Məhkəmə qərarları › İş №2-1(118)-182/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-182/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-182/2021 04.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Həddi-buluğa çatmayan, xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Ömər Fərid oğlunun ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılmasının vəzifə olaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Ömər Fərid oğlunun ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın xx xxxx 2020-ci il tarixli, 123-10758A-3220 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1014/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Məmmədli Ömər Fərid oğlu (qanuni təmsilçisi) məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 4 (yeni qaydalarla ünvan 2 M1, m1) ünvanda yerləşən mənzili xx xxxx 2016-cı il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən hüquqi qeydiyyatdan keçirilərək seriya RX №-0800308 saylı xx xxxx 2016-cı il tarixdə müvafiq olaraq iddiaçının adına çıxarış verilmişdir. Mənzil iddiaçıya satılarkən satıcı alqı-satqı müqaviləsinin 13-cü bəndinin şərtinə görə xx.xx.2016-cı il tarixədək qeydiyyatdan çıxmağı barədə öhdəlik götürmüşdür, lakin öhdəlik yerinə yetirilməmişdir . Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə X6, X2, X3 və X5 ünvan 4 (yeni qaydalarla ünvan 3 M1 ,m1 ) ünvanda yerləşən mənzilə istifadə hüquqları itirilmişdir . Lakin məhkəmədə işə baxılarkən iddiaçının məlumatı olmadan X6 azyaşlı oğlu, xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Ömər Fərid oğluna şəxsiyyət vəsiqəsi verilmiş və bu ünvana qeydiyyata alınmışdır. Halbuki bu azyaşlının valideynləri hansı ünvanda yaşayırlarsa uşaq da həmin ünvana qeydiyyata alınmalıdır. Uşağın qeydiyyata alınması zamanı mülkiyyətçinin başqa şəxs olması və uşağın mülkiyyətçinin ailə üzvü olmaması və digər amillər nəzərə alınmamışdır. Bu azyaşlının pasport qeydiyyatında qalması onun xüsusi mülk mənzilinə olan hüquqularının həyata keçirilməsinə maneçilik törədəcəkdir, mülkiyyət hüquqlarını məhdudlaşdıracaqdır. Qeyd olunanlardan da görünür ki, həmin azyaşlının valideynləri bu ünvanda yaşamırlar, bu mənzilə heç bir aidiyyatları yoxdur və artıq bu ünvana olan hüquqlarını itirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur . Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət hüququ , o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur . Mülkiyyət hüququnun təmin edən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir : birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir , birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər . İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır ; buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). İddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Azyaşlının pasport qeydiyyatından çıxarılması ilə bağlı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdir, lakin ərizənin icrasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi barədə cavab verilmişdir. Halbuki cavabdeh tərəf həmin şəxsin pasport qeydiyyatından çıxarılması barədə tədbir görməli idi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiya münasibətində etirazın olmadığı bildirilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxs (qanuni təmsilçisi) məhkəmə iclasına iştirak etməmişdir. Yaşyış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Ömər Fərid oğlu ünvan 4 ünvanında qeydiyyatdadır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 55 saylı evin, 36 saylı mənzilinə (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli 018-12009- 1220 saylı cavab məktubunda qeyd edilmişdir ki, Məmmədli Ömər Fərid oğlu anası X6 yaşayış ünvanı üzrə ünvan 6 ünvanına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə görə, yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Hazırkı işdə də iddiaçının özünün mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxardılmasını istədiyi üçüncü şəxs azyaşlıdır və onun valideyinlərinin mənzildən istifadə hüququ mövcud deyil və həmin mənzildə yaşamırlar və qeydiyyatda deyillər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Məmmədli Ömər Fərid oğlu anası X6 yaşayış ünvanı əsası ilə ünvan 6 ünvanına qeydiyyata alınmışdır. İş materiallarından göründüyü kimi X6 Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 55 saylı evin, 36 saylı mənzilinə (yeni qaydalarla ünvan 5 istifadə hüququ mövcud deyil, onun həmin ünvana qeydiyyatı yoxdur. Məhkəmə hesab edir ki, azyaşlı Məmmədli Ömər Fərid oğlu valideyinlərinin yaşayış yeri üzrə qeydiyyata alınmalı idi. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Ömər Fərid oğlu iddiaçıya məxsus evdə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Buna görə də məhkəmə hesab edir ki, Məmmədli Ömər Fərid oğlu iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə iddia ərizəsində qeyd edilənlərlə razılaşaraq, iddianı əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və həddibuluğa çatmayan, xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Ömər Fərid oğlunun ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması vəzifə olaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azyaşlı Məmmədli Ömər Fərid oğlunun ünvan 1 (yeni qaydalarla ünvan 5 ünvandan pasport qeydiyyatından çıxarılması vəzifə olaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar