Məhkəmə qərarları › İş №2-1(118)-1827/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1827/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1827/2024 01.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X10, vəkilləri və nümayəndələri Vəkil1 və Vəkil2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********177123 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 8552,31 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olunmaqla ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********177123 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********158357 nömrəli qərarına əsasən cavabdeh tərəfindən İddiaçı ASC-nin fəalliyəti üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergiləri və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********177123 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına (bundan sonra-Qərar) əsasən iddiaçıya ümumilikdə 31240810,41 manat vergi və 15683801,20 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. Yoxlama dövründə iddiaçının əsas fəaliyyəti alkoqollu və enerji içkilərinin, spirtin, sərinləşdirici içkilərin, kənd təsərrüfatı məhsullarının istehsalından ibarət olmuşdur. Aşağıda qeyd edilən hallara görə cavabdeh tərəfindən çıxarılmış qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir:Cavabdehin xx.xx.2022-ci il tarixli **********158357 nömrəli qərarı normativ hüquqi aktlara əsasən əsaslandırılmamışdır. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə itabiznİ̇İ“ icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. SVY qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərin pozulması ilə aparılmışdır. SVY xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. Göründüyü kimi yoxlama 14 aydan da çox müddətdə davam etmişdir. SVY-nin müddəti hər biri 30 gün olmaqla iki dəfə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarla uzadılmışdır. SVY ümumilikdə 177 gün olmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlar ilə yeddi dəfə dayandırılmışdır. Eyni zamanda SVY-nin müddəti xx.xx.2023-cü il tarixli **********171587 nömrəli Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar ilə əlavə olaraq 60 gün də uzadılmışdır. SVY-nın bu qədər əsassız davam etməsi həm də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2016-cı il tarixli 2257 nömrəli Sərancamına və həmin Sərəncamla təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin müddəalarına da ziddir.Həmin Sərəncamın 2-ci bəndində Vergilər Nazirliyinə tapşırılmışdır ki, vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin (2.2); vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin (2.3). Göründüyü kimi səyyar vergi yoxlaması 14 aydan artıq müddətdə davam etmiş və bu müddət ərzində dəfələrlə nitəddüm“ uzadılması barədə” və “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Yuxarıda qeyd edildiyi kimi yoxlama zamanı Vergi Məcəlləsinin 49-cu maddəsinə istinad edilməklə xx.xx.2023-cü il tarixli Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar çıxarılmışdır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar çıxarır. Bunlar; vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarlardır. Vergi orqanının rəhbəri tərəfindən Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar o vaxt çıxarılır ki, yoxlama materiallarında hər hansı səhv və ya çatışmazlıq var, yaxud işin yenidən araşdırılmasına, dəqiqləşmələr aparılmasına mütləq ehtiyac vardır. Lakin təəssüflə qeyd edilməlidir ki, cavabdeh tərəfindən Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar qanunauyğun məqsədlə deyil, sırf zaman qazanmaq hədəfi ilə çıxarılmışdır. Belə olmasaydı, aparılan yoxlamaya münasibətdə yanaşmalar yenidən nəzərdən keçirilə və müvafiq düzəlişlər aparıla bilərdi. Lakin cavabdeh tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərarın çıxarıldığı xx.xx.2023-cü il tarixindən yoxlamanın başa çatdırıldığı xx.xx.2023-cü il tarixədək olan dövrdə faktiki olaraq əlavə heç bir iş görülməmiş, yenidən heç bir araşdırma aparılmamış və xx.xx.2023-cü il tarixə olan vəziyyətə uyğun yoxlama yekunlaşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının Xırdalan şəhərində yerləşən istehsal obyektindən guya qara mühasibatlığa aid cədvəllər götürülmüş və onun əsasında SVY aparılaraq aktı tərtib edilmişdir. 14 aydan çox müddətdə davam edən SVY imzasız, möhürsüz, cavabdeh tərəfindən qara mühasibatlıq adlandırılan hansısa cədvələ əsasən aparılaraq yekunlaşdırılmışdır. Qara mühasibatlıq olduğu iddia edilən həmin cədvəllər iddiaçı tərəfindən heç vaxt təsdiq edilməmiş, həmin cədvəllərdə malların kimə və nə vaxt satılması heç bir halda cavabdeh tərəfindən müəyyən olunmamış, SVY aktı üzrə izahatlar, təsdiqedici sənədlərə baxılmamışdır. Məlumdur ki, yoxlama xx.xx.2019-xx.xx.2022 dövrünü əhatə edir. Buna görə də 2019, 2020, 2021 və 2022-ci illərdə qüvvədə olan vergi qanunvericiliyinin tətbiqi baxımından hər bir dövrə həmin dövrdə qüvvədə olan vergi qanunvericiliyi tətbiq olunmalıdır. O da məlumdur ki, Vergi Məcəlləsinin 67.1.9-cü maddəsinə əsasən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar 2022-ci ildən başlayaraq əlaqəli məlumat hesab edilir. Bu normaya əsasən vergilər yalnız 2022-ci ildən yaranan münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Eyni ilə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bu səbəbdən Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin “o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” 2022-ci ildə qüvvəyə mindiyi üçün 2022ci ildə yaranan münasibətlərə şamil edilməli olduğundan və bu məlumatlar əsasında 2019cu ilin may ayından 2021-ci ilin dekabr ayına qədər olun dövr üçün vergilərin hesablanması əsassızdır. Bundan başqa, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə edilməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran, eyni zamanda heç bir halda təsdiqini tapmayan hansısa elektron daşıyıcı məlumatlarından istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran "xxxx" olduğu iddia edilən elektron fayllarda olan məlumatlardan istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən 43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür.....43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir.Ona görə də yuxarıda qeyd olunanları əsas götürərək bildirilir ki, Vergi Məcəlləsinin tələbləri gözlənilmədən götürülən sənədlərə (məlumatlara) əsasən vergilərin hesablanması, əsassızdır. Cavabdeh tərəfindən iddiaçının Xırdalan şəhərində yerləşən istehsal obyektindən qara mühasibatlıq olduğu iddia edilən elektron fayllar götürülmüş və onun əsasında SVY aparılaraq aktı tərtib edilmişdir. Həmin elektron fayllar barədə SVY aktında müxtəlif qeydlər aparılmış, həmin faylların kimlər tərəfindən yaradılmış olması göstərilmişdir. Birinci olaraq elə SVY aktında bu barədə aparılmış qeydlərdə olan təzadları qısa şəkildə aşağıdakı kimi qeyd edilir. Belə ki: Aktın 12-ci səhifəsində “Satış analizi Yanvar 2020-Satış analizi Dekabr 2020” adlı 2020-ci ilə aid olduğu qeyd edilən “excel” faylların xx.xx.2019-cu il saat 13:12-də yaradılmış olması qeyd edilmişdir. Belə çıxır ki, bu faylı yaratmış olan şəxs 2019-cu ildə, yəni ən azı 6 ay əvvəldən 2020-ci ildə olacaq satış dövriyyələrini bilirdi. Bundan başqa yenə həmin səhifədə “Satış analizi Yanvar 2021 Satış analizi Dekabr 2021” adlı 2021-ci ilə aid olduğu qeyd edilən “excel” faylların və “Satış analizi Yanvar 2022” adlı 2022-ci ilin yanvar ayına aid olduğu qeyd edilən “excel” faylların xx.xx.2020-ci il tarixdə, saat 12:37-də yenə həmin şəxs tərəfindən yaradılmış olması qeyd edilmişdir. Burada da həmin şəxsin zamanı qabaqlayaraq 1 il sonra olacaq dövriyyələri 1 il əvvəldən bilərək faylları yaratdığı və onlara məlumatları daxil etdiyi iddia olunmuşdur. Sual olunur, belə olan halda bu faylların reallığı əks etdirmiş olmasına və mötəbərliyinə necə inanmaq olar? Məhz onun əsasında əlavə vergi yükü müəyyən etmək məntiqlidirmi? Həmçinin, cəmiyyət 800 nəfərdən çox işçisi olan böyük bir şirkətdir və il ərzində kadr baxımından onlarla dəyişiklik (işə qəbul, işdən azadolma) baş verir. Belə böyük kollektivdə cəmiyyətin rəhbər vəzifəli şəxslərinin hər bir işçinin komputerlərindəki məlumatları nəzarətdə saxlaması mümkün deyil. Olduqca mühümdür ki, cavabdeh tərəfindən elektron fayllar götürülərkən, məlumatların aşkar edildiyi komputerlərin aid olduğu şəxslərdən və ya həmin faylları yaradan şəxslərdən müvafiq izahatlar alınaraq həmin məlumatların nə olduğu, kimə aid olduğu və nə məqsədlə yaradılmış olduğu müəyyənləşdirilsin. Lakin cavabdeh tərəfindən nəinki həmin şəxslərdən izahat alınması zəruri hesab edilməmiş, eyni zamanda qara mühasibatlıq olması iddia edilən həmin fayllardakı satışların kimə və nə vaxt satılması, alıcıların kimliyi də müəyyənləşdirilməmişdir. Beləliklə heç bir halda həmin fayllardakı məlumatların dürüstlüyü və reallığı əks etdirməsi öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, vergi ödəyicilərindən sənədlərin götürülməsi zərurəti yarandığı təqdirdə vergi orqanlarının və onların əməkdaşlarının sənəd götürmə zamanı mütləq surətdə nəzərə almalı olduqları nüanslar var. Onlardan bəzilərini qeyd etməyi vacib bilir. Belə ki, qaydalara əsasən: Sənədlər götürülərkən Vergi Məcəlləsinin 43-cü maddəsinin tələbləri gözlənilməlidir, Sənədlərin götürülməsi zamanı mütləq olaraq protokol tərtib edilməlidir.Sənədlərin götürülməsində vergi ödəyicisinin və ya onun nümayəndəsinin iştirakı təmin edilməlidir, Vergi Məcəlləsinin 41-ci maddəsinə əsasən foto və (və ya) video çəkiliş aparılmaqla baxış keçirilməli və baxışın nəticəsi protokolla rəsmiləşdirilməlidir, Sənədlərin götürülməsinə dair protokolda sənədlərin hansı otaqdan və hansı vəzifəni daşıyan şəxsin iş masasından götürülməsi göstərilməlidir.Götürülməsi nəzərdə tutulan sənədlər elektron formada olduqda isə, prosessor və server (prosessorun və serverin modeli, digər məlumatları protokolda qeyd edilməklə) müvafiq qaydada qablaşdırılıb möhürlənərək, video və foto çəkiliş aparılmaqla və vergi ödəyicisinin (və ya onun nümayəndəsinin) iştirakı ilə protokol tərtib edilməklə götürülməlidir, Götürülən sənədlər və ya məlumatlar Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən kompüter mütəxəssisi cəlb edilməklə portativ daşıyıcıya köçürülməli, bu zaman vergi ödəyicisinin (və ya onun nümayəndəsinin) iştirakı təmin edilməli, köçürülmədən əvvəl portativ daşıyıcının yeni, istifadə edilməmiş və boş olması iştirakçılara nümayiş etdirilərək video və foto çəkilişi ilə qeydə alınmalı, portativ daşıyıcı müvafiq qaydada qablaşdırılıb möhürlənərək, vergi ödəyicisinin (və ya onun nümayəndəsinin) iştirakı ilə protokol tərtib edilməklə götürülməlidir (vergi ödəyicisi və ya nümayəndəsi imzalamaqdan imtina etdikdə və ya obyektdə olmadıqda bu barədə sərbəst formada akt tərtib edilməlidir);Götürülən məlumatlar kompüter mütəxəssisi cəlb edilməklə portativ daşıyıcıya köçürüldükdə, portativ daşıyıcının modeli, sayı və həcmi, portativ daşıyıcıya köçürülmüş qovluq və faylların sayı, həcmi müvafiq protokolda əks etdirilməlidir. Yuxarıda sadalanan və sənəd (məlumat) götürmə zamanı mütləq əməl edilməli işlərlə əlaqədar bildirilir ki, cavabdeh tərəfindən məlumatlar götürülərkən sənədləşmələrin düzgün aparılması, protokolların tam və dolğun tərtib edilməsi və digər zəruri addımların atılması məsələsinə əhəmiyyət verilməmişdir. Belə ki, sənəd götürmə prossesi zamanı heç bir mərhələdə foto və (və ya) video çəkiliş aparılmamış, Sənədlərin götürülməsinə dair protokolda sənədlərin (elektron faylların) hansı otaqdan və hansı vəzifəni daşıyan şəxsin iş masasında olan komputerdən götürülməsi göstərilməmiş, prossesə kompüter mütəxəssisi cəlb edilməmiş, əksinə işin nəticələrində maraqlı ola biləcək vergi orqanı əməkdaşı mütəxəssis qismində cəlb edilmiş, köçürülmədən əvvəl portativ daşıyıcının yeni, istifadə edilməmiş və boş olması iştirakçılara nümayiş etdirilməmiş, eləcə də portativ daşıyıcının modeli, sayı və həcmi, portativ daşıyıcıya köçürülmüş qovluq və faylların sayı, həcmi müvafiq protokolda dolğun şəkildə əks etdirilməmişdir. Həmçinin, elektron faylların köçürməsi bu sahədə xüsusi sertifikat və diplomu olmayan vergi orqanının əməkdaşı tərəfindən həyata keçirilmiş, VM-nin 45.3-cü maddəsinə əsasən müqavilə əsasında mütəxəssis dəvət olunmamış, müqavilə olmadığı üçün tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər barədə sahibkarın hüquqları kobud şəkildə pozulmuşdur.Bundan başqa götürülən sənədlərin (məlumatların) vergi qanunvericiliyinin tətbiqi baxımından istifadə edilməsi zamanı da nəzərə alınmalı məqamlar vardır. Bu barədə də qısa olaraq qeyd edilir ki, Qara mühasibatlıq sənədlərindən istifadə edilməmişdən əvvəl vergi ödəyicisi (onun səlahiyyətli nümayəndəsi) vergi orqanına dəvət edilməli, onun iştirakı ilə kağız və elektron daşıyıcıda olan məlumatlara birlikdə baxış keçirilməli, baxışın nəticəsi vergi ödəyicisinin fikirləri də ətraflı qeyd edilməklə aktlaşdırılmalı, vergi ödəyicisi (səlahiyyətli nümayəndəsi) vergi orqanına gəlmədikdə və ya gəlməkdən imtina etdikdə bu barədə sərbəst formada akt tərtib edilməlidir; Qara mühasibatlıq sənədlərindən istifadə olunmaqla vergilərin hesablanması həyata keçirildikdə Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə, eləcə də “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu, 2.1.11-ci maddələrinə mütləq şəkildə istinad olunmalıdır. Qanunda aşağıdakılar qeyd olunur: 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir, 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Yuxarıda qeyd olunanlarla əlaqədar bildiririk ki, cavabdeh tərəfindən götürülmüş faylların açılması zamanı iddiaçının iştirakı təmin olunsa da, fayllarda mövcud olan məlumatlara birgə baxış təmin edilməmiş, onların həqiqətən də iddiaçının biznes fəaliyyətinə aid olub olmaması araşdırılmamış, bu barədə dəqiqləşdirmə aparılmamış, bilərəkdən iddiaçının bu barədə fikirləri soruşulmamış və baxışın nəticəsi düzgün formada aktlaşdırılmamışdır. Təkrar olmasın deyə Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi üzrə cavabdehin yol verdiyi nöqsanlar barədə fikirlərimizi yuxarıda qeyd etmiş olduğumuz üçün yenidən fikir bildirməyə lüzum görmürük. Lakin onu qeyd etməkdə fayda var ki, cavabdeh tərəfindən götürülmüş elektron faylların istifadəsi zamanı “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu, 2.1.11-ci maddələrinə də istinad olunmamışdır. Çünki cavabdeh tərəfindən götürülmüş və qara mühasibatlıq olduğu iddia edilən elektron fayllarda Qanunun 2.1.11-ci maddəsində göstərildiyi kimi mühasibat uçotu subyektinin rəhbərinin göstərişinin təsdiqi və ya bu əməliyyatların həqiqətən baş verməsi heç bir formada (nə iddiaçının satışları təsdiq etməsi, nə də malların alıcılarının alışları təsdiq etməsi yolu ilə) sübut olunmur.Dolayısı ilə bu fayllar Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri sayılmadığına görə Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi də sayılmır. Eyni zamanda, 800-dən çox işçisi olan müəssisədə səyyar vergi yoxlaması aktı üzrə qeyd olunan və həmin faylları tərtib edən şəxslərin rəhbər vəzifədə olmaması nəzərə alınmamış, həmin sənədlərin müəssisənin hər hansı bir rəhbəri tərəfindən təsdiq edilməməsi halları araşdırılmamış, hətta bu barədə həmin faylları tərtib edən şəxslərin qarşısında suallar qoyulmamışdır. Xülasə olaraq bu bənd üzrə qeyd olunanları ümumiləşdirsək, cavabdehin nə sənədlərin (məlumatların) götürülməsi zamanı prosedur qaydalara düzgün əməl etmədən, nə də götürülmüş məlumatların istifadəsi və tətbiqi baxımından qanunlara istinad etmədən hesablamış olduğu vergilər əsassızdır, qanunaziddir və qərəzlidir. Eyni zamanda faylların (məlumatların) vergi orqanı əməkdaşları tərəfindən bu cür qanun pozuntularına yol verilməklə götürülməsi, həmin fayllarda olan məlumatların sonradan onlar tərəfindən dəyişdirilməsi məqsədi daşıdığı qənaətinə gəlməyə də əsas verir. Həmçinin, xüsusilə qeyd edilməlidir ki, yoxlama ilə əhatə olunan bütün dövrlər üzrə, yəni xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək, hətta hal-hazıradək iddiaçıya məxsus istehsal obyektində vergi orqanları tərəfindən X21 tədbirlərindən biri olan nəzarət postları yaradılmışdır. Əvvəlcə nəzarət postları və onun təşkili ilə bağlı vergi orqanında olan metodiki göstəriş barədə ətraflı məlumat verməyi məqsədəmüvafiq hesab edirik. Belə ki, nəzarət postları zamanı postda olan vergi işçiləri tərəfindən;aksiz markalarının qalıqları inventarizasiya edilir,iş gününün sonunda istehsal həcmi üzrə nəzarət-ölçü cihazları, xammal, material və hazır məhsul anbarları, istehsal sahələrindəki texnoloji avadanlıqlar plomblanır,eləcə də hazır məhsul satılarkən malların ilkin təsdiqedici sənədləri (qaiməsinə, mal-nəqliyyat qaiməsinə, vergi hesab-fakturasına və s) ilə faktiki mallara baxış keçirilir, markalanmalı olan malların markalanmaqla istehsal sahələrindən kənara çıxarılmasına, hazır məhsulun anbara və oradan alıcılara buraxılmasına, aksiz markalarının yapışdırılması qaydalarına riayət olunmasına nəzarət edilir.“Nəzarət postunun yaradılması haqqında” Qərar verilərkən nəzarət postunda nəzarəti həyata keçirəcək vergi orqanlarının vəzifəli şəxslərinin sayı, tərkibi, həmçinin postun fəaliyyət göstərmə müddəti qərar verən vəzifəli şəxs tərəfindən müəyyən edilir.Nəzarət postunun işçiləri aksizli mallar istehsal edən vergi ödəyicilərinin iş rejiminə uyğun olaraq obyekt açılan zaman işə başlayır və yalnız obyektin iş vaxtı başa çatdıqdan sonra postu tərk edirlər. Nəzarət postunun işçiləri tərəfindən istehsalçının nümayəndəsi (aidiyyəti maddiməsul şəxsi) ilə birlikdə kitabda müvafiq qeydlər, o cümlədən istehsal həcmi üzrə nəzarətölçü cihazlarının göstəriciləri barədə qeydlər aparmaqla, iş gününün sonunda xammal, material və hazır məhsul anbarları, eləcə də istehsal sahələrindəki texnoloji avadanlıqlar plomblanır və növbəti iş gününün əvvəlinə açılır. Hər gün texnoloji xətlərin işi başa çatdıqda və ya texnoloji proses dayandırıldıqda nəzarət postunun işçiləri tərəfindən istehsalçının nümayəndəsinin (aidiyyəti maddi-məsul şəxsinin) iştirakı ilə plomblar vurulur və hər iş gününün əvvəlinə, həmçinin texnoloji proseslərin dayandırıldığı digər hallarda texnoloji prosesə başlamaq üçün, plomblar istehsalçının nümayəndəsinin (aidiyyəti maddiməsul şəxsinin) iştirakı ilə çıxarılır.Vergi Məcəlləsinin 194.2-ci maddəsinin tələblərini pozmaqla plombun vurulması və çıxarılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklər edildikdə, texnoloji avadanlıqlardakı plomblar zədələndikdə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildikdə, eləcə də Vergi Məcəlləsinin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə iki nüsxədən ibarət “Nəzarət postu yaradılmış obyektdə vergi qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi haqqında” akt tərtib edilir, bir nüsxəsi vergi ödəyicisinə (onun nümayəndəsinə) təqdim olunur və vergi ödəyicisinin məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün 1 gündən gec olmayaraq həmin aktın vergi orqanına göndərilməsi təmin edilir. Nəzarət postunun işçiləri tərəfindən satışa buraxılan hazır məhsulların sənədlərində göstərilən sayının, həcminin, çəkisinin onların faktiki sayı, həcmi və çəkisi ilə düzgünlüyü yoxlanılır və sənədlərdəki göstəricilər xüsusi jurnalda qeyd edilir. Bundan sonra nəzarət postlarının işçiləri malların ilkin təsdiqedici sənədlərində (qaimə, mal-nəqliyyat qaiməsi, vergi hesabfakturası və s.) imza etməklə “buraxılışa icazə verilir” qeydini aparırlar. Malların təsdiqedici sənədlərində bu qeydiyyat aparılmadıqda aksizli malların kənara buraxılışına yol verilmir. Postun işçiləri tərəfindən hesabat dövrləri üzrə istehsal müəssisəsindən ayrı-ayrı vergi ödəyicilərinə buraxılmış (təqdim olunmuş) hazır məhsulların növü, miqdarı və məbləği barədə onların uçotda olduqları vergi orqanına göndərilməsi üçün, vergi ödəyicisi postu yaratmış vergi orqanında ucotda olduqda isə bəyannamələr strukturlarına təqdim olunması üçün tabe olduqları vergi orqanına məlumat verilir. Nəzarət postu ilə bağlı belə geniş məlumat verilməsindəki məqsəd aşağıdakılarla əlaqədardır:- Cavabdehin gəldiyi qənaətə görə iddiaçının bəyan etdiyi istehsal və satış həcmləri, eyni zamanda dövriyyələr nəzarət postları ilə postda iştirak edən vergi orqanı əməkdaşlarının da təsdiq etmiş olduğu istehsal və satış həcmlərindən dəfələrlə artıq olmalıdır və bu iddia ilə cəmiyyətə külli miqdarda əlavə vergilər hesablanmışdır.- SVY ilə əhatə olunan 3 illik dövr ərzində müxtəlif vaxtlarda onlarla (60 nəfərə yaxın həmin vergi orqanı əməkdaşlarının adlı siyahısı əlavə olunur) vergi orqanı əməkdaşı (müxtəlif vergi orqanlarından olmaqla) aksiz nəzarət postlarında iştirak etmiş və metodiki göstərişə uyğun olaraq posta olduqları dövrdəki istehsal həcmi və satış dövriyyələri barədə göstəriciləri (məlumatları) vergi orqanlarına təqdim etmişlər. Vergi orqanlarında həmin məlumatların uçotu aparılmış və təsdiqlənmişdir. İddiaçı tərəfindən vergi bəyannamələri təqdim edilərkən birmənalı olaraq aksiz nəzarət postlarında olan həmin o göstəricilər nəzərə alınmışdır.- Bundan əlavə vergi orqanları və ya nəzarət postunun işçiləri tərəfindən nəzarət postunun olduğu bu qədər müddət ərzində, hətta hal-hazıradək bir dəfə də olsun , Vergi Məcəlləsinin 194.2-ci maddəsinin tələbləri pozulmaqla plombun vurulması və çıxarılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklər edilməsi, texnoloji avadanlıqlardakı plombların zədələnməsi, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanması, tam uçota alınması və aksiz markalarının inventarizasiyası üzrə kənarlaşmanın aşkar edilməsi və eləcə də Vergi Məcəlləsinin 191.2-ci maddəsinin tələbləri pozulmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edilməmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının cavabdehin iddia etdiyi kimi nəzarət postundan kənar, hətta nəzarət postunda müəyyən olunanlardan bir neçə dəfə artıq istehsal həcmi və satış dövriyyəsinin olması mümkün deyil. Bu məsələyə aydınlıq gətirilməsi üçün nəzarət postlarında iştirak etmiş istisnasız bütün vergi orqanı əməkdaşlarının və onlarının rəhbərlərinin məhkəməyə cəlb edilərək bir neçə ildir davam edən nəzarət postlarında hər hansı neqativ hallara yol verib verməmələrinin müəyyənləşdirilməsini, ya da başqa bir əməkdaşın yol verdiyi nöqsana şahid olub səssiz qalması faktının mövcudluğunun araşdırılmasını, postda olan əməkdaşlara qanunvericiliyə uyğun olaraq aksiz markalarının qalıqları inventarizasiyası, iş gününün sonunda istehsal həcmi üzrə nəzarət-ölçü cihazları, xammal, material və hazır məhsul anbarları, istehsal sahələrindəki texnoloji avadanlıqlar plomblanması, eləcə də hazır məhsul satılarkən malların ilkin təsdiqedici sənədləri (qaiməsinə, mal-nəqliyyat qaiməsinə, vergi hesab-fakturasına və s) ilə faktiki mallara baxış keçirilməsi, markalanmalı olan malların markalanmaqla istehsal sahələrindən kənara çıxarılması, hazır məhsulun anbara və oradan alıcılara buraxılması, aksiz markalarının yapışdırılması qaydalarına riayət olunması halları barədə konkret sualların qoyulmasını məhkəmədən xahiş edilir. Beləliklə də iddia ərizəsində göstərdiyi faktlar, dəlillər və inkar edilməz sübutlar təsdiq edir ki vergi orqanının mövqeyi ədalətsizdir və cəmiyyətə hesabladığı vergilər saxta və mənbəyi bəlli olmayan sənədlər əsasında hesablanmışdır. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə edərək bildirmişdir ki, cavabdeh təşkilat tərəfindən vergi yoxlamasının aparılması və iddiaçıya əlavə vergilərin hesablanması Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun deyildir. Belə ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********3177123 N-li qərar ilə hesablama yalnız, cavabdeh təşkilatın bildirməsinə görə, ASC-nin serverindən götürülmüş "xxxx" məlumatlarına əsaslanmış, hər hansı rəsmi uçot sənədinə istinad olunmamışdır. Server məlumatlarında isə qarşılıqlı əməliyyat aparılmış heç bir vergi ödəyicisinin adı, VÖEN-i, qaimə fakturanın nömrəsi, tarixi göstərilməmişdir. Eyni zamanda, səyyar vergi yoxlaması ilə əhatə olunmuş dövr üzrə bundan əvvəl vergi orqanı ASC-yə məxsus obyektdə aksiz postu vasitəsilə nəzarət həyata keçirmiş və bütün istehsal və satış dövriyyəsini uçota almışdır. Hazırkı yoxlama ilə isə aksiz postunun uçota aldığı dövriyyədən dəfələrlə artıq məbləğdə dövriyyə şişirdilməklə vergi hesablanmışdır ki, nəticədə də eyni dövr üzrə vergi orqanının bir aktı digərinə zidd olmuşdur. Bundan başqa, ASC-də səyyar vergi yoxlamasının təyin edilməsi də əsassız və qanunsuz olmuşdur. Belə ki, VCİABİ-in xx.xx.2022-ci il tarixli **********158357 saylı qərarı ilə ASC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, lakin həmin qərarda yoxlamanın təyin edilməsi ilə bağlı Vergi Məcəlləsinin 38.3-cü maddəsində göstərilən heç bir əsasa istinad olunmamışdır.Bundan başqa, vergi orqanının xx.xx.2023-cü il tarixli **********158439 nömrəli yoxlama aktında qeyd olunmuşdur ki, ASC-nin işçiləri X17, X19, X11 və Zümrüd Rəhimova adlı şəxslər tərəfindən eksel fayllar yaradılmış və həmin faylarda guya qara mühasibatlığa aid olan məlumatlar qeyd olunmuşdur. Vergi orqanı məhz həmin fayllara əsaslanaraq ASC-yə əlavə vergi hesablamışdır. Bununla bağlı bildirilir ki, əvvəla həmin fayllar ASC-nin işçiləri tərəfindən hazırlanmayıb. Həmin faylların ASC-yə heç bir aidiyyəti yoxdur və onların kim tərəfindən hazırlandığı da məlum deyil. Səyyar vergi yoxlaması aktında adları qeyd olunan həmin şəxslər – yəni X17, X19 və X11 məhkəməyə ərizə təqdim edərək həmin məlumatların onlar tərəfindən hazırlanmadığı və həmin faylların serverə onların istifadəsində olan komyuterlərdən ötürülmədiyi və digər faktlar barədə ətraflı məlumatlar veriblər. Belə ki, 2022-ci ilin fevral ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları ASC-nin binasına basqın edərək bütün şkaflarda, stolların üzərində və otaqlarda olan bütün sənədlərə baxış keçirmiş və ASC-nin binasında yerləşən serveri götürmüşlər. Bundan sonra məlum olmuşdur ki, vergi orqanının yoxlama aktında ASC-nin həmin işçilərinin adları qeyd olunaraq bildirilmişdir ki, guya fayllar həmin şəxslər tərəfindən hazırlanıb. Halbuki, həmin məlumatlar vergi orqanı tərəfindən serverdən götürülmüş, lakin, tərtib etdikləri səyyar vergi yoxlaması aktında bu məlumat öz əksini tapmamışdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, ASC-nin ofisində təqribən 80 nəfər işçi çalışır və onların hər birinin serverə daxil olmaq imkanı vardır. Serverin şifrəsini əldə edən istənilən kənar şəxsin də həmin serverə daxil olmaq imkanı var.Qeyd olunan fayllarla bağlı müvafiq iziahatlar alınmadan, komyuterlərə baxış keçirilmədən və digər araşdırma aparılmadan ASC-nin işçilərinin ittiham edilməsi qanunsuzdur. Vergi yoxlama aktında həmçinin qeyd olunmuşdur ki, ASC-nin direktoru X1 vergi yoxlamasının gedişatı zamanı 10 iyun 2022-ci il tarixli izahatında həmin faylların müəssisə tərəfindən hazırlandığını bildirmişdir. Bununla bağlı bildiririlir ki, X12 və ASC-nin baş mühasibi X13 məhkəməyə ərizə yazaraq bildiriblər ki, 24 fevral 2022-ci il tarixdə, saat təqribən 12 radələrində dövlət vergi xidmətinin təqribən 60 nəfər əməkdaşı ASC-nin Xırdalan şəhərindəki baş ofisinə və bölgələrdə yerləşən filiallara qəflətən daxil olmuş və qanunsuz olaraq bütün şkaf və stollardakı sənədlərə baxış keçirmiş, həmçinin ASC-nin serverini çıxararaq özləri ilə aparmışlar. Bundan təqribən 15-20 gün sonra həmin server ASC-yə qaytarılmış, 4 ay sonra isə ASC-də cəyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamadan bir müddət sonra baş mühasib Aslan Quliyevi və X6 vergi cinayətlərinin araşdırılması baş idarəsinə çağıraraq, əvvəlcə onlara təzyiq göstərməklə həmin faylların ASC-də hazırlandığına dair izahat vermələrini tələb etmiş, onlar isə bununla razılaşmamışlar. Həmin şəxslər həmçinin qeyd etmişlər ki, server götürülən gün də vergi işçiləri tərəfindən onlara təzyiq göstərilmiş və belə bir izahat verilməsi tələb edilmişdir. Lakin onlar belə bir izahat verməmişlər. Serverin götürülməsindən 4 ay sonra, yəni 10 iyun 2022-ci il tarixdə, vergi işçiləri X7 bildirmişlər ki, fayllarla bağlı məlumatlar öz təsdiqini tapmır, bu iş onsuz da bağlanılacaq və təklif etmişlər ki, həmin faylların ASC tərəfindən bankdan kredit götürmək məqsədilə hazırlandığına dair izahat versin və bu işin icraatına xitam verilsin. O da həmin şəxslərə inanaraq belə bir izahat vermişdir. Sonradan xx.xx.2023-cü il tarixli **********158439 nömrəli səyyar vergi yoxlaması aktında onun izahatına əsaslanaraq həmin faylların ASC tərəfindən hazırlandığının qeyd olunduğunu bildikdə başa düşmüşdür ki, vergi işçiləri onu aldatmışlar.Halbuki, həmin faylların kim tərəfindən hazırlandığı ona məlum deyil. Mənbəyi məlum olmayan faylların kim tərəfindən hazırlandığına dair vergi orqanı tərəfindən də heç bir araşdırma və yoxlama aparılmamışdır. Ondan alınan və vergi orqanının aktında istinad olunan izahat doğru deyildir.Beləliklə səyyar vergi yoxlaması aktından aydın olur ki, ASCyə əlavə vergilərin hesablanmasının əsası kimi, VCİABİ tərəfindən 2022-ci ilin fevral ayının 24-də ASC-də keçirilmiş X21 zamanı ASC-nin istismarda olan kompüterlərdən götürülmüş elektron yaddaş qurğusunda olan elektron fayllardakı aksizli malların satış hesabatlarını özündə əks etdirən məlumatlar göstərilmişdir.Bu zaman cavabdeh vergi orqanı tərəfindən serverdən götürülmüş məlumatlar mahiyyətinə görə "xxxx" sənədlərinə aid edilərək, ASCnin maliyyə-sahibkarlıq fəaliyyətini əks etdirməsi əsası ilə dəyər hissəsində toplanmış və alınmış məbləğ aparılmış əməliyyatların dəyəri kimi qiymətləndirilmişdir. Vergi orqanı bu məlumata istinadən belə qənaətə gəlmişdir ki, ASC tərəfindən vergi tutulan əməliyyatların dəyəri düzgün müəyyən edilməmiş və nəticədə mənfət vergisi, ƏDV və aksiz vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdır. Halbuki, həmin sənədlərdə ümumi şəkildə satılması planlaşdırılan (ehtimal edilən) malların ümumi siyahısı tərtib edilmiş, bu malların satış tarixləri, alıcı vergi ödəyiciləri, alqı-satqı müqaviləsi, malların təhvil verilməsi, ödənişi, tərtib edilmiş qaiməfaktura barədə heç bir məlumat olmamışdır. Göstərilən məlumatları özündə əks etdirməyən elektron yaddaşa istinad etməklə verginin hesablanması isə Vergi Məcəlləsinin 12.1-ci və 83.2-ci maddələrinin tələblərinə zidd olmuşdur. Belə ki, VM-nin 12-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:1. vergitutma obyekti;2. vergitutma bazası;3. vergi dövrü;4. vergi dərəcəsi; 5. verginin hesablanması qaydası; 6. verginin ödənilməsi qaydası və müddəti.Vergitutma obyekti indiki halda gəlir, mənfəət, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsidir. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Lakin, elektron məlumatda malların faktiki satışını təsdiq edən heç bir rəsmi məlumat olmadığından, hər hansı gəlir, mənfəət, malların əlavə edilmiş dəyəri, ticarət əlavəsi mövcud olmamışdır. Bu maddənin tələblərindən də bəlli olur ki, vergi yalnız o halda hesablana bilər ki, sadalanmış elementlərin mövcudluğu müəyyən edilmiş olsun. Yəni əgər maddədə sadalanan şərtlərdən biri mövcud deyildirsə, bu halda müəyyən edilməmiş vergilərin tutulmasına yol verilə bilməz. Bu elementdən birinə isə vergitutma obyekti aiddir. Vergitutma obyekti müxtəlif hüquqi faktlar barədə məlumatları bildirir. Hüquqi fakta həmçinin malların təqdim edilməsi aiddir. İddiaçıya münasibətdə nənfəət vergisi, ƏDV və aksiz vergisinin hesablanmasının əsasını malların satılması və iqtisadi faydanın əldə edilməsi barədə ehtimalları təşkil edir. Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına;83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Göründüyü kimi, bu maddədə verginin hesablanma əsası kimi mənbəyi bəlli olmayan, heç bir rəsmi sənədlə təsdiq edilməyən elektron məlumat göstərilməmişdir. VMnin 83.2.4-cü maddəsinə əsasən, --- qanuna əsasən, mənbəyi bəlli olan məlumat dedikdə, özündə vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar məlumatları əks etdirən, eləcə də vergi ödiyicisinə məxsusluğu təkzibolunmaz sübutlarla təsdiq olunan məlumatlar başa düşülməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi cavabdeh vergi orqanı iddiaçı ASC-yə vergi hesablayarkən bu normaların tələblərinə əməl etməmiş, vergilərin hesablanması zamanı həmin normalarda təsbit edilmiş əlaqələri məlumatlara deyil, iddiaçı ASC-dən götürülmüş, serverin yaddaşında olan möhürsüz, imzasız, ciddi hesabat blankı hesab edilməyən sənədləri əsas götürmüşdür. ASC-nin serverindən götürülmüş məlumatlar ASCyə vergilərin hesablanması üçün o zaman əsas kimi qəbul edilə bilərdi ki, həmin məlumatlar və qeydlər rəsmi və əlaqəli məlumatlarla, məsələn cavabdehin mülahizəsinə görə, ASC-nin satış aparmış olduğu ehtimal edilən hüquqi və ya fiziki şəxslərdən götürülmüş sənədlərlə (əlaqəli məlumatlarla) məcmu şəkildə təsdiq edilmiş olsun. Həmin fayllardakı məlumatların hansı qaydada bilavasitə vergitutma məqsədləri üçün malların təqdim edilməsi kimi qiymətətləndirildiyi məlum deyil, baxmayaraq ki, formalaşmış məhkəmə təcrübəsinə görə, həmin sənədlər və məlumatlar yalnız digər sübutlarla məcmu şəklində öz təsdiqini tapdığı halda, vergitutma məqsədləri üçün istifadə edilə bilər. Vergitutulan dövriyyənin və yaranan vergilərin həcminin müəyyən edilməsi qaydaları VMnin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və "xxxx" sənədlərinə istinad edilməsi VM-də nəzərdə tutulmadığından həmin məlumatlara əsasən, hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Səyyar vergi yoxlaması zamanı yoxlamanın keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixli Tələbnamə təqdim edilmişdir. Aktın 11-ci səhifəsində də qeyd olunduğu kimi, tələbnamə əsasında ASC tərəfindən 128 vərəqdən ibarət debitor borc qalığı, NKA-lar üzrə pərakəndə satış məlumatları, öhdəliyində olan kreditlərlə bağlı məlumatlar, aksiz markalarının hərəkət cədvəlləri, təsərrüfat subyektlərinin siyahısı, xərclərin aşıqlanması məlumatları, istehsal olunan malların kalkulyasiyaları, malların çeşidləri üzrə ümumi aksiz markalarının hərəkəti barədə, ƏDV-dən azad olunan dövriyyərələr barədə məlumatlar yoxlamaya təqdim edilmişdir. Həmin sənədlər ASC-nin dövriyyəsini, vergi öhdəliyini müəyyən etmək üçün kifayət etdiyi halda, vergi orqanı bu sənədlərdən deyil, mənbəyi bəlli olmayan server məlumatlarından istifadə etməklə ASC-nin ƏDV üzrə təqdimetmə dövriyyəsi 57 385,7 min manat, yəni 65,8% artırılmışdır. Həmçinin, mənbəyi məlum olmayan “qara mühasibat sənədləri” mövcud mühasibat sənədləri ilə əlaqəli şəkildə araşdırılmamış. elektron qovluqda olan məlumatlarla bağlı yuxarıda qeyd edildiyi kimi, qarşılıqlı əlaqədə olan şəxslər araşdırılmamış, müvafiq izahatlar alınmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə ASC-yə məxsus təsərrüfat obyektlərində (istehsal binaları və anbarlarında) VM-nin 194-cü maddəsinə müvafiq olaraq, aksiz nəzarəti postları fəaliyyət göstərmişdir. Bu zaman vergi orqanı tərəfindən aksizli malların istehsalı, satışı, anbara mədaxili, anbardan çıxışına, həmçinin aksiz markalarının hərəkətinə bilavasitə nəzarət edilməklə, həmin rəqəmlər qeydiyyata alınmış və ASC tərəfindən həmin rəqəmlərə uyğun vergi hesabatları təqdim olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, VM-nin 83.2.3-cü maddəsində vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq üçün istifadə olunan məlumat mənbələrindən biri kimi, həmçinin vergi yoxlaması materialları nəzərdə tutulmuşdur. Lakin, səyyar vergi yoxlaması zamanı həmin rəsmi məlumatdan da istifadə olunmamış, yalnız qeyr-rəsmi elektron məlumatlara istinad olunmuşdur. Bundan başqa, serverdən götürülmüş həmin elektron məlumatlar dövriyyənin müəyyən edilməsi və verginin hesablanması zamanı istifadə olunan ilkin mühasibat uçotu sənədi kimi də qəbul edilə bilməz. Belə ki, “Mühasibat uçotu haqqında” AR Qanunun 2.1.10-cu maddəsinə əsasən, mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Qanunun 2.1.11-ci maddəsinə əsasən, ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il Q-01N-li əmri ilə təsdiq edilmiş “X2 standartlara və kommersiya təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına və Kommersiya təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. İlkin uçot sənədləri əməliyyatın baş verdiyi anda, bu mümkün olmadıqda isə məliyyat başa çatdıqdan sonra tərtib edilməlidir.İndiki halda, elektron məlumatlarda yuxarıda göstərilən rekvizitlərin heç biri mövcud olmamışdır. Göründüyü kimi, mühasibat uçotu haqqında qanunvericilikdə “qara mühasibatlığa” dair hər hansı bir qeyd və istinad mövcud deyildir. Bununla yanaşı VM-də də "xxxx" anlayışı verilməmişdir. Səyyar vergi yoxlaması aktında əlavə verginin hesablanmasının normativ əsası kimi, VM-nin 67.1 və 67.14-cü maddələrinə istinad edilmişdir ki, indiki halda ASC-yə həmin maddələrin tətbiq edilməsi əsassız olmuşdur. Belə ki, həmin maddələrə əsasən, vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin yoxlama zamanı, vergi orqanının tələb etdiyi bütün sənədlər ASC tərəfindən yoxlamaya təqdim edilmiş, mühasibat uçotunun aparılmaması və ya mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmaması, uçot və hesabat sənədlərinin məhv olunması (itirilməsi) kimi hallar müəyyən edilməmişdir. Belə olan halda, həmin maddələrə istinad edilməklə mühasibat uçotu sənədlərindən deyil, server məlumatlardan istifadə edilməklə yoxlama aparılması əsassız və qanunsuz olmuşdur. Vergi orqanı yoxlama aktında yalnız elektron məlumatlara əsasən müəyyən edilən əlavə satış əməliyyatları üzrə xərcləri təsdiq edən sənədlərin təqdim edilmədiyini bildirmişdir ki, belə satış da mövcud olmadığından, həmin satış üzrə xərclər də mövcud olmamışdır.Yuxarıda qeyd olunduğu kimi, səyyar vergi yoxlaması zamanı serverdən götürülmüş mənbəyi bilinməyən məlumatlardan istifadə edilməklə ASC-nin dövriyyəsi artırılmış, lakin həmin məlumatlar aksizli malların kalkulyasiyası, faktiki sərf edilmiş xammal, material, enerji sərfiyyatı, anbara mədaxil və məxaric məbləğləri, həmin dövr üzrə aksiz nəzarət postunun məlumatları ilə müqayisə edilmədən əlavə vergilər hesablanmışdır. Səyyar vergi yoxlamasının istinad etdiyi elektron məlumatlardakı dövriyyə ilə faktiki sərf olunmuş xammal, material, və enerji sərfiyyatının müqayisəsi zamanı, onların arasında kəskin fərq yarandığı müəyyən edilmişdir. Belə ki, 2019-cu ilin iyun ayı üzrə xammal, material və enerji sərfiyyatının elektron məlumatdakı dövriyyəyə nisbəti 27,1% olduğu halda, digər aylarda bu nisbət 66,9%-dək artmış, 2020-ci ilin yanvar ayında isə 133,7% faiz təşkil etmişdir. Xammal, material və enerji sərfiyyatının dövriyyədə nisbətinin təqvim ayları üzrə kəskin fərqlənməsi, digər ayda isə dövriyyədən də çox olması vergi orqanının hesablamasının absurd olduğunu və heç bir iqtisadi əsaslandırmasının olmadığını göstərir (hesablama cədvəli əlavə olunur). Qeyd edək ki, nə serverdən götürüülən məlumatlarda, nə də səyyar vergi yoxlaması aktında təqvim ayları üzrə malların anbara mədaxil və məxarici barədə də hər hansı açıqlama verilməmişdir. Eyni zamanda, həmin elektron məlumatlardakı dövriyyələr vergi orqanının qərarı ilə quraşdırılmış aksiz nəzarət postunun həmin dövr üzrə qeydiyyata aldığı dövriyyədən də kəskin şəkildə fərqlənmişdir. Belə ki, elektron məlumatdakı ümumi satış 40 341,8 min manat olduğu halda, aksiz nəzarət postunun həmin dövr üzrə qeydiyyata aldığı satış 153 533,6 min manat olmaqla, 113 191,7 min manat fərq yaranmışdır (hesablama cədvəli əlavə olunur). Halbuki, VM-nin 194cü maddəsinə müvafiq olaraq, aksiz nəzarət postu istehsal binalarında və anbarlarda quraşdırılır və nəzarət zamanı vergi orqanı ölçü cihazlarına, istehsal avadanlıqlarına nəzarət edir, çıxan mallarla bağlı satış sənədlərinə nəzarət etməklə satışa buraxılan hazır məhsulların sənədlərində göstərilən sayın, həcminin, çəkisinin onların faktiki sayı, həcmi və çəkisi ilə düzgünlüyünü yoxlayır və sənədlərdəki göstəriciləri xüsusi jurnalda qeyd edirlər. Bundan sonra nəzarət postlarının işçiləri malların ilkin təsdiqedici sənədlərində "buraxılışa icazə verilir" qeydini aparırlar. Belə olan halda, elektron məlumatlardakı dövriyyələr əsas götürüldüyü təqdirdə, aksiz nəzarət postunun fəaliyyəti zamanı 113 191,7 min manatlıq malın nəzarət postundan kənar satışı qənaətinə gəlmək olur ki, bu da vergi orqanının bir yoxlama materialının digər materiala zidd olması anlamına gəlir.Yuxarıda göstərilən hallar vergi orqanının hesablamasının nə hüquqi, nə də iqtisadi əsalandırmasının olmadığını göstərir. VM-nin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.VM-nin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.Yuxarıda qeyd olunduğu kimi, səyyar vergi yoxlaması zamanı həmçinin 640 914,3 manat MDSS hesablanmış və əsas kimi server məlumatlarına istinad edilmişdir. Qeyd edək ki, həmin məlumatlarda bir sıra fiziki şəxslərin adları, onlara hesablanmış və ödəniləcək əmək haqqı məbləğləri göstərilmişdir. Yəni cədvəldə ödəniləcək əmək haqqı barədə məlumat verilmiş, əmək haqqının faktiki ödənilməsi, ödəmənin imza və digər rəsmi sənəd ilə təsdiqlənməsi haqqında heç bir fakta istinad olunmamışdır. Cədvəldə həmçinin “imza” sütunu olmuş, lakin həmin sütunda cədvəldə adları qeyd olunan şəxslərin həmin əmək haqlarını alması ilə bağlı imza olmamışdır. Ümumiyyətlə sütun boş olmuşdur. Səyyar vergi yoxlaması aktında kompyuter məlumatlarında göstərilən məbləğdə əmək haqqının ödənilməsini təsdiq edən heç bir digər rəsmi ödəniş sənədinə də istinad olunmamışdır. Halbuki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda MDSS-nin ödənilməsi əsası kimi məhz əmək haqqının ödənilməli olması göstərilmişdir. Belə ki, Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Qanunun 14.6-cı maddəsinə əsasən, bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Belə olan halda, əmək haqqı ödənişi olmadan səyyar vergi yoxlaması ilə MDSS hesablanması “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa zidd olmaqla qanunsuz və əsassız olmuşdur.Eyni zamanda əmək haqlari ilə bağlı elektron fayllardakı məlumatda göstərilən bir çox şəxslər fayllarda göstərilən dövrlərdə faktiki ASC-də işləmədiyindən ASC ilə həmin şəxslər arasında əmək müqaviləsi bağlanmamışdır. Nəticədə isə ASC-də işləməyən 155 nəfərə görə müəssisəyə qanunsuz olaraq MDSS hesablanmışdır (Siyahı əlavə olunur).Bundan başqa,17 may 2019-cu il tarixdən 17 may 2022-ci il tarixədək vergi orqanı tərəfindən Cəmiyyətin fəaliyyətinə X16 həyata keçirilməsi barədə 31 qərar qəbul edilmiş və həmən dövrlər üzrə ASC -nin bütün fəaliyyəti – o cümlədən ihtehsalın həcmi, məhsulların anbara girişi və çıxışı, istehsal edilmiş məhsulların zavodun ərazisindən çıxarılması və digər bütün fəaliyyəti daim vergi orqanının nəzarəti altında olmuşdur. Vergi orqanının həmin qərarları barədə müvafiq cədvəli etirazımıza əlavə etmişik. Belə olan halda da ASC –nin vergidən yayınması mümkün deyildir. Əlavə olaraq o da bildirilir ki, 19 oktyabr 2023-cü il tarixdə tərəfimizdən X3 müraciət olunmuşdur. Müraciətimiz əsasında 02 noyabr 2023-cü il tarixli rəy alınmışdır.Ədliyyə Nazirliyində qeydiyyatı olan "xxxx" MMC-nin ekspert-mühasibi, ali iqtisad təhsilli, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində Baş ekspert vəzifəsində işləmiş, təqribən 40 ilə yaxın iş təcrübəsi olan, yüksək dərəcəli ekspert X15 02 noyabr 2023-cü il tarixdə rəy verərək bildirmişdir ki, 11.08.23-cü il **********158439 nömrəli səyyar vergi yoxlama aktı ilə İddiaçı ASC-nin 2019/22-ci illər üzrə mənfəət vergisi, ƏDV, aksiz və MDSS-nin hesablanmasına əsas olmuş işdə olan bütün sənədlər (faylalr) qanunvericiliklə ciddi hesabat blankının tələblərinə uyğun deyil və həmin elektron məlumatlar əsasında vergi öhdəliyi müəyyən edilə bilməz. İşdə olan sənədlər əsasında İddiaçı ASC-də səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə bütün növ vergi və MDSS üzrə yayındırılmış və kənarlaşdırılmış məbləğ mövcudluğu müəyyən olunmur.Deməli, ekspert rəyi ilə də tam təsdiq olunur ki, vergi orqanının qəbul etdiyi inzibati akt və bunun əsasında qəbul edilmiş inzibati məsuliyyət qərarı tamamilə qanunsuzdur.Cavabdehin xx.xx.2022-ci il tarixli **********158357 nömrəli qərarı normativ hüquqi aktlara əsasən əsaslandırılmamışdır.Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə itabiznİ̇İ“ icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Məlumdur ki, yoxlama xx.xx.2019-xx.xx.2022 dövrünü əhatə edir. Buna görə də 2019, 2020, 2021 və 2022-ci illərdə qüvvədə olan vergi qanunvericiliyinin tətbiqi baxımından hər bir dövrə həmin dövrdə qüvvədə olan vergi qanunvericiliyi tətbiq olunmalıdır. O da məlumdur ki, Vergi Məcəlləsinin 67.1.9-cü maddəsinə əsasən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar 2022-ci ildən başlayaraq əlaqəli məlumat hesab edilir. Bu normaya əsasən vergilər yalnız 2022-ci ildən yaranan münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Eyni ilə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bu səbəbdən Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin “o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” 2022-ci ildə qüvvəyə mindiyi üçün 2022ci ildə yaranan münasibətlərə şamil edilməli olduğundan və bu məlumatlar əsasında 2019cu ilin may ayından 2021-ci ilin dekabr ayına qədər olun dövr üçün vergilərin hesablanması əsassızdır.....Yuxarıda sadalanan və sənəd (məlumat) götürmə zamanı mütləq əməl edilməli işlərlə əlaqədar bildiririk ki, cavabdeh tərəfindən məlumatlar götürülərkən sənədləşmələrin düzgün aparılması, protokolların tam və dolğun tərtib edilməsi və digər zəruri addımların atılması məsələsinə əhəmiyyət verilməmişdir. Belə ki, sənəd götürmə prossesi zamanı heç bir mərhələdə foto və (və ya) video çəkiliş aparılmamış, Sənədlərin götürülməsinə dair protokolda sənədlərin (elektron faylların) hansı otaqdan və hansı vəzifəni daşıyan şəxsin iş masasında olan komputerdən götürülməsi göstərilməmiş, prossesə kompüter mütəxəssisi cəlb edilməmiş, əksinə işin nəticələrində maraqlı ola biləcək vergi orqanı əməkdaşı mütəxəssis qismində cəlb edilmiş, köçürülmədən əvvəl portativ daşıyıcının yeni, istifadə edilməmiş və boş olması iştirakçılara nümayiş etdirilməmiş, eləcə də portativ daşıyıcının modeli, sayı və həcmi, portativ daşıyıcıya köçürülmüş qovluq və faylların sayı, həcmi müvafiq protokolda dolğun şəkildə əks etdirilməmişdir. Həmçinin, serverdən elektron faylların köçürülməsi bu sahədə xüsusi sertifikat və diplomu olmayan vergi orqanının əməkdaşı tərəfindən həyata keçirilmiş, VMnin 45.3-cü maddəsinə əsasən müqavilə əsasında mütəxəssis dəvət olunmamış, müqavilə olmadığı üçün tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər barədə sahibkarın hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd etdiyi kimi, yoxlama ilə əhatə olunan bütün dövrlər üzrə, yəni xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək, hətta hal-hazıradək iddiaçıya məxsus istehsal obyektində vergi orqanları tərəfindən X21 tədbirlərindən biri olan nəzarət postları yaradılmışdır. Əvvəlcə nəzarət postları və onun təşkili ilə bağlı vergi orqanında olan metodiki göstəriş barədə ətraflı məlumat verməyi məqsədəmüvafiq hesab edirik. Belə ki, nəzarət postları zamanı postda olan vergi işçiləri tərəfindən;aksiz markalarının qalıqları inventarizasiya edilir,iş gününün sonunda istehsal həcmi üzrə nəzarət-ölçü cihazları, xammal, material və hazır məhsul anbarları, istehsal sahələrindəki texnoloji avadanlıqlar plomblanır,eləcə də hazır məhsul satılarkən malların ilkin təsdiqedici sənədləri (qaiməsinə, mal-nəqliyyat qaiməsinə, vergi hesab-fakturasına və s) ilə faktiki mallara baxış keçirilir,markalanmalı olan malların markalanmaqla istehsal sahələrindən kənara çıxarılmasına, hazır məhsulun anbara və oradan alıcılara buraxılmasına, aksiz markalarının yapışdırılması qaydalarına riayət olunmasına nəzarət edilir.“Nəzarət postunun yaradılması haqqında” Qərar verilərkən nəzarət postunda nəzarəti həyata keçirəcək vergi orqanlarının vəzifəli şəxslərinin sayı, tərkibi, həmçinin postun fəaliyyət göstərmə müddəti qərar verən vəzifəli şəxs tərəfindən müəyyən edilir.Nəzarət postunun işçiləri aksizli mallar istehsal edən vergi ödəyicilərinin iş rejiminə uyğun olaraq obyekt açılan zaman işə başlayır və yalnız obyektin iş vaxtı başa çatdıqdan sonra postu tərk edirlər. Nəzarət postunun işçiləri tərəfindən istehsalçının nümayəndəsi (aidiyyəti maddiməsul şəxsi) ilə birlikdə kitabda müvafiq qeydlər, o cümlədən istehsal həcmi üzrə nəzarətölçü cihazlarının göstəriciləri barədə qeydlər aparmaqla, iş gününün sonunda xammal, material və hazır məhsul anbarları, eləcə də istehsal sahələrindəki texnoloji avadanlıqlar plomblanır və növbəti iş gününün əvvəlinə açılır.Hər gün texnoloji xətlərin işi başa çatdıqda və ya texnoloji proses dayandırıldıqda nəzarət postunun işçiləri tərəfindən istehsalçının nümayəndəsinin (aidiyyəti maddi-məsul şəxsinin) iştirakı ilə plomblar vurulur və hər iş gününün əvvəlinə, həmçinin texnoloji proseslərin dayandırıldığı digər hallarda texnoloji prosesə başlamaq üçün, plomblar istehsalçının nümayəndəsinin (aidiyyəti maddiməsul şəxsinin) iştirakı ilə çıxarılır. Vergi Məcəlləsinin 194.2-ci maddəsinin tələblərini pozmaqla plombun vurulması və çıxarılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklər edildikdə, texnoloji avadanlıqlardakı plomblar zədələndikdə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildikdə, eləcə də Vergi Məcəlləsinin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə iki nüsxədən ibarət “Nəzarət postu yaradılmış obyektdə vergi qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi haqqında” akt tərtib edilir, bir nüsxəsi vergi ödəyicisinə (onun nümayəndəsinə) təqdim olunur və vergi ödəyicisinin məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün 1 gündən gec olmayaraq həmin aktın vergi orqanına göndərilməsi təmin edilir....Yuxarıda qeyd etdiyi kimi, ASC regionda alkoqollu və digər içkilərin topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olan böyük və nüfuzlu şirkətdir. İdxal və ixrac fəaliyyəti ilə məşğul olmaqla ölkəyə külli miqdarda xarici valyuta gətirir və ölkə iqtisadiyyatının inkişafına öz töhvəsini verir. Hazırda cəmiyyətin 798 nəfər işçisi var. Bu isə 798 ailə deməkdir. Bundan başqa, Cəmiyyətin hazırda Azərbaycan Beynəlxalq Bankı ASC, Rabitə Bank ASC və X29 Azərbaycan QSC-yə 17 000 000 (on yeddi milyon) manat məbləğdə kredit borcu var və qrafik üzrə mütəmadi olaraq həmin kreditin vaxtında ödənilməsini təmin edir. Öz fəaliyyəti ilə əlaqədar qaz, su və işıqdan istifadəyə görə hər ay külli miqdarda kommunal ödənişlər həyata keçirir, həmçinin dövlət büdcəsinə külli miqdarda vergilər ödəyir. 2019, 2020, 2021 və 2022-ci illər üzrə hesablanmış və ödənilmiş vergilər haqqında rəsmi məlumata əsasən ASC dövlətə 43 452 725, 43 AZN vergi ödəmişdir. Yuxarıda qeyd etdiyimiz faktlar, dəlillər və inkar edilməz sübutlar isə təsdiq edir ki, vergi orqanının Cəmiyyətə əlavə vergilər hesablaması barədə qərarı tamamilə qanunsuzdur. Həmin vergilər saxta və mənbəyi bəlli olmayan sənədlər əsasında hesablanmışdır. Vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan elektron məlumatla əsasında qanunsuz vergilərin hesablanması ASC-nin fəaliyyətini iflic edəcək və fəaliyyətinin tamamilə dayandırılmasına gətirib çıxaracaq. Bu isə ASC-də çalışan 800 nəfərə yaxın işçinin öz iş yerlərini itirməsi və 800-ə yaxın ailənin dolanışıq yerindən məhrum olması ilə nəticələnəcək. Bu cür qanuna zidd hərəkətlər dövlətin iqtisadi siyasətinə və xalqımızın mənafeyinə də ziddir. Bundan başqa, vergi yoxlama aktında ASC-nin rəhbəri X5 hansısa etirafedici izahatına istinad olunması da, tamamilə əsasızdır və bu fakt rəsmi sənədlərlə öz təsdiqini tapmır. Bununla yanaşı bildiririk ki, VM-nin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. VM-nin 63.2ci maddəsinə əsasən, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, nəinki hər hansı bir izahatın verilməsi, hətta yoxlama aktı ilə hesablanmış verginin ödənilməsi belə vergi ödəyicisini yoxlama aktının nəticələrindən şikayət vermək hüququndan məhrum etmir.Bundan başqa, xüsusi ilə qeyd edilir ki, 02 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 50 nəfərə yaxın əməkdaşı İddiaçı ASC-nin baş ofisinə qəflətən daxil olaraq, axtarış aparmış və ASC-yə məxsus olan serveri götürərək özləri ilə aparmışlar. Bu səbəbdən də ASC-nin fəaliyyəti təqribən 40 gün dayandırılmışdır. Bundan 40 gün sonra serveri geri qaytarmışlar (Yoxlama qərarının surəti əlavə olunur). Ən acınacaqlı hal isə ondan ibarətdir ki, 2019-cu ilin dekabr ayında serverdən heç bir qanunsuz fayl və vergidən yayınma faktları aşkar edilmədiyi halda, həmin vaxtdan 14 ay sonra, yəni, 2022-ci ilin fevral ayının 24-də, ASC-nin ofisindən təkrar olaraq server götürülmüş və həmin server məlumatlarına istinad edilərək arxa tarix üzrə, yəni, 2019-cu il üzrə ASC-yə milyonlarla məbləğdə əlavə vergi hesablanmışdır. Vergi orqanının ASC-yə əlavə vergilər hesablaması barədə qərarının tamamilə qanunsuz və əsassız olması bu inkar edilməz faktla da bir daha öz təsdiqini tapır (Vergi yoxlama qərarları əlavə olunur). Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkilləri eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********0234 nömrəli "X16 həyata keçirilməsi haqqında" qərarına əsasən Baş İdarənin Əməliyyat İdarəsi tərəfindən keçirilən OVN tədbiri zamanı vergi ödəyicisindən götürülmüş sənədlər və 1 ədəd elektron yaddaş qurğusunda olan məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri, bəyan edilmiş vergi tutulan dövriyyənin aşağı göstərildiyi, nəticədə vergidən yayınma riskinin yüksək olduğu müəyyən edildiyinə görə "A+CO" ASC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövrdə müəssisənin fəaliyyəti spirtli içkilərin (araq və spirt) istehsalı və topdan satışından ibarət olmuşdur. Səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən təqdim olunmuş ilkin sənədlərdən və vergi ödəyicisində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən həyata keçirilən X21 tədbiri zamanı əldə olunan sənədlərdən istifadə edilmişdir. Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********158438 nömrəli tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuş, müəssisə tərəfindən ilkin rəsmi sənədlər yoxlamaya təqdim edilmiş, lakin əldə olunan qeyri-rəsmi gəlirlərlə bağlı xərclərə dair digər sənədlər yoxlamaya təqdim edilməmişdir. Qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin tam təqdim edilməməsi barədə akt tərtib edilmişdir. Müəssisənin rəhbəri qeyrirəsmi heç bir əməliyyat aparılmadığını qeyd edərək aktı imzalamaqdan imtina etmiş, lakin aktın bir nüsxəsini tanışlıq üçün qəbul etmişdir.“X16 həyata keçirilməsi haqqında” qərara əsasən keçirilən əməliyyat tədbirləri zamanı müəssisədə istismar olunan kompyuterlərdən 40,7 GB həcmində 1 (bir) ədəd elektron yaddaş qurğusunda olan elektron fayllarda 2019, 2020, 2021 və 2022-ci illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatlar və əmək haqqı barədə məlumatlar götürülmüşdür. Götürülmüş elektron daşıyıcılarda “Satış (illər üzrə)” qovluğunda “X28 2019”, “X28 2020”, “X28 2021” və “X28 2022” adlı alt qovluqları və müvafiq olaraq bu alt qovluqlarda "Satış analizi İYUN 2019" - "Satış analizi DEKABR 2019" olmaqla 2019-cu ilin 7 ayı, "Satış analizi YANVAR 2020" - "Satış analizi DEKABR 2020" olmaqla 2020-ci ilin 12 ayı, "Satış analizi YANVAR 2021" - "Satış analizi DEKABR 2021" olmaqla 2021-ci ilin 12 ayı və "Satış analizi YANVAR 2022" olmaqla 2022-ci ilin yanvar ayı üzrə satışı əks etdirən "excel" fayllar mövcuddur. Həmin fayllarda malların adı, miqdarı, faktiki satış qiymətləri, satış planları və s. göstəricilər əks olunmuş, 43 863 393,25 manat rəsmiləşdirilməyən satış dövriyyəsi müəyyən edilmişdir.Səyyar vergi yoxlaması ilə aşağıdakılar müəyyən edilmişdir:ƏDV üzrə:-İddiaçı ASC Vergi Məcəlləsinin 156.1-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün könüllü olaraq ərizə ilə vergi orqanına müraciət edərək xx.xx.2004-cü il tarixli **********99 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış və ƏDV qeydiyyatı xx.xx.2001-ci il tarixdən qüvvəyə minmişdir. 2019-cu il may-dekabr ayları üçün vergi orqanına təqdim edilmiş bəyannamələr üzrə ƏDV-yə cəlb olunan əməliyyatlar 29.047.775,22 manat, “0” dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar 994.396,52 manat, əvəzləşdiriləcək ƏDV dövriyyəsi 26.506.372,43 manat və büdcəyə ödənilməli ƏDV 457.452,50 manat bəyan edilmişdir. O cümlədən: 2019-cu ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsinin 301.1.2.1-ci “daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir” sətrində məbləğ 0,0 manat göstərilmiş, lakin icarəyə verilmiş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsində göstərilən aylıq icarə haqqı məbləği 2.542,37 manat təşkil etdiyi üçün kameral yoxlama ilə əlavə hesablama aparılmış və səyyar vergi yoxlaması ilə həmin məbləğ öz təsdiqini tapmışdır.2020-ci il üzrə təqdim edilmiş bəyannamə məlumatlarında ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə təqdimetmə dövriyyəsi 30.740.726,61 manat, daxilolma dövriyyəsi 20.293.102,09 manat, ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə təqdimetmə dövriyyəsi 4.395.878,89 manat, daxilolma dövriyyəsi 4.060.070,77 manat, ƏDV-dən azad əməliyyatlar üzrə təqdimetmə dövriyyəsi 335.760,00 manat, daxilolma dövriyyəsi isə 48.920,0 manat göstərilmişdir. Dövr üzrə bəyannamə məlumatlarına əsasən Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV dövriyyəsi 27.090.200,55 manat olmuş və dövlət büdcəsindən qaytarılmalı ƏDV məbləği 1.156.726,43 manat olmuşdur. O cümlədən:-2020-ci ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsinin 301.1.2.1-ci “daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir” sətrində məbləğ 2.118,64 manat (ƏDV-siz) göstərilmiş, lakin icarəyə verilmiş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsində göstərilən aylıq icarə haqqı məbləği 3.042,37 manat təşkil etdiyi üçün kameral vergi yoxlaması ilə əlavə hesablama aparılmışdır. Eyni zamanda, Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (vergi hesab-fakturaları) üzrə nağdsız qaydada ödənilmiş məbləğ 556.276,05 manat (ƏDV-si 100.129,69 manat) göstərilmiş, kameral yoxlama ilə alınmış vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğin 553.576,55 manat (ƏDV-si 99.643,78 manat) olması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə kameral vergi yoxlamasının nəticələri öz təsdiqini tapmışdır.- 2021-ci il üzrə təqdim edilmiş bəyannamə məlumatlarında ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə təqdimetmə dövriyyəsini 27.349.154,53 manat, daxilolma dövriyyəsini 25.007.101,09 manat, ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə təqdimetmə dövriyyəsini 3.182.523,06 manat, daxilolma dövriyyəsini 2.809.581.62 manat, ƏDV-dən azad əməliyyatlar üzrə təqdimetmə dövriyyəsini 2.011.259,40 manat, daxilolma dövriyyəsini isə 2.154.830,60 manat göstərmişdir. Dövr üzrə bəyannamə məlumatlarında Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV dövriyyəsi 4.407.471,78 manat və dövlət büdcəsinə ödənilməli ƏDV məbləği 93.806,40 manat olmuşdur. O cümlədən:- 2021-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən alınmış elektron qaimə-faktura (hesab-fakturaya) üzrə nağdsız ödənilmiş məbləğ 1.210.402,85 manat (ƏDV-si 217.872,51 manat) göstərilmiş, kameral yoxlama ilə alınmış vergi hesabfakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğin 1.210.352,0 manat (ƏDV-si 217.863,36 manat) olması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə kameral vergi yoxlamasının nəticələri öz təsdiqini tapmışdır.- 2021-ci ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən alınmış elektron qaimə-faktura (hesab-fakturaya) üzrə nağdsız ödənilmiş məbləğ 535.217,11 manat (ƏDVsi 96.336,08 manat) göstərilmiş, kameral vergi yoxlaması ilə alınmış vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğin 531.661,61 manat (ƏDV-si 95.699,09 manat) olması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə kameral vergi yoxlamasının nəticələri öz təsdiqini tapmışdır.-2022-ci ilin yanvar-aprel ayları üzrə təqdim edilmiş bəyannamə məlumatlarında ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə təqdimetmə dövriyyəsini 8.937.343,19 manat, daxilolma dövriyyəsini 9.756.976,90 manat, ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə təqdimetmə dövriyyəsini 2.144.246,76 manat, daxilolma dövriyyəsini 2.291.620,54 manat, ƏDV-dən azad əməliyyatlar üzrə təqdimetmə dövriyyəsini 174.235,40 manat, daxilolma dövriyyəsini isə 158.684,60 manat göstərmişdir. Dövr üzrə bəyannamə məlumatlarında Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV dövriyyəsi 8.370.017,89 manat və dövlət büdcəsinə ödənilməli ƏDV məbləği 249.652,63 manat olmuşdur.Aparılan səyyar vergi yoxlaması ilə aşağıdakılar müəyyən edildi:Səyyar vergi yoxlaması aktının 1.9.1-ci bəndində göstərilənlərə əsasən, 2019-cu il üzrə:Götürülmüş sənədlərdə əks olunmuş satış məlumatları əsasında, elektron qaimə-faktura üzrə satışlar da nəzərə alınmaqla (cədvəl əlavə olunur), vergi ödəyicisinin 2019-cu il üzrə ƏDV-yə cəlb edilən dövriyyəsi 34.966.987,72 manat, ƏDV-yə “0” dərəcə ilə cəlb olunan əməliyyatları 993.806,36 manat (590,16 manat artıq) olduğu müəyyən edilmişdir. Eyni zamanda, idxalda əvəzləşən dövriyyə üzrə ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ üzrə 88.403,24 manat (ƏDV-si 15.912,58 manat) və alınmış vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləği üzrə 3.298,78 manat (ƏDV-si 593,78 manat) kənarlaşma müəyyən edilmişdir (ƏDV müqayisəli cədvəli əlavə olunur). Beləliklə Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən 1.081.964,62 manat ƏDV məbləğinin az hesablanması müəyyən edildi.2020-ci il üzrə:Götürülmüş sənədlərdə əks olunmuş satış məlumatları əsasında, elektron qaimə-faktura üzrə satışlar da nəzərə alınmaqla (cədvəl əlavə olunur), 2020-ci il üzrə ƏDV-yə cəlb edilən əməliyyatlarda təqdimetmə dövriyyəsi 48.791.905,32 manat, daxilolma dövriyyəsi 38.342.717,11 manat, ƏDV-yə “0” dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə təqdimetmə dövriyyəsi 4.397.584,71 manat müəyyən edilmişdir. Eyni zamanda, alınmış vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə 20.797,91 manat (ƏDV-si 3.743,62 manat) kənarlaşma və ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların ayrı-ayrılıqda uçotunun aparılması halının olması müəyyən edilməsinin mümkün olmaması səbəbindən Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən 74.885,54 manat əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği müəyyən edilmişdir. Beləliklə Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən 3.327.559,85 manat ƏDV-nin azaldılması müəyyən edildi.2021-ci il üzrə:Götürülmüş sənədlərdə əks olunmuş satış məlumatları əsasında, elektron qaimə-faktura üzrə satışlar da nəzərə alınmaqla (cədvəl əlavə olunur), 2021-ci il üzrə ƏDV-yə cəlb edilən əməliyyatlarda təqdimetmə dövriyyəsi 49.893.071,57 manat, daxilolma dövriyyəsi 47.520.368,53 manat, ƏDV-yə “0” dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə təqdimetmə dövriyyəsi 3.346.234,47 manat müəyyən edilmişdir. Eyni zamanda, alınmış vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə 2.292,17 manat (ƏDV-si 412,59 manat), idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ üzrə 5,79 manat (ƏDV-si 1,05 manat) və ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların ayrı-ayrılıqda uçotunun aparılması halının olması müəyyən edilməsinin mümkün olmaması səbəbindən Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən 69.628,05 manat əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən 4.122.427,72 manat ƏDV-nin azaldılması müəyyən edildi.2022-ci il üzrə:Götürülmüş sənədlərdə əks olunmuş satış məlumatları əsasında, elektron qaimə-faktura üzrə satışlar da nəzərə alınmaqla (cədvəl əlavə olunur), 2022-ci il üzrə ƏDV-yə cəlb edilən əməliyyatlarda təqdimetmə dövriyyəsi 10.900.783,30 manat, daxilolma dövriyyəsi 11.104.462,64 manat, ƏDV-yə “0” dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə təqdimetmə dövriyyəsi 2.218.228,98 manat müəyyən edilmişdir. Eyni zamanda, alınmış vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə 1.876,45 manat (ƏDV-si 337,76 manat) və ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların ayrı-ayrılıqda uçotunun aparılması halının olması müəyyən edilməsinin mümkün olmaması səbəbindən Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən 20.542,79 manat əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən 263.427,98 manat ƏDV-nin azaldılması müəyyən edildi. Ümumilikdə, Vergi Məcəlləsinin 159.1 və 175-ci maddələrinə əsasən vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə 8.795.380,17 manat ƏDV-nin azaldılması halı müəyyən edildi. Mənfəət vergisi üzrə:"A+CO" ASC yoxlama ilə əhatə olunan dövr ərzində mənfəət vergisinin ödəyicisi olmuş və vergi bəyannamələrini vergi orqanına vaxtında təqdim etmişdir.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2017-ci il tarixli İN/İTS-117/2017 nömrəli X9 əsasən "A+CO" ASC-yə (VÖEN **********) içki istehsalı fəaliyyəti sahəsi üzrə Abşeron rnu, Xırdalan şəhəri, 28-ci Məhəllə ünvanda "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanına uyğun olaraq və Vergi Məcəlləsinin 102.1.23, 106.1.17, 164.1.26, 199.11 və 207.5-ci maddələrində (Vergi Məcəlləsinin 67-2-ci maddəsi nəzərə alınmaqla) və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində müəyyən edilmiş güzəştləri əldə etmək hüququ verilmişdir. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 (yeddi) il müddətinə vergidən azaddır.Müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələri üzrə: 2019-cu ildə malların (iş, xidmətlərin) təqdim edilməsindən gəlir 33.986.520,25 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 30.922.115,98 manat, vergiyə cəlb olunan mənfəət 3.064.404,27 manat göstərilmiş, mənfəət üzrə azadolmalar və güzəştlər 1.532.202,14 manat çıxıldıqdan sonra, 306.440,43 manat mənfəət vergisi hesablanmışdır.2020-ci ildə malların (iş, xidmətlərin) təqdim edilməsindən gəlir 28.900.862,28 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 26.162.723,65 manat olmuş və vergiyə cəlb olunan mənfəət 2.738.138,63 manat göstərilmiş, mənfəət üzrə azadolmalar və güzəştlər 1.369.069,36 manat çıxıldıqdan sonra, 273.813,85 manat mənfəət vergisi hesablanmışdır.2021-ci ildə malların (iş, xidmətlərin) təqdim edilməsindən gəlir 24.868.806,26 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 22.297.357,95 manat olmuş və vergiyə cəlb olunan mənfəət 2.571.448,31 manat göstərilmiş, mənfəət üzrə azadolmalar və güzəştlər 1.285.724,15 manat çıxıldıqdan sonra, 257.144,83 manat mənfəət vergisi hesablanmışdır.Aparılan səyyar vergi yoxlaması ilə aşağıdakılar müəyyən edildi:Səyyar vergi yoxlaması aktının 1.9.1-ci bəndində göstərilənlərə əsasən müəssisədə istismar olunan kompyuterlərdən götürülmüş elektron yaddaş qurğusunda olan elektron fayllardakı satış hesabatlarını özündə əks etdirən məlumatlar əsasında ƏDV-li və aksizli satış dövriyyəsinin 2019-cu ildə 52.537.981,41 manat, 2020-ci ildə 62.307.792,99 manat, 2021-ci ildə 64.231.318,32 manat - ümumilikdə 2019-2021-ci illər üzrə 179.077.092,72 manat və 2022-ci ilin yanvaraprel aylarında 14.527.542,49 manat, o cümlədən ixrac fəaliyyəti üzrə satışın 13.024.478,58 manat olduğu və ümumi satış gəlirlərinin spirt, araq, şərab, konyak, viski, energetik içkilər, şampan şərabı, çipsi, heyvan yemi, diri iri və xırda buynuzlu heyvanların kəsimindən və yarımfabrikatlardan əldə edildiyi müəyyən olundu.Səyyar vergi yoxlamasının nəticələrinə əsasən ƏDV və aksiz çıxılmaqla malların (iş, xidmətlərin) təqdim edilməsindən gəlir 2019-cu ildə 37.321.611,83 manat, 2020-ci ildə 39.280.035,27 manat və 2021-ci ildə 40.098.805,90 manat müəyyən edildi.Lakin qeyri-rəsmi satış üzrə xərclərin uçotu aparılmadığından və xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən faktiki xərcləri dəqiqləşdirmək mümkün olmadı. Müəssisənin iqtisadi meyarlarına uyğun analoji vergi ödəyicisi tapılmadığından, səyyar vergi yoxlaması aktının 1.9.1-ci bəndində göstərilən normativ hüquqi sənədlərə, həmçinin Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu, 104-cü, 108-ci maddələrinə əsasən və Nazirlər Kabinetinin 55 və 42 nömrəli qərarlarına əlavə və dəyişikliklər nəzərə alınmaqla müvafiq olaraq gəlirə görə 20% şərti rentabellik norması tətbiq edilməklə (Mənfəət vergisi = Gəlir / (100+20) X 20 x 20%) vergiyə cəlb olunan mənfəət və həmin mənfəətdən alınmış X9 əsasən 50% güzəşt çıxılmaqla 20% dərəcə ilə mənfəət vergisi aşağıdakı kimi hesablandı: 2019-cu il üzrə: Gəlir 37.321.611,83 manat, xərc (37.321.611,83/120%=) 31.101.343,19 manat olmaqla, vergitutma məqsədləri üçün mənfəət 6.220.268,64 manat müəyyən edildi. Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinin tələbləri nəzərə alınmaqla investisiya təşviqi sənədi nəzərə alınaraq mənfəət 50% miqdarında, yəni, 3.110.134,32 manat məbləğində azaldıldı. Nəticədə vergiyə cəlb olunan mənfəət 3.110.134,32 manat, mənfəət vergisi isə 622.026,86 manat müəyyən edildi.2020-ci il üzrə:-Gəlir 39.280.035,27 manat, xərc (39.280.035,27/120%=) 32.733.362,73 manat müəyyən edildi. Vergi ödəyicisinin Vergi Məcəlləsinin 106.1.14-cü (kənd təsərrüfatı malları) və 106.1.27-ci (dövlət büdcəsi vəsaiti hesabına ixrac təşviqi) maddələrinə əsasən 583.075,0 manat mənfəət vergisindən azad olunan gəliri və bu gəlirlə bağlı 301.754,61 manat xərcləri nəzərə alınmaqla vergitutma məqsədləri üçün mənfəəti 6.265.352,15 manat müəyyən edildi. Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinin tələbləri nəzərə alınmaqla (investisiya təşviqi sənədi) mənfəət 50% miqdarında, yəni, 3.132.676,08 manat məbləğində azaldıldı. Nəticədə vergiyə cəlb olunan mənfəət 3.132.676,07 manat, mənfəət vergisi isə 626.535,21 manat müəyyən edildi.2021-ci il üzrə: Gəlir 40.098.805,90 manat, xərc (40.098.805,90/120%=) 33.415.671,58 manat müəyyən edildi. Vergi ödəyicisinin Vergi Məcəlləsinin 106.1.14-cü (kənd təsərrüfatı malları) və 106.1.27-ci (dövlət büdcəsi vəsaiti hesabına ixrac təşviqi) maddələrinə əsasən 2.030.851,93 manat mənfəət vergisindən azad olunan gəliri və bu gəlirlə bağlı 1.189.465,07 manat xərcləri nəzərə alınmaqla vergitutma məqsədləri üçün mənfəəti 5.841.747,46 manat müəyyən edildi. Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinin tələbləri nəzərə alınmaqla (investisiya təşviqi sənədi) mənfəət 50% miqdarında, yəni, 2.920.873,73 manat məbləğində azaldıldı. Nəticədə vergiyə cəlb olunan mənfəət 2.920.873,73 manat, mənfəət vergisi isə 584.174,75 manat müəyyən edildi.Yekun olaraq müəssisə tərəfindən 2019-cu il üzrə bəyan edilmiş 306.440,43 manat mənfəət vergisi nəzərə alınmaqla mənfəət vergisinin 315.586,43 manat, 2020-ci il üzrə bəyan edilmiş 273.813,85 manat mənfəət vergisi nəzərə alınmaqla mənfəət vergisinin 352.271,36 manat və 2021-ci il üzrə bəyan edilmiş 257.144,83 manat mənfəət vergisi nəzərə alınmaqla mənfəət vergisinin 327.029,92 manat, ümumilikdə 995.337,71 manat azaldılması müəyyən edilir.Vergi Məcəlləsinin 103.1, 104.1 və 105.1-ci maddələrinə əsasən yoxlama ilə 2019, 2020 və 2021-ci illər üzrə ümumilikdə dövlət büdcəsinə əlavə 995.337,71 manat mənfəət vergisi hesablandı. Aksiz vergisi üzrə:Müəssisə yoxlanılan dövrdə aksizli malların (spirt, araq, şərab, konyak, viski, energetik içkilər, şampan şərabı) istehsalı fəaliyyəti ilə məşğul olmuş və həmin fəaliyyət üzrə aksiz vergisinin tədiyyəçisidir. Aksiz vergisi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmişdir.Vergi ödəyicisi tərəfindən təqdim edilmiş aksiz vergisinin bəyannamə göstəriciləri və uçot baza məlumatlarına əsasən yoxlanılan dövrdə 4.727.366,11 litr araq satışı, 1.881.029,50 litr etil spirtinin satışı, 2.935.777,73 litr şərab satışı, 37.537,64 litr konyak məhsulu satışı, 1.881,0 litr şampan şərabı satışı, 10.510.461,44 litr pivə tərkibli içkilərin satışı və 1.820.309,10 litr energetik (vitaminli) içkilərin satışı bəyan edilmişdir. Müvafiq olaraq araq satışına görə 12.950.084,98 manat, etil spirti satışına görə 1.437.660,32 manat, şərab satışına görə 377.445,86 manat, konyak məhsulu satışına görə 121.408,79 manat, pivə məhsulu satışına görə 3.620.169,71 manat və energetik (vitaminli) içkilərin satışına görə 74.381,40 manat, cəmi 18.581.151,06 manat aksiz vergisi hesablanmışdır. Müvafiq dövrdə içməli spirt, pivə və spirtli içkilər üzrə alınmış aksizli xammala görə əvəzləşdirilən aksiz məbləği 5.200,0 manat olmuş, nəticədə büdcəyə 18.575.951,06 manat aksiz vergisi hesablanmış və ödənilmişdir.Aparılan səyyar vergi yoxlaması ilə aşağıdakılar müəyyən edildi:Səyyar vergi yoxlaması aktının 1.9.1-ci bəndində göstərilənlərə əsasən vergi ödəyicisində 2019cu ildə 6 (altı) ay, 2020-ci ildə 12 (on iki) ay, 2021-ci ildə 12 (on iki) ay, 2022-ci ildə 1 (bir) ay üzrə satış malları müəyyən edilmiş və təqdim edilmiş aksiz vergisi bəyannamələrində aksiz vergisinə cəlb olunan mal qrupları üzrə istehsal həcmi nəzərə alınmaqla bəyannamə məlumatlarına əlavə edilmiş və aksiz vergisi yenidən hesablanmışdır (Aksiz vergisinin müqayisəli cədvəli əlavə olunur).Cədvəldən göründüyü kimi 3 illik dövr üzrə spirt satışı 1.810.620,10 litr, şərab satışı 1.913.524,38 litr, araq istehsalı-satışı 12.149.380,47 litr, konyak satışı 73.078,55 litr, şampan satışı 101.557,25 litr, pivə tərkibli içkilərin istehsalısatışı 5.047.959,28 litr, energetik içkilərin istehsalı-satışı 1.820.309,10 litr, dövlət büdcəsinə hesablanmalı aksiz vergisi 39.385.129,37 manat təşkil etmiş, əvəzləşdirilən aksiz 8.900,0 manat olmuşdur. Buna görə ümumilikdə azaldılmış aksiz vergisi 20.809.178,31 manat (39.385.129,37-18.575.951,06) müəyyən edilərək Vergi Məcəlləsinin 183.1-ci, 184-cü və 190.3-cü maddələrinin tələblərinə əsasən hesablanmışdır.Eyni zamanda, yoxlanılan dövrdə xx.xx.2019-cu il tarixə təqdim edilmiş aksiz bəyannaməsinin 2 nömrəli əlavəsinin məlumatları üzrə 2.257.027 ədəd aksiz markası qalığı olduğu, yoxlanılan dövrdə şirkət tərəfindən 39.200.000 ədəd aksiz markası sifariş edilərək alındığı (marka mədaxili barədə məlumat əlavə edilir), 40.148.638 ədəd aksiz markasının istifadə edildiyi və xx.xx.2022-ci il tarixə marka qalığının 1.308.389 ədəd təşkil etdiyi müəyyən edildi. İddiaçı ASC-yə məxsus təsərrüfat subyektlərində keçirilmiş X21 tədbirləri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan elektron məlumatlarda səyyar vergi yoxlaması ilə cəmiyyət tərəfindən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərə verilmiş əmək haqqı cədvəllərinə əsasən Vergi Məcəlləsinin 1.4-cü, "Sosial sığorta haqqında" qanunun 14-cü və "İşsizlikdən sığorta haqqında" qanunun 9-cu maddələrinə əsasən 2019-cu ilin 2-ci, 3-cü və 4-cü rübləri üzrə 640914,30 manat məcburi dövlət sosial sığorta, işsizlikdən siğorta haqlarının azaldığı, Vergi Məcəlləsinin 1.4-cü, "Sosial sığorta haqqında" qanunun 14-cü, "İşsizlikdən sığorta haqqında" qanunun 9-cu maddələrinə əsasən 2020-ci ildə 1126754,99 manat məcburi dövlət sosial sığorta, işsizlikdən siğorta haqlarının azaldıldığı və 2021-ci ildə 1396315,20 manat məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının azaldığı müəyyən edildi.Nəticə olaraq yoxlanılan dövrdə mənfəət vergisinin 995.337,71 manat, ƏDV-nin 8.795.380,18 manat, aksiz vergisinin 20.809.178,23 manat və işsizlikdən siğorta, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının 3.163.979,58 manat (sosial ayırmalar 3.163.984,48 manat az, 4,9 manat artıq hesablanmışdır), ümumilikdə 33.763.880,60 manat vergilərin və icbari ödənişlərin azaldılaraq dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən olundu.Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumi vergilərin 33.763.880,60 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 16881940,30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.İddiaçının mövqeyinə əsasən cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsi növbədənkənar səyyar vergi yoxlamasının vergi orqanı tərəfindən keçirilməsi hallarına aid edilmişdir.İddiaçının bu dəlilinə münasibətdə bildirilir ki, OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar ona məxsus olan təsərrüfat subyektində aşkar edilmişdir və həmin məlumatlarda müəssisənin adı, eləcə də satılmış malların həcmi və dəyəri aydın şəkildə qeyd edilmişdir.Belə ki, Azərbaycan Respublikasının VM-nin 83.2.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi bəyannamələrində olan məlumata və 83.2.4-cü maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır.Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar istifadə etməklə hesablamaq hüququ vardır.İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar ona aid deyil və vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlarla bağlı vergilərin hesablanması yoxlamanın aparıldığı dövrdə qüvvədə olan qanunvericilikdə təsbit olunmadığından əsassızdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.Eyni zamanda bildirilir ki, Vergi Məcəlləsinin qeyd olunan 67.1.9-cu maddəsi yoxlamanın əhatə etdiyi dövrdə də qanunvericilikdə mövcud olmuşdur və yuxarıda qeyd olunanlar iddiaçıdan götürülmüş elektron yaddaş qurğusunda olan məlumatların mənbəyi bəlli olan məlumatlar olduğunu sübut edir.Səyyar vergi yoxlaması müəssisədən X21 zamanı götürülmüş sənədlər və səyyar vergi yoxlamasına təqdim edilmiş ilkin mühasibat sənədləri əsasında aparılmışdır (Səyyar vergi yoxlaması aktının 1.9-cu bəndində qeyd edilmişdir).Belə ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyimizə əsasən hesab edirik ki, nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar-cədvəllər ilkin uçot sənədi hesab edilir.“Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir.“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.Sözügedən qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir.Belə olan halda iddiaçının dəlil kimi qeyd etdiyi “elektron yaddaş qurğusunda olan məlumatlar əsas götürülməklə vergilərin hesablanması qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır” ifadəsi təkzib edilir.Yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, elektron fayllar da “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-ci maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilmişdir. Eyni zamanda, mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur.İddiaçının daha bir əsassız dəlili ondan ibarətdir ki, SVY qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərinin pozulması ilə aparılmışdır.Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır)...Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi.....Göründüyü kimi səyyar vergi yoxlaması qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq keçirilmişdir. Belə ki, SVY aktının 1.1-ci bəndində müddətin uzadılması, dayandırılması, eləcə də əlavə vergi yoxlamasının keçirilməsi barədə qərarların nömrəsi qeyd edilmiş, həmin qərarların qəbul edilməsinin səbəbi qanunvericiliyə müvafiq olaraq əsaslandırılmışdır (iş materiallarına əlavə olunur)“X16 həyata keçirilməsi haqqında” qərara əsasən keçirilən əməliyyat tədbirləri zamanı müəssisədə istismar olunan kompyuterlərdən 40,7 GB həcmində 1 (bir) ədəd elektron yaddaş qurğusunda olan elektron fayllarda 2019, 2020, 2021 və 2022-ci illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatlar və əmək haqqı barədə məlumatlar götürülmüşdür.Faylların əməliyyat tarixçələrinə baxış keçirilərkən aşağıdakılar müəyyən edildi: "Satış analizi İYUN 2019" - "Satış analizi DEKABR 2019" olmaqla 2019-cu ilin 7 ayı və "Satış analizi YANVAR 2020" - "Satış analizi DEKABR 2020" olmaqla 2020-ci ilin 12 ayı üzrə "excel" faylları xx.xx.2019-cu il saat 13:12-də, "Satış analizi YANVAR 2021" - "Satış analizi DEKABR 2021" olmaqla 2021-ci ilin 12 ayı və "Satış analizi YANVAR 2022" olmaqla 2022-ci ilin yanvar ayı üzrə "excel" fayllar xx.xx.2020-ci il tarixdə saat 12:37-də "Natasha Hasanzade" adlı şəxs tərəfindən yaradılmışdır. Həmçinin, sosial sığorta, işsizlikdən sığorta ödənişlərinin hesablanması üçün götürülmüş əmək haqqı cədvəlləri isə "Soltan Quliyev", "Elxan Ahmadov", "Zumrud Rahimova" adlı şəxslər tərəfindən yaradılmışdır. Araşdırma zamanı Həsənzadə (Şahbazlı) Nataşa Telman qızının xx.xx.2019-cu il tarixdən, X25 oglunun xx.xx.2019-cu il tarixdən, X14 xx.xx.2018-ci il tarixdən, X4 xx.xx.2019-cu il tarixdən İddiaçı ASC-yə işə qəbul edildiyi müəyyən edildi. Qeyd edək ki, İddiaçı ASC-nin direktoru X1 vergi yoxlamasının gedişatı zamanı xx.xx.2022-ci il tarixli izahatında da həmin faylların müəssisə tərəfindən hazırlandığını bildirmişdir.Bu da onu deməyə əsas verir ki, iddiaçı özünə məxsus vergidən yayınma sxemi qurmuşdur.Belə ki, Vergi Məcəlləsinin 23.1.6-1-ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanlarının hüququdur.Qeyd olunanlardan göründüyü kimi, səyyar vergi yoxlaması ilə hesablanmış vergilər tam olaraq qanuni və əsaslıdır. Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar, o cümlədən qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər vergi hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi X8 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 01 mart 2024-cü ildə keçirilən iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Ekspertin rəyi ilə tanış olmaq məqsədi ilə məhkəmə prosesinin təxirə salınması barədə cavabdehin nümayəndəsinin vəsatətini məhkəmə təmin etmədi. Belə ki, müvafiq ekspertin rəyi 2 həftədən artıq müddətə elektron məhkəmə sisteminə yerləşdirilmiş və vergi orqanının nümayəndəsi tərəfindən oxunmuşdur. Hesab olunur ki, cavabdeh təşkilatın ekspert rəyi ilə tanış olmaq üçün kifayət qədər vaxtı olmuşdur. Ona görə də məhkəmə prosesi cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********177123 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın surəti, mübahisə predmetinə dair mühasibatlıq sənədləri, cavabdehin etiraz ərizəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1783-9/10038 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Vergi Cinayətləri İstintaq Araşdırması Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin VCİA Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə VCİA Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin VCİA Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı barəsində VCİA Baş İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********177123 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının hüquqi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə “X16 həyata keçirilməsi haqqında” qərar əsasında İddiaçı ASC-nin serverləri baxış üçün götürülmüşdür. xx.xx.2022-ci ildə İddiaçı ASC-də növbədənkənar səyyar vergi yoxlamasının həyata keçşirilməsi barədə qərar qəbul edilmiş və yoxlama xx.xx.2022-ci ildə xx.xx.2023-cü illəri əhatə etmişdir. İddiaçı ASC-nin may 2019-aprel 2022-ci illəri əhatə edən dövrü üçün vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi xx.xx.2023-cü ildə səyyar vergi yoxlaması aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması zamanı xx.xx.2022-ci ildə X21 tədbirləri nəticəsində vergi ödəyicisindən vergi orqanının “qara mühasibatlıq sənədləri” adlandırdığı məlumatlara istinad olunaraq müvafiq qərar qəbul edilmişdir. X21 çərçivəsində götürülmüş server məlumatları elektron daşıyıcıya köçürüldükdən sonra xüsusi zərfə yerləşdirilərək vergi ödəyicisinin iştirakı ilə möhürlənmiş, lakin vergi ödəyicisinin iştirakı ilə götürülmüş məlumatlara baxış keçirilməmişdir. Götürülmüş və vergi orqanı tərəfindən “qara mühasibat sənədləri” adlandırdığı məlumatlar əsasında İddiaçı ASC-yə əsas borc üzrə 31240810,41 manat, maliyyə sanksiyası üzrə 15683801,23 manat vergi borcu hesablanmışdır. Məhkəmə tərəfindən iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin qarşısında 01 may 2019-cu ildən 01 may 2022-ci ilədək olan dövr üzrə İddiaçı ASC-nin ƏDV, mənfəət vergisi, aksiz vergisi, məcburi dövlət sığorta hesablamaları, muzdlu işlə əlaqədar ÖM vergisi və digər maliyyə sanksiyaları üzrə hər hansı kənarlaşmaların mövcud olması ilə bağlı sullar qoyulmuşdur.Verilmiş suallara cavab olaraq məhkəmə mühasibatlıq ekspertizasının 14 fevral 2024-cü il tarixli rəyində İddiaçı ASC-nin vergi borcunun olmaması və İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli **********177123 nömrəli qərar əsasında hesablanmış vergi borcununun “qara mühasibatlıq sənədləri” adlandırılan məlumatlar əsasında hesablandığı, lakin iddiaçı tərəfindən ödənilməli olan 17.104,62 manat məbləğində ƏDV-nin gec ödənilməsinə görə 50% miqdarında yəni, 8552,31 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinin düzgün olması bildirilmişdir. Məhkəmə kompüter texniki ekspertizasının rəyinə əsasən tədqiq edilən kompüterlərin əməliyyat sisteminin 2023-cü ildə qurulması müəyyən edilmişdir. Halbu ki, operativ vergi yoxlaması 2022-ci ildə həyata keçirilmişdir. Əmək haqları ilə bağlı elektron fayıllardakı məlumatda göstərilən bir çox şəxslər fayıllarda göstərilən dövrlərdə faktiki ASC-də işləmədiyyindən ASC ilə həmin şəxslər arasında əmək müqaviləsi bağlanmamışdır. Lakin vergi orqanı tərəfindən ASC-dəişləməyən 155 nəfərə görə müəssisəyə MDSS hesablanmışdır. Bu fakt məhkəmə mühasibatlıq ekspertizasının qarşısında qoyulmuş beşinci və altıncı suallara verilən cavabla öz təstiqini tapmışdır. Vergi orqanı tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının qarşısında “Elektron yaddaş qurğusunda olan məlumatlarda əks olunmuş məlumatlar” əsasında ƏDV və mənfəət vergisi ilə bağlı qoyulmuş 13,16,17,19-cu suallarına cavab olaraq-tədqiqat obyektlərində fayılların aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 9-cu bəndinə əsasən bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “İstehsal ehtiyatlarının elektron alış aktı”, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaiməfakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. İş materialarından, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1783-9/10038 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ASC vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı "xxxx" sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, yuxarıda qeyd olunan normaların tələblərinə əsasən vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə desək Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, sonuncu qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şüphə doğuran "xxxx" sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə İddiaçı ASC-yə əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" sənədləri ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, həmin sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir ki, bu da həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan (əlaqəli) məlumat qismində istifadə edilməsini mümkünsüz edir. Hesab olunur ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı İddiaçı ASC-yə səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə əsas borc üzrə 31240810,41 manat, maliyyə sanksiyası üzrə 15683801,23 manat hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1783-9/10038 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi əsasında İddiaçı ASC tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı (8552,31 manat maliyyə sanksiyası istisna olunmaqla) və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçıya aksiz vergisi tətbiq edilmiş və aksiz vergisi tətbiq edildiyi ərəfədə vergi orqanı tərəfindən müəssisədə vergi postu quraşdırılmışdır.Vergi postu olan ərəfədə aksiz vergisi üzrə yeni verginin hesablanması vergi orqanının hərəkətlərinin qanunsuz olmasına dəlalət edir. Məhkəmə qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyini bir daha ifadə edərək qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı,növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırkı iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhədoğuran "xxxx" sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Bundan başqa, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddənin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında verginin hesablanmasından əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi.Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablayarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız Həmin Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə də cavabdeh tərəfindən riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İddiaçı vergi borcunun 8552,31 manat maliyyə sanksiyası hissəsi ilə razışldığına görə həmin məbləği dövlət büdcəsinə ödəmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********177123 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 8552,31 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olunmaqla ləğv olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Baş İdarə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi nəzarəti (kameral vergi yoxlaması istisna olmaqla), vergidən, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarından (bundan sonra – sığorta haqları) yayınmaya qarşı preventiv tədbirlərin görülməsi, vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta hüquqpozmaları və cinayətkarlığa qarşı mübarizə ilə bağlı ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyəti sahəsində (bundan sonra-müvafiq sahədə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən, hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 2.0.1-2.0.3-cü bəndlərinə əsasən ibtidai araşdırması Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin yoxlama, ibtidai araşdırma aparmaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsini təmin etmək, vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta hüquqpozmalarına qarşı mübarizə sahəsində vergi orqanlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsini, hüquq-mühafizə orqanları, o cümlədən Dövlət Vergi Xidmətinin vasitəsilə xarici dövlətlərin vergi və maliyyə orqanları ilə işgüzar münasibətlərin qurulmasını təmin etmək,qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə etməklə səyyar vergi yoxlamalarının, X16 və vergidən, habelə sığorta haqlarından yayınmaya qarşı preventiv tədbirlərin həyata keçirilməsini təmin etmək Baş İdarənin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Əsasnamənin 6.1.6-cı bəndinə əsasən cinayət işlərinin istintaqı zamanı vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta cinayətlərinin qarşısının alınması, bu cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək Baş İdarənin strukturuna daxil olan təhqiqat və istintaq İdarəsinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 6.29.1-ci bəndinə əsasən məhkəmələrin və hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi və digər xüsusatların araşdırılması barədə müvafiq qərarı daxil olduqda, habelə vergidən və sığorta haqlarından yayınma riski yüksək olan vergi ödəyicilərində yoxlamaların keçirilməsi zərurəti yarandıqda səyyar vergi yoxlamaları keçirmək Baş İdarənin strukturuna daxil olan Audit şöbəsinin vəzifələrinə aid edilmişdir. Baş İdarənin Əsasnaməsində sadalanan normalardan məlum olur ki, Baş İdarənin və strukturuna daxil olan idarə və şöbələrin əsas fəaliyyət istiqamətləri hüquqpozmalar və cinayətkarlığa qarşı mübarizə ilə bağlı ibtidai araşdırma və əməliyyat axtarış fəaliyyəti sahəsində vəzifələrini icra etməkdən ibarətdir. Baş İdarənin strukturuna daxil olan idarə və şöbələr müstəqil şəkildə deyil Baş İdarənin qərarları əsasında fəaliyyətlərini həyata keçirirlər. Hazırkı, iddia tələbi üzrə səyyar vergi yoxlaması Baş İdarənin auditor şöbəsi tərəfindən həyata keçirilmiş və yoxlamanın auditor şöbəsi tərəfindən həyata keçirilməsi üçün əsas kimi Baş İdarənin səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı göstərilmişdir. Halbuki, Əsasnamənin 6.29.1-ci bəndinə əsasən auditor şöbəsi tərəfindən yoxlamanın keçirilməsi üçün əsas kimi məhkəmələrin və hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə qərarları, habelə vergidən və sığorta haqlarından yayınma riski yüksək olan vergi ödəyicilərində yoxlamaların keçirilməsi zərurəti yarandıqda mümkündür. Qeyd olunan bəndin 2-ci hissəsi, yəni vergidən yayınma risklərinin yüksək olması anlayışı Baş İdarə tərəfindən istənilən vergi ödəyicisinin müəssisəsində X21 tədbiri və ya səyyar vergi yoxlaması keçirilməsi anlamına gəlinməməlidir. Məhkəmə hesab edir ki, Baş İdarənin əsas fəaliyyət istiqaməti cinayətkarlığa qarşı mübarizə ilə bağlı olduğundan hər hansı bir cinayət işinin araşdırılması zamanı ona məlum olmuş vergidən yayınma halını aşkar etdiyi tədqirdə səyyar vergi yoxlaması aparmaq səlahiyyətinə malikdir. Başqa sözlə desək, Əsasnamədə Baş İdarənin X21 tədbirinin və səyyar vergi yoxlamasının aparması səlahiyyətinin olması onun istənilən müəssisədə istənilən vaxt yoxlama aparmaq səlahiyyətinin olmasına dəlalət etməməlidir. Bu tədbirlərin həyata keçirilməsi əsas təhqiqat və cinayət işinin araşdırması zamanı məlum olmuş haldan irəli gəlməlidir. Əks halda Baş İdarənin yerli vergi idarələrindən fərqi olmaz. Hazırkı, iddia tələbi üzrə iddiaçı barəsində aparılan səyyar vergi yoxlaması Baş İdarə tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə istinad edilsədə yoxlama üçün əsas olmalı olan təhqiqat və cinayət araşdırmasından əldə edilən məlumatdan irəli gəlmir. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Qeyd olunan maddənin təhlilindən vergi orqanının növbədənkənar vergi yoxlaması səlahiyyətinin olması bəlli olur. Lakin əsas fəaliyyət istiqaməti digər vergi qurumlarından fərgli olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin hansı səbəbdən bu diskression səlahiyyətindən istifadə edilməsi sübut edilməlidir. Ona görə də hesab olunur ki, qeyd olunan səyyar vergi yoxlamasının Baş İdarə tərəfindən keçirilməsi düzgün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən 150 (yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********177123 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 8552,31 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olunmaqla ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən 150 (yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar