Məhkəmə qərarları › İş №2-1(118)-1847/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1847/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1847/2023 27.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “cavabdehin üzərinə fərdi yaşayış evinin qəzalı olması barədə rəy verilməsinin və qəzalı mənzilin sökülərək yenidən tikilməsinin təmin olunması öhdəliyinin qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iddia qaldıraraq “cavabdehin üzərinə fərdi yaşayış evinin qəzalı olması barədə rəy verilməsinin və qəzalı mənzilin sökülərək yenidən tikilməsinin təmin olunması öhdəliyinin qoyulmasına” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-424/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, 05 fevral 2019-cu il tarixində Şamaxı rayonunda baş vermiş güclü zəlzələ nəticəsində rayon ərazisində bir çox mənzillərdə ciddi fəsadlar yaranmışdır. Məlum zəlzələ nəticəsində zərər çəkmiş mənzillərdən biri də ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi olmuşdur. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Şamaxı rayonunda Komissiyası təşkil olunaraq, zərər çəkmiş mənzillərin qeydiyyata alınması və texniki vəziyyətinin araşdırılması işləri aparılmışdır. 06 fevral 2019-cu il tarixində iddiaçıya məxsus fərdi yaşayış evinin zəlzələ nəticəsində ciddi zərər çəkməsi və mənzildə bir çox ciddi fəsadların yaranması barədə Fövqəladə Hallar Nazirliyinin Komissiyasına müraciət edərək mənzilini qeydiyyatdan keçirmişdir. Müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə bir neçə dəfə baxış keçirilsə də hər hansı bir texniki qiymətləndirilmə aparılmamış və zəlzələnin fəsadlarının aradan qaldırılması üçün də müvafiq qaydada hər hansı bir köməklik də göstərilməmişdir. İddiaçıya məxsus fərdi yaşayış evinin faktiki olaraq qəzalı vəziyyətdə olduğundan, mənzilin qəzalı vəziyyətinə uyğun texniki qiymət verilərək müvafiq köməkliyin göstərilməsi barədə Fövqəladə Hallar Nazirliyinə etdiyi çoxsaylı müraciətlərinə baxılmamış və ümumiyyətlə müraciətlərinə hər hansı bir cavab da verilməmişdir. Sonuncu 23 avqust 2020-ci il tarixli müraciətinə Fövqəladə Hallar Nazirliyinin, Tikintidə X2 Agentliyi tərəfindən 16 sentyabr 2020-ci il tarixli cavab məktubunda ona məxsus fərdi yaşayış evinə həmin təşkilatın mütəxəssisləri tərəfindən baxış keçirilərək texniki vəziyyəti barədə müvafiq akt tərtib olunaraq, mənzilinin bərpaya ehtiyacı olan mənzillərin siyahısına əlavə olunduğu və bərpa işlərinə etiraz etdiyindən bəpa işlərinin müvəqqəti dayandırıldığı bildirilmişdir. İşin faktiki hallarından (mənzilin fotoşəkilləri ərizəyə əlavə olunur) görünür ki, fərdi yaşayış evində zəlzələ nəticəsində genişmiqyaslı çatlar əmələ gəldiyindən, evin texniki qiymətləndirilməsinin düzgün aparılmaması və ümumiyyətlə bərpa işlərinin evin faktiki vəziyyətində mümkünsüzlüyünü müəyyən etmək olur. İşin faktiki hallarından da görünür ki, zəlzənənin nəticələrinin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Dövlət büdcəsindən maliyyə yardımı ayrılması məqsədilə bir neçə Sərəncamlar qəbul olunaraq, aidiyyəti Dövlət orqanlarına müvafiq göstərişlər verilməsinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən fərdi yaşayış evimə baxış zamanı qərəzli yanaşılmış, evin faktiki vəziyyətinə uyğun texniki qiymət verilməyərək, zəlzənin fəsadlarının aradan qaldırlması üçün də heç bir iş görməmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (əri) Nümayəndə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etmiş, iddianı müdafiə etmiş, xx.xx.2023-cü il tarixdə daxil olmuş elektron ərizəsində məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, 2019-cu ilin fevral ayının 5-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir. İddiaçıya məxsus ev yerli icra hakimiyyəti orqanları tərəfindən siyahıya təqdim edilmiş, Agentliyin mütəxəssisləri tərəfindən həmin evə baxış keçirmiş və Akt tərtib olunmuşdur. Həmin Akta əsasən ev bərpa olunanlar siyahısına əlavə edilmişdir. Eyni zamanda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35- ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara məxsus evləri dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlər davam etdirilməkdədir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, iddiaya etirazı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ona yeni evin tikilməsini istəyir. İddiaçının bu tələbini əsassız hesab edirlər, lakin iddiaçı icazə versə bərpa işləri aparıla bilər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan səlahiyyətli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, iddiaçı cavabdehin üzərinə fərdi yaşayış evinin qəzalı olması barədə rəy verilməsinin və qəzalı mənzilin sökülərək yenidən tikilməsinin təmin olunması öhdəliyinin qoyulmasını istəyir. Cavabdeh isə qeyd edir ki, 2019-cu ilin fevral ayının 5-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir. İddiaçıya məxsus ev yerli icra hakimiyyəti orqanları tərəfindən siyahıya təqdim edilmiş, Agentliyin mütəxəssisləri tərəfindən həmin evə baxış keçirmiş və Akt tərtib olunmuşdur. Həmin Akta əsasən ev bərpa olunanlar siyahısına əlavə edilmişdir. Eyni zamanda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35- ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki ş&xslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara məxsus evləri dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlər davam etdirilməkdədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı ona yeni ev verilməsini istəyir. Lakin bərpa işləri aparıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslıdır. Belə ki, Şamaxı rayonu ərazisində 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş yaşayış evlərinin texniki vəziyyəti araşdırılmaqla xx.xx.2019-cu ill tarixli teniki baxış aktı tərtib edilmiş, tərtib edilmiş akta əsasən iddiaçının yaşayış evi “bərpa”ya ehtiyacı olan ev olaraq qeyd edilmişdir. 12 fevral 2020-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün komissiyanın qərarına əsasən bərpa işləri aparılmalıdır. Lakin vətəndaş evində görələcək bərpa işlərinin aparılmasından imtina edir. İddiaçının tələbindən göründüyü kimi o, yaşayış evinin tam qəzalı ev olduğunu hesab edərək mənzilin bərpa edilməsini yox, tam qəzalı mənzil kimi sökülərək yenidən tikilməsini istəyir. Bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, məhkəmənin 2- 1(118)-1847/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə texniki baxış aktına əsasən bərpası mümkün olduğu təqdirdə tikinti normalarına uyğun olaraq istismarı həyat və sağlamlıq üçün təhlükə yaradarmı? -ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin bərpası yaşayış üçün kifayət edirmi? Kifayət deyildirsə fərdi yaşayış evi “qəzalı vəziyyət” olaraq qiymətləndirilə bilərmi? Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 06 iyul 2023-cü il tarixli 3-18-2/2-5260/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş rəydə qeyd edimişdir ki, 1) Şamaxı şəhəri, Sarı Torpaq küçəsi 2 ünvanda yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin təhlükəsiz istismarını təmin etmək üçün, yeni layihə əsasında, evin divarlarının qalınlığı 60 sm olan hissəsində bərpa-gücləndirmə işlərinin aparılması, divarlarının qalınlığı 15 sm olan hissəsinin sökülərək yenidən tikilməsi məqsədəuyğun hesab edilir. 2) Şamaxı şəhəri, Sarı Torpaq küçəsi 2 ünvanda yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin yeni layihə əsasında bərpası yaşayış üçün kifayət edir. Qeyd edilənlərdən göründüyü kimi Şamaxı şəhəri, Sarı Torpaq küçəsi 2 ünvanda yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin yeni layihə əsasında bərpası yaşayış üçün kifayət etdiyinə görə həmin fərdi yaşayış evinin sökülərək yenidən tikilməsi üçün əsas yoxdur. Bundan əlavə xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə elektron kabinetindən daxil olmuş vəsətətdə Dövlət Şəhərsalma və Memarlıq İdarəsi cəlb olunmaqla Məhkəmə Ekspertiza Mərkəzinə rəy verilməsi üçün göndərilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyiinin Tikintidə X2 Agentliyi haqqında Əsasnamədə 8.8. təbii və texnogen qəzalar zamanı Nazirliyin digər struktur bölmələri ilə birlikdə zərər çəkmiş ərazilərdə, bina və qurğularda həyat təminatının təcili bərpasında iştirak etmək; 8.9. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək; 8.10. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərini təşkil etmək və bu işlərlə bağlı sifarişçi funksiyalarını (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələri istisna olmaqla) yerinə yetirmək Agentiyin vəzifələrinə aid edilmişdir. Habelə məhkəmə araşdırması zamanı 05 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş təbii fəlakət ilə (zəlzələ hadısəsi ilə) bağlı Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə verilmiş tapşırıq və səlahiyətlərlə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli, 932 saylı Sərəncamına əsasən Baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır. Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2019-cu il tarixli, 1021 saylı Sərəncamına əsasən Baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 11,0 (on bir) milyon manat, o cümlədən yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpa-gücləndirmə işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 5,0 (beş) milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat ayrılmışdır. Bundan başqa iş Bakı İnzibati Məhkəməsinin icraatında olarəkən məhkəmənin 2- 1(112)-2249/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə qərardadında qoyulan suallar əsasında tikinti konstruktorun mütəxəssis rəyinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilmiş, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sorğuya cavabında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnaməyə əsasən mütəxəssis rəyinin verilməsi Komitənin səlahiyyətlərinə aid edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2- 1(112)-2249/2022 №-li iş üzrə 29 iyun 2022-ci il tarixli 10/105 №-li ekspert rəyində Fövqəladə Hallar Nazirliyi TTNDA-nın “Azərdövlətlayihə” DBLİ-nin texniki şöbəsinin baş mütəxəssisi Əbülfət İmanov, aparıcı mütəxəssisi Məmməd İskəndərov, Şamaxı RİHB- nın Şamaxı şəhər İƏD nümayəndəsi Ş.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli texniki baxış aktına əsasən ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evində yaranmış çatlar bilavasitə 05 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakət ilə (zəlzələ hadisəsi ilə) bağlılığının olduğu, eyni zamanda baxış zamanı əldə olunmuş məlumatlar ilə xx.xx.2019cu il tarixdə keçirilmiş texniki baxış aktında göstərilən vəziyyət və fotoşəkillər ilə müqayisə olunaraq ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evində olan eynilik təşkil etdiyi qeyd edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi qanunvericiliklə təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyiinin Tikintidə X2 Agentliyinə həvalə olunduğundan və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnaməyə əsasən mütəxəssis rəyinin verilməsi Komitənin səlahiyyətlərinə aid edilmədiyindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi iş üzrə etibarlı sübut kimi qəbul edilməlidir. Qeyd edilənlər isə iddianın əsassız olduğunu göstərir, cavabdeh inzibati orqanın hərəkətlərində qanunsuzluq müəyyən edilmir. Eyni zamanda məhkəmə iddiaçı tərəfin qəzalı şəratdə olduğuna görə sökülərək yenidən tikilməsini tələb etdiyi evdə yaşamağa davam etməsini və təmir-bərpa işləri aparılmasına icazə verməməsinin iddiaçı tərəfin ailəsinin həyatına təhlükə yaratdığını və bunun məsuliyyətinin iddiaçı və onun həyat yoldaşında olduğunu qeyd edir və ən qısa zamanda həmin evdə təmir bərpa işlərinin aparılmasına razılıq verilməsini tövsiyyə edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar