Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1822/2023 30.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cabadehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonu Amsar kəndində yerləşən JN 3380 KOD 30307018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ona məxsus olan 0.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba rayon Amsar kəndində yerləşən JN-3380 KOD 30307018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə ona məxsus olan 0.23 ha kənd təsərrüfatı istehsalı torpağına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X18 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Amsar kəndində yerləşən JN 3380 KOD 30307018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ona məxsus olan 0.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvləri Quba rayonu Amsar kəndində yaşayır, ailəsi 5 nəfərdən ibarətdir.Quba rayon Amsar kənd İslahat Komissiyasının qərarı ilə adambaşına 0.23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq ayrılması qərara alınmışdır və ona və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04N-li qərarı ilə onlara 1.14 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq ayrılmış və JN306 KOD 30307018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında tamamilə onun ailəsinə yaxın olmayan X4 adlı şəxsi də payçı kimi salmışlar. İddiaçı onlara çatışmayan 0.23 ha torpaq sahəsi barədə vəsatət qaldırmış və ona keçmiş DTXK tərəfindən 15 may 2006-cı il tarixdə çatışmayan 0.23 ha torpaq sahəsinə dair KOD 30307018 N-li Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Həmin 0.23 ha torpaq sahəsi ona başqa kənd ərazisindən ayrılmış və həmin torpaq sahəsindən hal-hazırda sahiblik edərək istifadə edir. 0.23 ha torpağa çıxarışın verilməsi üçün hüquqmüəyyənedici sənədləri torpaqların elektron kadastrı uçotu informasiya sistemində qeyd edilməsini xahiş etmiş, lakin cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli məktubu ilə 0.23 ha torpaq sahəsinə dair HN-3380 N-li Dövlət Aktı Ərazi İdarəsinin elektron məlumat bazasında aşkar edilmədiyi və ləğv edilmiş DTXK-nin Quba Rayon Şöbəsindən təhvil alınmış Dövlət Aktlarını qeydiyyat kitabından keçmədiyini bildirərək ərizənin icrasınndan imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddia ərizəsində qeyd olunan JN-3380 KOD 30307018 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb- düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. İş materiallarında olan : - JN 3380 KOD 30307018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli qərarı və Quba rayon DNK-nun xx.xx.2006-cı il tarixli 4-ə-625 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı Güləhməd oğlu və ailə üzvlərinə 0.23 ha torpaq sahəsi verilmişdir. Məhkəmənin sorğusuna əsasən alınmış : -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiiəşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir.Eyni zamanda, arxivə təhvil verilmiş Quba rayon dövlət notariat ofisində 4Ə- 625 reyestr nömrəli müqavilənin 11 aprel 2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. - - X16 filialının xx.xx.2023- cü il tarixli məktubundan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı iclas prptokolunda vətəndaşların adlı siyahısı yoxdur. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində JN- 3380 (kod ********) nömrəli Dövlət Aktı, Dövlət Aktlarının qeydiyyat kitabı, eləcə də Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı aşkar edilməmişdir. İslahat qovluğunda mövcud olan Quba rayonu, keçmiş “A.Bakıxanov" təsərrüfatı üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahılarından İddiaçı Güiəmməd oğlu və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıdan çıxarışda görünür ki, İddiaçı və ailə üzvlərinin adına 0.06 ha həyətyanı pay torpaq sahəsi qeydə alınmışdır. - - Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş Quba rayon Dövlət Notariat Kontorunda 11 aprel 2006-cı il tarixli 4Z-625 reyestr nömrəli alqı-satqı müqaviləsi X10, X2, X5, X6 və X7 ilə X8 arasında 1.74 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmışdır. - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddia tələbindən görünür ki, İddiaçı oğıu və ailə üzvlərinə Quba rayon Aqrsr İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı 04 saylı qərarı ilə 1.41 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin dövlət aktında yanlışlıq nəticəsində X4 adlı şəxsin salınması və nəticə etibarı ilə onlara əskik torpaq sahəsinin verilməsi ilə bağlı vəsatət qaldırmışdır. Bundan sonra Dövlət Torpaq və Xəritəçəlmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ona və ailə üzvlərinə əlavə 0.23 ha torpaq sahəsinə dair JN-3380 saylı kod 30307018 nömrəli Dövlət aktı verilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Cavabdeh həmin dövlət aktının dövlət aktlarının qeydiyyat kitabında qeydiyyatdan keçməməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Göstərilən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəsi gedən torpaq sahəsinin hüquqmüəyyənedici sənədi kimi JN-3380 saylı kod 30307018 saylı Dövlət Aktını təqdim etmişdir. Məhkəməyə təqdim edilən Dövlət Aktında həmin sənədin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı və Quba rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4-ə-625 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən verildiyi qeyd edilmişdir. Məhkəmə həmin qərarın və alqı-satq müqaviləsi üzrə notariat işinin əldə edilməsi üçün müvafiq sorğular vermişdir. Bununla bağlı X16 filialı Quba rayon AİK-nın 04 saylı xx.xx.1997-ci il tarixli qərarına vətəndaşların adlı siyasının əlavə edilmədiyini bildirmişdir. "xxxx" MMC həmin dövlət aktının, Dövlət aktlarının qeydiyyat kitablarının və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarının aşkar edilmədiyini, Quba rayonuy keçmiş “A.Bakıxanov “ təsərrüfatı üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahılarından İddiaçı və ailə üzvlərinin adlarının qarşısında 0.06 ha qeyd edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Dövlət Notariat Arxivi məhəkmənin soröusuna cavab məktubunda Quba rayon DNK tərəfindən təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilənin aşkar edilmədiyi, arxivə təhvil verilmiş Quba rayon dövlət notariat ofisində 4Ə-625 reyestr nömrəli müqavilənin 11 aprel 2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edildiyini bildirmişdir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satüı mqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir. Beliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Hazırki halda iddiaçı mübahisəli torpaq sahəsinin aqrar islahat komissiyası tərəfindən ayrılmasını və ya notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1822/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1822/2023
30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver