Məhkəmə qərarları › İş №2-1(118)-183/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-183/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-183/2021 05.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsinin baş direktoru(direktor müavini) Anar Qurbanovun “xxxx” MMC barəsində tərtib etdiyi **********893300 nömrəli 11.06.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********654600 nömrəli 13.07.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə və **********027000 nömrəli 22.10.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarların ləğv edilməsi” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC 31 may 2020-ci il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “2 saylı Ərazi Vergilər Baş İdarəsinin baş direktoru (direktor müavini) Anar Qurbanovun “xxxx” MMC barəsində tərtib etdiyi № **********853300 saylı 02.03.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, 03.03.2020-ci il tarixli № **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə, № **********942100 saylı 06.05.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, 07.05.2020-ci il tarixli № **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə, № **********328500 saylı 08.05.2020ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, № **********326100 saylı 08.05.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və 12.05.2020-ci il tarixli № **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə Qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra 30 mart 2021-ci ildə iddiaçı tərəf iddiasını dəqiqləşdirərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinin baş direktoru(direktor müavini) Anar Qurbanovun “xxxx” MMC barəsində tərtib etdiyi **********893300 nömrəli 11.06.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********654600 nömrəli 13.07.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə və **********027000 nömrəli 22.10.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vergi orqanı vergi ödəyicisinin verdiyi dəqiqləşmiş bəyannamələr əsasında yeni qərarlar qəbul edildiyini, iddia müddətlərinin ötürülməsi ilə yeni qərarların mübahisələndirildiyini bildirmiş və iddia müddətinin tətbiq edilərək, iddianın mümkün sayılmaması barədə vəsatət vermişdir. Vəsatət onunla əsalandırılmışdır ki, iddiaçı “xxxx” MMC məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək “11.06.2020-ci il tarixli **********893300 nömrəli, 13.07.2020-ci il tarixli **********654600 nömrəli, 22.10.2020-ci il tarixli **********027000 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsini” xahiş etmişdir. İddia ərizəsinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “11.06.2020-ci il tarixli **********893300 nömrəli nömrəli qərar 12.06.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 13.06.2020-ci il tarixdə, saat 09:16-da oxunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “13.07.2020-ci il tarixli **********654600 nömrəli qərar 14.07.2020ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 14.07.2020-ci il tarixdə, saat 18:05-də oxunmuşdur. "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “22.10.2020-ci il tarixli **********027000 nömrəli nömrəli nömrəli qərar 23.10.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 23.10.2020-ci il tarixdə, saat 16:44-də oxunmuşdur. İddiaçının ərizəsinə əsasən “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanılmış və yazışmalar elektron qaydada aparılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinin predmetini vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (qərarların) elektron şəkildə göndərilməsi təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İPM-nin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati qərar iddiaçıya təqdim edilmiş və qanunun tələbinə əsasən iddiaçı tərəfindən 30 gün müddətində şikayət instansiyasına və ya məhkəməyə müraciət edilməklə mübahisələndirilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 70.2-1.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra həmin qərar təqdim edilmiş sayılır. Həmçinin Vergi Məcəlləsinin 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra qərar təqdim edilmiş sayılır. Göründüyü kimi, yuxarıda qeyd edilən və iddiaçıya təqdim edilən sənədlərin təqdim edilməsi vaxtından uzun müddət keçdikdən sonra məhkəməyə ərizə verməklə mübahisələndirmişdir ki, bu da iddia verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddia müddətinin tətbiqi ilə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə prosesi gedişində hüquqi yardım edilmiş, mübahisələndirilən qərarların ayrı inzibati aktlar olduğu, iddia müddətinin üzürlü səbəbdən ötürüldüyü halda ötürülmüş müddətin bərpası barədə ərizə verilməsi imkanının olduğu izah edilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 iştirak etmiş, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı vəsatətinin əsassız olduğunu bildirmiş və qeyd etmişdir ki, məhkəmə prosesinin davam etdiyi müddət ərzində mübahisələndirilən qərarlardan **********853300 nömrəli 02.03.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********942100 nömrəli 06.05.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və **********328500 nömrəli 08.05.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarlar vergi orqanı tərəfindən ləğv edilmiş, Qərarların mahiyyətində və məzmununda (hətta bir rəqəm belə dəyişdirilməmişdir) heç bir dəyişiklik olmadan, sadəcə olaraq nömrəsi və tarixi dəyişilməklə **********893300 nömrəli 11,06.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********654600 nömrəli 13.07.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və **********027000 nömrəli 22.10.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə yeni Qərarlar tərtib olunmuşdur. Hər üç Qərarda “Bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır.” deyə qeyd yazısı vardır. Buradan aydın olur ki, Qərarların tarixi və nömrəsi yeni olsa da, mahiyyət və məzmun etibarı ilə hər üç Qərar özündən əvvəlki, yəni məhkəmə mübahisəsinin predmeti olan vergi borcunu əks etdirən Qərarların eynisidir. Mübahisələndirmə haqqında iddia ərizəsindən də görünür ki, iddiaçı vergi dövrü üzrə hesablanmış vergi borcunu mübahisələndirmişdir. Mahiyyət və məzmununda heç bir dəyişiklik olmadan vergi borcu üzrə yeni qərarların verilməsi yalnız texniki məsələ ola bilər. Həmçinin bildirmişdir ki, cavabdeh özü də məhkəməyə təqdim etdiyi **********180000 nömrəli 11.03.2021 -ci tarixli Etiraz məktubunda və **********169900 nömrəli 11.03.2021 -ci il tarixli Vəsatətində də adı çəkilən Qərarların eyni mübahisənin predmeti olduğunu vurğulayır. Cavabdehin iddia müddətinin tətbiqi barədə **********08600 nömrəli 09.04.2021-ci il tarixli ərizəsinə münasibətdə qeyd edir ki, mübahisələndirilən qərarların hər birində mübahisəyə səbəb olan vergi dövrü və hesablanmış vergilər öz əksini tapmışdır. Yəni vergi dövrü və hesablanmış vergi borcunda heç bir dəyişiklik olmadığı üçün qərarın nömrəsinin və tarixinin dəyişməsi həmin qərara yenilik gətirə bilməz, Bu səbəbdən də iddia müddətinin ötürülməsindən bəhs edən iddia müddətinin tətbiqi barədə ərizə rədd edilməlidir. Artıq 1 (bir) ilə yaxın müddətdir ki, davam edən 2-1(118)-183/2021 nömrəli inzibati iş üzrə həm məhkəmə araşdırması lazımi səviyyədə həyata keçirilmiş, həm də iş üzrə xüsusi biliyə malik olan ekspertin rəyi mövcuddur. Məhkəmə araşdırması dövründə mübahisə doğuran bütün məqamlara iddiaçı tərəfindən təqdim olunan sənədlər, həmçinin ekspert rəyi ilə aydınlıq gətirilmişdir. Vicdanlı vergi ödəyicisi kimi dövlətin maraqlarından çıxış edərək bildirlər ki, məhkəmə çəkişməsinin davam etdiyi müddət ərzində məhkəmə araşdırmasına kifayət qədər əmək sərf olunmuş və xərclər formalaşmışdır. Məhz bu səbəbdən mahiyyət və məzmun etibarı ilə heç bir dəyişiklik olmayan yeni qərarların yeni məhkəmə mübahisəsinin predmeti olması məhkəmələrdə iş yükünün lüzumsuz yerə artırılması ilə nəticələnə bilər. İddiaçının nümayəndısi işə mahiyyəti üzrə baxılmasını, zərurət varsa Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “2 saylı Ərazi Vergilər Baş İdarəsinin baş direktoru (direktor müavini) Anar Qurbanovun “xxxx” MMC barəsində tərtib etdiyi № **********853300 saylı 02.03.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, 03.03.2020-ci il tarixli № **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə, № **********942100 saylı 06.05.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, 07.05.2020-ci il tarixli № **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə, № **********328500 saylı 08.05.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, № **********326100 saylı 08.05.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və 12.05.2020-ci il tarixli № **********364900 saylı ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə Qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinin baş direktoru(direktor müavini) Anar Qurbanovun “xxxx” MMC barəsində tərtib etdiyi **********893300 nömrəli 11.06.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********654600 nömrəli 13.07.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə və **********027000 nömrəli 22.10.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qeyd edir ki, iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “11.06.2020-ci il tarixli **********893300 nömrəli nömrəli qərar 12.06.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 13.06.2020-ci il tarixdə, saat 09:16-da oxunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “13.07.2020-ci il tarixli **********654600 nömrəli qərar 14.07.2020ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 14.07.2020-ci il tarixdə, saat 18:05-də oxunmuşdur. "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “22.10.2020-ci il tarixli **********027000 nömrəli nömrəli nömrəli qərar 23.10.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 23.10.2020-ci il tarixdə, saat 16:44-də oxunmuşdur. İddiaçı həmin qərarları vaxtından uzun müddət keçdikdən sonra məhkəməyə ərizə verməklə 30 mart 2021-ci il tarixdə mübahisələndirmişdir. İddiaçı tərəfə məhkəmə prosesi gedişində hüquqi yardım edilmiş, mübahisələndirilən qərarların ayrı inzibati aktlar olduğu, iddia müddətinin üzürlü səbəbdən ötürüldüyü halda ötürülmüş müddətin bərpası barədə ərizə verilməsi imkanının olduğu izah edilmişdir. İddiaçı tərəfin mövqeyi ondan ibarətdir ki, yeni qəbul edilmiş qərarlar ayrı inzibati akt hesab edilmədiyindən iddia müddətinin ötürülmüş hesab edilməsi mümkün deyil. İddiaçı tərəf qeyd edir ki, məhkəmə prosesinin davam etdiyi müddət ərzində mübahisələndirilən qərarlardan **********853300 nömrəli 02.03.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********942100 nömrəli 06.05.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və **********328500 nömrəli 08.05.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarlar vergi orqanı tərəfindən ləğv edilmiş, Qərarların mahiyyətində və məzmununda (hətta bir rəqəm belə dəyişdirilməmişdir) heç bir dəyişiklik olmadan, sadəcə olaraq nömrəsi və tarixi dəyişilməklə **********893300 nömrəli 11,06.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********654600 nömrəli 13.07.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və **********027000 nömrəli 22.10.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə yeni Qərarlar tərtib olunmuşdur. Hər üç Qərarda “Bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır.” deyə qeyd yazısı vardır. Buradan aydın olur ki, Qərarların tarixi və nömrəsi yeni olsa da, mahiyyət və məzmun etibarı ilə hər üç Qərar özündən əvvəlki, yəni məhkəmə mübahisəsinin predmeti olan vergi borcunu əks etdirən Qərarların eynisidir. Mübahisələndirmə haqqında iddia ərizəsindən də görünür ki, iddiaçı vergi dövrü üzrə hesablanmış vergi borcunu mübahisələndirmişdir. Mahiyyət və məzmununda heç bir dəyişiklik olmadan vergi borcu üzrə yeni qərarların verilməsi yalnız texniki məsələ ola bilər. Məhkəmə hesab edir ki, mübahisələndirilən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********893300 nömrəli 11.06.2020-ci il tarixli, **********654600 nömrəli 13.07.2020-ci il tarixli və **********027000 nömrəli 22.10.2020-ci il tarixli qərarları hər biri ayrı inzibati akt hesab edildiyi üçün, həmin qərarların hər biri üçün ayrı iddia müddəti tətbiq edilməlidir. İddiaçının iddia müddətinin ötürəlməməsi ilə bağlı əsas dəlili ondan ibarətdir ki, qərarların tarixi və nömrəsi yeni olsa da, mahiyyət və məzmun etibarı ilə hər üç Qərar özündən əvvəlki, yəni məhkəmə mübahisəsinin predmeti olan vergi borcunu əks etdirən Qərarların eynisidir. Mübahisələndirmə haqqında iddia ərizəsindən də görünür ki, iddiaçı vergi dövrü üzrə hesablanmış vergi borcunu mübahisələndirmişdir. Mahiyyət və məzmununda heç bir dəyişiklik olmadan vergi borcu üzrə yeni qərarların verilməsi yalnız texniki məsələ ola bilər. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, kameral qaydada hesablanmış vergi borcları ilə bağlı qəbul edilmiş qərarların hər biri ayrı inzibati akt kimi qəbul edilir və vergi ödəyicisi üçün hüquqi nəticələr yaradır. Kameral qaydada hesablanmış vergi borclarının əhatə etdiyi dövrlərlə bağlı vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamələrin verilməsi yeni hüquqi vəziyyət yaradır və vergi orqanı tərəfindən yeni fərqli qərarların qəbul edilməsi imkanı yaradır. Bu yeni qərarların vergi ödəyicisinin maraqlarına uyğun olmaması yeni qəbul edilmiş qərarların ayrı inzibati akt olmasını istisna etmir. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 70.2-1.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “11.06.2020-ci il tarixli **********893300 nömrəli nömrəli qərar 12.06.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 13.06.2020-ci il tarixdə, saat 09:16-da oxunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “13.07.2020-ci il tarixli **********654600 nömrəli qərar 14.07.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 14.07.2020-ci il tarixdə, saat 18:05-də oxunmuşdur. "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “22.10.2020-ci il tarixli **********027000 nömrəli nömrəli nömrəli qərar 23.10.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 23.10.2020-ci il tarixdə, saat 16:44-də oxunmuşdur. İddiaçının ərizəsinə əsasən “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanılmış və yazışmalar elektron qaydada aparılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinin predmetini vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (qərarların) elektron şəkildə göndərilməsi təşkil edir. Lakin iddiaçı 30 mart 2021-ci il tarixdə yuxarıda qeyd edilən qərarları mübahisələndirərək, iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı “xxxx” MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsinin baş direktoru (direktor müavini) Anar Qurbanovun “xxxx” MMC barəsində tərtib etdiyi **********893300 nömrəli 11.06.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********654600 nömrəli 13.07.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə və **********027000 nömrəli 22.10.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarların ləğv edilməsinə” dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsinin baş direktoru (direktor müavini) Anar Qurbanovun “xxxx” MMC barəsində tərtib etdiyi **********893300 nömrəli 11.06.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə, **********654600 nömrəli 13.07.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə və **********027000 nömrəli 22.10.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarların ləğv edilməsinə” dair iddiası mümkün sayılmasın. 145 (yüz qırx beş) manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertzası Mərkəzinin hesabına ödənilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar