Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1836/2023 28.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X1, Nümayəndə1, X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona 60 yaşı tamam olduğu gündən, yəni xx.xx.2021 -ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia qaldıraraq “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-cı il tarixdə Ermənistanın Yexenadzor rayonunda anadan olmuşdur. Hal-hazırda “X9" QSC-də çalışır. xx.xx.2022-ci il tarixində ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdehin **********5 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nda nəzərdə tutulmuş peşəyə aid olmaması göstərilmişdir. İmtina məktubunu xx.xx.2022-ci il tarixdə almışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o: - xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək Ermənistanın Yexenadzor rayonunun Kovuşuq heyvandarlıq sovxozunda fəhlə işləmiş; xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olmuş; xx.xx.1982-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək Ermənistanın Yexenadzor rayonunun Kovuşuq heyvandarlıq sovxozunda fəhlə işləmiş; xx.xx.1986-cı il tarixindən 13.04,1994-cü il tarixinədək "Mərkəzi Domna Təmir” Sumqayıt Təmir Quraşdırma İdarəsində metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı peşəsində işləmiş; xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək "AzMSTT" birliyinin 'l'ikinti Mexanizmləri İdarəsində Dəmiryollarının təmiri sahəsində təmirçi çilingər peşəsində işləmiş; xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək “Nıırtam" Müştərək Müəssisəsində ştamplayıcı peşəsində işləmiş; xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "Domnatəmir” Təmir Tikinti Quraşdırma İdarəsinin Mexaniki-quraşdırma sahəsində quraşdırıcı-çilingər peşəsində işləmiş; 04,07.2006-cı il tarixindən xx.xx.2016-cı i! tarixinədək “Azərboru" ASC-nin Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsində quraşdırıcı-çilingər peşəsində işləmiş; xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək “SEMOCO" ММС-də Mexaniki xidmətin mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləmişdir; xx.xx.2020-ci il tarixindən hal-hazıradək "X9" QSC-də (3-cü İstehsalat Sahəsi - Azərboru) Təmir-Tikinti və Rekonstruksiya İşləri şöbəsində mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləyir. Onun "xxxx" ASC-nin Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsində işlədiyim quraşdırıcı-çilingər peşəsi "xxxx" ASC-nin xx.xx.2022-cı il tarixli 48 saylı arayışına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin "metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları" peşəsinə uyğun olmaqla güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Həmin Siyahının 3.6- cı bəndində avadanlığın təmiri ilə məşğul olan çilingərlər peşəsi də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. X2 Təmiri və İstismarı İdarəsinin adından da göründüyü kimi quraşdırıcı-çilingər daim metallurgiya sobalarının (avadanlıqların) quraşdırılması və təmiri ilə məşğul olur. Onun işlədiyi sahə, yəni Metallurgiya İstehsalatı (Qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Eyni zamanda mənim "xxxx" ASC-də işlədiyi Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsi də əmək şəraitinə görə zərərli və ağır sahə sayılır. Artıq neçə illərdir ki, "xxxx" ASC-nin onunla eyni peşədə çalışmış işçilərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Bundan başqa, onun xx.xx.1986-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək işlədiyi "Mərkəzi Domna Təmir” Sumqayıt Təmir Quraşdırma İdarəsi (metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı) və xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi “Domnatəmir” Təmir Tikinti Quraşdırma İdarəsi (quraşdırıcı-çilingər) "xxxx" ASC-nin ərazisində fəaliyyət göstərmişdir. Qeyd olunan bu idarələr eyni idarə olmuşdur. Belə ki, "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsinin adı dəyişdirilərək sonradan "Domnatəmir" Təmir Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. Həmin idarə "xxxx" ASC-nin marten sobalarının, boruyayma dəzgahlarının və digər əsas avadanlıqların təmiri sahəsi üzrə həmin müəssisəyə xidmət göstərmişdir, yəni onun faktiki iş yeri "xxxx" ASC (keçmiş Azərbaycan Boruyayma zavodu) olmuşdur. Lakin, həmin idarə ləğv olunduğu üçün oradan arayış ala bilmir. Eyni zamanda, xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" MMCdə (təmirçi-çilingər) işlədiyi zaman faktiki iş yeri "Azərboru” ASC ("X9" QSC- nin 3-cü İstehsalat Sahəsi) olmuşdur. Lakin, həmin cəmiyyət də ləğv olunduğu oradan arayış ala bilmir. AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.20-ci maddəsinə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun (xx.xx.2022-ci il tarixli 530-VİQD saylı AR Qanunu ilə dəyişikliklərdən sonra) 9.1-ci maddəsinə əsasən - Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərinmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır, Həmin Qanunun 7-ci maddəsinə əsasən - 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" AR Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan tam əmək stajım olduğu üçün (25 il ümumi iş stajı. 12 il 6 ay güzəştli iş stajı) mənə güzəştli şərtlərlə əmək pensiyası xx.xx.2022-ci il tarixindən təyin edilməlidir. “Əmək pensiyaları haqqında"AR Qanununun 31.1-ci maddəsinə əsasən - əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən - keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən - əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinə dəqiqləşdirərək ona 60 yaşı tamam olduğu gündən, yəni xx.xx.2021 -ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqandan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Belə ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair 11 noyabr 2022-ci il tarixli 48 nömrəli arayışında göstərilən vəzifələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarındakı vəzifələri ilə uyğunluq təşkil etmir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində (3.6) metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsi nəzərdə tutulmuşdur. Cavabdeh orqana təqdim edilən "xxxx" ASC-nin 11 noyabr 2022-ci il tarixli 48 nömrəli iddiaçıya dair arayışında xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının sözügedən müəssisədə quraşdırıcı-çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Beləliklə, qeyd edilən quraşdırıcı- çilingər peşəsi metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 il 29 gün( xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri ararsındakı dövrlər)) təşkil edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclaslarında cavabdehin nümayəndələri X1, Nümayəndə1, X7 iştirak etmiş, etiraza uyğun izahat vermişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində (3.6) metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsi nəzərdə tutulmuşdur.Cavabdeh orqana təqdim edilən "xxxx" ASC-nin 11 noyabr 2022-ci il tarixli 48 nömrəli iddiaçıya dair arayışında xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının sözügedən müəssisədə quraşdırıcı-çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Beləliklə, qeyd edilən quraşdırıcı- çilingər peşəsi metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 il 29 gün( xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri ararsındakı dövrlər)) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, cavabdeh tərəfindən nəzərə alınan dövrlər 3 il 29 gün (xx.xx.1987xx.xx.1987-ci il, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri ararsındakı dövrlər) təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə vəzifə uyğunsuzluğu ilə bağlıdır. Azərboru ASC-nin arayışı üzrə 2006-2016-cı illər nəzərə alınmadığı üçün iddiaçının güzəştli iş stajı olaraq tərəflərindən 3 il 29 gün qəbul edilir. İş materiallarına əlavə edilmiş arayışlardan görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixində “Azərboru" ASC-nin Metallurgiya Sobalarının Təmiri və İstismarı İdarəsinə quraşdırıcı-çilingər peşəsinə işə qəbul edilmiş və xx.xx.2016-cı il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. (Əsas: Vətəndaşın əmək kitabçası, T-2 kartı.) Qeyd edilmiş quraşdırıcı-çilingər peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’’ nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitifi və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları" peşəsinə uyğundur. (X6 11 noyabr 2022-ci il tarixli, 48 saylı araşdırıcı arayışı) İddiaçı xx.xx.2020-ci il tarixindən X9" QSC-nin (bundan əvvəl "X9" MMC-nin) təmirtikinti və rekonstruksiya işləri şöbəsində isti və zərərli iş şəraitində mexaniki avadanlıqlarının təmiri üzrə təmirçi-çilingər peşəsinə işə qəbul edilmiş və hal- hazırda həmin, şöbədə əmək fəaliyyətini davam etdirir. Qeyd edilmiş peşə (vəzifə) hazırda "X9" QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır.. Belə ki, "mexaniki avadanlıqlarının təmiri üzrə təmirçi-çilingər" peşəsi Siyahının 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.2 Polad və ferroərintilər istehsalatı bəndinin (a) Fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" peşəsi ilə eynilik təşkil edir. (X9 QSC-nin 05 noyabr 2022-ci il tarixli, X-4-2024 saylı araşdırıcı arayışı) Cavabdehin mövqeyi ondan ibarətdir ki, xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi quraşdırıcı-çilingər peşəsi metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları peşəsinə uyğun deyil. Cavabdehin mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi quraşdırıcı çilingər peşəsinin vəzifə təlimatı X6 18 may 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş arayışlar və vəzifə təlimatı ilə iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitifi və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları" peşəsinə uyğundur. Cavabdeh inzibati orqan bununla bağlı hər hansı araşdırma aparmadan, iddiaçının hansı işləri gördüyünü müəyyən etmədən əsasslandırılmamış imtina etmişdir. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; M a d d ə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə iddiaçının cavabdeh tərəfindən nəzərə alınan 3 il 29 gün (xx.xx.1987xx.xx.1987-ci il, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri ararsındakı dövrlər) və cavabdeh tərəfindən nəzərə alınmamış 10 il 5 ay 17 günlə (xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər) birlikdə iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı yaranmış olur. Bu halda iddiaçının 60 yaşının tamam olduğu gündən, yəni xx.xx.2021 -ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış olur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana müraciəti xx.xx.2022-ci il tarixində olmuşdur. İddiaçının xx.xx.2021-ci il tarixində pensiya hüququ yarandığına görə xx.xx.2021-ci il tarixindən keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ona ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilməlidir, İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1836/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1836/2023
28.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver