Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1820/2023 22.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mərkəzi Bankla(ipoteka saxlayan) ləğv prosesində olan QSC “Bank Standard” KB (borclu) və X6 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixdə İBS16-1823/6 saylı ipoteka müqaviləsi üzrə sonuncuya məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında 0,0869 ha torpaq sahəsində yerləşən 236,48 kv.m. sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınmasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) ilə borclu QSC “Bank Standard" KB arasında xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsi üzrə QSC “Bank Standard" KB-yə 360 gün müddətinə illik 3% olmaqla 20.000.000,00 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi X3 mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0,0869 ha torpaq sahəsində yerləşən 236,48 kv.m. sahədən ibarət fərdi yaşayış evi barəsində xx.xx.2018-ci il tarixdə İBS16-1823/6 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Məlum olduğu kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(81)-4498/2016 nömrəli qərarı ilə QSC ‘Bank Standard” KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Sözügedən kredit müqaviləsi üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələblərinin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Odur ki, Mərkəzi Bank ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlamış və bununla bağlı ilk növbədə "ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka qoyana Bildiriş göndərilmişdir. Növbəti addım kimi Mərkəzi Bank “ipoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinə (İdarə) xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. İdarənin xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktubu ilə sözügedən ərizənin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ipoteka predmeti üzərində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(011 )-522/2019 nömrəli qərardadı ilə həbs qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(011)-522/2019 nömrəli icra vərəqəsinə əsasən isə məhdudiyyət tətbiq edilmişdir. Hesab edirlər ki, inzibati orqan kimi idarənin yuxarıda qeyd edilən məhkəmə qərarlarını əsas gətirərək müvafiq bildirişin dövlət qeydiyyatına alınmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Əvvəla qeyd edilməlidir ki, “İpoteka haqqında" Qanunun 36.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsində tutmanın yönəldilməsi prosedurunun davam etdirilməsinin mümkün olmadığı hallar göstərilmişdir. Bu hallara aşağıdakılar aid edilmişdir: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Göründüyü kimi, qanunverici ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyat orqanı tərəfindən yalnız yuxarıda qeyd edilən 2 halda qeydiyyatından imtina etmək hüququnu tanımış, qalan bütün hallarda isə ərizə əsasında 1 iş günü müddətində qeydə alınması vəzifəsini təsbit etmişdir. İdarə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasından imtina edərkən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarını rəhbər tutduğunu qeyd etmişdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, bu hissədə də idarənin mövqeyi tamamilə əsassız olmuşdur. Belə ki, qeyd edilən normada əmlakın üzərinə həbs və ya hər hansı məhdudiyyət qoyulması əsası ilə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatından imtina halı müəyyən edilməmişdir. İmtina məktubunda qeyd edilən məhkəmə qərarlarına gəlincə isə onu vurğulamaq lazımdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(011)-522/2019 nömrəli qərardadı ilə X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Lakin “əmlakın üzərinə həbs qoyulması” yuxarıda qeyd olunan qanuni əsaslara görə həmin əmlaka tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasından imtina üçün səbəb ola bilməz. Qanunvericiliyin tələblərini şərtləndirən amil odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Yuxarıda qeyd edilən məhkəmə qərarı ilə borclunun əmlakı üzərinə həbsin qoyulması isə “icra haqqında" Qanunun 43.1.1-ci maddəsinə əsasən icra mərhələsində məcburi icra tədbiri kimi tətbiq edilsə də, yenə də nəzərə alınmalıdır ki, həmin Qanunun 48-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borcalanın başqa əmlakı kifayət etmədikdə və tələb girov qoyulmuş əmlaka yönəldildikdə girovsaxlayanın mülki qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarına əməl olunmalıdır. Girov qoyulmuş əmlak gurovsaxlayanda olduqda, o özünün tələbinə nisbətən üstün olan digər tələbləri həmin əmlakın dəyərindən çox olmayan həcmdə təmin etməyə borcludur. Göründüyü kimi, qanunverici ipoteka ilə yüklü edilmiş əşyaya tutmanın yönəldilməsi hüququnu bütün digər kreditorlara münasibətdə üstün hüquq kimi tanıyır və bu tələbin ilk növbədə icrasını şərtləndirir. Başqa sözlə, Mərkəzi Bankın hazırda ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı həyata keçirdiyi prosedurların icrasına həmin əmlakla bağlı hər hansı digər tələblər və ya məhdudiyyətlər maneə ola bilməz. İkinci məhkəmə qərarına, yəni Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(011)-522/2019 nömrəli icra vərəqəsinə gəlincə isə həmin məhkəmə aktında X1 əmlakın özgəninkiləşdirilməsinə qadağanın qoyulduğu müəyyən edilir və bu zaman qanunda nəzərdə tutulmadığına görə məhkəmə qərarında da bildirişin dövlət qeydiyyatına alınmaması üçün hər hansı məhdudiyyət qoyulmamışdır. Məhkəmə qərarında göstərilən məhdudiyyət yalnız əmlakın özgəninkiləşdirilməsinə qoyulan qadağadan ibarətdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyanının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2- 1(118)-1820/2023 nömrəli Sərəncamına (hakim - ismayıl Quliyev) əsasən 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Abşeron rayonu, Xırdalan səhəri, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən A/13 saylı fərdi yaşayış evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 05 dekabr 2022- ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı:
1. Abşeron rayonu, Xırdalan şəhəri, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən A/13 saylı fərdi yaşayış evi üzərində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(011)-522/2019 saylı qərardadına əsasən həbs qoyulduğu müəyyən olunmuşdur. Məlumat üçün bildirirlər ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(0111-227/2016 sayh qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmiş tələb əlavə olaraq borclu X3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən A/13 saylı fərdi yaşayış evinə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında həbs qoyulmaqla yönəldilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyqun olaraq, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1,0.6-cı maddəsinə uyğun olaraq, ipoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 39.2-ci maddəsinə görə, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən, borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. Bu Qanunun 50.2-ci maddəsinə müvafiq olaraq, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə görə, bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Həmin Qanunun 15.1.6-ci maddəsinə müvafiq olaraq, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı Mərkəzi Bankla(ipoteka saxlayan) ləğv prosesində olan QSC “Bank Standard” KB (borclu) və X6 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixdə İBS16-1823/6 saylı ipoteka müqaviləsi üzrə sonuncuya məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında 0,0869 ha torpaq sahəsində yerləşən 236,48 kv.m. sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınmasını istəyir. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) ilə borclu QSC “Bank Standard" KB arasında xx.xx.2016-cı il tarixli KBS16- 1823 nömrəli kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsi üzrə QSC “Bank Standard" KB-yə 360 gün müddətinə illik 3% olmaqla 20.000.000,00 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi X3 mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0,0869 ha torpaq sahəsində yerləşən 236,48 kv.m. sahədən ibarət fərdi yaşayış evi barəsində xx.xx.2018-ci il tarixdə İBS16-1823/6 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Məlum olduğu kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(81)-4498/2016 nömrəli qərarı ilə QSC ‘Bank Standard” KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Sözügedən kredit müqaviləsi üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələblərinin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Odur ki, Mərkəzi Bank ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlamış və bununla bağlı ilk növbədə "ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka qoyana Bildiriş göndərilmişdir. Növbəti addım kimi Mərkəzi Bank “ipoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinə (İdarə) xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh isə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi dövlət qeydiyyatına alınmasından imtina edir. Cavabdeh qeyd edir ki, Abşeron rayonu Xırdalan şəhəri. "Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən A/13 saylı fərdi yaşayış evi üzərində Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(011 )-522/2019 saylı qərardadına əsasən həbs olduğu aşkar edilmişdir. Bundan başqa sözügedən fərdi yaşayış evi üzərinə Bakı Apellyasıya Məhkəməs.nın 28 09 2021-cı il tarixli. 2(103)-9580/2021 saylı icra vərəqəsinə əsasən əsasən məhdudiyyət qoyulduğu aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. “İpoteka haqqında” Qanuna əsasən: 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. M a d d e 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Qanunvericiliklə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınmasından imtina edilməsi əsasları qeyd edilmişdir. Cavabdeh inzibati orqan imtina əsasını mübahisə predmeti əmlakın üzərinə məhkəmə qərarı ilə həbs qoyulmasını göstərmiş və bir çox hüquq normasına istinad etmişdir. Halbu ki, cavabdeh inzibati orqanın sadaladığı normaların heç biri onun imtinasına hüquqi əsas təşkil etmir. Məhkəmə qeyd edir ki, nə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda, nə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanununda nə də digər normativ aktlarda cavabdeh inzibati orqanın imtina əsaslarını müəyyən edən normalar mövcud deyil. İddiaçı qeyd edir ki, “yuxarıda qeyd edilən məhkəmə qərarı ilə borclunun əmlakı üzərinə həbsin qoyulması isə “icra haqqında" Qanunun 43.1.1-ci maddəsinə əsasən icra mərhələsində məcburi icra tədbiri kimi tətbiq edilsə də, yenə də nəzərə alınmalıdır ki, həmin Qanunun 48-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borcalanın başqa əmlakı kifayət etmədikdə və tələb girov qoyulmuş əmlaka yönəldildikdə girovsaxlayanın mülki qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarına əməl olunmalıdır. Girov qoyulmuş əmlak gurovsaxlayanda olduqda, o özünün tələbinə nisbətən üstün olan digər tələbləri həmin əmlakın dəyərindən çox olmayan həcmdə təmin etməyə borcludur. Göründüyü kimi, qanunverici ipoteka ilə yüklü edilmiş əşyaya tutmanın yönəldilməsi hüququnu bütün digər kreditorlara münasibətdə üstün hüquq kimi tanıyır və bu tələbin ilk növbədə icrasını şərtləndirir. Başqa sözlə, Mərkəzi Bankın hazırda ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı həyata keçirdiyi prosedurların icrasına həmin əmlakla bağlı hər hansı digər tələblər və ya məhdudiyyətlər maneə ola bilməz.” Məhkəmə hesab edir ki, bu kimi hallar hazırkı məhkəmə araşdırmasının birbaşa predmeti deyil, həmin hallar mülki məhkəmə icraatı qaydasında mübahisəyə baxılan zaman həmin məhkəmənin qərar verə biləcəyi əsaslardır və eyni zamanda hazırkı iddianın təmin olunmasının yaradacağı hüquqi əsas iddiaçının mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilmə imkanıdır. Nəzərə alsaq ki, mübahisəli əmlakın iddiaçı tərəfindən əldə edilə bilməsi məhkəmə qərarı əsasında mümkündür, bu halda hazırkı iddia digər şəxslərin də hüquqlarını pozmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Mərkəzi Bankla(ipoteka saxlayan) ləğv prosesində olan QSC “Bank Standard” KB (borclu) və X6 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixdə İBS16- 1823/6 saylı ipoteka müqaviləsi üzrə sonuncuya məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında 0,0869 ha torpaq sahəsində yerləşən 236,48 kv.m. sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildiriş dövlət qeydiyyatına alınmalıdır. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Mərkəzi Bankla(ipoteka saxlayan) ləğv prosesində olan QSC “Bank Standard” KB (borclu) və X6 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixdə İBS16-1823/6 saylı ipoteka müqaviləsi üzrə sonuncuya məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında 0,0869 ha torpaq sahəsində yerləşən 236,48 kv.m. sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev