Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1834/2024 13.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 11 dekabr 2015-ci il tarixli, №1220 reyestr nömrəli qərarı əsasında İddiaçı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" İİ Qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd eidlmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə X2 RHK 1992-ci ildə hərbi hidmətə çağırılmışdır. 27 may 1992-ci il tarixdən 1993-cü ilin may ayına qədər N () saylı hərbi hissədə yanacaq sütçü materiallarının rəisi vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 11.1 1.2015-cı il tarixili 1220 saylı qərarına əsasən Fizuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ilə kimi Fizulu rayon Mərkəzi xəstəxanasında müayinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: «Sidik daşı xəstəliyi, sol böyrəyin daşı, kəskin pielonefrit» (Azərbaycan Respublikası SHXÇDX-nin Fizuli rayon şöbəsinin xx.xx.2015- ci il tarixli 1107 nömrəli göndəriş. 12.01.201 5-cı il tarixli 1002 nömrəli arayışı, l izııli rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.2015-ci il tarixli 394 nömrəli arayışı. MN MHHK-nın həkim - mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) «hərbi travmadir. Azərbaycan Respublikasinin müdafiəsi zamani alinmişdir». Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cu il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2 maddəsinin a) bəndində öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı haqqında böyrək daşlan, sol böyrəyin və sidik kisəsinin daşı, xroniki böyrək xəstəliyi, xroniki böyrək çatışmazlığı, böyrək və sidik axarının daş ilə tutulmuş hidronefrozu kimi əlamətləri diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyxən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasınımn müdafiəsi ilə əlaqədar" əlillik təyin olunmalı idi. Lakin iddiaçının cavabdeh Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentlim müraciətinə cavab olaraq xx.xx.2023-cü il 3-17-4/2-11-26218/2023 saylı məktubu ilə iddiaçının hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı,hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar olunmadığı, nəticədə iddiaçıya "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar"əlillik səbəbindən təyinat aparmaq mümkün olmaması, müayinə zamanı aşkar olunan digər xəstəliklərin əlamətləri müəyyən edildiyi səbəbindən ikinci dərəcə əlillik təyinatına uyğun müvafiq qərar qəbul edərək imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın bu imtina qərarı kifayət qədər əsassızdır. Müvafiq qərar verilmişdir, lakin iddiaçı hələ də haqqı olan əlilliyi cavabdehin əsassız imtinası nəticəsində ala bilmir.Bu hərəkət isə iddiaçıya həm mənəvi, həm də maddi ziyan vurur. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, izah edilmişdir ki, cavabdehin imtinasından 30 günlük müddəti ötürdüyünə görə müvafiq müalicələri aldığına dair sənədlər və forma 88 arayışı ilə birlikdə cavabdeh orqana yenidən müraciət edə bilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, müvafiq müalicələri aldığına dair sənədlər və forma 88 arayışı ilə birlikdə cavabdeh orqana yenidən müraciət edildikdən sonra, inzibati orqan 35 gün ərzində hərəkətsizlik edərsə, rəsmi müraciəti sübut edən sənədlə məhkəməyə müraciət edilməli, imtina olunarsa, imtina əsasında 30 gün müddətində məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1834/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1834/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver