Məhkəmə qərarları › İş №2-1(118)-182/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-182/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-182/2024 16.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********00 saylı məktubu ilə ona verilmiş imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə Xaçmaz-Gəndab yolunun sağ tərəfində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 21 nömrəli sərəncamından çıxarışa əsasən 400 m2 torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikdiyi 400 m2 olan tikilinin onun adına özəlləşdirilməsi və həmin torpaq sahəsinə və tikiliyə dair hüquqlarında Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********00 saylı məktubu ilə ona verilmiş imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə Xaçmaz-Gəndab yolunun sağ tərəfində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 21 nömrəli sərəncamından çıxarışa əsasən 400 m2 torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikdiyi 400 m2 olan tikilinin onun adına özəlləşdirilməsi və həmin torpaq sahəsinə və tikiliyə dair hüquqlarında Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli sərəncamına əsasən ticarət obyektinin tikintisi üçün Xaçmaz - şosse yolunun sağ tərəfində yerləşən dövlət mükiyyətinə məxsus torpaqlardan 400.kv.m torpaq sahəsi ayrılaraq ona verilmişdir.Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi “Yolnəqliyyat” Departamenti, Fövqaladə Hallar Nazirliyi və digər aiddiyəti qurumlardan icazə alınmış, eskiz layihəsi hazırlanıb, aiddiyəti üzrə təsdiq olunaraq fərdi yaşayış obyekti tikilmiş və istifadəyə verilmişdir. Sərənca əsasən Xaçmaz-Gəndab Yalama avtomobil yolunun İ km də Xaçmaz rayon İHB-nm 01.03.04-cü il tarixli 21 saylı qərarı ilə alınmış 400 kv.metr torpaq sahəsinin yanında əlavə zəbt etdiyi dövlət mülkiyyətinə 110 kv.m torpaq sahəsi ona ayrılmış və orada ticarət şəbəkəsi onun tərəfindən artırılmışdır. Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ona məxsus yuxarıda qeyd etdiyi torpaq sahəsində yerləşən 200.kv.m qeyri-yaşayış sahəsi Quba rayonu, Qımıl-qışlaq kənd sakini X1. X5 tərəfindən satılmış qeyri-yaşayış sahəsinə **********9 saylı, xx.xx.2011-ci il tarixli çıxarış alınmışdır. Ona Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 21 saylı sərəncamı ilə mağaza tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 399.6 kvm bir mərtəbəli tikinti aparmış, 2006-cı ildən Həmin yerdə obyekt kimi fəaliyyət göstərir. Ona məxsus olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004cü il tarixli 21 saylı sərəncamı ilə mağaza tikintisi üçün 400 kv.m torpaq sahəsini və tikilini özəlləşdirmək məqsədi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti xx.xx.2022-ci il tarixli, **********00 nömrəl məktubla müsbət həll edilməmişdir. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi və vəkilinə uzun müddət vaxt verilməsinə baxmayaraq, nümayəndə və vəkil tikinti obyektinə dair Tikilinin istismara qəbul aktını və dəqiqləşdirmə ərizəsini məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları iddiaçının vəkili tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan da görmək olar. Ona görə də məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli, **********00 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, ərizənizdə qeyd olunan qeyri-yaşayıış sahəsinin bir hissəsinə notariat qaydada təstiqlənmiş alqı-satqı müqaviləsi əsasında digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Yerdə qalan hissədə dəyişiklik aparıldığı üçün və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənizə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 218 saylı sərəncam əsasında ayrılmış 0.0110 ha torpaq sahəsinə dair tərəflər arasında bağlanmış icarə müqaviləsi, qeyd olunan torpaq sahələrinin yerləşdiyi ərazinin 1:2000 miqyasda yerquruluşu sxemləri əlavə edilməmişdir. Bundan əlavə bildiririk ki, ərizənizdə qeyd olunan qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmiş, ərizənizə əlavə olunmuş eskiz layihə rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi tərəfindən təsdiq edilməmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri- yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 8.0.10 maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Göründüyü kimi, iddiaçı şəhərsalma və tikinti normalarını tikilini inşa etməmişdir. Həmçinin, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçdiməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.Həmin daşınmaz əmlakın (torpaq sahəsinin və tikililərin) faktiki ölçüləri, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, zəbtə, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb- düşməməsi müəyyən edilməmişdir. Göstərilən səbəblərdən iddiaçının müraciətinin icrası müsbət həll edilməmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı Xaçmaz - şosse yolunun sağ tərəfində yerləşən yerləşən, mülkiyyətində olan 400 m2 torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan onun müraciətində göstərilən və inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir.Cavabdeh təşkilatın imtina və etiraz ərizəsində qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: qeyri-yaşayıış sahəsinin bir hissəsinə notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında digər şəxsin adına dövlət reyestrindən çıxarışın verilməsi yerdə qalan hissədə dəyişiklik aparıldığı üçün və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmaması, qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməməsi, eskiz layihə Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi tərəfindən təsdiq edilməməsi,yerləşməsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 21 saylı qərarı əsasında tikinti obyektinin tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində sahəsi 399 kv.m olan ticarət obyekti inşa edilmiş və ƏMDK-nin Əmlakın Texniki İnventarlaşdırma bürosu tərəfindən texniki pasport və xx.xx.2006-cı il tarixli Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamənin əsasında İddiaçı 399 kv.m ümumi sahəsi olan ticarət obyektinin 200 kv.m hissəsini X2, sonuncu isə həmin sahənin 179.1 kv.m hissəsinə DƏDRX-də mülkiyyət hüququnu qeydə aldıraraq xx.xx.2011-ci il tarixli çıxarış əldə etmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 218 saylı sərancamına əsasən 400 kv.m torpaq sahəsinə bitişik olan 110 kv.m sahəsi olan torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində tikilinin inşasına icazə verilmiş, lakin tikili inşa edildikdən sonra istismara icazə sənədi verilməmişdir. Məhkəmədə işin araşdırılan hallarından məlum oldu ki, iddiaçının üzərində mülkiyyət hüququ qeydə alınması tələb etdiyi torpaq sahəsi dövlətin mülkiyyətində saxlanılmaqla Xaçmaz Rayon İcra Hakimiyyəti başçının xx.xx.2004-cü il tarixli sərancamı ilə qeyriyaşayış obyektinin inşası üçün ayrılmışdır. Qeyd olunan “ayrılmışdır” ifadəsinə torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi anlamına gəlməməlidir. Belə ki, “ayrılma” ifadəsi mücərrəd xarakterli olmaqla özündə icarəyə və ya daimi istifadəyə verilməsi kimi də qəbul edilməsi istisna deyil. Nəzərə alınmalıdır ki, ƏMDK-nin xx.xx.2006-cı il tarixli Şəhadətnamədə İddiaçı yalnız 399,9 kv.m qeyri-yaşayış sahəsinin üzərində hüquqlarının qeydə alınması göstərilmişdir. Başqa sözlə desək qeyd olunanlar bir daha ona dəlalət edir ki, qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi isə DƏDKR PHŞ tərəfindən deyil ƏMDK tərəfindən həyata keçirilməlidir. Qeyri-yaşayış obyektinə gəlincə isə qeyd olunur ki, obyektin yarısından çox hissəsi üzərində digər şəxsin mülkiyyət hüququ qeydə alınıb. Bu isə iddia tələbində göstərilən 400 kv.m qeyri-yaşayış sahəsini vahid əmlak kimi qeydə alınmasını mümkünsüz edir. Nəticədə məhkəmə hesab edir ki, dövlət torpağının özəlləşdirilməsi ilə bağlı lazımi inzibati orqana qarşı müraciət edilmədiyini, 400 kv.m qeyri-yaşayış sahəsinin 179.1 kv.m hissəsi üzərində başqa şəxsin mülkiyyət hüququ qeydə alındığına görə və iddiaçının vəkili tərəfindən iddia tələləbinə düzəliş edilməməsi (iddiaçının həqiqi niyyəti 110 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı olmuşdur) səbəbindən hazırkı iddia tələbinə baxılması mümkün deyil. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar