ümumi və güzəştli iş stajı kifayət qədər olmadığından iddiaçıya güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1810/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1810/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver