Məhkəmə qərarları › İş №2-1(118)-1825/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1825/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1825/2023 15.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə qarşı “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin malların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə xx.xx.2022-ci il tarixdə, i 138/22 nömrəli qərarının ləğv edilməsi və Hindistan dövlətində qeydiyyatdan keçmiş “X1” şirkətindən alınmış 10056 kq. ümumi çəkisi olan “zəncəfil tozu” məhsul partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. 15 may 2023-cü il tarixdə daxil olmuş ərizəyə əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə qarşı iddia ərizəsi ilə müraciət olunaraq məhkəmədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin malalrm zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emah, təyinatının dəyişdirilməsi) barədə 09. 09. 2022-ci il tarixdə, İ 138/22 nömrəli qərarın ləğv edilməsi, Hindistan dövlətində qeydiyyatdan keçmiş “X1” şirkətindən alınmış 10056 kq. ümumi çəkisi olan “zəncəfil tozu” məhsul partiyasına qida təhlükəsizliyi sertifakatmm verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İnzibati işə məhkəmədə baxılması müddətində tərəflərindən cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə təkrar müraciət olunmuş və müraziətə əsasən Hindistan Respublikasının “X1” şirkəti tərəfindən göndərilmiş “zəncəfil tozu” məhsulundan 06 aprel 2023-cü il tarixdə nümunələr götürülmüşdür. Götürülmüş nümunələr 10. 04. 2023-cü il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi institunun müvafiq laboratoriyasına təqdim edilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi institutu tərəfindən 10.

04. 2023-cü il tarixdən laboratoriya sınağına başlanmış, 17. 04. 2023-cü il tarixdə sınaq bitmişdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun Milli Regional Sınaq Laboratoriyası 17. 04.2023cü il tarixli AZ-20011379/LAB01-23037-T-037 nömrəli sınaq protokoluna əsasən təqdim edilmiş nümunələrdə Salmonella spp normaya uyğun olduğu müəyyən edilmişdir. Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən aparılmış laborator müayinənin nəticəsinə uyğun olaraq “zəncəfil tozu” məhsulunda Salmonella aşkar edilmədiyindən məhsul partiyasının satışına qida təhlükəsizliyi sertifikatı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məlikəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə işin hallarını və iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini nəzərə alaraq hesab edir ki, iş üzrə mübahisə məhkəmədənkənar həll olunuğuna görə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə qarşı “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin malların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə xx.xx.2022-ci il tarixdə, i 138/22 nömrəli qərarının ləğv edilməsi və Hindistan dövlətində qeydiyyatdan keçmiş “X1” şirkətindən alınmış 10056 kq. ümumi çəkisi olan “zəncəfil tozu” məhsul partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilməsi”nə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar