Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1823/2021 08.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “22.05.1975-ci il təvəllüdlü X15, 22.05.1951-ci il təvəllüdlü X5 və 15.06.1972-ci il təvəllüdlü X8 Sumqayıt şəhəri, 11-ci mkr, 4 saylı evin 25 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 22.05.1975-ci il təvəllüdlü X15, 22.05.1951-ci il təvəllüdlü X5 və 15.06.1972ci il təvəllüdlü X8 Sumqayıt şəhəri, 11-ci mkr, 4 saylı evin 25 saylı mənzildən pasport qeydiyyatından çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 26.08.2021-ci il tarixli, 123-31760Q-3221 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mkr, 4 saylı evin 25 saylı mənzilini 01 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 almışdır. Bununla əlaqədar olaraq həmin mənzilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişdir. 01 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 qeyd olunan mənzili 3cü şəxslərin hüquqlarından azad təhvil vermək öhdəliyini götürmüşdür. Lakin, qeyd olunan mənzildə pasport qeydiyyatında olan şəxslər mənzildən pasport qeydiyyatından çıxmaqdan imtina etmişdirlər. İddiaçıda olan məlumata görə adı çəkilən şəxslər Azərbaycan Respublikasından getmişdir. Hazırda iddiaçının mülkiyyətində olan mənzildə aşağıdakı şəxslər pasport qeydiyyatındadırlar: 22.05.1975-ci il təvəllüdlü X15; 22.05.1951-ci il təvəllüdlü X5; 15.06.1972-ci il təvəllüdlü X12. 26.11.2006-cı il təvəlüdlü yetkinlik yaşma çatmayan X21 17.10.2005-ci il təvəllüdlü yetkinlik yaşma çatmayan X19 İş üzrə üçüncü şəxslər mənzili satdıqdan sonra həmin mənzildə yaşamırlar. Üçüncü şəxslərin mənzilə pasport qeydiyyatı formal xarakter daşıyır. Üçüncü şəxslərin mənzilinə formal pasport qeydiyyatında olması mülkiyyət hüququndan sərbəst istifadə etməyinə mane olur. Göstərilənlərə əsasən, 22.05.1975-ci il təvəllüdlü X15, 22.05.1951- ci il təvəllüdlü X5 və 15.06.1972-ci il təvəllüdlü X8 Sumqayıt şəhəri, 11-ci mkr, 4 saylı evin 25 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması barədə Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Sumqayıt şəhər Polis İdarəsinin 26 avqust 2021-ci il tarixli 123-31760Q- 3221 saylı məktubunda məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Aşağıda göstərilənlərə əsasən 22.05.1975-ci il təvəllüdlü X15, 22.05.1951-ci il təvəllüdlü X5 və 15.06.1972-ci il təvəllüdlü X8 Sumqayıt şəhəri, 11-ci mkr, 4 saylı evin 25 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən göründüyü kimi, mübahisəli mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Üçüncü şəxslər mənzilin keçmiş mülkiyyətçiləri olmuşdur. Tərəflər arasında Sumqayıt şəhəri, 11-ci mkr, 4 saylı evin, 25 saylı mənzilin satılmasına dair 01 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Üçüncü şəxslərin mülkiyyətində olan mənzildə yaşamamaları işin mübahisəsiz halıdır. Üçüncü şəxslərin mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Üçüncü şəxslərin mənzildə formal olaraq pasport qeydiyyatında qalmaları mülkiyyət hüququmu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İVhissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqlan naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilməlidir. “Məhkəmələr tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 oktyabr 1992-ci il tarixli,2 nömrəli Qərarının 7-ci bəndində göstərilmişdir ki, mənzilə köçürülmə dedikdə, bir qayda olaraq pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür. Belə olan halda isə şəxsin evdə qeydiyyatı formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli Fərmanının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasıvətəndaşlanmn, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yalnız yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, 22.05.1975-ci il təvəllüdlü X15, 22.05.1951-ci il təvəllüdlü X5 və 15.06.1972-ci il təvəllüdlü X10m Sumqayıt şəhəri, 11-ci mkr, 4 saylı evin 25 saylı mənzildən istifadə hüququ alqısatqı müqaviləsi ilə itirildiyi üçün ona qarşı ümümi məhkəmələrdə “istifadə hüququnun itirilməsi tələbinə dair” iddia qaldırmaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş və iddianı müdafiə etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, işlə bağlı Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin heç bir etirazı yoxdur. İddiaçı iddiasına dair qərar qəbul olunarsa, tərəflərindən icra olunacaqdır. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Femida Vəkil bürosunun vəkili Vəkil FVB-1106 №li, 01 dekabr 2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisinin 1419 №li, 02 dekabr 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhər Notariat ofisində X4 məxsus ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilə dair 01 aprel 2021-ci il tarixində 4Ə-383 reyestr nömrəsi ilə alqı-satqı və ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. Qeyd olunan mənzildə qeydiyyatda olan vətəndaşların həmin əmlakın satılması ilə əlaqədar razılıq ərizələrinin müvafiq qaydada təsdiqlənmiş surəti məktuba əlavə edilmişdir. (X6 **********766 saylı, X8 **********756 saylı, X9 **********366 saylı razılıq ərizələri ) **********48-05101-093067 reyestr nömrəli, 19.04.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1, mənzil 25 (Yeni qaydalarla Sumqayıt şəhəri, Koroğlu prospekti, 508, M5, m2) ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət əsasında İddiaçı məxsusdur. Doğruluğu sahə ustası Qələndərov F.Q, Qonşular Qasımova A.Ə. və Allahverdiyeva E.Ş. tərəfindən təsdiq edilmiş 17.11.2021-ci il tarixli Akta əsasən 11-ci mkr, ev 4, mənzil 25-də qeydiyyatda olan X5, X15, X12, X16, X13, Təkləvi Ülviyyə Musa qızı mənzilin satgılması ilə bağlı olaraq hal-hazırda bu ünvanda yaşamırlar. Üçüncü şəxslər hazırda həmin ünvanda qeydiyyatdadır. Həmin şəxslərin iddiaçının ailə üzvü olması, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 22.05.1975ci il təvəllüdlü X9, 22.05.1951-ci il təvəllüdlü X3 və 15.06.1972-ci il təvəllüdlü X8 Sumqayıt şəhəri, 11-ci mkr, 4 saylı evin 25 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 22.05.1975-ci il təvəllüdlü X9, 22.05.1951-ci il təvəllüdlü X3 və 15.06.1972-ci il təvəllüdlü X8 Sumqayıt şəhəri, 11-ci mkr, 4 saylı evin 25 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev