Məhkəmə qərarları › İş №2-1(118)-183/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-183/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-183/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil Əmralı oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X2 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon XDS İK-nin 25 oktyabr 1991-ci il tarixli 235 saylı qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində “Layihətikinti-A“ MMC–yə ayrılmış 13,0 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində “Layihətikinti-A“ MMC-nin adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Layihətikinti-A” MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon XDS İK-nin 25 oktyabr 1991-ci il tarixli 235 saylı qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində “Layihətikinti-A“ MMC-yə ayrılmış 13,0 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində “Layihətikinti-A“ MMC-nin adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı kiçik müəssiəssi dövlət qeydiyyatına alınmış və Abşeron rayon XDS İK-nin 25 oktyabr 1991-ci il tarixli 235 saylı qərarı ilə 13,0 ha torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. Göstərilən torpaq sahəsi faktiki olaraq yerində ölçülərək ayrılmış və buna dair ayrıc aktı, həmçinin torpaq sahəsinin sxemi tərtib edilmişdir. Göstərilən torpaq sahəsinə dair 20 sentyabr 1991-ci il tarixdə 25 il müddətinə icarə müqaviləsi bağlanmışdır. 16 dekabr 1991-ci il tarixdə tərəflərin razılığı ilə və yeni icarə müqavilənin tərtibatı yolu ilə həmin icarə müddəti 50 illik mülddətə uzadılmışdır. İddiaçı kiçik müəssiəssi 17 avqust 1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində MMC kimi dövlət qeydiyyatına alınmış və ona 24972 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Fərmanına uyğun olaraq 07 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmış və həmin tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış verilmişdir. Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində 13 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Layihətikinti-A’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 13 ha torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquqmüəvvənedici sənədlər, ilkin bas planının və va təsdiq edilmiş ayrıc aktı, hüquqi şəxsin sənədləri, nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamənin ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan basqa təqdim edilmiş Abşeron rayon İcra Hakimiwətinin 23 mart 1992-ci il tarixli 118 saylı sərəncamı təhkim aktı və torpaq sahəsinin planının təmin edilməsi haqqında olması aşkar edilmişdir. Əlavə olaraq Abşeron rayon İcra Hakimiwətinin 23 mart 1992-ci il tarixli. 118 saylı sərəncamında sözügedən müəssisənin Abşeron RlK-in 25 oktyabr 1991-ci il tarixində yaradıldığı qeyd edilsə də, icarə müqaviləsinin uzadılması haqqında müqavilənin 20 sentyabr 1991-ci il tarixdə qeydə alındığı, həmçinin torpaq sahəsinin ölçüsünün sözügedən müqavilədə qevd olunmadığı aşkar olunmuşdur. Həmçinin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (220 KYT) mühafizə zolağında yerləşdiyi, əlavə olaraq başqa şəxslərin mülkiyyət və istifadəsində olduğu aşkar edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir, lakin nümayəndəsi səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Abşeron rayon XDS İK-nin 25 oktyabr 1991-ci il tarixli, 235 saylı qərarı ilə 13,0 ha torpaq sahəsinin İddiaçı kiçik müəssiəsəsinə ayrılması qərara alınmışdır. - Göstərilən torpaq sahəsi faktiki olaraq yerində ölçülərək ayrılmış və buna dair ayrıc aktı, həmçinin İddiaçı kiçik müəssiəssinə ayrılmış torpaq sahəsinin sxemi tərtib edilmişdir. Göstərilən torpaq sahəsinə dair 20 sentyabr 1991-ci il tarixdə 25 il müddətinə icarə müqaviləsi bağlanmışdır. 16 dekabr 1991-ci il tarixdə tərəflərin razılığı ilə və yeni icarə müqavilənin tərtibatı yolu ilə həmin icarə müddəti 50 illik mülddətə uzadılmışdır. İddiaçı kiçik müəssiəssi 17 avqust 1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində MMC kimi dövlət qeydiyyatına alınmış və ona 24972 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən Abşeron rayon XDS-İK-nin xx.xx.1991-ci il tarixli 235 saylı qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində iddiaçıya ayrılmış 13 ha torpaq sahəsinin (iddiaçının təqdim etdiyi sxemin göstəriciləri və naturada tanıtdığı torpaq sahəsi) başqa şəxslərin mülkiyyətində olan 7.57 ha torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür: **********03, **********03, **********03, **********04, **********98, **********99, **********44, **********31, **********91, **********62, **********60, **********61, **********03, **********95, **********98, **********81, **********76, **********47, **********46, **********73, **********28, **********65, **********49, **********43, **********22, **********30, **********37, **********02, **********16, **********15, **********3, **********35, **********35, **********21, **********41, **********53, **********30, **********00, **********21, **********34, **********62, **********94, **********24, **********58, **********62, **********33, **********47, **********46, **********14, **********15, 30801312в619, **********90, **********56, **********63, **********63, **********62, **********63, **********64, **********63, **********56, **********85, **********04, **********91, **********35, **********31, **********93, **********05, **********11, **********30, **********52, **********35, **********74, **********59, **********67, **********49, **********96, **********86, **********63, **********96, **********85, **********63, **********14, **********03, **********03, **********03, **********04, **********98, **********99, **********44, **********31, **********91, **********62, **********60, **********61, **********03, **********95, **********98, **********81, **********76, **********47, **********46, **********73, **********28, **********65, **********49, **********43, **********22, **********30, **********37, **********02, **********16, **********15, **********34 və **********35 reyestr nömrəli çıxarışlarla üst-üstə düşür. İddiaçının torpaq sahəsinin digər mülkiyyətçilərlərin sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşməyən yerdə qalan hissəsi başqa şəxslərin istifadəsində olduğundan naturada təyin etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. 1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. İddiaçı müəssisnin direktoru əvvəlki məhkəmə iclaslarında iştirak edərkən izah etmişdir ki, müəssisəyə ayrılmış torpaq sahəsi naturada mövcud olmuş və təyinatı üzrə istifadə edilmişdir. Onun tərəfindən həmin torpaq shəsində 4 yaşayış evi, 4 quşçuluq fabirikləri və təsərrüfat binaları inşa edilmişdir. 2000-ci ildə sonra o, həbs edilmiş və 10 ilə yaxın müddət ərzində həbsdə olmuşdur. Həmin zaman müəssisəyə ayrılmış torpaq sahəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt edilmiş, bələdiyyələr yaradıldıqdan sonra həmin torpaq sahəsinin bir hissəsi bələdiyyə tərəfindən qanunsuz olaraq vətəndaşlara ayrılmışdır. Cavabdehin imtina cavabının dəlillərindən biri mübahisəsi gedən torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və istifadəsində olmasından ibarətdir. İş üzrə alınmış mütəxəssis rəyinə görə iddiaçıya ayrılmış 13.0 torpaq sahəsinun 757 ha hissəsi ayrı-ayrı vətəndaşların mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür, yerdə qalan hissə isə faktiki olaraq başqa vətəndaşların istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, hazırda fiziki və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün olmadığından iddiaçı ona ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən torpaq sahələrinə dair verilmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirməlidir. Göstərilən hal iddia tələbinin təmin edilməsini istisna etdiyindən məhkəmə digər dəlillərə qiymət verilməsinə zərurət görməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın İddiaçı MMC-yə verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar