Məhkəmə qərarları › İş №2-1(118)-1841/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1841/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1841/2024 04.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçı qızının Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsi olmadığı üçün Cavabdeh üzərinə ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qızı, ona doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 11 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-15- 1115/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin cavabdeh şəhadətnamənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı , o cümlədən doğumun , atalığın müəyyən edilməsinin və ölümün elekron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ( qurum ) tərəfindən aparılır. Həmin Məcəllənin 159.2. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan( qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayışlar verirlər. Bu Məcəllənin 160.1. göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1. maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi , məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2. maddəsinə göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun ) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Qaydaların 12-ci bəndində qeyd olunur ki, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının doğum akt qeydinin surəti məhkəməyə təqdim edilmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı cavabdehə müraciət edərək “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. İddiaçının şəxsiyyət vəsiqəsi olmasa da, məhkəmə araşdırması zamanı iddiaçının şəxsiyyətini müəyyən edəcək sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırası zamanı iddiaçının doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının №097729 saylı natamam orta təhsil haqqında şəhadətnaməsinin, 4-19/05 saylı tələbə biletinin surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin məhkəm araşdırması zamanı Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Kələxana Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 22 fevral 2024-cü il tarixli, 5-75-35/2-3/2024 saylı şəkilli arayış məhkəməyə təqdim edilmiş, arayışda qeyd edilmişdir ki, Şamaxı rayonu Kələxana kəndində yaşayan Məmişova X2 şəhərində qeydiyyatdadır hal-hazırda Şamaxı rayonu Kələxana kəndində yaşayır, foto şəkildəki şəxslə eyni şəxsdir. Göründüyü kimi iddiaçının şəxsiyyətini müəyyən edən məlumatlar adıçəkilən sənədlərdə öz əksini tapmışdır. Ona görə də, məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən iddiaçıya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə verilməli, onun şəxsiyyət vəsiqəsi və digər sənədləri əldə etmə imkanı yaranmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı qızına təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar