Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1824/2022 01.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “Tağıyev” şirkətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdehnə qarşı “Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında iddiaçı “Tağıyev” şirkətinə məxsus olan torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında iddiaçı “Tağıyev” şirkətinə məxsus olan torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılmasını cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər üçüncü şəxslərə qadağan edilməsi, həmçinin həmin ərazidə tikinti işlərinin aparılmasının dayandırılması, iddiaçı “Tağıyev” şirkətinə dəymiş 11.000 (on bir min ) manat zərərin Cavabdehndən və "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı “Tağıyev” şirkətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdehnə qarşı yuxarıda göstərilən tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya dəfələrlə hüquqi yardım edilmiş və ondan tələbi aydınlaşdırılması tələb edilməsinə baxmayaraq, məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi tələbə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh nümayəndəsi yazılı etiraz təqdim edərək bildirmişdir ki, sözügedən sahə iddiaçıya məxsus deyildir və orada hər hansı tikinti işi aparılmır, həmin ərazidə vaxtilə mövcud olmuş “Ana və uşaq” parkı yenidən təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Həmçinin, Cavabdeh tərəfindən digər cavabdeh "xxxx" MMC-yə heç bir sərəncam verilməmişdir. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, qeyd olunan ərazidə yerləşən parkda abadlıq işləri təmsil etdiyi şirkət tərəfindən aparılıb. Belə ki, Cavabdeh keçirdiyi tenderin nəticəsi olaraq təmsil etdiyi şirkət qalib olaraq parkın yerini qranitlə əvəzləmiş, oturacalar quraşdırmış və müəyyən hissələrə qazon örtüyü döşəmişdir. Park deyilən ərazidə hər hansı bir tikinti işləri aparılmayıb. Abadlıq işləri aparılarkən Tağıyev şirkətinin nümayəndəsi etiraz etmiş, lakin Cavabdeh nümayəndələri əraziyə gəldikdən sonra müəyyən edilmişdir ki, Tağıyev şirkətinin iddia etdiyi əraziyə mülkiyyət hüququnu müəyyən edən sənəd yoxdur. Abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı bir sərəncam verilməyib. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının iddia tələbi 3 hissədən, yəni 1) Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında iddiaçı “Tağıyev” şirkətinə məxsus olan torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsi, 2) Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında iddiaçı “Tağıyev” şirkətinə məxsus olan torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılmasını cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər üçüncü şəxslərə qadağan edilməsi, 3) Həmin ərazidə tikinti işlərinin aparılmasının dayandırılması, iddiaçı “Tağıyev” şirkətinə dəymiş 11.000 (on bir min ) manat zərərin cavabdehlər Cavabdehndən və "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsi”ndən ibarət olmuşdur. Məhkəmənin 10 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 02.03.2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərardadı qismən ləğv edilərək,”torpaq sahəsinə qanunsuz və əsassız daxil olmaqla tikinti işlərinin aparılması və Abşeron icra Hakimiyyətinin tikinti işlərinin aparılması ilə bağlı Msdis Holding MMC-yə verilmiş sərancamının ləğv edilməsi hissəsinin yenidən araşdırılması” məqsədi ilə inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Qeyd olunan məsələnin araşdırılması çərçivəsində tərəflər məhkəmə iclasına dəvət edilmiş və verilmiş izahatlardan məlum olmuşdur ki, qeyd olunan ərazidə tikinti işləri deyil abadlıq işləri aparılmış və həmin işlərinin Msdis Holding MMC tərəfindən həyata keçirilməsi üçün əsas Cavabdeh sərəncamı deyil, Cavabdeh tərəfindən keçirilmiş tenderin nəticəsi olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onun mülkiyyətində olmayan, yəni sahibliyinə ayılmış torpaq sahəsinin üzərində özü tərəfindən inşa edilmiş tikilinin ətrafında abadlıq işləri (yer örtüyü dəyişdirilmiş, işıqlar quraşdırlmış və sair) aparılmışdır. Məhkəmə iclasında o da müəyyən edilmişdir ki, abadlıq işləri aparılan ərazi parkın ərazisidir və həmin ərazidə abadlıq işlərinin aparılmasında məqsəd ərazinin estetik görünüşünün yaxşılaşdırılması ilə yanaşı vətəndaşların asudə vaxtlarının səmərəli şəkildə həyata keçirilməsindən ibarət olmuşdur. Məhkəmə hesab edir ki, aparılmış abadlıq işləri iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qəbul edilə bilməz. Başqa sözlə desək köhnə (baxımsız) vəziyyətə həmin ərazinin qaytarılması ictimai maraqlara ziddir. İddiaçı abadlaşmış ərazidə öz mülkiyyət və ya sahiblik hüququnun hətta sübut edə bildiyi tədqirdə həmin ərazidən aidiyyəti üzrə istifadə etməkdə sərbəstir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mövcud olmayan tikililərin sökülməsi və mövcud olmayan sərəncamın ləğv edilməsi barədə iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “Tağıyev” şirkətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdehnə qarşı “Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında iddiaçı “Tağıyev” şirkətinə məxsus olan torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1824/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1824/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver