Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1825/2021 27.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx xxxx 1975ci il təvəllüdlü İddiaçı 1992-ci ilin may ayından 1996-cı ilin fevral ayınadək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və onun müharibə veteranı olması faktının müəyyən olunaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx xxxx 1975ci il təvəllüdlü İddiaçı 1992-ci ilin may ayından 1996-cı ilin fevral ayınadək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və onun müharibə veteranı olması faktının müəyyən olunaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-578/2021 saylı, 29.07.2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilk əvvəl xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək özünün 1992-ci ilin may ayından 1996cı ilin fevral aymadək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və müharibə veteranı olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi 08.07.2019-cu il tarixli 11/3401 nömrəli məktubla məhkəməyə müraciət edib, mübahisə olduğundan 2(060)- 5768/2019 nömrəli iş üzrə ərizənin baxılmamış saxlanılmasını xahiş etmiş və məhkəmənin 08.08.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM- nin 306.4-cü maddəsi rəhbər tutulmaqla ərizə baxılmamış saxlanılmışdır. Odur ki, yaranmış vəziyyətdə hazırkı məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 1975-ci il təvəllüdlü İddiaçı 18 yaşı tamam olmadan 1992-ci ilin may ayında könüllü olaraq Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün yollanmış və 1996-cı ilin fevral ayınadək olan müddət ərzində N saylı hərbi hissədə xidmət edərək müharibədə iştirak etmişdir. Eyni zamanda Sərsənq su anbarı ətrafında gedən döyüşlərdə 1993-cü ilin fevral ayının 27-də sol baldırın yuxarı 1/3 hissəsinin dəlib keçən güllə yarası almış, əvvəlcə Gəncə Hərbi Qospitalında, 11.03.1993-cü il tarixdən 25.03.1993-cü il tarixədək keçən müddət ərzində isə X3 müalicə olunmuşdur. İddiaçı 18 yaşı tamam olmadan könüllü olaraq döyüşlərdə iştirak etməsi səbəbindən ona müharibə iştirakçısı və müddətli hərbi qulluqçu kimi hərbi biletin verilməsi mümkün olmamış, АО seriyalı ******* nömrəli hərbi biletdə isə onun güya xidmət etmədiyi qeyd olunmuşdur. Halbuki, Tovuz MRX-nin Travmologiya şöbəsi tərəfindən 15.04.2017-ci il tarixdə verilmiş «xəstənin stasionar tibbi kartasından» 519 nömrəli Çıxarışdan görünür ki, 912 nömrəli Hərbi Hissənin döyüşçüsü 1975-ci il təvəllüdlü İddiaçı həqiqətən də döyüşdə yaralanmış və müalicə olunmuşdur. İddiaçı döyüşlərdə yaralanması və müalicə olunması həmçinin 230 saylı Hərbi Hissənin 24.09.2019-cu il tarixli 9641 nömrəli məktubuna əlavə olunmuş stasionar kitabdan çıxarışın və Tovuz Mərkəzi Rayon Xəstəxanasının 18.09.2019-cu il tarixli 2246 nömrəli məktubuna əlavə olunmuş tibbi sənədlərin məzmunu ilə də təsdiq olunur. Eyni zamanda surəti hazırkı ərizəyə əlavə olunmuş «168 saat» qəzetinin 29 sentyabr 1993-cü il tarixli 25 (94) nömrəli buraxılışının üz səhifəsində olan «Evimizə qələbə ilə qayıdacağam» başlıqlı məqalənin məzmununda da İddiaçı yaralanmağı və döyüşlərdə iştirakı ətraflı şəkildə təsvir olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin onuncu yanımbəndinə uyğun olaraq, «Azərbaycan Respublikasının bütövlüyü uğrunda 1991- ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteram sayılırlar. Qeyd olunanlara əsasən hesab edir ki, xx xxxx 1975-ci il təvəllüdlü İddiaçı 1992-ci ilin may ayından 1996-cı ilin fevral ayınadək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, yaralanması və müharibə veteranı olması faktı hazırkı ərizəyə əlavə olunmuş sənədlərlə təsdiq edilməkdədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçıya hüquqi yardım etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı 1992-ci ilin may ayından 1996-cı ilin fevral ayınadək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və onun müharibə veteranı olması faktının müəyyən olunmasına dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan başqa iddia ərizəsindən görsənir ki, iddiaçının yekun tələbi mübahirəbi veteranı statusu almaqdır. Bu öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı eyni zamanda ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsini tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırda formalaşmış olan məhkəmə təcrübəsində bu növ iddiaların təmin olunması üçün digər tələblərlə yanaşı, hərbi qulluqçunun qanuni əsaslarla ordu sıralarından tərxis olunmasıda tələb olunur. Bu hal isə iddianın uğurluluq ehtimalı və prosessual qənaət baxımından əhəmiyyət qazanır. İddiaçıya izah olunsun ki, hüquqi əsaslar olduğu halda hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə müvafiq ümumi məhkəməyə müraciət edə və bu müraciətin nəticəsinə uyğun olaraq inzibati orqana müraciət edə bilər. Hüquqi faktın təsdiq edilməsinə zərurət görmədiyi halda isə müharibə veteranı adının verilməsi ilə bağlı inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina vəya hərəkətsizlik edərsə, müvafiq iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1825/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1825/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver