Məhkəmə qərarları › İş №2-1(118)-1821/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1821/2021

04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1821/2021 04.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı “Ona, İddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində və 20 ildən artıq istifadəsində olan, sahibkarlıq fəaliyyəti məqsədilə ayrılmış torpaq sahəsində inşa edilmiş 20 kv.metr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı iddia qaldıraraq “Ona, İddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində və 20 ildən artıq istifadəsində olan, sahibkarlıq fəaliyyəti məqsədilə ayrılmış torpaq sahəsində inşa edilmiş 20 kv.metr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İİ qrup Qarabağ Müharibəsi əlilidir. 20 ildən artıqdır ki, yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində sahibkarlıq fəaliyəti məqsədilə 25 kv.metr torpaq sahəsində 20 kv.metr qeyri-yaşayış sahəsi inşa edərək, meyvə-tərəvəz satışı ilə məşğul olaraq istifadə etmiş, əldə etdiyi gəlirlə ailəsini dolandırmışdır. Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısı cənab Zakir Fərəcov İcra başçısı təyin olunduqdan sonra həmin qeyri-yaşayış sahəsini sənədləşdirib mülkiyyətinə keçirmək üçün ona müraciət etmiş və başçı həmin torpaq sahəsini və üzərində yerləşən tikilini sənədləşdirməyə icazə vermişdir. Bununla bağlı müvafiq qurumlara müraciət edərək rəy verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Gigigiyena və X3 A- 04/06 №-li, 12 fevral 2020-ci il tarixli rəyinə əsasən Sumqayıt Bələdiyyəsinə sahibkarlıq məqsədilə ayrılmış, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən və iddiaçının istifadəsində olan S=25 kv.metr torpaq sahəsinin tikinti üçün yararlı hesab etmişdir. Digər qurumlar, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Telekommunikasiya Qovşağı 14.02.2020-ci il tarixli, CPS-8/267 №-li razılaşma məktubu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 362 №-li, 14.02.2020-ci il tarixli razılaşma məktubunu, Azərbaycan Respublikası "xxxx" ASC 25.02.2020-ci il tarixli, 07/35-13 №-li razılaşma məktubunu, Azəriqaz Sumqayıt QİŞ 01/EH 09-192 №-li, 14.02.2020-ci il tarixli razılaşma məktubunu, X5 Enerji Təchizatı və Satışı İdarəsi 52-01/074 №-li, 19 fevral 2020-ci il tarixli razılaşma məktubunu, Azərsu Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 03.03.2020-ci il tarixli, 04/04-2/2866 №-li razılaşma məktubunu, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi 21.02.2020-ci il tarixli, 37/34-00167 №-li razılaşma məktubunu və YTNİŞ-04 saylı, 20 fevral 2019-cu il tarixli rəyini təqdim etmişdir. Yalnız Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti - Planlaşdırma Mərkəzi iddiaçıya ayrılmış 25 kv.metr torpaq sahəsində 20 kv.metr tikilinin mövcud olmasını bildirərək hazır tikiliyə rəy verə bilmədiklərini bildirərək iddiaçının məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Hazırda mübahisənin başqa yolla həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. İddiaşı bildirir ki, 20 ildən artıqdır ki, yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində sahibkarlıq fəaliyəti məqsədilə 25 kv.metr torpaq sahəsində 20 kv.metr qeyriyaşayış sahəsi inşa edərək, meyvə-tərəvəz satışı ilə məşğul olaraq istifadə etmiş, əldə etdiyi gəlirlə ailəsini dolandırmışdır. Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısı cənab Zakir Fərəcov İcra başçısı təyin olunduqdan sonra həmin qeyri-yaşayış sahəsini sənədləşdirib mülkiyyətinə keçirmək üçün ona müraciət etmiş və başçı həmin torpaq sahəsini və üzərində yerləşən tikilini sənədləşdirməyə icazə vermişdir. Bununla bağlı müvafiq qurumlara müraciət edərək rəy verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, onun niyyəti əvvəlcə tikiliyə, ondan sonra isə torpaq sahəsinə mülkiyyət sənədi almaqdır. Bunun üçün digər orqanlar müvafiq rəylər versələrdə, yalnız Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti - Planlaşdırma Mərkəzi iddiaçıya ayrılmış 25 kv.metr torpaq sahəsində 20 kv.metr tikilinin mövcud olmasını bildirərək hazır tikiliyə rəy verə bilmədiklərini bildirərək iddiaçının məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. O cavabdeh təşkilata şifahi müraciət etmişdir, yazılı müraciət və yazılı cavab yoxdur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq cavabdeh təşkilata müraciət etməmişdir. Bundan əlavə mülkiyyət hüququnun tanınması publik hüquq sahəsinə deyil, xüsusi hüquq sahəsinə aid olduğu üçün işə inzibati icraat qaydasında baxıla bilməz. İddiaçıya izah edilsin ki, müvafiq rəyin verilməsini istədiyi inzibati orqana rəsmi müraciət etdidən sonra, inzibati orqan imtina edər vəya hərəkətsizlik edərsə, həmin orqana qarşı ilkin tələbə uyğun iddia qaldıra bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, əldə edilmək istənilən tələbə uyğun düzgün hüqüq müdafiə vasitəsi seçilməsi, iddianın uğurluluq ehtimalı və prosessual qənaət baxımından əhəmiyyət daşıyır. Nəzərə alandakı iddiaçının iradəsi hazırda mövcud olan tikilinin mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmasına yönəlmişdir, mövcud sənədlərin nəzərə alınaraq hüquqi yardım alınması məqsədəmüvafiq ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar