Məhkəmə qərarları › İş №2-1(118)-1817/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1817/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1817/2022 29.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X13, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qusar rayonunun Kuzunqışlaq bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X15 və X8 adına olan çıxarışların ləğv edilməsi tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Qusar rayonunun Kuzunqışlaq bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, X18 və X10 qarşı iddia qaldıraraq “kənd təsərrüfatı məqsədilə torpaq sahəsinin ayrılması barədə DT və XK-nın Qusar rayon şöbəsinin rəyin və torpaqların alqı-satqısına dair aktın, X15 adına verilmiş çıxarışın və X8 adına olan qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, cavabdeh qismində yalnız Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi saxlanılaraq üçüncü şəxslər X15 və X8 adına olan çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1817/2022 nömrəli Qərardadı ilə X20 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Avaranqışlaq bələdiyyəsinə məxsus, kənd sakinlərinə mal-qaranı otarması üçün ayrılmış, hal-hazırda da kənd camaatının istifadəsində olan örüş sahəsindən 30 ha torpaq sahəsinin saxta sənədlərlə qeyri qanuni yolla öz adlarına keçirilməsi barədə qeyri rəsmi məlumatlar bələdiyyəyə daxil olmuşdur. Həmçinin həmin kəndin bir qrup sakinləri bələdiyyəyə ərizə ilə müraciət edərək bu barədə onlara köməklik göstərilməsini xahiş etmişlər. Buna görə də Qusar rayon Kuzunqışlaq Bələdiyyəsinin sədri kimi o, Qusar rayon Dövlət Arxivinə sorğu ilə müraciət etmişdir. Qusar rayon Dövlət Arxivindən sorğuya cavab olaraq Qusar rayon Avaranqışlaq Bələdiyyəsinin xx.xx.2000, xx.xx.2009 №1-7-2000, №8,1-3, xx-xx-2001, №1-12-2003, №13-16 2004, №1-08-2005, №9-13-2006, №xx-xx-2007, №xx-xx-2008, №xx-xx-2009-cu illərin bələdiyyə iclas protokolları sənədləri qovluğundan Bakı şəhər sakini X18 Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə kənd təsərrüfatı məqsədi ilə 30.0 ha torpaq sahəsi satılması barədə sənədlər göndərilmişdir. Kənd camaatının mal-qarasını otarmaq məqsədi ilə ayrılmış örüş sahəsi olan həmin torpaq sahəsinin X3 qanunsuzdur, Qusar rayon Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004cü il tarixli 09 saylı qərar, kənd təsərrüfatı məqsədilə torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK-nin Qusar rayon şöbəsinin rəyi və torpaqların alqısatqısına dair akt saxtadır, həmin sənədlərdə olan imzalar da başqa şəxslərə məxsusdur. Belə ki, həmin vaxt işləmiş bələdiyyə sədrinin, kassirin, baş mühasibin qeyd olunan sənədlərdən xəbərləri olmadıqlarını, həmin imzaların da onlara məxsus olmadıqlarını bildirmişlər. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Qusar rayon Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 nömrəli iclas protokolun qərarı əsasında alqı-satqı ilə X4 30 ha torpaq sahəsinin hüquqi rejimi barədə məlumat və həmin torpaq sahəsinin hal-hazırda kimin mülkiyyətində olması barədə məlumatın həmçinin mülkiyyəti təsdiq edən sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi ilə bağlı müraciət etmişdir, lakin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşmaz əmlakın dövlət reyestrinin məlumatları əssalandırılmış yazılı sorğular əsasında verildiyini qeyd edərək tələb etdiyi sənədləri təqdim etməmişdir. Cavabdeh X9 rayon Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarxli 09 saylı qərarına əsasən qanunsuz satılmış 30 ha torpaq sahəsinə JN:0288KOD 30103028 nöməli dövlət aktı çıxarmış və həmin dövlət aktına əsasən torpaq sahəsinə özünə çıxarış almışdır. Cavabdeh X5 həmin torpaq sahəsi qohumu X1, Atilla da özünə qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi xx.xx.2021 olan çıxarış almışdır. Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq Qusar rayon Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərar, kənd təsərüffatı məqsədilə torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK-nin Qusar rayon şöbəsinin rəy və torpaqların alqı-satqısına dair akt saxta olduğundan etibarsız hesab edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2-1(118)-2055/2021 saylı qərardadı ilə iddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsinin cavabdeh X18 qarşı Qusar rayon Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndinə görə bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmə qərarı ilə etibarsız sayıla bilər. Bu səbəbdən də iddiası mümkün sayılmamışdır. Göründüyü kimi Qusar rayonu Avaranqışlaq bələdiyyəsi tərəfindən kənd camaatının mal-qarasının otarmaq məqsədi ilə ayrılmış örüş sahəsi olan torpaq sahəsinin X3 barədə bələdiyyə iclasında baxılmayıb, protokolu iclasın sədri və katibi imzalamayıb, həmçinin Qusar rayon Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarxli 09 saylı qərarında bələdiyyə sədrinin imzası yoxdur. Göründüyü kimi Qusar rayon Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərar, sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK-nin Qusar rayon şöbəsinin rəy və torpaqların alqı-satqısına dair akt saxtadır. Qusar rayon Kuzunqışlaq bələdiyyəsi 27 aprel 2022-ci il tarixdə bələdiyyə üzvləri ilə birlikdə iclas keçirərək X7 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə qanunsuz olaraq 30 ha torpaq sahəsinin ayrılması barədə Qusar rayon Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004cü il tarixli 09 saylı qərarı ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2-1(118)- 2055/2021 saylı qərardadında göstərilən iddiasının mümkün sayılmaması barədə nöqsanlar aradan qaldırılmışdır. Kənd sakinlərinə mal-qaranı otarması üçün ayrılmış, hal-hazırda da kənd camaatın istifadəsində olan örüş sahəsinin başqa şəxslərə satılması kənd camaatının haqlı narazılıqlarına səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X21 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Qusar rayonu, X24 ünvan 1i ərazisində yerləşən torpaq sahəsinə dair vətəndaş X8 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, həmin çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestr haqqında’’ Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan ünvan 1i ərazisində yerləşən torpaq sahəsinə dair vətəndaş X8 adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür”. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddia ərizəsində göstərilən X8 adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli dövlət reyestrindən çıxarış onun verilməsi üçün əsas olmuş Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021ci il tarixli 4Ə-424 reyestr nömrəli alqı-satqı müqaviləsi, Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-535 reyestr nömrəli saziş əsasında ləğv edildiyindən ləğv edilmişdir. Həmin saziş əsasında torpaq sahəsinə X15 mülkiyyət hüquqları bərpa edilərək adına ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. X20 öz növbəsində həmin çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsindən Qusar rayonu, X17 xeyrinə imtina edilməsi barədə notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir və mülkiyyət hüquqları ləğv edilmişdir. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: Torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; Qeyd olunanları nəzərə alaraq iddiaçı Qusar rayonu, X17 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddiaya yazılı etirazla eyni məzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır. - “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydiyyata alınmışdır. - 02 iyun 2022-ci il tarixli Alqı-satqı müqaviləsinin ləğvinə dair sazişdən görünür ki, Bakı şəhəri, 50 saylı notariat ofisində 4Ə-424 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bak şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında X18 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 30 ha olan torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir və X8 mülkiyyət hüquqları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Tərəflər 02 iyun 50 saylı notariat ofisində 4Ə-424 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə xitam vermişlər. - “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır. - X15 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X6 Halay Balay oğlunun nümayəndəsi olaraq Qusar rayonu Avarnqışlaq kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətində olan 30 ha torpaq sahəsindən Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin xeyrinə imtina edir. - Qusar rayon Kuzunqışlaq bələdiyyəsinin iş materiallarına əlavə edilmiş 56 saylı, 09 sentyabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Qusar rayon Kuzunqışlaq bələdiyyəsinin Avaranqışlaq kəndində yerləşən 30 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, uzun illər ərzində Avaranqışlaq kənd camaatının ümumi istifadəsində olub, hal-hazırda mal-qaranın örüş yeri kimi istifadə olunur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, 50 saylı notariat ofisində 4Ə-424 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında X16 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 30 ha olan torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. X8 mülkiyyət hüquqları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Tərəflər notarial qaydada təsdiq edilmiş 02 iyun 2022-ci il tarixli “Alqı-satqı müqaviləsinin ləğvinə dair” sazişlə 50 saylı notariat ofisində 4Ə-424 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə xitam vermişlər. Daha sonra ünvan 1ində yerləşən 30 ha torpaq sahəsi “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, xx.xx.2022-ci il tarixli X2 adına qeydə alınmışdır. Yekun olaraq, X12 nümayəndəsi X22 notarial qaydada təsdiq edilmiş Qusar rayonu Avaranqışlaq kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətində olan 30 ha torpaq sahəsindən Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin xeyrinə imtina etmişdir. Bu səbəbdən iddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsi X16 və X8 adına olan yuxarıda qeyd olunan torpaq sahəsinə dair çıxarışların ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququndan bələdiyyənin xeyrinə imtina olunmuşdur. Belə olan halda həmin torpaq sahəsi üzərində hüquqlar Kuzunqışlaq bələdiyyəsinə keçmişdir. Bununla bağlı tərəflər arasında hər hansı mübahisənin olduğu müəyyən olunmur və yuxraıda qeyd olunduğu torpağın bələdiyyəyə keçməsi müqavilə ilə tərəflərin iradəsi ilə həyata keçirilmişdir. Bu halda sözügedən torpaq sahəsinə dair X16 və X8 adına olan çıxarışlar da ləğv edilməlidir. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 2—ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, xx.xx.2022-ci il tarixli və “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışlar ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, xx.xx.2022-ci il tarixli və “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışlar ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar