Məhkəmə qərarları › İş №2-1(118)-1840/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1840/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1840/2022 13.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X7 və X2 ona məxsus ünvan 1 ünvanında yerləşən 19 nömrəli mənzildə olan pasport qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri RX seriyalı ******* saylı Çıxarışa əsasən X9 məxsus Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13 B, mənzil -19-un satılması, bağışlanması və banka girov qoyulması məqsədi ilə azyaşlı övladları- 18.10.2010-cu il təvəllüdlü X4 və 18.10.2010-cu il təvəllüdlü X8 payına düşən hissələrin satılması, bağışlanması və banka girov qoyulması məqsədi ilə onların əvəzindən anası kimi ona, yəni İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müvafiq sənədlərə və Dövlət Notariat Kontorunda alqı-satqı və bağışlanma müqaviləsinə imza etməyinizə icazə verilməsinə dair müraciətinə rayon İcra Hakimiyyəti Başçısı yanında Övladlıq və Qəyyumluq Komissiyasında baxılmışdır. Komissiya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışa əsasən X9 məxsus Xərdalan şəhəri, 27-ci məhəllə, ev 13 B, mənzil 19-un satılması, bağışlanması və banka girov qoyulması məqsədi ilə azyaşlı övladlarım 18.10.2010-cu i! təvəllüdlü X4 və 18.10.2010-cu il təvəllüdlü X8 payına düşən hissələrin satılması, bağışlanması və banka girov qoyulması məqsədi ilə onlarm əvəzindən anası kimi ona Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində müvafiq sənədlərə və Dövlət Notariat Kontorunda alqı-satqı və bağışlanması müqaviləsinə imza etməyinizə icazə verilməsinə etiraz edilməməsi Abşeron Rayon İcra Hakimiyyətinin 11.06.2018-ci il tarixli, 1422 nömrəli məktubda verilmişdir. Belə ki, qeyd edilən mənzildə 03.07.1996-cı il təvəllüdlü X7 və 25.02.1973-cü il təvəllüdlü X5 qeydiyyatdadırlar. Həmin şəxslərlə onların heç bir əlaqəsi yoxdur. Onlar notarial qaydada mənzilin satılmasına dair heç bir etirazlarının olmadığını təsdiq etmişdirlər. Lakin hələ də həmin şəxslər qeyd edilən mənzildən çıxmaqları ilə bağlı hərəkət etməmişdirlər. Onların həmin mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətlərini təmin etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması bardə ərizə təqdim edərək, mənzil qeydiyyatından ancaq X3 çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və məhkəməyə müraciət etdiyi iddia ərizəsini qanuni nümayəndələri olduğu 18.10.2010-cu il təvəllüdlü X10 və 18.10.2010-cu il təvəllüdlü X8 adından yazılması kimi qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslərin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxslərə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvandan köçüb” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh tərəfindən verilmiş 128-25827M-3222 nömrəli, 22 aprel 2022-ci il tarixli imtina məktubu, DƏDRX tərəfindən verilmiş **********89-05101-093049 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surəti, nikahın pozulması haqqında şəhadətnamənin surəti, Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, razılıq ərizələrinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri RX seriyalı ******* saylı Çıxarışa əsasən X9 məxsus Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13 B, mənzil - 19-un satılması, bağışlanması və banka girov qoyulması məqsədi ilə iddiaçının azyaşlı övladları- 18.10.2010-cu il təvəllüdlü X4 və 18.10.2010-cu il təvəllüdlü X8 payına düşən hissələrin satılması, bağışlanması və banka girov qoyulması məqsədi ilə onların əvəzindən anası kimi ona, yəni İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müvafiq sənədlərə və Dövlət Notariat Kontorunda alqı-satqı və bağışlanma müqaviləsinə imza etməyinizə icazə verilməsinə dair müraciətinə Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Övladlıq və Qəyyumluq Komissiyasında baxılmışdır. Komissiya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışa əsasən X9 məxsus Xərdalan şəhəri, 27-ci məhəllə, ev 13 B, mənzil 19-un satılması, bağışlanması və banka girov qoyulması məqsədi ilə azyaşlı övladlarım 18.10.2010-cu il təvəllüdlü X4 və 18.10.2010-cu il təvəllüdlü X8 payına düşən hissələrin satılması, bağışlanması və banka girov qoyulması məqsədi ilə onların əvəzindən anası kimi ona Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində müvafiq sənədlərə və Dövlət Notariat Kontorunda alqı-satqı və bağışlanması müqaviləsinə imza etməyinizə icazə verilməsinə etiraz edilməməsi Abşeron Rayon İcra Hakimiyyətinin 11.06.2018-ci il tarixli, 1422 nömrəli məktub da verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 3-cü şəxslər qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatında qalmaqla iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Məhkəmə qeyd etməyi zəruri bilir ki, mənzilin mülkiyyətçiləri 14 yaşına çatmadıqlarına görə qəyyum funksiyalarını yetirən qanuni nümayəndələri olan anaları hazırkı iddianı qaldırmaqda haqlıdır. Həmin uşaqların adlarından iddia qaldırılarkən Ailə Məcəlləsinin 55.1-ci maddəsinə riayət olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs X1 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13 B ünvanında yerləşən 19 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3 ünvan 1 ünvanında yerləşən 19 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar