Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1828/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının cavabdeh Sumqayıt “Asan Xidmət” X1rşı “cavabdeh Sumqayıt “ASAN XİDMƏT” X3 üzərinə təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qızı şəxsiyyət vəsiqəsi olmadığı üçün Sumqayıt “Asan Xidmət” X3 üzərinə ona doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 25 avqust 2021-ci il tarixli 05/Q-1321/15 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı narazı qalaraq 04 may 1981-ci ildə Kürdəmir rayonunun, Karrar kəndində anadan olmuş İddiaçı doğum faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddiasının dəqiqləşdirərək cavabdeh Sumqayıt “ASAN XİDMƏT” X3 üzərinə təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 04 may 1981-ci ildə Kürdəmir rayonunun, Karrar kəndində anadan olmuşdur. Valideynləri onu uşaq olarkən atmış və iddiaçı baxımsız qalmışdır. Sonradan onu Bakı şəhəri, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə vermişlər. İddiaçı həmin məktəbdə 1991-ci ildə 4-cü sinifə qəbul edilmiş və həmin məktəbin 10-cu sinfini 01.05.1999-cu ildə bitirmişdir. iddiaçıya məxsus doğum haqqında şəhadətnamə itdiyinə görə şəxsiyyət vəsiqəsi ala bilməmişdir. İddiaçının 11 saylı İnteqarsiya təlimli internat məktəbində oxuduğunu həmin məktəbin direktoru tərəfindən verilmiş 23.08.2021-ci .1 tarixli, 227 saylı arayış təsdiq edir. Doğum haqqında təkrar şəhadətnamənin alınması məqsədi ilə Sumqayıt "Asan xidmət' X8 müraciət etmişdir. Cavabdeh özünün 25.08.202İ -ci il tarixli, 05-Q/1321/15 savlı məktubu ilə iddiaçıya bildirmişdir ki, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq iddiaçıya tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. İddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi, verilibsə kim tərəfindən verildiyi ona məlum deyildir. Bu səbəbdən də cavabdehin imtinasını əsassız hesab edir. Yuxarıda qeyd etdiyi kimi iddiaçı erkən uşaq yaşlarından valideyn himayəsindən məhrum, olmuş və uşaq evində böyümüşdür. Ona verilən doğum haqqında şəhadətnamə iddiaçıya məlum olmayan səbəblərdən itmişdir. Hal-hazırda iddiaçının doğum faktını təsdiq edən doğum haqqında şəhadətnamə olmadığına görə şəxsiyyət vəsiqəsi əldə edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə ‘'Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə iclasında İddiaçı qızı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, X12 25.08.2021-ci il tarixdə doğum haqqında təkrar şəhadətnaməsinin istənilməsi ilə bağlı Sumqayıt “ASAN xidmət” X8 müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarının 1.7-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. X4 şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün yaşayış yeri üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdeh sonda iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 №li inteqrasiya təlimli internat məktəbinin 227 №li, 23.08.2021-ci il tarixli Arayışına əsasən, 04.05.1981-ci il təvəllüdlü İddiaçı 1991-ci ildə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin İV sinifinə qəbul edilmiş, 01.05.1999-cu ildə X sinifi bitimişdir. Doğruluğu Sumqayıt şəhəri 1 saylı MKS-nin rəisi, qonşular X5, X6, X10, X7 və X11 tərəfindən təsdiq edilmiş 14 oktyabr 2021-ci il tarixli Akta əsasən ünvan 1 ünvanında İddiaçı qeydiyyatsız yaşayır. Qonşular onu İddiaçı kimi tanıyır. Məhkəmənin 04.10.2021-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı doğum haqqında akt qeydinin surəti və arayışı 26.10.2021-ci il tarixdə, 19.10.2021-ci il tarixli 21561 saylı məktubla daxil olmuşdur. İddiaçı doğum haqqında akt qeydinin surəti və 19.10.2021-ci il tarixli, 3/1125 saylı arayışdan görünür ki, İddiaçı 04 may 1981-ci il tarixdə Kürdəmir rayon Karrar kəndində anadan olmuşdur. Bu barədə 10 iyul 1981-ci il tarixdə Kürdəmir rayon kənd İcra Nümayəndəliyində 71 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X18 Nikolayeviçmilliyəti azərbaycanlıdır; anası-X9-milliyəti azərbaycanlıdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı cavabdehə müraciət edərək “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Əsasnamənin 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İş marerialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 №li inteqrasiya təlimli internat məktəbinin 227 №li, 23.08.2021-ci il tarixli Arayışına əsasən, 04.05.1981-ci il təvəllüdlü İddiaçı 1991-ci ildə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin İV sinifinə qəbul edilmiş, 01.05.1999-cu ildə X sinifi bitimişdir. Doğruluğu Sumqayıt şəhəri 1 saylı MKS-nin rəisi, qonşular X5, X6, X10, X7 və X11 tərəfindən təsdiq edilmiş 14 oktyabr 2021-ci il tarixli Akta əsasən ünvan 1 ünvanında İddiaçı qeydiyyatsız yaşayır. Qonşular onu İddiaçı kimi tanıyır. Məhkəmənin 04.10.2021-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı doğum haqqında akt qeydinin surəti və arayışı 26.10.2021-ci il tarixdə, 19.10.2021-ci il tarixli 21561 saylı məktubla daxil olmuşdur. İddiaçı doğum haqqında akt qeydinin surətindən və 19.10.2021-ci il tarixli, 3/1125 saylı arayışdan görünür ki, İddiaçı 04 may 1981-ci il tarixdə Kürdəmir rayon Karrar kəndində anadan olmuşdur. Bu barədə 10 iyul 1981-ci il tarixdə Kürdəmir rayon kənd İcra Nümayəndəliyində 71 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X18 Nikolayeviçmilliyəti azərbaycanlıdır; anası-X9-milliyəti azərbaycanlıdır. Göründüyü kimi İddiaçı qızının şəxsiyyətini müəyyən edən məlumatlar adıçəkilən sənədlərdə öz əksini tapmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Sumqayıt “ASAN XİDMƏT” X3 üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Sumqayıt “ASAN XİDMƏT” X3 üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1828/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1828/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver