Məhkəmə qərarları › İş №2-1(118)-1842/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1842/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1842/2022 08.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi İddiaçı Cavabdehnə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-05101-093024 reyestr nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən X1, X2, X3 və X5 pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ünvan 1 ünvanda yerləşən evindən X1, X2, X3 və X5 pasport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 24 fevral 2022-ci il tarixli, 160-5443-1222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. X8, X9, X10 və X11 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-05101-093024 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Qeyd olunan yaşayış evinin özkəninkiləşldirmək istərkən məlum olmuşdur ki, həmin evdə ailə üzvləri olmayan xx.xx.1962-ci il təvəllüdlü X13 oglu, xx.xx.1974-cü il təvəllüdlü X9, xx.xx.2000-ci il təvəllüdlü X15 oglu və xx.xx.1980-cı il təvəllüdlü X11 pasport qeydiyatındadılar. Qeyd olunan şəxsləri tanımır, onların həmin mənzilə necə pasport qeydiyyatına düşmələri ona məlum deyildir. O, mənzili aldığı 2016-cı ildən qeyd olunan şəxslər həmin mənzildə yaşamırlar. Xaçmaz Mənzil Komunnal Təsərrüfatı İdarəsinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, qonşuların və Mənzil İstismar Sahəsinin evlər Müdürünün imzaladığı Aktdan görünür ki, yuxarıda adları qeyd olunan həmin 4 nəfər şəxs həqiqələndə ona məxsus evdə yaşamırlar. Adları göstərilən şəxslərin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə Cavabdehnə nümayəndə vasitəsi ilə müraciət etmişdir. Cavabdehndən verilmiş xx.xx.2022-ci il tarixli 160-5443-1222 saylı cavab məktubunda göstərilir ki, iddiaçıya məxsus ünvanda adları göstərilən şəxslərin qeydiyyatdan çıxarılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi təqdim ediləcəyi halda və ya həmin şəxslər yaşayış yerini dəyişmələri ilə bağlı mülkiyyəti təsdiq edən sənədlərlə Polis orqanlarına müraciət etdikləri təqdirdə onların pasport qeydiyyatından çıxarılması təmin olunacaqdır. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən cavabdeh lərəHndən həmin şəxslər mənə məxsus mənzildən pasport qeydiyyatından çıxarılmalı idilər. “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konslilusixa Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilir ki, qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xilam verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən qərarında qeyd olunur ki, Qanunda əsas müddəa kimi təsbih edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın qanunvericiliklə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh inzibati orqan məhkəmə iclasında işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********02-05101-093024, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Xaçmaz MKTİ-nin MİS-nin evlər müdiri Nailə Şərifova, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68, mənzil 10-da yaşayan Orucova Rübabə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev 68, mənzil 11-də yaşayan Qədirov Ədalət, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev 68, mənzil 17-də yaşayan Hüseynov Talıb tərəfindən tərtib edilmiş, imzaların doğruluğu Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən təsdiq edilmiş 28 fevral 2022-ci il tarixli aktda qeyd edilir ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68 ünvanında yerləşən 9 saylı mənzildə aşağıda adları qeyd olunan şəxslər yaşamırlar: X8, X9, X10, X11. ünvan 4 ünvanda yerləşən 9 saylı mənzil İddiaçı məxsusdur. Üçüncü şəxslər hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Üçüncü şəxslərinin, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-05101-093024 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən X1, X2, X3 və X5 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-05101-093024 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən X1, X2, X3 və X5 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar