Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1844/2022 17.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Aqrar İslahat Komissiyasının 1999-cu il, 21 avqust tarixli, 10 saylı qərarı ilə 0.09 ha, JN 131A saylı, KOD 40015018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən X4 adının çıxarılması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Şamaxı rayon Aqrar İslahat Komissiyasının 1999-cu il, 21 avqust tarixli, 10 saylı qərarı ilə 0.09 ha, JN 131A saylı, KOD 40015018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən X4 adının çıxarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar İslaaht Komissiyasının 1999cu il , 21 avqust tarixli, 10 saylı Qərarı ilə 0.09 ha torpaq sahəsi, JN 131A saylı, KOD 40015018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən fərdi yaşayış evi tikmək üçün iddiaçının ailə üvzlərinə ona, X5, X11, X13, X8 verilmiş və onun ailə üzvü olmayan X9 qeyd edilmişdir. Şamaxı rayon Aqrara İslahat Komissiyasının 1999-cu il, 21 avqust tarixli, 10 saylı qərarı ilə 0.09 ha, JN 131A saylı, KOD 40015018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvin düzəlişi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli, **********35 saylı məktubla imtina edilmişdir. Cavab olaraq bildirmişdirlər ki, X4 adının çıxarılması, onun mülkiyyət hüququnun pozulması deməkdir və onun ərizəsinin icraatından imtina olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********35 saylı məktubunda hüquqi faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. AR Milli Arxiv İdarəsi Dövlət Arxiv İdarəsi Şamaxı filialı tərəfindən xx.xx.2022-ci il tarixli, 102 arxiv çıxarışından görünür ki, ailə başçısı X14, arvadı X5 və nəvəsi X2 qeyd edilmişdir. Şamaxı rayon Günəşli kənd inzibati dairə üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X14 adlı şəxs yaşamır və qeydiyyatda yoxdur. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 1999-cu il, 21 avqust tarixli, 10 saylı qərarı ilə 0.09 ha, JN-131A saylı, KOD 40015018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X4 adının çıxarılması barədə qətnamə qət olunmalıdır. Cavabdehin iddiaya yazılı etirazında qeyd olunmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı Ərazi İdarəsinə müraciət edərək, JN-131A nömrəli şəhadətnamədə qeyd olunan X4 adının silinməsini xahiş etmişdir. İddiaçının müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon Aqrar islahat Komissiyasının xx.xx.1999cu il tarixli 10 saylı qərarı ilə onun ailəsinin ümumi birgə mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinə dair tərtib olunmuş JN-131A nömrəli şəhadətnamədə X4 adı qeyd olunmuşdur. X4 adının şəhadətnamədən çıxarılması onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Azərbaycan Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeydiyyat orqanının hər hansı bir şəxsi mülkiyyət hüququndan məhrum etməyə səlahiyyəti olmadığına görə İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hazır ki, mübahisəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - JN-131A, KOD 41015018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 21 avqust 1999-cu il tarixli, 10 saylı qərarı ilə satılmış 0.09 hektar torpaq sahəsi İddiaçı, X1, X3, X6, X7 və X4 adına qeydə alınmışdır. - Günəşli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 11 mart 2022-ci il tarixli, 28 saylı “Arayış”dan görünür ki, JN-131A KOD 41015018 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə İddiaçı ailə tərkibində ailə üzvlərindən əlavə X14 adında şəxsin adı yazılmışdır. Şamaxı rayon Günəşli kənd İ.Ə.D-si üzrə nümayəndəliyində X14 adlı şəxs yaşamır və qeydiyyatda yoxdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Şamaxı Filialı tərəfindən verilmiş 102 nömrəli, 05 aprel 2022-ci il tarixli, 236 nömrəli, 14 sentyabr 2022-ci il və 16 sentyabr tarixli “arxiv çıxarış”larından görünür ki, Şamaxı rayon Sağyan kənd XDS İcariyyə Komitəsinin 1999-2000-ci illərin təsərrüfatbaşına kitablarında İddiaçı ailə tərkibi aşağıdakı kimidir : İddiaçı – ailə başçısı; X5 – arvadı; X10 – qızı; X13 – oğlu; X15 – oğlu; X2 – nəvəsi. - Şamaxı rayon Qeydiyyat Şöbəsindən məhkəməyə sorğu əsasında daxil olmuş 02 iyul 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti akları üzrə yoxlama aparılmış İddiaçı övladları və eyni zamanda X14 barədə məlumat aşkar edilməmişdir. - Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış 03 mart 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, JN-131A, KOD 41015018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 21 avqust 1999-cu il tarixli, 10 saylı qərarı ilə satılmış 0.09 hektar torpaq sahəsi İddiaçı, X1, X3, X6, X7 və X4 adına qeydə alınmışdır. İddiaçı sözügedən şəhadətnamədən onun ailə üzvü olmayan və texniki yanlışlıqla adı şəhadətnamədə qeyd edilən X4 adının şəhadətnamədən çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 07 fevral 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. İddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verildiyi dövrdə qüvvədə olan Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri sistemi tətbiq edilir. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən aşağıdakılar, hüquqi kadastr sənədləri hesab olunur: torpağa mülkiyyət hüququna dair dövlət aktı; torpaqdan daimi istifadə hüququna dair dövlət aktı; torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamənin 12-ci bəndinə əsasən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər şəxsin adı, soyadı, torpağın sahəsi göstərilməklə, ailə başçısının adına verilirdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Məhkəmə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi hazırki işin mübahisəli halı sözügedən şəhadətnamədən onun ailə üzvü olmayan və texniki yanlışlıqla adı şəhadətnamədə qeyd edilən X4 adının şəhadətnamədən çıxarılmasından ibarətdir. Məhkəmə tərəfindən bu istiqamətdə, yəni həmin şəxsin iddiaçının ailə üzvü olubolmaması ilə bağlı müvafiq orqanlara sorğular göndərilmişdir. Sorğulara cavab olaraq sözügedən şəhadətnamənin verilməsinə əsas olmuş Şamaxı rayon Aqrar İlsahat komissiyasının 21 avqust 1999-cu il tarixli 10 saylı qərarının və Sağyan İcra nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablardan İddiaçı ailə tərkibi barədə arxiv çıxarışları məhkəməyə təqdim edilmişdir. Aqrar islahat komissiyasının qeyd edilən qərarında X4 adı göstərilməmiş, eyni zamanda həmin şəxs qeyd edilən sənədlərdə X4 iddiaçının ailə üzvü olması İddiaçı ailə tərkibi barədə arxiv çıxarışlarında da qeyd olunmamışdır. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı rayon qeydiyyat şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti akları üzrə yoxlama aparıldığı, İddiaçı övladları və eyni zamanda X14 barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin Şamaxı rayon İcra Hakimiyyəti başçısının Günəşli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 11 mart 2022-ci il tarixli, 28 saylı “Arayış”dan görünür ki, JN-131A KOD 41015018 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə İddiaçı ailə tərkibində ailə üzvlərindən əlavə X14 adında şəxsin adı yazılmışdır. Şamaxı rayon Günəşli kənd İ.Ə.D-si üzrə nümayəndəliyində X14 adlı şəxs yaşamır və qeydiyyatda yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisələndirilən şəhadətnamədən göründüyü kimi həmin şəhadətnamə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 21 avqust 1999-cu il tarixli qərarı ilə iddiaçı və onun ailə üzvlərinə ayrılmışdır. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2ci bəndinə əsasən, torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Həmin Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Qeyd edilən maddələrin tələblərinə əsasən isə, kolxozların özəlləşdirilən torpaqlarından payalmaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən şəhadətnaməyə düzəliş edilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuş və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN 131A saylı, KOD 40015018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən X4 adının çıxarılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. JN 131A saylı, KOD 40015018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən X4 adının çıxarılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1844/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1844/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver