Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1828/2023 05.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********567000 saylı əmrinin ləğv edilməsi və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********567000 saylı əmrinin ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdehin xx.xx.2022-ci il tarixli, **********567000 saylı əmrinin ləğv edilməsi və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə əvvəlki vəzifəsinə bərpa edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdən müsabiqə yolu ilə xidmətə qəbul olunaraq vergi orqanlarında xidmətə başlamışdır. İlkin olaraq xidmətini 10 saylı Ərazi Vergilər İdarəsində (Qəbələ rayonu) başlamışdır. Xidmət illərində daim nümunəvi işləyərək üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Ailə vəziyyəti və daimi yaşayış yeri Sumqayıtda olması ilə əlaqədar xx.xx.2017-ci il tarixdə xidmət yeri dəyişdirilərək Sumqayıt şəhərində yerləşən 2 saylı Ərazi Vergilər Baş İdarəsində işləməyə davam etmiş, son olaraq həmin idarədə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. X12 Xidmətinin xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, "Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı bəndinə əsasən mənim vergi orqanlarında xidmətimə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi onun xx.xx.2022-ci il tarixdə imzaladığı akt göstərilmişdir. Həmin aktın mahiyyəti isə ondan ibarət olmuşdur ki, "xxxx" QSC-də keçirilən təkrar baxış zamanı mühasibat sənədləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq aşkara çıxmış və nəticələr rəsmiləşdirilmişdir. Sonradan həmin müəssisə ilə "'Metallurq'' MMC arasında mübahisə yarandığı üçün həmin akt da hüquq mühafizə orqanına təqdim edilmişdir. Hesab edir ki, sözügedən akta görə işdən çıxarılmasında nəticələnmiş əmr qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və yenidən əvvəlki iş yerində əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Belə ki, cavabdeh inzibati orqan onun həmin aktı imzalamasını səlahiyyət həddini aşmaq kimi qiymətləndirmiş və bunun sonralar da nümayəndəsi olduğu orqana, yəni vergi xidməti orqanına hər hansı xələl gətirəcəyini hesab etmişdir. Lakin işlərin gedişatı tamam əksinə olmuşdur. Belə ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında yaranmış mübahisəyə son qoyulmuş və tərəflər razılığa gəlmişlər. Bu isə o deməkdir ki, tərəflər razılığa gəldiyi üçün hər hansı çatışmazlıq, uyğunsuzluq da aradan qalxmışdır və gələcəkdə həmin müəssisələrə təyin olunacaq vergi yoxlamalarına da heç bir təsir olmayacağı deməkdir. Başqa sözlə, onun bu əməli nümayəndəsi olduğu orqana heç bir xələl gətirmədi və gələcəkdə də gətirməyəcək. Başqa sözlə, törətdiyi xəta xidmət etdiyi orqan üçün nəinki ağır, ümumiyyətlə heç bir nəticəyə səbəb olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin inzibati orqan araşdırmanı sonadək aparmadan onun 10 ildən artıq vergi orqanlarında xidmət etdiyini, himayəsində 3 azyaşlı uşağının olmasını, ailənin yeganə gəlir gətirən üzvü olduğunu, törətdiyi əməlin gərgin iş rejimindən sonra heç bir maraq və mənfəətin olmadan yüngül ehtiyatızlıqdan baş verdiyini nəzərə almamış və törədilən pozuntunu kobud pozuntu kimi qiymətləndirmişdir. Bu səbəbdən də hesab edir ki, aşkar edilmiş və nöqsan kimi qəbul edilmiş pozuntu onun xidmətdən xaric edilməyinə əsas ola bilməz. Həmin nöqsan sadəcə olaraq başqa intizam tənbehlərinin qəbul edilməsinə əsas ola bilərdi ki, bunu da inzibati orqan qəti olaraq nəzərə almamışdır. Ümumiyyətlə, qeyd olunmalıdır ki, əmək funksiyasının icrası zamanı hər hansı pozuntunun kobud pozuntu hesab edilməsi üçün ciddi əsaslar olmalı, həmin pozuntu işəgötürən üçün ağır nəticələrə səbəb olmalıdır. Başqa sözlə, törədilmiş xəta ilə tətbiq olunmuş intizam tənbehi düz mütənasib olmalıdır. Çünki cəza həmişə törədilmiş əmələ adekvat cavabdır. Hesab edir ki, törətdiyi xətaya münasibətdə ona tətbiq olunmuş intizam tənbehi qeyri-adekvat və eyni zamanda çox ağırdır. Doğrudur, inzibati orqanda xidmətə qəbul, xidmətdən xaric edilmə, hansı əsaslarla xaric edilmə məsələsini həll etmək müstəsna olaraq cavabdehə məxsus hüquqdur. Bundan başqa, həmin hüquq qanunvericilikdə cavabdehin diskresion səlahiyyəti kimi təsbit edilmişdir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məsqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq da həqiqətən də, hüquqi şəxslərlə işlədiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi arasında mübahisə olduğunu, lakin sonrada bu mübahisənin arada qalxdığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X9 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsinin vergi proqnozları və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmış, tutduğu sonuncu vəzifə isə 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi olmuşdur. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********567000 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə” 46-cı maddəsinin 5-ci hissəsinə əsasən İddiaçı vergi orqanlarında xidmətinə xitam verilmişdir. İntizam tənbehinin tətbiqi ilə bağlı bildiririk ki, "AZMET” QSC-nin rəhbəri X4 tərəfindən küllü miqdar təşkil edən 5.500.000,0 manat məbləğində pul vəsaitinin mənimsənilməsi barədə vətəndaş X3 tərəfindən Sumqayıt şəhər Prokurorluğuna müraciət daxil olmuşdur. Sumqayıt şəhər prokuroru tərəfindən kommersiya və peşə sirri təşkil edən məlumatların ələ keçirilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş və məhkəmənin xx.xx.2022-ci il 1адхй_5(0.6.0Ы9.9/2.022_ nömrəli qərarı ilə təqdimat təmin edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı İddiaçı və digər şəxslərin iştirakı tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən "RUZİ METAL MMC-nin icarəyə götürdüyü əraziyə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və xammal və hazır məhsul aşkar edilmədiyi barədə akt tərtib olunduğundan, bu gün həmin aktda göstərilənlər qeydiyyata qoyulmuş obyektlərin müşahidə baxış hərəkətlərin yoxlanılması üçün əraziyə gəlmiş vergi əməkdaşının iştirakı ilə yenidən yoxlanılmış, icarəyə götürülmüş əraziyə baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli aktda göstərilənlər bir daha öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli aktla AZMET QSC-nin xx.xx.2022-ci il tarixdə fəaliyyətini müqavilə müddəti başa çatmadan dayandıraraq əməkdaşları tərəfindən ofisdən bütün sənədlər və hesabatların aparıldığı kompüterlər, video müşahidə kameraları və hard disk gizli şəkildə götürülüb aparıldığından onların fəaliyyət göstərdikləri xammal qəbulu, emalı sahələri və hazır məhsul anbarında mal-material qalığının olub-olmaması yoxlanılmış və ərazidə hər hansı bir xammal və hazır məhsul qalığı aşkar edilmədiyi müəyyən edilmişdir. Bu gün yenidən həmin ərazilərə təkrarən baxış keçirilərkən ərazidə AZMET QSC-yə məxsus təqribən 30-40 ton yararsız vəziyyətdə olan metal qırıntısı və RUZİ METAL MMC-nin mühasibat sənədləri əsasında ona məxsus olan və ərazidə baxış zamanı faktiki aşkar edilən 1.137.848,0 manat dəyərində müxtəlif metal tullantılarının olduğu aşkar olundu." Həmin akt vergi orqanı əməkdaşının təsdiq etdiyi hüquqi əhəmiyyət kəsb edən sənəd kimi nəzərə alınaraq ibtidai araşdırma və məhkəmə prosesində istifadə edilmişdir. Halbuki, vergi orqanı əməkdaşı İddiaçı özbaşına olaraq vəzifə səlahiyyətlərinə aid olmayan hərəkətlərə yol verərək əraziyə baxış keçirmiş, xx.xx.2022-ci il tarixli aktın doğruluğunu, 1.137.848,0 manat məbləğində malların RUZİ METAL MMC-yə məxsus olduğunu təsdiq etmiş, həmin obyektdə yol verilmiş qanunsuzluqlarla bağlı prokurorluq tərəfindən araşdırma aparılmasını nəzərə almayaraq, sübut əhəmiyyətli sənədi qanunla müəyyən edilmiş hüquq və vəzifələrinə aid olmadığı halda imzalamış, şəxsi maraqları (cəmiyyətin rəhbərinin əvvəllər vərgi orqanı əməkdaşı olması (X2 xx.xx.2010-xx.xx.2021ci il tarixlərində vergi orqanlarında çalışmış, tutduğu sonuncu vəzifə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi İdarəsinin İstehsal sahəsinin auditi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi olmuşdur) vəzifə funksiyalarının obyektiv icarsına təsir göstərmiş, vəzifə funksiyaları ilə şəxsi maraqları arasında ziddiyyət yaranmasına baxmayaraq, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə məlumat verməmiş, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi ödəyicisinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləmiş, qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, İmtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə yol vermişdir. Eyni zamanda, vergi orqanı əməkdaşı kimi İddiaçı aktı imzalaması araşdırma və məhkəmə prosesi zamanı tərəflərdən birinin müdafiəsi kimi qiymətləndirilə, habelə aktın düzgünlüyü mübahisələndirilərkən vergi orqanlarının nüfuzuna xələl gələ bilər. Bu hərəkətlərə yol verməklə İddiaçı xidməti fəaliyyətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci və 31.0.2-ci maddələrinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 34-cü maddəsinin 2-ci və 6-cı abzaslarının, "Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydalan"nın 3.1.2-ci, 3.2.1-ci, 3.7.1-ci, 3.10.1ci və 3.10.2-ci yarımbəndlərinin, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili xidməti intizam Qaydaları"nın 4.1.1-ci, 4.1.2-ci, 4.1.3-cü və 4.1.4-cü yarımbəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 48-ci maddəsinin tələbləri nəzərə alaraq, dövlət vergi müfəttişi İddiaçı Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanlarında xidmətinə xitam verilməsi xx.xx.2022-ci il tarixli **********547500 nömrəli xidməti məruzə ilə (sənədin dərkənar qəbulu və aidiyyəti üzrə icra üçün verilməsi xx.xx.2022-cİ il tarixdə olmuşdur) təklif olunmuş, təklif məqsədəmüvafiq hesab edilərək Xidmət rəisinin xx.xx.2022-ci il tarixli **********567000 nömrəli əmri ilə onun vergi orqanlarında xidmətinə müvafiq əsaslarla xitam verilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdeh inzibatı orqan onun aktı imzalamaqla bağlı hərəkətini səlahiyyət həddini aşmaq kimi qiymətləndirmiş və bunun sonralar da nümayəndəsi olduğu orqana, yəni vergi xidməti orqanına hər hansı xələl gətirəcəyini hesab etmişdir. Lakin işlərin gedişatı tamam əksinə olmuş, "xxxx" MMC ilə "xxxx" QSC arasında yaranmış mübahisəyə son qoyulmuş və tərəflər razılığa gəlmişlər. Tərəflər razılığa gəldiyi üçün hər hansı çatışmazlıq, uyğunsuzluq yoxdur və həmin aktın gələcəkdə həmin müəssisələrə təyin olunacaq vergi yoxlamalarına da heç bir təsir olmayacaqdır. Başqa sözlə, bu əməli nümayəndəsi olduğu orqana heç bir xələl gətirməmiş və gələcəkdə də gətirməyəcək. Başqa sözlə, törətdiyi xəta xidmət etdiyi orqan üçün nəinki ağır, ümumiyyətlə heç bir nəticəyə səbəb olmamışdır. İddiaçının bu dəlilə münasibətdə bildiririk ki, onun hərəkətlərinin vergi orqanına birbaşa xələl gətirib-gətirməməsindən asılı olmayaraq, səlahiyyəti olmadan qeyd edilən aktı imzalaması artıq əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin məcəllənin 72ci maddəsinin ə bəndinə əsasən işçi tərəfindən əmək funksiyası pozulduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozulması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Belə ki, F. Babayevin xidmət zamanı yol verdiyi nöqsanlara görə 2 saylı ƏVBl-nin xx.xx.2022-ci il tarixli **********137400 nömrəli əmri ilə onun barəsində “töhmət" intizam tənbehi tədbiri görülmüşdür. Qüvvədə olan intizam tənbehi tədbiri olmasına baxmayaraq İddiaçı təkrar intizam pozuntusuna yol vermişdir. Göründüyü kimi iddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Başqa sözlə, İddiaçı avqust ayında “töhmət" almasına baxmayaraq həmin intizam tənbehindən 2 ay keçməmiş ötən ilin oktyabr ayında sözügedən intizam xətasını törətmişdir. Həmçinin iddiaçı həmin obyektdə yol verilmiş qanunsuzluqlarla bağlı prokurorluq tərəfindən araşdırma aparılmasına diqqət yetirməyərək, sübut əhəmiyyətli sənədi qanunla müəyyən edilmiş hüquq və vəzifələrinə aid olmadığı halda imzalamış, şəxsi maraqları (cəmiyyətin rəhbərinin əvvəllər vergi orqanı əməkdaşı olması və s.) vəzifə funksiyalarının obyektiv icrasına təsir göstərmiş, vəzifə funksiyaları ilə şəxsi maraqları arasında ziddiyyət yaranmasına baxmayaraq, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə və ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə məlumat verməmiş, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi ödəyicisinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləmiş, qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol vermişdir. Bu halın özü icra intizamı, vergi orqanlarının funksional fəaliyyəti və nüfuzu baxımından kifayət qədər ağır nəticə sayılır. İddiaçının digər dəlilinə əsasən inzibati orqan onun 10 ildən artıq vergi orqanlarında xidmət etdiyini, himayəsində 3 azyaşlı uşağının olmasını, ailənin yeganə gəlir gətirən üzvü olduğunu, törətdiyi əməlin gərgin iş rejimindən sonra heç bir maraq və mənfəəti olmadan yüngül ehtiyatızlıqdan baş verdiyini nəzərə almamış və törədilən pozuntunu kobud pozuntu kimi qiymətləndirmişdir. Qeyd olunan dəlilə münasibətdə bildirik ki, cavabdeh tərəfindən inzibati icraat tam və hərtərəfli təşkil edilmiş, işin bütün hallarının araşdırılması təmin edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(060)-769/2022 nömrəli qərarı 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olduqdan sonra işin hallarının araşdırılması üçün xx.xx.2022-ci il tarixində iddiaçının izahatı alınmış, daha sonra məsuliyyət məsələsinə baxılması üçün xx.xx.2022-ci il tarixli **********783900 nömrəli məktubla Dövlət Vergi Xidmətinin Aparatına müraciət edilmişdir. Daha sonra xidməti araşdırmanın davamı kimi Xidmətin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçının izahatı alınmış və xx.xx.2022-ci il tarixli **********547500 nömrəli xidməti məruzə ilə intizam tənbehinin tətbiqi üçün Xidmət rəisinin dərkənarına verilmişdir. Xidməti araşdırmanın yekunu olaraq xx.xx.2022-ci il tarixində Xidmət rəisi tərəfindən daxili sənəd dərkənara qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, Əmək Məcəlləsinin 80-cı maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “b" və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmr layihəsinə münasibət bildirilməsi üçün xx.xx.2022-ci il tarixli **********48500 məktubla 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin İlk Həmkarlar Təşkilatına müraciət edilmişdir. 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin İlk X1 Komitəsinin xx.xx.2022-ci il tarixli 14 nömrəli protokulu ilə Dövlət Vergi Xidmətinin əmr layihəsinə razılıq verilmişdir. X10 Xidmətinin xx.xx.2022-ci il tarixli **********567000 nömrəli əmri ilə İddiaçı vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. İddiaçı hazırkı iddia ərizəsində törədilən pozuntunu kobud pozuntu kimi qəbul etməsə də, DVX-ya etdiyi xx.xx.2022-ci il tarixli **********616900 nömrəli müraciətində törətdiyi əməlin kobud pozuntu olduğunu etiraf edərək səmimi peşmanlıq duyduğunu göstərmişdir. İddiaçı tərəfindən törədilmiş pozuntunun xarakteri, ağırlıq dərəcəsi, qısa müddət ərzində təkrar pozuntuya yol verməsi ailə vəziyyəti ilə bağlı göstərdiyi halların nəzərə alınmasına imkan verməmişdir. Əlavə olaraq bildirmək istərdik ki, “Metallurq" MMC ilə "xxxx" QSC arasında yaranmış mübahisəyə son qoyulması və tərəflərin razılığa gəlməsi barədə hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Daha sonra İddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdeh inzibati orqan sözügedən intizam tənbehini tətbiq edərkən prosessual müddəti ötürmüşdür. "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 49-cu maddəsində deyilir ki, intizam tən bel intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması halında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər. Həmçinin işdən çıxma əmrinmdə qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş idarəsi Dövlət Vergi Xidmətinə müraciət edərək barəsində məsuliyyət məsələsinə baxılmasını xahiş etmişdir. Bu o deməkdir ki, artıq 21 oktyabr 2022-ci il tarixdən cavabdeh törədilmiş xəta barədə məlumatlı idi. Bununla əlaqədar 26 oktyabr 2022-ci il tarixdə onun izahatı alınmışdır. Ondan başqa heç kimin izahatı alınmamış, başqa da heç bir araşdırma aparılmamışdır. Bu minvalla cavabdeh sözügedən əmri ən geci 21 noyabr 2022-ci il tarixdə verməli idi. Lakin 8 dekabr 2022-ci il tarixdə xidmətdən azad edilmə əmri verilmişdir. İddiaçının bu dəlilinə münasibətdə bildirmək istərdik ki, daha əvvəl qeyd edildiyi kimi Sumqayıt Şəhər Məhkəməsin xx.xx.2022-ci il tarixli 5(060)-769/2022 nömrəli qərarı 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olduqdan sonra işin hallarının araşdırılması üçün xx.xx.2022-ci il tarixində iddiaçının izahatı alınmış, məsuliyyət məsələsinə baxılması üçün xx.xx.2022-ci il tarixli **********783900 nömrəli məktubla Dövlət Vergi Xidmətinin Aparatına müraciət edilmişdir. Bundan sonra xidməti araşdırmanın davamı kimi Dövlət Vergi Xidmətinin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçının izahatı alınmış və xx.xx.2022-ci il tarixli **********547500 nömrəli xidməti məruzə ilə intizam tənbehinin tətbiqi üçün Xidmət rəisinin dərkənarına verilmişdir. Xidməti araşdırmanın yekunu olaraq xx.xx.2022-ci il tarixində Xidmət rəisi tərəfindən daxili sənəd dərkənara qəbul edilmiş və icra üçün aidiyyəti struktura verilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 49-cu maddəsinə nəzər saldıqda aydın olur ki, intizam tənbehi olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti araşdırmanın qurtardığı gündən bir ay müddətində tətbiq edilə bilər. Qeyd etmək istərdik ki, Xidmət rəisi tərəfindən daxili sənədin dərkənara qəbul edilməsi və aidiyyəti struktura icra üçün verilməsi (xx.xx.2022-ci il) xidməti araşdırmanın qurtardığı gün hesab edilir. Yuxarıda sadalananlardan aydın olur ki, vergi orqanı tərəfindən intizam tənbehi tətbiq edilərkən prosessual müddətin buraxılmasına yol verilməmişdir. Göründüyü kimi İddiaçı vergi orqanında işlədiyi halda qulluq mövqeyindən suiistifadə etməsi, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləməsi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmaması, qanunpozuntusu hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməməsi və həmin qanunpozuntusu halının iştirakçısı olması xidməti araşdırma zamanı toplanmış sübutlarla təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunan hərəkətlərə yol verməklə İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.2-ci maddəsinin, “'Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 34-cü maddəsinin 5-ci abzasının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” qaydalarının 4.2-ci bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydalan"nın 2.0.2-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndində nəzərdə tutulmuş normanın pozulmasına yol vermiş, yəni əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən birinə aid olan əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Vergi Məcəlləsinin 31-ci maddəsinə əsasən həmin Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək və vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək vergi orqanlarının vəzifəli şəxsləri vəzifələrinə aid edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanının vəzifəli şəxsi vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirməyə borcludur. Həmçinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.2-ci bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) yüksək mənəvi keyfiyyətlərə və prinsipiallığa malik olmalı, vergi qanunvericiliyinin pozulması hallarına qarşı barışmaz mövqe tutmalı, xidməti fəaliyyətlərini düzgünlük və ədalətlilik prinsipləri əsasında qurmalıdırlar. “Dövlət vergi orqanı əməkdaşlarının etik davranış Qaydalarının” 2.0.2-ci yarımbəndinə əsasən isə əməkdaşların etik davranış qaydaları müəyyən edilərkən rəhbər tutulan dəyərlərdən biri vicdanlılıq və dürüstlükdür, yəni vəzifə funksiyalarının şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə səmərəli yerinə yetirilməsi, onların icrası zamanı həqiqi faktların, hadisələrin və məlumatların üzə çıxarılması və aidiyyəti üzrə təqdim edilməsidir. Həmin Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Bununla yanaşı həmin Qaydaların 3.10.1-ci yarımbəndinə görə əməkdaş vəzifə funksiyaları ilə şəxsi maraqlarının toqquşması halında bu maraqların vəzifə funksiyalarının obyektiv və qərəzsiz icrasına təsir göstərməsinə və ya belə təsir fikri yaratmasına yol verməməli, qanunsuz olaraq vəzifə funksiyalarından şəxsi maraqları üçün istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda vergi orqanı əməkdaşı olmasını qabartmamalıdır və 3.10.2-ci yarımbəndinə görə əməkdaşın vəzifə funksiyaları ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi və ya yarandığı hallarda, o, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə və ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə yazılı məlumat verməyə borcludur. Göründüyü kimi, İddiaçı yuxarıda sadalanan normalara əməl etməmiş və onun barəsində intizam tənbehi tədbirləri görülərkən, o cümlədən vergi orqanlarında xidmətinə xitam verilərkən onun bundan əvvəl yol verdiyi intizam pozuntuları, habelə şəxsiyyəti, törətdiyi xətanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmışdır. Göstərilənlərə əsasən hesab edirik ki, iddia tələbinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli tərəfindən imzalanmış **********567000 saylı, xx.xx.2022-ci il tarixli “İnzitam tənbehi tədbirinin görülməsi barədə” əmrinin surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vegri müfəttişi İddiaçı Məhdəyyin oğlunun xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi üç hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “əmrin ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən **********567000 saylı, xx.xx.2022-ci il tarixli “İnzitam tənbehi tədbirinin görülməsi barədə” əmr iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı mübahisələndirilən əmrdən və iş materiallarında olan digər sənədlərdən müəyyən olundu ki, sabiq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi İddiaçı Məhdəyyin oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən mübahisələndirilən, yəni Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli tərəfindən imzalanmış **********567000 saylı, xx.xx.2022-ci il tarixli “İnzitam tənbehi tədbirinin görülməsi barədə” əmrlə vəzifəsindən azad edilmişdir. İddiaçının tələbi üç hissədən ibarətdir:
1. cavabdehin xx.xx.2022-ci il tarixli, **********567000 saylı əmrinin ləğv edilməsi;
2. iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi;
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə əvvəlki vəzifəsinə bərpa edilməsi. Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının tələbləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qanunvericilik normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş , “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. Əsasnamənin 2-ci bəndinə əsasən vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Əsasnamənin 3-cü bəndinə əsasən vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər. Əsasnamənin 4-cü bəndinə əsasən bu Əsasnamədə vergi orqanlarının vəzifəli şəxsləri dedikdə vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Əsasnamənin 34-cü bəndinə əsasən vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək. Əsasnamənin 41-ci bəndinə əsasən xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. Əsasnamənin 43-cü bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təminatlarına, habelə müvafiq icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl edirlər. Əsasnamənin 46-cı bəndinə görə vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Əsasnamənin 79-cu bəndində görə vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə məhkəmə hesab edir ki, göründüyü kimi İddiaçı yuxarıda qeyd olunan hüquq normalarının tələblərini pozduğuna və vəzifə səlahiyyətlərinə aid olmayan hərəkətlərə yol verməklə törətdiyi əməlin xarakter və ağırlığı nəzərə alınaraq, o Dövlət Vergi Xidmətinin orqanlarından vəzifəsindən azad edilmişdir. İddiaçı şifahi məhkəmə iclası zamanı da vəzifə səlahiyyətlərinə aid olmayan hərəkətlərə yol verdiyini bildirmiş, etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslılığını sübut etməli olduğu halda bunu edə bilmədiyindən və cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olduğundan iddia təmin edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının digər tələblərinə münasibətdə isə qeyd qeyd etməyi zəruri hesab edir ki, digər tələblər birinci tələbdən asılı olduğuna və birinci tələbin təmin edilməsi mümkün olmadığına görə iddia tələbinin digər hissələrinində təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********567000 saylı əmrinin ləğv edilməsi və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********567000 saylı əmrinin ləğv edilməsi və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva